İçməli su
Ekologiyanın ən başlıca komponentlərindən
biri kimi…
Prezident İlham Əliyev 2010-cu ili Azərbaycanda “Ekologiya ili” edib. İçməli
su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir.
İçməli su ilahi varlığın insanlara verdiyi ən qiymətli nemətdir. Bu isə təbii ki, tükənmək üzrədir. Bunun qarşısını almaq
üçün ilk növbədə şirin
yeraltı sulardan içmək və məişətdə işlətmək
üçün istifadə
olunmalıdır. İnsanlar
əsrlər böyü
bizə gəlib çatmış bu neməti dəyərləndirməli
və gələcək
nəsillər üçün
qoruyub saxlamalıdılar.
Bu gün təbii nemətlərin qorunması və balanslaşdırılmış istifadəsi üçün
güclü ictimai nəzarətə ehtiyac duyulur. Lakin respublikada istismarda olan yeraltı suların 70-75% suvarma üçün istifadə edilir. Bundan başqa, təəssüf ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir
və bir sıra iri şəhər
və qəsəbələrdə
içməli su ilə avtomobil yuyulur.
Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu
ehtiyatlardan səmərəli
istifadə, əldə
olunan suyun bərabər bölgüsü,
su mənbələrinin
çirklənmədən etibarlı mühafizəsi
ölkəmizin hər
bir sakini üçün ciddi əhəmiyyət kəsb
etməlidir.
Azərbaycanda içməli su
problemi
İçməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də mövcuddur. Araşdırmalara görə,
Azərbaycanın yerüstü
su ehtiyatı orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə (az sulu illərdə)
isə bu göstərici 23 mlrd. kubmetrə qədər azalır. Ölkədə
adambaşına orta illik 3800 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində
isə 23 764,28 mln. kubmetr/gün su ehtiyatı var. Azərbaycan
ərazinin hər
km2-nə və əhalinin
hər nəfərinə
düşən yerüstü
su ehtiyatları göstəricisinə görə
Cənubi Qafqaz dövlətləri və
Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd m3) 62%-i Cürcüstan,
28%-i Ermənistan, yalnız
10%-i Azərbaycanın payına
düşür.
Su çatışmazlığı
həmçinin mövcud
su ehtiyatlarından rasional istifadə edilməməsi ilə də izah edilir.
Bakının su təsərrüfatı, infrastrukturu
1,3-1,7 mln. insan üçün nəzərdə
tutulsa da, hazırda paytaxt sakinlərinin sayı 2 dəfə artıb. Su çatışmazlığının digər səbəbi isə su anbarlarının
az olmasıdır.
Azərbaycanın yeraltı
su ehtiyatları yataqlarının proqnozlaşdırılmış
vaxtı bitib. Artıq bu ehtiyatları
yenidən hesablamaq vaxtıdır. Bu gün Azərbaycanın 11-12 yeraltı
içməli su ehtiyatı mənbəyi
var. Bunların cəmi
ehtiyatları təqribən
24 mln. kub metr/sutka təşkil edir.
Məsələn, hazırda
Abşeronun içməli
su ehtiyat mənbələrinin çox
sürətlə çirklənmə
prosesi gedir. Bu gün Abşerona 30 kub metr/saniyə içməli su gəlir ki, bunun da 20 kubmetr/saniyəsi
Bakı şəhərinin
payına düşür.
Rəsmi məlumatlara
görə, Bakı və Sumqayıt şəhərlərinin yeraltı
su kəmərləri
sistemi köhnə olduğundan bura daxil olan suyun
yarısı tam itkiyə
gedir.
Hazırda Bakı
şəhərinin içməli
su tələbatının
Ceyranbatan gölü vasitəsilə 55-60%-i təmin
edilir. Yeni anbar istifadəyə verildikdən sonra paytaxta su verilişi
2 dəfə artırılacaq.
Paytaxtın içməli
suya olan tələbatını ödəmək
üçün Oğuz-Qəbələdən
gələcək su şəhər üçün
ən əlverişli
su mənbəyi sayılır.
Mütəxəssislər bədbin danışır
Elmlər Akademiyasının
Geologiya İnstitutunun
Hidrogeologiya və mühəndis-geologiya şöbəsinin
rəhbəri Yusif İsrafilovun fikrincə, yeraltı su yataqları səmərəli
istifadə edildikdə
uzun illər boyu mövcud ola bilir. Lakin
bu su yataqlarından
səmərəli və
düzgün istilfadə
edilmədikdə suların
parametrləri və tərkibi dəyişir. Y.İsrafilovun sözlərinə
görə, bu gün yeraltı sular antropogen təsirlərə məruz
qalır. Bu da içməli su ehtiyatlarının tərkibinin
dəyişməsinə gətirib
çıxarır. Y.İsrafilov yeraltı suyun tərkibində yod-bromun həmişə normadan aşağı olduğunu
bildirir. O, Oğuz-Qəbələ
kəməri vasitəsilə
paytaxta gələn suyun tərkibində də yod-bromun normativdən aşağı
olmasını istisna etmir: “Lakin bu
gün bütün dünyada şəhərlərə
verilən içməli
suyun tərkibində yod az olduqda,
süni yolla yod əlavə olunur”.
Alimin fikrincə,
yeraltı su mənbələrindən istifadə
həmin ərazinin torpaq sahəsinə çox böyük mənfi təsir edəcək. Belə ki, Oğuz-Qəbələdən
su kəməri çəkildikdən sonra
həmin ərazidəki
yeraltı suların səviyyəsi 50-60 metr aşağı düşəcək.
Bu zaman həm də oradakı qurunt suların səviyyəsi aşağı
enəcək. Bu da yerüstü bitki örtüyünə mənfi
təsir göstərəcək.
Bunun ərazidə yerləşən çaylara
da təsiri mümkündür. Buna görə
də hazırda bu sahədə fəaliyyət göstərən
mütəxəssislər bunu
nəzərə almalıdılar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Geoloji Kəşfiyyat Xidmətinin
kompleks hidrogeologiya və mühəndis geologiyası ekspedisiyasının
baş hidrogeoloqu Paşa Kərimov isə bütün bu halların nəzərə alındığını
və həmin ərazidə heç bir mənfi fəsadların olmayacağını
bildirir.
Hazırda ölkə ərazisində
(Bakı şəhərində
6) məişət-tullantı sularının təmizlənməsi
məqsədi ilə
21 ədəd mexaniki və bioloji təmizləyici qurğu fəaliyyət göstərir.
Mövcud qurğuların
isə hamısı işlək vəziyyətdə
deyil. Təmizləyici
qurğuların gücünün
formalaşan axınlardan
az olması respublikada su hövzələrinin antropogen
təsirinin başlıca
faktoruna çevrilib.
“Azərsu”
ASC-nin şöbə
rəisi Aqşin Rüstəmov qeyd edir ki, sovet
dövründə 1 litr
içməli suyun tərkibində 5 min milliqram
bulanlıq olanda təmizləyici qurğuların
fəaliyyəti dayandırılırdı.
Hazırda isə bu qurğularda aparılan yenidənqurma işlərindən sonra 1
litr suda 15 min milliqramm bulanlıq olduqda belə qurğuların fəaliyyəti
dayandırılmır.
Ölkədə
əhaliyə verilən
içməli suyun təmizlənməsi məqsədilə
Almaniyanın bu sahədə aparıcı
şirkətləri ən
son texnologiyaları tətbiq
etmək təklifi ilə çıxış
ediblər. Ekologijya və Təbii Sərvətlər Nazirliyinin
nümayəndəsi Mütəllim
Əbdülhəsənov su
vasitəsilə keçən
xəstəliklərin qarşısının
alınması istiqamətində
ölkədə bir sıra tədbirlərin həyata keçirilməsinin
nəzərdə tutulduğunu
bildirib. O, həmçinin
224 min əhalisi olan
12 rayonun 122 kəndində
içməli su üçün nəzərdə
tutulan təmizləyici
qurğular - Modul Tipli Stansiyaların quraşdırıldığını, bu qurğuların sayı və əhatə dairəsinin gələcəkdə artırılacağını
deyir.
Ekologiya Standartlarının
Monitorinqi Fondunun prezidenti, professor Rauf Sultanov dünyada su qıtlığı probleminin kəskinləşdiyini
söyləyib. Professor içməli
suyun ağır metallar, detergentlər, karbohidrogentlər, radiaktiv
maddələrlə çirkləndirilməsi
insan sağlamlığı
üçün çox
böyük təhlükə
olduğunu vurğulayıb.
Qeyd edək ki, bu
gün ölkə ərazisində ekoloji tarazlığın qorunmasında
hər bir vətəndaşın üzərinə
böyük məsuliyyət
və cavabdehlik düşür.
İlham Məmmədov
Palitra. -2010. -18 may. –S.12.