Təbriz səfəri
Əvvəlcədən əldə edilmiş razılığa əsasən,
Naxçıvan Dövlət
Universitetinin müəllim
və tələbələrindən
ibarət heyəti Təbriz Dövlət Universitetində olub. Qonaqlar əvvəlcə
universiteti ziyarət ediblər. İkitərəfli
əməkdaşlıq haqqında
bir il
əvvəl bağlanmış
müqavilənin yerinə
yetirilmə vəziyyəti
müzakirə olunub.
Naxçıvan Dövlət
Universitetinin rektoru, akademik İsa Həbibbəyli ilə Təbriz Universitetinin rektoru, professor Məhəmməd
Ələvi həyata
keçirilmiş tədbirlər
barədə fikir mübadiləsi aparıb və qarşıda duran vəzifələri müəyyən ediblər.
Təbriz Universitetinin rektoru
Naxçıvan Dövlət
Universitetinə dəvət
olunub. Təbriz Dövlət Universitetinə
xatirə hədiyyəsi
təqdim edilib. Professor-müəllim heyətinin nümayəndələri
Təbriz Dövlət
Universitetinin kimya, biologiya və fiziologiya yönlü laboratoriyalarında olublar.
Naxçıvan Dövlət Universitetinin
nümayəndə heyətinin
İranın İmam Rza və Şəms
xəstəxanaları ilə
tanışlığı da maraqlı keçib. Müəllim
və tələbələr
həmin xəstəxanaların
uşaq xəstəlikləri
şöbəsinin fəaliyyəti
ilə
Heyət Təbriz şəhərinin
tarixi yerlərini ziyarət edib. İran
İslam Respublikasının
Naxçıvandakı Baş
konsulluğunun əməkdaşları
müəllim və tələbələri Təbriz
şəhərinin tarixi-memarlıq
abidələri və
müasir inkişaf səviyyəsi ilə
Qeyd edək
ki, bundan əvvəl Naxçıvan
Dövlət Universitetinin
müəllim və tələbələri Təbriz
şəhərindəki maşın
və traktor zavodlarında təcrübə
keçib, şəhərdəki
Memarlıq və Bərpa İşləri İdarəsinin iş təcrübəsini öyrənib,
Şairlər məqbərəsini
və Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Mehriban Sultan
Palitra. -2010. – 25 may. –S.11.