Türkiyə mətbuatının
təcrübəsi öyrənilir
Oktyabrın 24-dən 28-nə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF-nin) təşkilatçılığı ilə bir qrup baş redaktor və jurnalist qurum rəhbərləri İstanbulda işgüzar səfərdə olublar. Səfər çərçivəsində hər iki ölkənin KİV nümayəndələri təcrübə və informasiya mübadiləsi etmiş və iş təcrübələrini bölüşmüşlər. İşgüzar səfər proqramı çərçivəsində Azərbaycan KİV nümayəndələri İstanbul şəhərində salınmış Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin büstünün önünə gül çələngi qoyublar. Ulu öndərin büstünün ziyarətinə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov da qatılıb.
Bundan sonra
Azərbaycan KİV nümayəndələri “Star”
qəzetində görüş
keçiriblər. Qonaqları qəzetin baş
direktorunun məsləhətçisi İbrahim Kiras
qarşılayıb. Azərbaycan KİV
nümayəndə heyətinin rəhbəri , Prezident
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar
Səfərli səfərlərinin məqsəd və məramı
barədə ev sahibinə məlumat verib. İcraçı direktor
söyləyib ki, onların ilk səfərlərini məhz qardaş Turkiyədən
başlamalarına səbəb Azərbaycan hökumətinin və
mətbuatının qardaş Türkiyəyə
verdiyi böyük
qiymətdən qaynaqlanıb. O, bildirib ki, onların səfərlərinin əsas məqsədi
Türkiyə qəzetçilərinin təcrübəsini
öyrənmək, bunu Azərbaycanda tətbiq
etməkdir. Gələcəkdə əlaqələrin
daha da inkişaf
etdirilməsi istiqamətində aparılacaq işlərdən
biri də Türkiyənin mətbuat
nümayəndələrini Azərbaycana dəvət edərək
qarşılıqlı əməkdaşlığı
gücləndirməkdir. V.Səfərli qeyd edib ki,
səfər çərçivəsində müxtəlif media
qurumlarında təşkil olunacaq
görüşlər zamanı Türkiyə
mediasının, əsasən də qəzet jurnalistlərinin
fəaliyyətləri, qəzetlərin nəşri, mövzu seçimləri, reklamın cəlb
olunması və sairə
məsələlər barədə qarşılıqlı
müzakirələr ediləcək. Sonra
icraçı direktor Azərbaycanda KİVDF-nin fəaliyyətindən də
danışıb. O, deyib ki,
2009-cu ildə Azərbaycan Prezidentinin fərmanı
ilə yaradılmış fond indiyə kimi bir çox
layihələrin gerçəkləşməsinə
yardım edib. Fondun dəstəyi
ilə milli mətbuatın inkişafı
istiqamətində səmərəli işlər görülüb. Artıq ikinci
ildir ki, qəzetlərə
və informasiya agentliklərinə birbaşa yardım edilir.
Hər il müsabiqələr elan edilib və bu müsabiqələrdən həm jurnalist təşkilatlar, həm də fərdi
jurnalistlər yararlanıb. İldə 3 dəfə müxtəlif
mövzularda fərdi jurnalistlər üçün müsabiqələr keçirilib. Hər bir mövzunun qalibi 1000 manat mükafata layiq görülüb. Bu tip müsabiqələrin
keçirilməsi mətbuatın inkişafına və
jurnalistlərin peşəkarlığının
artırılmasına xidmət göstərib. V.Səfərli
Türkiyədəki həmkarlarına bildirib
ki, milli mətbuatın
135 illik yubileyi
münasibəti ilə Azərbaycanın dövlət rəhbəri
dünyada analoqu olmayan addım atıb. Prezidentin
sərəncamı ilə jurnalistlərin sosial
durumunun
yaxşılaşdırılması və mənzil problemlərinin
həlli yönündə 5 milyon manat pul ayrılıb. Və
düşünürük ki, bu dəstəyin bundan sonra da
davamı olacaqdır. V.Səfərlinin bu sözlərini dinləyən İ.Kiras bu cür təcrübələri Türkiyə
tərəfinin Azərbaycandan öyrənilməsi gərək
olduğunu söyləyib. İbrahim Kiras Azərbaycanda
mətbuatın inkişafına dövlət tərəfindən
göstərilən dəstəyi yüksək qiymətləndirib.Eyni
zamanda İbrahim Kiras təmsil etdiyi qəzetin
yaranma tarixindən və indiki
durumundan söhbət açıb. Onun sözlərinə görə, ilk saylarında əsasən
əyləncə, şou xəbərlərlə
tanınan “Star” qəzeti sonralar
ictimai-siyasi xəbərlərə də yer ayırıb. İlk
sayları az qala
yarım milyon olan qəzetin
indiki tirajı aşağı düşüb. O, bunun səbəbini
qəzetin satılması ilə əlaqələndirib. İbrahim Kiras “Star” qəzetinin 150 min tirajla nəşr olunduğunu
qeyd edib. O, deyib ki, qəzetin əsas
gəliri reklamların hesabınadır. 50 quruşa
satılan qəzet satışdan əldə etdiyi
gəlir hesabına yaşaya bilməz.
Satışdan əldə olunan gəlir qəzetin
maya dəyərini ödəmir.Bundan sonra jurnalistlər “Zaman Media qurupu” ilə görüş keçiriblər. Qonaqları
“Cihan” informasiya agentliyinin baş direktoru Abdulhamit Bilici qarşılayıb. O “Cihan”
informasiya agentliyinin iş üslubu haqqında
danışıb. O bildirib ki, onun rəhbərlik etdiyi agentliyin Azərbaycanda
tərəfdaşları var. Onlar Trend İnformasiya
agentliyi ilə əməkdaşdırlar.
Həmçinin İTV “Cihan”
ajansının xəbərlərinin alıcısıdır.
Abdulhamit
Bilici Türkiyədə fəaliyyət
göstərən media orqanları
arasında “Cihan” informasiya
agentliyinin Azərbaycanda baş
verən olaylara həssas
yanaşdığını və Azərbaycanın dərdlərini
bölüşdüyünü söyləyib.
20 Yanvar və Xocalı günlərində
Azərbaycana dair xüsusi
səhifə ayırdıqlarını vurğulayan
baş direktor bu əməkdaşlığın
qarşılıqlı olmasından məmnunluq duyduğunu ifadə edib. Eyni zamanda Cihan
informasiya agentliyində Azərbaycandan olan jurnalistlərin
çalışdığını da
xatırladıb. Azərbaycandan olan
jurnalistlərlə qonaqları tanış edib.“Zaman” və “Today” qəzetlərinin
yerləşdiyi “Zaman Media
Qrupu”nun yeni binası ilə tanışlıq Azərbaycan
KİV nümayəndələrində böyük
maraq oyadıb. Binada
işçilərin dincəlməsi üçün
fitnes klub, həkim məntəqəsi,
yeməkxana və sairə fəaliyyət göstərir. Bundan əlavə jurnalistlər gün ərzində bəlli zamanlarda
mini avtobus servisindən
istifadə edə bilir. Səhər
işçilərin işə vaxtında çatması üçün şəhərin bir neçə yerində mini
avtobuslar əməkdaşları işə
daşıyır. Həmçinin işçilərin axşam gec saatlarında
işdən çıxması nəzərə alınaraq, onlar evlərinə yaxın məntəqələrə
daşınır. “Zaman Media Qrupu”na
məxsus bina son bir- iki ildir
ki, işçilərin
ixtiyarına verilib. Müasir standartlara tam cavab verən binada enerjini israf etməyə lüzum yoxdur. Çünki hər tərəf ağ şüşə
ilə şüşələnmiş,
otaqların və dəhlizin arakəsmələri
şüşə ilə
kəsildiyindən təbii
Günəş enerjisindən
maksimum faydalanmaq mümkündür. Binanın arxa
tərəfində qəzetin
öz nəşriyyatı
var. Həmin nəşriyyatda
İstanbul üzrə
paylanacaq qəzet və jurnallar nəşr edilir.Binada təşkil edilmiş kiçik ekskursiyadan qonaqlar razı qalaraq Hakan Cidal
və Celis Sağıra minnətdarlıqlarını
bildiriblər. Səfərin ertəsi günü isə KİV nümayəndə
heyəti Başbakanlıq
yanında Mətbuat və İnformasiya Baş İdarəsinin İstanbul şöbəsində
region müdiri Necimettin
Altuntaşla görüş
keçirib. N.Altuntaş qurumun
fəaliyyəti barədə
nümayəndə heyətinə
geniş məlumat verib. O, bildirib ki, onun təmsil
etdiyi təşkilat aidiyyəti orqanların ictimaiyyətə zamanında
və doğru, tanıdıcı informasiya
ilə təmin etməsinə, açıqlama
verilməsinə yardımçı
olur. Onlar baş nazirə
bağlı fəaliyyət
göstərir. Dövlətin tanıtma siyasətinə
yardımçı olmaq
onların əsas görəvləridir. Eyni zamanda
hökumətin tətbiq
edəcəyi strategiyaların
həyata keçirilməsində
iştirak edirlər.
İctimai rəyin, ictimaiyyətin
aidiyyəti olan orqanlara zamanında və doğru bilgilər verilməsini təmin edirlər. Bu fəaliyyətləri çərçivəsində onlar xüsusi bülletenlər hazırlayıb
müxtəlif qurumlara
paylayır, yerli və xarici media mənsublarını sarı
kartla təmin edirlər. Həmçinin KİV nümayəndələrinə seminarların təşkili
və sairə işləri görürlər.
Proqram çərçivəsində
növbəti görüş
Qezetəçilər və
Yazarlar Fondunda təşkil olunub. Hər iki ölkənin KİV nümayəndələrinin iştirakı
ilə dəyirmi masa keçirilib. Dəyirmi masada
Azərbaycan və Türkiyə əlaqələrinin
inkişafında görülə
biləcək məsələlərin
müzakirəsi aparılıb.
Dəyirmi Masada Qezetəçiler ve Yazarlar Fondunun sədri Mustafa Yeşil, “Dialoq- Avroasiya Platforması”nın
bas katibi İsmayıl
Taş, “Medialog Platforması”nın baş
katibi Erkam Tufan Aytav, “Bugün” qəzetinin yazarı Camal Uşaq, “Todays Zaman” qəzetinin
baş redaktoru Bülent Kenes, “Samanyolu” proqram yapımçısı Faruk
Mercan, Azərbaycan
KİV nümayəndə heyətinin
rəhbəri KİVDF-nin
icraçı direktoru
Vüqar Səfərli, “”525-ci” qəzetin
baş redaktoru Rəşad Məcid, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Ekspress” qəzetinin təsisçisi Müşfiq
Səfiyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti
Sevıl Yusifova, “Dialoq Avrasiya Platforması”nın Azərbaycan
koordınatoru Mustafa Saatçı
iştirak etmişdir.
Müzakirə zamanı
hər iki ölkənin jurnalistlərinin
əlaqələrinin inkişaf
etdirilməsi üçün
müfaviq təkliflər
müzakirə edilmişdir.Oktyabrın
27-də Azərbaycan KİV nümayəndə heyəti
“Hürriyət” qəzetinin
redaksiyasında Türkiyə
Mətbuat Şurasının
sədri Oktay Ekşi ilə görüş keçirib.
O.Ekşi Türkiyədə Mətbuat Şurasının
yaranma tarixindən və indiyə kimi gördükləri işlər barədə qonaqlara məlumat verib. Eyni zamanda Oktay Ekşi Mətbuat
Şurasının nizamnaməsi
və seçimləri
barədə də danışıb. O, Mətbuat
Şurasının işi
ilə Azərbaycandan
gələn qonaqları
yaxından tanış
etməklə bərabər
onları maraqlandıran
suallara da cavab verib. Oktay Ekşi
vurğulayıb ki, Mətbuat Şurasının
işini 16 peşə
şərtləri nizamlayır.
Şuraya üzv olan qəzetlər üzvlük
haqqı ödəyir.
Maddi yardımlar “Vakf”da toplanır. Şurada iki nəfər
əmək haqqı alır. Bu da
şuranın sədri
və icraçı katibdir. Şuraya seçimlər zamanı
qəzetlərin tirajı
da nəzərə alınır. 150 min tirajı olan qəzetlərə iki yer ayrılır. Mətbuat Şurası şikayət edilən yazılar haqqında bu qərarlardan birini çıxarır:1) məqalə
təhlil edilib ərizə rədd
edilir;2) jurnalistin
yazdığı yazıya
görə müəllifə
xəbərdarlıq edilir;3) Şura yazını qınayır.
Müzakirə zamanı əsasən
16 peşə maddəsi
nəzərə alınır.
Bütün xəbərlər çevik internet saytında
yerləşdirilir. Azərbaycan
KİV nümayəndə heyətinin
rəhbəri, Azərbaycan
Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun icraçı
direktoru Vüqar Səfərli Azərbaycan
mətbuatının bugünkü
durumu və fondun fəaliyyəti haqqında danışıb.Oktay
Ekşi “Hürriyət”
qəzetinin baş yazarı kimi qəzetdə gördüyü
işlərdən də
söhbət açıb.
Mövzuların seçilməsində,
manşet yazısının
hazırlanması prosesindəki
incəlikləri də
izah edib.Vüqar Səfərli Oktay Ekşiyə səmimi qəbul üçün minnətdarlığını bildirib.Sonra KİV nümayəndələri “Kanaltürk İpək
Media Qrupu”nda görüşlərini
davam etdirib. “Kanaltürk”ün xəbərlər
müdiri Tarik Toros “İpək
Media Qrupu”nun yaranması
və iş fəaliyyəti haqqında
məlumat verib. O, eyni zamanda 70-ci illərin Türkiyəsi ilə müasir Türkiyəni müqayisə edib. İndiki dövrdə mətbuatın
vəziyyəti, ölkələrində
gedən reformlar barədə geniş məruzə ilə çıxış edib.
T.Toros qonaqları “Kanaltürk”ün studiyalarını
gəzdirib və iş üslubları ilə tanış edib. Sonra isə qonaqlar
“Bugün” qəzetinin
baş direktoru Erhan Başyurtla görüşüblər. Hər iki ölkənin jurnalistlərinin qarşılıqlı
əməkdaşlığının aparılması müzakirə
edilib. Bununla da Azərbaycan
KİV nümayəndə heyəti
səfərini başa
vurub.
S.Yusifova
Palitra.- 2010.- 3 noyabr.- S. 10.