İnsan kapitalının
formalaşmasını təmin edən güclü
baza yaradılmalıdır
Layihə
çərçivəsində müsahibimiz AMEA
İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad
elmləri doktoru, professor Zahid Məmmədovdur:
-
“Elmin inkişafi Azərbaycanda dövlət siyasətinin
mühüm prioritet sahələrindən biridir və biliklərə
əsaslanan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255
nömrəli sərəncamı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiya» proqramında -
fundamental elmlər üzrə tədqiqatları genişləndirmək
və fundamental elmlər üzrə araşdırmaların
müasir tələblər səviyyəsinə
çatdırılması vəzifələri təsbit
edilib. Prezident Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin isə dövrü mətbuatda «İctimai və
humanitar elmlər: zaman kontekstində baxış» məqaləsində
elmi ictimaiyyət qarşısında mühüm vəzifələr
qoyub. Məqalədə sosial-siyasi elmlər sahəsində, fəlsəfə,
dövlət idarəçiliyi nəzəriyyəsi, menecment
və digər sahələr üzrə biliyə əsaslanan
keyfiyyətli mütəxəssislərin
hazırlığı məsələsi universitetlər qarşısında
mühüm vəzifə kimi qarşıya qoyulub və
dünya maliyyə bazarlarının, xarici investisiya
axınlarının istiqamətlərini təhlil edən elmi mərkəzlərin
yaradılması günün əsas tələblərindən
biri olaraq xüsusi vurğulanıb. Lakin kadr
qıtlığı və müvafiq mexanizmlərin işlənilməməsi
bu prosesi hələlik düzgün qurmağa imkan vermir. Əsas
məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə,
elmdə, ümumən intellektual sahələrdə ciddi
dönüş yaradılmalı və biliklərə əsaslanan
iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir.Biliklərə
əsaslanan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə
əsas görüləcək işlər
aşağıdakılar olmalıdır: iqtisadi və
institusional sistemin adekvatlığını təmin etmək;
insan kapitalının formalaşmasını təmin edən
güclü sosial bazanın təminatı; dinamik informasiya
infrastrukturu və informasiyanın geniş kütləyə
çatdırılmasını təmin edən səmərəli
milli sistemin təsisatı. Müasir dünyada hər bir
ölkənin uğurlu gələcəyi həmin ölkədə
elmin və təhsilin səviyyəsi
ilə müəyyən olunur. Təcrübə göstərir
ki, təbii sərvətlərin bolluğu dövlətin
inkişafının əsas göstəricisi deyil,
başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici
qüvvəsi olan insan kapitalına çevrilməsini təmin
etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən
zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya və
digər inkişaf etmiş ölkələr malik olduqları
maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi
insan kapitalından böyük gəlirlər əldə ediblər.
Bu baxımdan “hazırda dünyada universitetlər ictimaiyyətin
və iqtisadiyyatın ehtiyaclarına yetərincə cavab
verirmi” sualı ən çox müzakirə edilən
mövzular sırasında yer alır.Universitetlər elmi bilikləri
öyrənmək arzusunda olanlara çatdıran və elmi
araşdırmaları fasiləsiz davam etdirən elmi mərkəzlərdir.
XIX əsrdən etibarən, universitetlər daha çox
araşdırmaya yönəlik mərkəz vəziyyətinə
keçdilər. Modern universitet həm tədqiqat, həm də
tədris prossesini həyata keçirən araşdırma
müəssisələridir. Universitetlərdə bilik istehsal
olunur və burada istehsal edilən
biliyin ictimaiyyətin hüquqi, sosial-iqtisadi qərarlarına
ciddi təsirləri var.
-
Mövcud vəziyyətdə əsas problemləri nədə
görürsüz?
-
Bununla əlaqədar ali təhsil sisteminin inkişafı üçün
bütün mümkün innovasiya potensialını və
resursları zəruri inkişaf istiqamətlərinə səfərbər
etmədən mövcud vəziyyətin dəyişdirilməsinə
nail olmaq qeyri-mümkündür. Bu baxımdan təhlil
göstərir ki, respublikanın ali təhsil sistemində
aşağıdakı problemlər mövcuddur:
1. Kadr
hazırlığı strukturu əmək bazarının tələbatını
tam ödəmir;
2. Elmi-tədqiqatların
nəticələri ali təhsilə zəif inteqrasiya olunur;
3. Ali
təhsilə ayrılan vəsaitlər səmərəsiz
istifadə olunur;
4. ali
təhsil müəssisələri şəbəkəsi təkmil
deyil;
5. Ali
məktəblərin kadr potensialı və müəllimlərin
ixtisasartırma təhsili müasir tələblərə
cavab vermir;
6. Ali
məktəb tələbələri və məzunlarının
hazırlıq səviyyəsi onların dünya təhsil məkanına
çevik inteqrasiyasına imkan vermir;
7. Ali
və orta ixtisas təhsili istiqamətlərinin və magistr
proqramlarının siyahılarının təsdiqindən
xeyli müddət keçdiyinə görə onların yeniləşdirilməsinə
ehtiyac duyulur;
8. İstiqamətlər
üzrə standartların yeniləşməsinə baxmayaraq,
tədris planlarında hələ də lüzumsuz qeyri-ixtisas
fənləri mövcuddur;
9. Bakalavr
və magistratura pillələrində bir çox ixtisaslar
üzrə dərsliklər çatışmır, bəzən
isə məzmunca köhnəlmiş ədəbiyyatdan istifadə
edilir;
10. Tələbələrin
tədris olunan fənləri mənimsəmə səviyyəsini
müəyyənləşdirən monitorinq mexanizmi
olmadığından onların biliyinin qiymətləndirilməsində
qeyri-obyektivliyə yol verilir;
11. Pedaqoji
təhsilin məzmunu ümumtəhsil məktəblərinin tələbatı
ilə kifayət qədər uzlaşmır;
12. Magistr
hazırlığının məzmununa və səviyyəsinə
qoyulan minimum dövlət tələblərinin strukturu təkmilləşdirilməli
və buna müvafiq istiqamətlər üzrə dövlət
təhsil standartları hazırlanmalıdır;
13. Yeni
pedaqoji təlim texnologiyaları ləng işlənilir,
mövcud texnologiyalar isə tədris prosesinə zəif tətbiq
olunur;
14. Ali
məktəblərdə kadr hazırlığında
informasiya-kommunikasiya texnologiyalarından, fəal interaktiv təlim
metodlarından kifayət qədər istifadə edilmir;
15. Kadr
hazırlığı üzrə uzunmüddətli, elmi cəhətdən
əsaslandırılmış proqnozlaşdırma mexanizmi
yoxdur;
16. Ali
məktəb müəllimlərinin peşəkarlıq səviyyəsini
müəyyən edən mexanizm yaradılmayıb;
17. Ali
məktəblərdə dərs yükünün optimal
müəyyənləşdirilməməsi, azsaylı qrup və
birləşmələrin yaradılması, dərs
yükünün minimal hədlə müəyyən edilməsi
tələbə-müəllim nisbətinin dünyadakı
göstəricilərə uyğunlaşdırılmasına
imkan vermir;
18. Ali
məktəblərin maddi-texniki bazası (tədris
laboratoriyalarının təchizatı, tədris prosesini təmin
edən cihaz və avadanlıqlarla təminatı və s.)
müasir tələblərə cavab vermir;
19. Ali
məktəb kitabxanaları və onların təminatı
günün tələblərinə cavab vermir, elektron
kitabxanaların və dərsliklərin yaradılması
işi çox ləng aparılır;
20. Ali
təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən
normativ sənədlər kredit sisteminin tətbiqi ilə
bağlı müvafiq sənədlərə
uyğunlaşdırılmayıb. Modern ali məktəblərin
məqsədi-öyrətmək deyil, öyrənmək
olmalıdır. Öyrənməsini bilməyən ali məktəblər,
öyrədən müəssisə də ola bilməzlər,
yəni özü öyrənməyən, başqasını öyrədə
bilməsi mümkünsüzdür və özəlliklə,
ictimai elmlər sosial sifarişə çevik reaksiya verməlidir.
Modern universitetlər üç məqsəd naminə xidmət
verməkdədir: araşdırma yolu ilə bilik istehsal etmək;
tədris yolu ilə gələcək nəsillərə bilik
vermək və əmək bazarının ehtiyacına
uyğun mütəxisslər hazırlamaq. Modern universitetlərdə
professor-müəllim heyəti 3 təməl parametrə cavab
verməlidir: yaradıcı, yenilikçi və təşəbbüskar.
Bu baxımdan hörmətli akademikin məqaləsində -
“Ona görə də daim axtarışda olan insanlara geniş
meydan verilməli, yeni fikirlər və ideyalar, novator
yanaşmalar dəstəklənməlidir” qaldırılan məsələyə universitet rəhbərləri diqqətlə
yanaşmalıdırlar.
Universitetlərdə «müəllimlərin qiymətləndirmə
sistemi» Qərb universitetlərində tələbələr tərəfindən
«müəllimlərin qiymətləndirmə sistemi» tətbiq
edilir. ABŞ universitetlərində bu sistem 1920-ci ildən
etibarən tətbiq edilir və bu sistemin 3 əsas
funksiyası mövcuddur: İnformasiya funksiyası - tədris
kurslarının keyfiyyətini xarakterizə edir, tədris
prossesi, tədris kursları və tələbələrin
ixtisaslaşması mövzusunda dolğun məlumat
hazırlanır və bu isə öz növbəsində
universitet rəhbərliyinə
optimal qərarların
hazırlanmasında yardımçı olur; motivasiya
funksiyası - tələbələr tərəfindən
müəllimlərin qiymətləndirilməsi haqqında
açıq informasiya məlumatı müəllimlərin öz üzərində daha da məsuliyyətlə
işləməyə məcbur edir və dərsə
çox hazırlıqlı gəlməsinə
yardımçı olur; stimullaşdırıcı funksiya isə
ali məktəbin rəhbərliyi ilə müəllimlər
arasında bağlanacaq müqaviləyə təsir göstərir.
- Bu
sistem birmənalı şəkildə müsbət
qarşılanırmı?
- Bəzi
ölkələrdə isə müəllimlərin tələbələr
tərəfindən qiymətləndirilməsi müsbət
qarşılanmır. Məsələn, Rusiyada “Vısşaya
şkola ekonomiki» universitetinin rəhbərliyi
müəllimlərin tələbələr tərəfindən
qiymətləndirilməsini qəbul etmir və bu sistemin neqativliyə yol
açacağından, yəni tələbələrə
qarşı loyal davranan və onların qiymətlərini
şişirdəcək müəllimlərə yüksək bal
yazılacağından narahatlıq keçirirlər. Bu
narahatlıqları Azərbaycan universitetləri
üçün də söyləmək mümkündür.
Bu model müəllimlər haqqında qeyri-obyektiv məlumat verə
bilər. Məsələ ondadır ki, bizdə bəzi tələbələr
diplom almaq xatirinə universitetdə
təhsil alırlar. Məqsəd biliklərə yiyələnməkdən
çox, diploma sahib olmaqdır. Qərb universitetlərində
tələbələr tərəfindən «müəllimlərin
qiymətləndirmə sistemi»ni azərbaycanda ali məktəb
müəllimlərinin peşəkarlıq səviyyəsini
müəyyən edən mexanizm kimi qəbul etmək
mümkün deyil. Adətən, Avropa universitetləri öz
üstünlüklərini internet saytlarında bir sıra göstəcilərdən
istifadə edərək müəyyənləşdirirlər.
Buraya universitetin dünya üzrə reytinq göstəricisi, məzunların
iş tapma imkanları, ictimaiyyət tərəfindən qəbul
edilən müəllimlər və onların ictimaiyyətə təsir etmə
gücü, universitetdə xarici ölkələrdən təhsil
alan tələbələrin sayı, professor-müəllim
heytətinin neçə faizinin
elmi-tədqiqat işi ilə məşğul olması,
məktəbin hökumətlə və iri biznes
sturukturları ilə sıx əlaqəsi, professor-müəllim
heyətinin hökumət və biznez strukturlarının məsləhət şuralarında
fəaliyyət səviyyəsi və sair.
Anar Miriyev
Palitra.- 2010.- 8 noyabr.- S. 13.