İnsan kapitalı elmin müasir tələblərə uyğun inkişafını tələb edir

 

Layihə çərçivəsində müsahibimiz AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovdur: Azərbaycanda universitetlərin fəaliyyətini audit etmək məqsədəuyğun olardı. Bu zaman ali təhsil müəssisəsinin professor-müəllim heyətinin professional mütəxəssis tərkibi onların məqalə, monoqrafiya, elmi-metodik vəsaitlərinin sayı və keyfiyyəti, professor-müəllim heyətinin əsərlərinə edilən istinadlar, universitetin maliyyə təminatı, maliyyə mənbələrinin strukturu, beynəlxalq fəaliyyəti, internet-auditoriya, o cümlədən universitet saytından istifadəçilərin sayı araşdırılmalıdır.

 

- Bu gün humanitar elmlərin tədrisi ilə bağlı fərqli fikirlər səsləndirilir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Əvvəla, onu deyim ki, iqtisadiyyat elmində «robinzonçulara» yer yoxdur, yəni iqtisadi nəzəriyyə fərdlərin subyektiv mühakiməsinə bağlı olmamalıdır. Mühakimə isə  üç əsas prinsipə söykənməlidir: «nəzəriyyə, ideologiyatexnologiya».  Məqaləsində hörmətli akademik Ramiz Mehdiyev qeyd edir: “Ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bizə nailiyyətlərimizin dərin təhlili, yeni təkliflər və yeni ideyalar lazımdır. Misal üçün, ölkədə aparılan iqtisadi islahatlar çərçivəsində müasir iqtisadi modelə ehtiyac duyulur. İqtisadçı alimlər isə özlərini bu kimi müasir problemlərdən ümumən təcrid ediblər”. Hələ SSRİ dönəmində iqtisadiyyat elminin ağır vəziyyətinin nəticəsi olaraq ölkə iqtisadi cəhətdən iflasa uğrayıb. Məsələn Almaniyanın keçmiş kansleri Q.Şmit hələ 1990- ci illərdə yazırdı: “Sizin bədbəxtçiliyinizin əsası (SSRİ- də yaşayanlar üçün) ölkənizdə ciddi iqtisadçıların olmamasındadır». İctimai fənlərin tədrisində ciddi dəyişikliklərə gedilməsi məqsədəuyğundur. Tələbələrə uzunmonoton mühazirə kursları yerinə, onları professorların tədqiqat fəaliyyətinə cəlb etməklə onların  gələcəkdə elmi tədqiqatlara marağına  stimul yaratmaq olar. Bundan başqa, keçərsiz və abstrakt nəzəri biliklərlə tələbələri yormaq yerinə, onlara həyatda keçərli nəzəri-praktiki bilikləri öyrətmək və anlatmaq lazımdır. Lazımsız və istifadə edilməyən bilikləri tələbələrə izah etmək həm vaxt itkisi, həm də yorucu bir prosesdir. Ümumiyyətlə ictimai elmlər elmi üçbucağa söykənir və «nəzəriyyə, ideologiyatexnologiyaya» əsaslandıqda cəmiyyətdə daha güclü və keçərli olur. Cəmiyyətdə nəzəri biliklər o zaman qəbul edilir ki, onun ideologiya  və texnologiyası mövcuddur. Nəzəriyyə - elmi-nəzəri ideyaya yönəlir, ideologiyada haraya doğru hərəkət etmək haqqında yol xəritəsi verilir, texnologiyada isə bunu necə həyata keçirilməsi sualına cavab verilir. Hörmətli akademik məqaləsində nəzəri və praktiki biliklərini ictimaiyyətə tətbiq edə bilən və ictimai proseslərə fikirləri ilə təsir edə bilən ekspert alimlərin yetişməsinə ehtiyac olduğunu qeyd edir: “İctimai elmlər cəmiyyətdə baş verən proseslərin və dövlət-vətəndaş münasibətlərinin əlaqələndirilməsini təmin etməlidir. O, elmimizi obyektiv istiqamətlərə yönəltməklə millətin düşünən beyninə, insanlarımızın ictimai əxlaqının yüksəldilməsinə, bütünlükdə inkişafın aparıcı amilinə çevrilməlidir. Bu vəzifələrin öhdəsindən gəlmək üçün ictimai elmlər sahəsində yeni ideyalar irəli sürməyə qadir şəxslərə, kreativ düşüncəli insanlara ehtiyac vardır”. Qərb universitetlərində ictimai elmlərin nümayəndərini «düşüncə fabrikaları» və ya “düşüncə polisiolaraq adlandırılırlar. Modern Avropa universitetlərində alimlər 3 kateqoriyada qiymətləndirilir - nəzəri biliklərə sahib alimya kabinet alimi; nəzəri və  praktik biliklərə əsaslanan  alim; nəzəri və praktiki biliklərlə yanaşı əldə etdiyi bilikləri ictimaiyyətə çatdıra bilən və ictimai proseslərə fikirləri təsir edə bilən ekspert alim. Qərbdə ictimai elmlər sahəsində gedən dəyişikliklər və yeniliklər haqqında ictimaiyyəti maraqlandıran suallara cavab vermək məqsədilə «əhalinin iqtisadi maarifləndirilməsi» mövzusunda dövlət proqramları fəaliyyət göstərir. Bununla əlaqədar, Avropa ölkələrində vətəndaşlara gündəlik iqtisadi kateqoriyaları - faiz, inflyasiya, kredit, büdcə və bu kimi anlayışları izah etmək məqsədilə universitetlər nəzdində dövlət tərəfindən maliyyələşən xüsusi məktəblər fəaliyyət göstərir. Bunları nəzərə alaraq, bizdə də alimlərin çalışma fəaliyyətini və bilik mühakiməsini 3 kateqoriyada qiymətləndirməyimiz vacibdirona yönəlik fərqli əməkhaqqı siyasətinin tətbiqi  məqsədəuyğun olardı. İctimai elmlər sahəsində ölkəmizin xaricdə tanınmasında təsiri olacaq məqalə və kitabların xarici dilə tərcüməsini təşkil etmək, ictimai elmlərin inkişafını gücləndirmək məqsədilə «İctimai elmlərə  dəstək fondu» yaratmaq lazımdır. İctimai elmlərin müasir vəziyyəti və inkişaf konsepsiyasını hazırlamaq məqsədi ilə «Təhsil-elm-dövlət və dünyası ilə əməkdaşlıq» I-ci ümumrespublika forumunun keçirilməsi məqsədəuyğun ola bilər. İctimai elmlərin inkişafında əməyi olan elm xadimlərinə hər il müsabiqə yolu ilə mükafatlar vermək, ictimai elmlər sahəsində məşğul olan elmi məktəbləri Azərbaycan ictimaiyyətinə tanınması məqsədilə KİV-lərdə onların apardığı tədqiqat işləri və əldə etdikləri nəticələr haqqında məlumatların ötürülməsini təşkil etmək vacibdir. Doktorluq pilləsində «elmi tədqiqatın nəzəri-əməli əsasları» fənninin tədrisinə başlanması vacibdir,  çünki araşdırma texnika və texnologiyasını bilmədən dissertasiya yazmaq mümkün deyil. Müasir universitetlər əmək bazarının tələb etdiyi mütəxəssislər hazırlamalıdır. Əhalinin iqtisadi və maliyyə cəhətdən maarifləndirilməsi məqsədilə «xalq məktəbləri»nin açılması məqsədəuyğun ola bilər.

nsan kapitalının inkişafında elmin rolunu necə dəyərləndirirsiz?

- İlk öncə qeyd edim ki, dissertasiya işlərinin nəticələrinin tətbiqi bilik toplumunun inkişafında ən önəmli amildir. Lakin bizdə hələ də inkişafın dünya təcrübəsi kontekstində Azərbaycan modeli ilə bağlı fundamentalempirik təhlillər aşağı səviyyədə aparılır və ya Azərbaycan  modelinin əsas göstəricilərini və onun prioritet  meyillərini araşdıran dissertasiyalar yox dərəcindədir. Hörmətli akademikin məqaləsində hamını  ciddi narahat edəcək və  düşündürəcək: “..indi elmə gələn bəzi insanların şəxsi keyfiyyətləri və analitik təhlil qabiliyyətlərinin müasir tələblərdən xeyli aşağı olmasıdır. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi müzakirələr keçirmir. Beynəlxalq tərkibli elmi şuralar isə heç yoxdur. Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutumyeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır. Elm bir biznesə çevrilib və istənilən şəxs -dövlət məmuru, yaxud adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Söz yox ki, bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz. Yüzlərlə dissertasiya müdafiə edildiyi halda, dünyanın nüfuzlu elmi jurnallarında Azərbaycan alimlərinin məqaləsinə təkdənbir rast gəlmək mümkündür” sözləri dissertasiya  şura üzvləri qarşısında böyuk məsuliyyət qoyur. Ancaq, bilinməkdədir ki, elmi fəaliyyəti   labaratoriyaya kafedrada həyata keçirmək olar. Dünyanın hər bir  yerində elmi dərəcə və ya elmi ad almaq istəyən şəxs bütün işlərdən imtina edib fəaliyyətini elmi müəssisələrdə davam etdirir, assistent olmadan professor ola bilmirsən. Ölkənin davamlı iqtisadi yüksəlişinin təminatı, insan kapitalının inkişafı  ilk növbədə elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini tələb edir. Son vaxtlar bəzi şəxslər alimlik dərəcəsini aldıqdan sonra elmi fəaliyyətdən kənarlaşaraq, dövlət və biznes strukturlarında işləməyə üstünlük verirlər. Çox təəssüf ki, elmi dərəcə almış gənc mütəxəssislər yaradıcılığın ən məhsuldar dövrünü  pedaqojielmi fəaliyyətə  həsr etmək yerinə öz bilik və bacarığını elmə aid olmayan işlərə sərf edirlər. Ölkədə elmin vəziyyətinin ən önəmli göstəricilərindən biri də keyfiyyətli elmi nəşrlərin yayımıdır. Qloballaşma mühitində humanitarictimai elmlər sahəsində yeni vəzifələr müəyyənləşdirilir. Yeni elmi istiqamətlərin sayının artımına paralel elmi-periodik nəşrlərin sayında da yüksəliş müşahidə olunurbu, yüksəlişə cavab olaraq müəllif, resenzentjurnal redaktorları qarşısında ciddi tələb və məsuliyyət qoyulur. Bu məqsədlə ötən il Dövlət İdarəçilik Akademiyası XXI əsrdə elmi-periodik nəşrlərdə məqalə yayımlanması prosesi, resenzentredaksiya mövqeyini müzakirə etmək, xarici təcrübədə əldə edilən bilik və məlumatları paylaşmaq, xüsusilə də, gənc alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onların fundamental elmi tədqiqatların daxildə və xaricdə nüfuzlu jurnallarda, nəşriyyatlarda çap edilməsi üçün nə etməli suallarına cavab olaraq dəyirmi masa keçirdibu sahədə görülməsi gərək olan cox geniş təkliflər paketi hazırladı.  Elmi məqalənin IMRAD (İntroduction - giriş, methods - metod, Results - nəticələr və discussion - müzakirə) sistemində hazırlanmasına keçidə başlamaq lazımdır. Azərbaycanda nəşr olunan elmi jurnallar Qərb jurnallarının nəşr siyasətinin əsasında qəbul edilən- IMRAD modelini  yayım siyasətində tətbiq etməlidirlər.   

 

 

Anar Miriyev

 

Palitra.- 2010.- 9 noyabr.- S. 12.