Xalq rəssamı Arif Hüseynov: “İnsan kapitalı tək rəssamlar deyil, həm də mənim tamaşaçılarımdır

 

Layihə çərçivəsində növbəti müsahibimiz Xalq rəssamı, Rəssamlar İttifaqının Miniatürkitab qrafikası bölməsinin sədri, Prezident təqaüdçüsü Arif Hüseynovdur: 

 

- Vacib amillərdən biriodur ki, təsviri sənətlə, rəssamlarla bağlı yaxşı kitablar dərc olunmalıdır. Bu yaxınlarda B.Mirzəzadənin kitabının təqdimatında iştirak etdim. KitabXalq Bank” tərəfindən buraxılıb. Mənim çox xoşuma gəldi ki, bu bankXalqbrendi adı altında bunu çap edib. Türkiyədə bütün banklarda qalereya var. Onların xüsusi komissiyaları var ki, bu işi təşkil edirlər, sərginin kataloqunu buraxırlar, dəvətnamə paylayır, reklam edir və nəhayət təqdimat həyata keçirirlər. Həmin sərgidə əsərləri nümayiş olunan rəssam bir əsərini banka hədiyyə edir. İldə 4-5 sərgi keçirirlər və illərlə bu işlə məşğul olurlar. Onlar bununla kapital yığırlar. Bu işlə həm böyük, həm də kiçik banklar məşğul olur. Böyük banklar daha yaxşı rəssamları seçirlər. Əgər bir gün həmin bankbankrotolsa, onun çoxlu sayda kolleksiyası var və rəsm əsəri qaldıqca da qiyməti artır. Orada bankların hər mərtəbəsində rəsm əsəri var. Bizim bankların hansında bunu görmək olar? Yaxşı ki, “Xalq Bankbunu etdi və mən onlara öz təşəkkürümü bildirirəm. Belə tədbirlər M.Abdullayev, S.Bəhlulzadə, hazırkı rəssamlar və nəhayət, gənclərlə bağlı da olmalıdır. Digər banklar da buna baxıb ibrət götürməlidirlər. Onlar anlamalıdırlar ki, bu kapitaldır və məşhur rəssamlarımızın bir əsərinin qiyməti nə qədərdir. Kapitalı necə yetişdirmək olar? Rəssamı tanımaq, yaşatmaq lazımdır. İradə lazımdır, məsələn, tarixdə dəli olan, hətta acından ölən rəssamlar olub. Məsələn, Van Qoqu qardaşı saxlayıb.Yəni insan kapitalını yaratmaq lazımdır. Ölkə başçısı da bildirib ki, “Neft kapitalını insan kapitalına çevirməliyik”. Bizim sahədə də yaxşı sənətkarların yetişməsi lazımdır və onlar da xalqa öz kapitalını verməlidirlər. Mən belə başa düşürəm ki, məhz bu baxımdan bizim mənəvi kapitalımızdan biriminiatürdür. Onu yerinə yetirən insanları da yetişdirmək üçün hərə öz sahəsində onlara dəstək olmalıdır. Mən hesab edirəm ki, bu sahə inkişaf edəcək.

 

- Bu gün sərgi salonlarında çox az sayda tamaşaçıya rast gəlinir. Sizcə, bu, təbliğatın zəifliyindən, yoxsa tamaşaçı zövqünün lazımi səviyyədə olmamasından irəli gəlir?

- Hazırda ölkəmiz müxtəlif sahələrdə inkişaf edir, yollar çəkilir, iqtisadiyyatımız güclənir. İnsan kapitalı tək rəssamlar deyil, həm də mənim tamaşaçılarımdır. Bu gün çox müsbət haldır ki, bölgələrimiz inkişaf edir, idman komleksləri tikilir, parklar salınır. Ancaq digər sahələrlə müqayisədə mədəniyyət geri qalır. Bütün mədəniyyət işçilərini oraya yönəltməliyik. Mən bununla bağlı təklif vermişəm. Bölgələrdə sərgilər açılmalıdır. Yerlərdə bugünkü rəssamları tanımırlar. Gənclər var ki, bu sahədə həvəslə çalışırlar, biz bu insanları tanımalıyıq. Həmin tamaşaçılar da bunları öz kapitalına çevirməlidirlər. Mən hesab edirəm ki, gələn ildən bu istiqamətdə tədbirlər həyata keçiriləcək. Bölgələrimizdə, Qazax, Gəncə, Şəki, Lənkəran, Mingəçevirdə çox gözəl qalereyalarımız var. Ancaq onların mexanizminə gəldikdə isə Mədəniyyət və Turizm Nazirliyi  tərəfindən kolleksiyalar rayonlardakı qalereyalara bölüşdürülsə də, onlar qədim işlərdir. Bugünki əsərlər nəinki bölgələrdə, Bakıda belə yoxdur. Bu əsərlər alınmalıdır, muzeydə saxlanmalıdır, sonra qalereyaya verilməlidir və rayonlara bölünməlidir.  Bu gün bir faktdır ki, uşaqlar evdən çıxmadan bütün gün internetlə məşğul olurlar. Bunun üçün tədbirlər görmək lazımdır. Onları sərgi salonlarına cəlb etmək lazımdır, insanlarla ünsiyyətdə olmalıdırlar. Bu, kapitalın formalaşmasıdır. Məhz bu baxımdan sənətin mühüm rolu var. Yaxşı film çəkilməlidir, yaxşı tamaşa, rəssamlıq əsərləri olmalıdır və onların tamaşaçısı müasir sənəti başa düşən insanlar olmalıdır. Bu olduqda mən tamaşaçı qarşısına çıxarkən məsuliyyət hiss edirəm ki, bu, adi tamaşaçı deyil, yüksək intellektual adamdır və  rəssamlıqdan başı çıxır. Məsələn, bu yaxınlarda keçirilən sərgilərin birində bir qadın tamaşaçı mənə yaxınlaşıb dedi ki, burada nümayiş olunan bir əsəri mənə başa salın. Mən ona bildirdim ki, siz məsələn, çin dilini bilmirsinizsə, bunu da başa düşə bilməzsiniz. Bunun da öz əlifbası var. Bunun hansı cərəyanla işləndiyini bilməlisiniz. Kubizm Pikassodan başlayıb və bu cərəyanla bağlı məlumatınız olmalıdır. Sərgidə mənim narın qırmızı rənglərini cürbəcür çalarları ilə işlənmiş bir əsərim vardı, çünki qırmızının müxtəlif rəngləri ola bilər, məsələn, soyuğu, istisi, tündü var və mən də onlardan istifadə etmişəm. Bir tamaşaçı qadın mənə bildirdi ki, daim qırmızı rəngi sevməyib, amma bu əsərə baxdıqdan sonra qırmızı rəng xoşuna gəlib. Tamaşaçı mənə bunu deyərkən özümü çox rahat hiss etdim ki, onda formalaşan mənfi fikrə təsir edə bilmişəm. Əgər mən bunu etmişəmsə, müəyyən bir vəzifəni yerinə yetirmişəm. Yaxud başqa bir adam hansısa kriminal hadisəyə baxıb, sonra gəlib sərgiyə baxırsa, artıq oradan başqa düşüncə ilə çıxır. Onu da qeyd edim ki, nə qədər insanlar incəsənətə meyil göstərsələr, kriminogen halların sayı da bir o qədər azalar. Zövq almağın çox böyük müsbət tərəfləri var. İkinci amil tamaşaçı, dinləyicinin zövqü ilə bağlıdır. Bunun üçün də işləmək lazımdır.Məsələn, mən Tokioda sərgi keçirərkən şahidi oldum ki, yaponlar sərgiyə kütləvi şəkildə deyil, az saydafundamental şəkildə gəlirlər. İnsanlarda həyata sevgi var. 90 yaşında olan qadın gəlib 500 dollar verib rəsm əsəri alır. O düşünür ki, bu əsər evdə oldugu müddətdə ondan zövq alacaqbu da həyatını daha da genişləndirəcək, mənalandıracaq. Amma bizdə düşünürlər ki, maşın nə qədər böyük olsa, o, imkanlı, ağıllıdır. Xaricdə maşına heç ciddi yanaşmırlar. Geyimləri də idman tərzindədir.  

- Xarici ölkələrdə evlərin əksəriyyətində rəsm əsərləri görmək mümkündür. Bizdə  isə əksinə, çox az hallarda evlərdə buna təsadüf olunur ki, onların da bir çoxu zövq almaq məqsədi daşımır. Bunun səbəbini nədə görürsünüz?

- Dogrudur, xarici ölkələrdə evlərin əksəriyyətində rəsm əsərləri var. Məsələn, hələ sovet dövründə mən Çexoslovakiyada bir kənddə oldumorada F.Haşımovla SSRİ-nin gənc rəssamlarını təmsil edirdik. Beş il orada işlədik və kənddə bir ailədə xanımın ad günündə rəsmini çəkib hədiyyə etdim. Mən bir müddət sonra yenə o evə gedəndə gördüm ki, həmin rəsm çərçivəyə salınıb və üzərinə “Bu əsər bu evdə yaranıb” sözləri yazılıb. Yəni bu, mədəniyyətin nümunəsidir. Rəsm olan evdə xüsusi bir aura olur. Orijinal işlərdə isə bioenerji var. Məsələn, S.Bəhlulzadənin əsərləri adi bir fəhlənin də, dövlət başçısının da xoşuna gəlir. Çünki bu insanın əsərlərində bioenerji var. Rəssam nə qədər səmimiyyətini şəklə ötürə bilirsə, o, tamaşaçıya geri qayıdır. Bizdə evdə digər əşyaların olmasına daha çox üstünlük verirlər. Mən xarici ölkələrdə oluram, məsələn, heç Fransada belə nəhəng avtomobillərdən istifadə olunmur. Bizdə əksinə, səhrada istifadə oluna biləcək maşınlara üstünlük verirlər. Bakı yolları araba üçün nəzərdə tutulub. Onu da qeyd edim ki, Türkiyədə də böyük maşınlardan istifadə olunub, amma indi elə vergi qoyulub ki, istifadə etmək uyğun deyil. Həm də çox benzin tələb edir. Yəni bu gün bizdə insanlar bunlardan zövq alırlar, nəinki hansısa bir rəsm əsərindən. Bunu hamıya şamil etmək olmaz, ziyalılarımız da var, amma cəmiyyət üçün xarakterik deyil. Televiziyada da bir simfonik əsərin təqdim olunmasına rast gəlmək olmur. Xarici telekanallardan birində daim simfonik musiqi səslənir ki, mən onu dinləyirəm, zövq alaraq işləyirəm. Amma bizdə daha çox kriminal verilişləri izləyirlər. Ona görə ki, biz sənət təlqin edə bilmirik. Mədəniyyət kanalının açılacağı bildirilirbu, müsbət haldır. Amma həqiqətən gərək bu istiqamətdə doğru fəaliyyət göstərsin. Burada həqiqi sənət nümayiş olunmalıdır. Bu gün bizim telekanallarda maarifləndirici, intellektual verilişlər yoxdur. Rusiyanın bir neçə telekanalı var və hamısında da yüksək səviyyədə verilişlər təqdim olunur. Tamaşaçı kapitalı toplayırlar. Bizdə bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac var.

 

 

Nigar

 

Palitra.- 2010.- 23 noyabr.- S. 11.