Azərbaycanın hüquqi dövlət quruculuğu yolu

 

Müstəqilliyin ilk illərində Azərbaycanda hüquqi dövlət quruculuğunda ilk təşəbbüslər ağır nəticələrə səbəb olan ictmai-siyasi kataklizmlər şəraitində atılmalı olub. Amma belə bir çətin tarixi dönəmdə siyasi liderlik amili həlledici rol oynadı - dövlət qurmaq kimi mürəkkəb və nəhəng missiyanın öhdəsindən yalnız 1993-cü ildən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyev gəldi. Heydər Əliyevin dövlətçilik fəlsəfəsi güclü dövlət anlayışını və onun iqtisadi, siyasi, sosial və mənəvi əsaslarını ehtiva edirdi. 

Ümummilli liderin dövlət qanunvericiliyi sahəsində mükəmməl əsəri olan ilk milli Konstitusiyamız hüquqi dövlət quruculuğu işində ən əsas istinadgahlardan biridir. Əsas qanun insan hüquq və azadlıqlarının təminatlı müdafiəsi sahəsində mükəmməl bir sənəddir. Bu sahədə Avropa dəyərlərinə uyğun aparılan hüquqi islahatlar, hüquq qaydalarının, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinə görə üçpilləli məhkəmə sisteminin, yeni tələblərə uyğun hakim korpusunun formalaşdırılması, Şərqdə ilk dəfə ölüm cəzasının ləğv edilməsi kimi mütərəqqi addımlar da məhz ümummilli lider tərəfindən reallaşdırıldı. Qeyd edək ki, indiyədək ölkədə 3 dəfə Konstitusiya islahatları aparılıb. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik və dünyəvi dövlətin qurulması konsepsiyası müəyyən edilib. Hüquqi dövlətin 3 əsas komponenti olan qanunun aliliyi, hakimiyyətlərin bölgüsü və qarşılıqlı əlaqəsi, insan və vətəndaş hüquq və azadlıqları Konstitusiyada təsdiqini tapıb. Konstitusiyaya əsasən Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. Konstitusiya normalarında vətəndaş cəmiyyətinin formalaşdırılmasının əsasları, mülkiyyətin xüsusi, dövlət, bələdiyyə formalarının bərabər  mühafizəsi, azad sahibkarlıq fəaliyyəti, azad iqtisadi rəqabətin dəstəklənməsi barədə müddəalar bariz şəkildə öz əksini tapıb. 2002-ci və 2009-cu illərdə keçirilmiş Konstitusiya islahatları demokratik institutların möhkəmləndirilməsi tədbirləri, hüquq sisteminin beynəlxalq hüquq, o cümlədən insan hüquqları sahəsində standartlara uyğunlaşdırılması, genişmiqyaslı məhkəmə-hüquq islahatları, vətəndaş cəmiyyətinin zəruri vasitələrinin formalaşdırılmasının tamamlanması ilə müşahidə olunub. 2009-cu ilin martında keçirilmiş referendum nəticəsində baş vermiş sonuncu Konstitusiya islahatları cəmiyyətdə sosial əməkdaşlıq mexanizminin hüquqi baxımdan mükəmməl bir şəkildə qurulmasını özündə ehtiva edir. Bu islahatlar nəticəsində edilən əlavə və dəyişikliklər mütərəqqi və beynəlxalq hüquq normalarına uyğun olmaqla, insan və vətəndaş hüquq-azadlıqlarının təminatına yönəlib. Konstitusiyaya edilən əlavə və dəyişikliklərin mühüm bir qismi Azərbaycan dövlətinin insan və şəxsiyyət amilini yüksək tutaraq yeritdiyi sosialyönümlü siyasət strategiyasının daha dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların bu sahədə hüquq və səlahiyyətlərinin genişləndirilməsinə, hökumətin sosial məsuliyyətinin artırılmasına xidmət edir. Qeyd edildiyi kimi, əsas qanunda hakimiyyətin bölünməsinin demokratik-hüquqi prinsipi bariz şəkildə əksini tapıb. Xüsusi rol qanunvericilik hakimiyyətinə məxsusdur. Azərbaycan parlamenti - Milli Məclis siyasi-hüquqi sistemin möhkəmlənməsinə yönəlmiş, ümumilikdə sayı 3 minə yaxınlaşan qanun qəbul edib. Bu fəal qanunyaradıcı fəaliyyət mütərəqqi təcrübə nəzərə alınmaqla bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda həyata keçirilir. Belə ki, qanun layihələri Avropa Şurasında, ATƏT-də ekspertizadan keçirilir. Onları Almaniya, Avstriya, ABŞ, Böyük Britaniyasair ölkələrdən ekspertlər dəyərləndirirlər. Milli Məclis ölkənin ali qanunverici və təmsilçi orqanı olmaqla yanaşı nəzarət səlahiyyətlərinə malikdir. O, büdcəni təsdiq edir, Baş nazirin, baş prokurorun təyin olunmasına razılıq verir, Konstitusiya, Ali, Apelyasiya məhkəmələrinin hakimlərini təyin edir, ombudsmanı seçir, hökumətin, baş prokurorun, bələdiyyələrin hesabatlarını dinləyir. Yerli özünüidarə institutunun yaradılmasına Konstitusiyada bələdiyyələrin təşkili və fəaliyyətinin əsas prinsiplərinin təsbit olunması ilə başlanıb. İlk dəfə 1999-cu ildə demokratik əsaslarla bələdiyyələrə seçkilər keçirməyə imkan verən lazımi normativ hüquqi baza yaradılıb. Bələdiyyələrlə bağlı "Yerli özünüidarə haqqında" Avropa Xartiyası ratifikasiya olunub, yerli özünüidarə orqanlarının fəaliyyətinə aidiyyəti olan 23 qanun və 500-dən çox normativ-hüquqi akt qəbul olunub. Avropa Şurası ilə birgə işlənib hazırlanmış fəaliyyət planına əsasən yerli demokratiya fəaliyyətinin təkmilləşdirilməsi üzrə konkret tədbirlər həyata keçirilib. Yerli demokratiya orqanlarının möhkəmləndirilməsi və inkişafı, onların işinin əlaqələndirilməsi, Avropa YerliRegional Hakimiyyətlər KonqresiNorveç Bələdiyyə Assosiasiyasının dəstəyi ilə sosial-iqtisadi problemlərinin həlli üçün ölkəmizdə şəhər, qəsəbə və kənd Milli assosiasiyaları yaradılıb.  

 

Perspektivlər  

 

Ölkənin hüquqi dövlət quruculuğu sahəsində bütün istiqamətlərdə məqsədyönlü tədbirlər əzmlə davam etdirilir. Hüquqi dövlətin əsas atributlarından sayılan vətəndaş cəmiyyətinin ölkənin ictimai-siyasi həyatına cəlb olunması prosesi sürətlənib. Qısa müddətdə qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarının sayı 3 minə yaxınlaşıb. Vətəndaş sektorunun möhkəmləndirilməsi və davamlı inkişafı, ictimai xarakterli problemlərin həllində QHT-lərin rolunun artırılması məqsədilə Prezident İlham Əliyev 2007-ci ildə Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasını təsdiq etdi. QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən 2008-ci ildən başlayaraq keçirilmiş ardıcıl qrant müsabiqələri nəticəsində yüzlərlə QHT-yə milyonlarla manat həcmində qrantlar ayrılıb. Hüquqi dövlətin bərqərar olması müstəqil məhkəmə hakimiyyəti və onun hərtərəfli hüquq-müdafiə fəaliyyəti olmadan mümkün deyil. Müstəqillik və hüquqi dövlət quruculuğunun tələblərinə uyğun olaraq məhkəmənin siyasətsizləşdirilməsi ideyası Konstitusiyada öz əksini tapıb. Konstitusiyada bəyan olunmuş ədalət mühakiməsinin həyata keçirilməsinin demokratik prinsipləri 1997-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" qanunda təsbit edilib və növbəti inkişafını tapıb. Konstitusion müddəaların şərtsiz icrasının müdafiəsində duran, normativ hüquqi aktların, dövlət hakimiyyət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərinin Konstitusiyaya uyğunluğuna nəzarəti həyata keçirən Konstitusiya Məhkəməsi hüquqi dövlətin əsas sütunlarındandır. Onun həyata keçirdiyi nəzarət sahələrinə səlahiyyətlərlə bağlı mübahisələr, vətəndaşların şikayətləri və məhkəmələrin sorğusu əsasında vətəndaşların hüquq və azadlıqlarını pozan qanunların Konstitusiyaya uyğunluğunun yoxlanılması, Konstitusiyasının şərhi və sair məsələlər daxildir. 2004-cü ildən Avropa Şurası ilə sıx əməkdaşlıqda məhkəmə fəaliyyətini Avropa standartlarına uyğun şəkildə tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə işə başlanılıb. Nəticədə "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı yenilənib, "Məhkəmə-Hüquq Şurası haqqında" qanun, Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə, hakim vəzifəsinə namizədlərin seçilməsi qaydaları, hakimlərin etik davranış kodeksi, hakim assosiasiyalarının nizamnaməsi, məhkəmələrdə kargüzarlıq işinin aparılması haqqında təlimat və digər sənədlər qəbul olunub, bunlar uğurla tətbiq olunur. Yeni qanunvericiliyə uyğun olaraq məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını həyata keçirən, məhkəmə sisteminin təşkilinin təmin edilməsi, vakant hakim vəzifələrinə namizədlərin seçilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və digər məsələləri həll edən, daimi fəaliyyət göstərən müstəqil orqan olan Məhkəmə-Hüquq Şurası yaradılıb. Bütün bunlarda məqsəd konstitusion qanunvericilikhüquq mexanizmlərinin Qərb standartlarına cavab verməsi və ictimai, dövlətçilik mənafelərinə  tam uyğun gəlməsidir. Ona görə də bu tədbirlər dövlətçiliyin hüquqi profilini möhkəmləndirməyə və hakimiyyətin bütün qollarının qarşılıqlı əlaqəsini tənzimləməyi təmin etməyə yönəlib. Xüsusilə vurğulamaq yerinə düşər ki, Azərbaycanda aparılan hüquqi dövlət quruculuğu son dövrlərdə müşahidə edilən sıçrayışlı iqtisadiinfrastruktur quruculuğu fonunda yeni mərhələdə əzmlə davam etməkdədir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, demokratik cəmiyyətə, hüquqi dövlətə gedən yol o zaman hamar olur ki, ölkə sosial-iqtisadi cəhətdən qüdrətlənmiş olsun. Əgər belə olmasa, demokratik inkişafa istənilən səviyyədə nail olmaq, cəmiyyətdə demokratik dəyərləri tam dolğunluğu ilə tətbiq etmək qeyri-mümkündür. Azərbaycanda sosial-iqtisadi tərəqqi, demokratik inkişafhüquqi dövlət quruculuğu məsələləri bir-birini tamamlayan prosesə çevrilib. Azərbaycan bu baxımdan doğruoptimal yoldadır. Azərbaycanın dövlət quruculuğudemokratik inkişaf modelinə  beynəlxalq səviyyədə maraq xeyli dərəcədə artıb. Bu model beynəlxalq arenada öz dəst-xətti olan bir faktor kimi qəbul və etiraf edilir. Çünki bu model eyni zamanda Şərqin və Qərbin ən yüksək dəyərlərini özündə ehtiva edir. Bu baxımdan bir daha   qeyd edilməlidir ki, ölkəmizdə aparılan hüquqi dövlət quruculuğu Azərbaycan dövlətinin davamlı inkişafının rəhnidir.  

 

 

İlkin Ağayev,

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 

Palitra.- 2010.- 26 noyabr.- S. 5.