Dünya Azərbaycanlı Gənclərinin
I Konqresi yekunlaşdı
Noyabrın 27-də Almaniyanın Frankfurt şəhərində start
götürən Dünya Azərbaycanlı
Gənclərinin I Konqresi öz
işini başa
çatdırıb. İki gün davam edən tədbirin
rəsmi açılış mərasimində Prezident Administrasiyasının şöbə
müdiri Əli Həsənov, gənclər
və idman naziri
Azad Rəhimov, Diasporla
iş üzrə Dövlət Komitəsinin
sədri Nazim İbrahimov
və gənclər təşkilatlarının rəhbərləri
çıxış ediblər.
Konqresi Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri N.İbrahimov açaraq
bildirib ki, Azərbaycan
gəncliyi daim ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsi
olub, ölkəmizin inkişafında mühüm rol oynayıb:
“Xarici ölkələrdə
təhsil alan və yaşayan
azərbaycanlı gənclər təhsil aldıqları
ölkələrdə müxtəlif dərnəklər və
ictimai birliklər yaradır, vətənimizin
problemləri barəsində dünya
ictimaiyyətində obyektiv təsəvvürlərin
formalaşdırılması prosesində fəal iştirak edirlər.
Azərbaycan diaspor təşkilatlarının
40-dan çoxunu məhz gənclər təsis
edib. Xaricdə yaşayan
azərbaycanlı gənclərin təşkilatlanması və
diaspor quruculuğu
işinə qoşulması prosesi bu gün də davam edir”. Daha
sonra RAGT-ın sədri Leyla
Əliyevanın Dünya Azərbaycanlı
Gənclərinin I Konqresinə müraciətini qurumun İdarə Heyətinin üzvü
Emin Hacıyev səsləndirib. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
sədri Leyla Əliyevanın müraciətində
deyilir ki, bu konqres həmvətənlərimiz
arasında yalnız dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan
deyil, həmçinin Vətənlə əlaqələrin
möhkəmlənməsi, gənc insanların ictimai-siyasi fəallığının
güclənməsi üçün unikal, nadir bir
imkandır: “Bundan əlavə konqres dünya
miqyasında fəaliyyət göstərən Azərbaycan diasporu daxilində əlaqələrin
formalaşması və güclənməsi üçün
yeni qüvvələrin cəlb edilməsinə
şərait yaradır. Azərbaycan dövlətinin bu məsələyə böyük
önəm verməsi bizim üçün
vacib dəstəkdir. Bu bir daha bizim doğru
yolda olduğumuzu və
bu yolla uğurla irəlilədiyimizi sübut
edir. Əminəm ki,
iştirakçısı olduğumuz gənclər
konqresi çərçivəsində Dünya Azərbaycanlı Gəncləri Birliyinin yaradılması bizim
gənclər diasporunun möhkəmlənməsi
yolunda növbəti və çox vacib addım
olacaqdır. Qarşıda isə bizi bu yolda mühüm
vəzifələr gözləyir”.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov
öz çıxışında Azərbaycan
dövlətinin gənclər siyasəti barədə geniş məlumat verib. O bildirib ki, dünyanın bütün xalqları və dövlətləri
hər zaman gənclərlə
bağlı xüsusi siyasət yürüdüb. “Gənclərinin
qayğısına qalmayan dövlətin
gələcəyi yoxdur” misalını
xatırladan Əli Həsənov deyib ki, hər bir dövlətin
əsas missiyalarından biri gələcəyin
etibar ediləcəyi, estafetin
ötürüləcəyi nəsli hazırlamaqdır.
“Diaspor siyasətimizin əsas
istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı
gənclərlə iş, gənclər
siyasətimizin əsas istiqaməti ölkəmizdə gənclərlə
səmərəli və əlaqələndirilmiş fəaliyyətin
qurulması, təhsil siyasətimizn əsas hissəsi isə yeni, saglam, güvənilən,
müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili
olan gənclərin yetişdirilməsidir”
- deyən Əli Həsənov bəyan edib
ki, gənclər siyasəti hər bir dövlətin onurğa
sütununu təşkil edir.
Azərbaycanda gənclər siyasətinin tarixinə
diqqət çəkən Prezident
Administrasiyasının rəsmisi xatırladıb ki, ulu öndər Heydər
Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışının ilk yaddaqalan addımlarından biri
məhz 1994-də Gənclər və İdman
Nazirliyinin yaradılması olub: “Cəmiyyətin siyasi həyatının tam
iflasa uğradığı bir zamanda atdığı
bu addımla, məhz gənclər siyasətindən
başlamaqla milli liderimiz bu günləri düşünürdü, gənclərin gələcəyini
və bununla da
dövlətimizin sabahını fikirləşirdi. Ulu öndər gənclər siyasətini düzgün və uğurlu
formalaşdırmaqla dövlətin təməlini saglam qoyub”. O,
həm Azərbaycanda, həm də ölkəmizdən kənarda
yaşayan və təhsil alan
gənclərin qarşısında duran vəzifələr
barədə də danışıb. Əli Həsənov gənclərə
müraciətlə deyib ki,
qarşınızda duran ən mühüm vəzifələrdən biri həm milli, həm də
bəşəri dəyərlərə yiyələnmək,
mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək,
amma heç bir zaman milli
köklərimizi unutmamaqdır. “Sizin gücünüz, sizin intellektiniz Vətənin, dövlətin, millətin
gücü və intellektidir.
Prezident İlham
Əliyevin yürütdüyü siyasətin
əsas vəzifələrindən biri də
məhz sağlam və təhsilli gənclik
yetışdirməkdir. Amma harada yaşamağınızdan asılı olmayaraq vətənimizi, dilimizi,
milli dəyər və adətlərimizi
unutmayın. Yaşadığınız ölkədə
xalqımızı və dövlətimizi necə təmsil
etsəniz, hər kəs də bizi məhz
bunun əsasında tanıyacaq, sevəcək,
hörmət edəcək və dəstək verəcək” -
deyən Əli Həsənov dünya virtual məkanındakı unsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin geniş təbliği məqsədilə səmərəli
bəhrələnməyin, həmçinin bu
virtual məkandan dünya
azərbaycanlı gənclərinin ünsiyyət
imkanlarını genişləndirmək üçün
istifadə olunmasının vacibliyini də
qeyd edib. Prezident
Administrasiyasının şöbə müdiri
Dağlıq Qarabağ münaqişəsi
və onun Azərbaycan dövlətinə,
xalqına vurduğu ziyan
barədə da gənclərə məlumat
verib və bildirib ki, gənclərimizin qarşısında duran məsələlərdən biri də milli
varlığımızı erməni qəsbkarlarından
qorumaq, ermənilərin yalan
və uydurmalarla dolu təbliğatının
qarşısında dayana bilməkdir. Əli Həsənov
çıxışını bu fikirlərlə
yekunlaşdırıb: “Siz
yaşadığınız ölkələrdə elə bir önəmli faktora,
gücə çevrilməlisiniz ki, sizinlə
hesablaşsınlar. Yaşadığınız
və təhsil aldığınız dövlətlərin ictimai-siyasi mühitinə, cəmiyyətinə
nə dərəcədə inteqrasiya etsəniz,
nə dərəcədə söz sahibinə
çevrilsəniz, bunun Azərbaycan
dövlətinin haqq səsini dünyaya yaymaqda böyük əhəmiyyəti olar. Bu istiqamətdə
hər bir ölkədə fəaliyyət
göstərən türk diasporu
ilə birlikdə hərəkət etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini
birgə həll etməyə
çalışmalısınız. Eyni zamanda dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlı gənclər
olaraq bir-birinizi
yaxşı tanımalısınız, çünki
bir-birinizi tanımadan dünyada
Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə də bu tədbirin
verdiyi ünsiyyət imkanından
yaxşı faydalanmaq lazımdır”. Açılışdan
sonra konqresin işi “Azərbaycan həqiqətlərinin təbliği
və diaspor quruculuğunda
gəncliyin rolu”, “Mədəniyyətlərarası
dialoqun inkişafında gəncliyin rolu”, “Xaricdə yaşayan
azərbaycanlı gənclərin cəmiyyətə
inteqrasiyası”, “İnsan hüquq
və azadlıqlarının müdafiəsi gənclər
təşkilatlarının fəaliyyətində” adlı
panellərlə davam edib.
Tədbirdə “Virtual həftəsonu məktəbi”nin
təqdimatı keçirilib. Tədbirin sonunda hazırlanan yekun sənədə
görə, Dünya Azərbaycanlı Gənclərinin
konqresləri üç ildən bir keçiriləcək və II Konqresin Moskva şəhərində
keçirilməsi məqsədəuyğun hesab
edilir. Beləliklə, konqresin
qətnaməsinə əsasən, sonda Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar
təşəbbüs qrupu
yaradılıb. Sonra Dünya
Azərbaycanlı Gənclərinin I Konqresinin
Prezident İlham
Əliyevə müraciəti qəbul olunub.
Nigar
Palitra.- 2010.- 30 noyabr.- S. 4.