Həkim-alimin
elmi tədqiqatlarının bəhrəsi
Naxçıvan Dövlət Universitetinin elmi kitabxanasında universitetin
müəllimi, Naxçıvan
MR-ın Əməkdar
həkimi, tibb elmləri namizədi, dosent İsa Abdullayevin «Peritonitlər» kitabının təqdimat
mərasimi keçirildi.
Universitetin rektoru, akademik
İsa Həbibbəyli
giriş sözündə
son illərdə kitabxana
rəhbərliyinin yeni
nəşrlərin təbliği
istiqamətində gördüyü
çoxsaylı tədbirləri
yüksək qiymətləndirdi.
İsa Abdullayevin şəxsi məziyyətlərindən, həkimlik
və elmi-pedaqoji fəaliyyətindən ürəkdolusu
danışan rektor yeni monoqrafiyanı ana dilində elmi tibbi ədəbiyyata
olan tələbatın
ödənilməsi istiqamətində
mühüm addım kimi dəyərləndirdi.
Tibb fakültəsinin dekanı,
pedaqoji elimlər namizədi Bəhruz Məmmədov həkim-alimin tərcümeyi-halından
bəhs edərək onun 1978-ci ildən əmək fəaliyyətinə
başladığını, 1987-1992-ci illərdə
Ə.Nağıyev adına
Naxçıvan şəhər
Mərkəzi Xəstəxanasının
Cərrahiyyə şöbəsinin
müdiri, 2004-2007-ci illərdə Naxçıvan MR Səhiyyə
Nazirliyinin Tibbi yardımın təşkili
şöbəsində baş
məsləhətçi cərrah,
2007-2009-cu illərdə Naxçıvan
Diaqnostika Müalicə
Mərkəzində baş
həkimin müalicə
işləri üzrə
müavini, hazırda isə Cərrahiyyə şöbəsinin müdiri
kimi məsul vəzifələrdə çalışdığını
qeyd etdi. İsa həkim 1987-ci ildə Moskva Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək
tibb elmləri namizədi alimlik dərəcəsi alıb,
2006-cı ildən isə
doktorluq dissertasiyası
üzərində işləyir.
2003-cü ildən universitetin Tibb fakültəsində baş
müəllim kimi çalışan alim
100-ə yaxın elmi,
elmi-kütləvi məqalə,
metodik vəsait və monoqrafiya, səmərələşdirici təklif müəllifidir.
Naxçıvanda laporoskopik cərrahiyyənin
yaradılması və
inkişafı bilavasitə
onun adı ilə bağlıdır.
Muxtar respublikanın nüfuzlu həkimlərindən
olan İsa Abdullayevin əməyi dövlət tərəfindən
yüksək qiymətləndirilib,
2007-ci ildə "Naxçıvan
MR-ın Əməkdar
həkimi" fəxri
adı, 2009-cu ildə
isə "Tərəqqi"
medalı ilə təltif olunub.
Universitetin Ümumi təbabət və gigiyena kafedrasının müdiri, tibb elmləri namizədi, dosent Malik Əjdər
İbrahimov, həmin kafedranın müəllimləri
həkim-kardioloq -Süleyman
Cəforov və həkim-anestezioloq Bəxtiyar
Hüseynov çıxışlarında
monoqra-fıyanın qiymətli
tədqiqat mənbəyi
və tədris vəsaiti olduğunu vurğuladılar. Qeyd olundu
ki, nəfis tərtibatlı, qiymətli
nəzəri müddəalara,
şəxsi təcrübəyə
əsaslanan, çoxsaylı
xarici və yerli elmi mənbələrə
isnadən yazılan yeni nəşr ümumdünya səhiyyəsində
qəbul olunası əsərdir. Monoqrafiya abdominal cərrahiyyənin aktual problemlərindən olan peritonit xəstəliyinin etiologiyası, patogenezi, eksperimental modelləşdirilməsi,
klinikası, diaqnostikası
və kompleks müalicəsindən, müəllifin
bu sahədəki çoxsaylı səmərələşdirici
təkliflərinin elmi
əsaslarından və
təcrübədə tətbiqinin
effektliyindən bəhs
edir.
Pediatriya kafedrasının müəllimi, tibb elmləri namizədi Elmar Rzayev, fakültənin
VI kurs tələbəsi
Anar Səfərov Naxçıvan MR Səhiyyə
Nazirliyi Kollegiyasmın
və Naxçıvan
Dövlət Universitetinin
Elmi Şurasının
qərarı ilə nəşr olunan kitabın bütövlükdə
bu mövzuya həsr olunmuş ilk elmi ədəbiyyat olduğunu vurğuladılar.
Tibb elmləri namizədi,
cərrah Məhərrəm
Tarverdiyev, Naxçıvan
MR hərbi hospitalında
cərrahi bölmənin
rəisi, polkovnik-leytenant
Səfər Qədimov
da həmkarları haqqında xoş ürək sözlərini
söylədilər.
Sonda müəllif tədbirin təşkilatçılarına
səmimi minnətdarlığını
bildirdi, regionda səhiyyənin və tibbi təhsilin inkişafına dövlət
qayğısndan söz
açdı.
Tədbirdə müəllifin elmi-pedaqoji
irsini, həyat və fəaliyyətini əks etdirən sərgi və slayd da nümayiş
olundu.
Mehriban
Sultan
NDU-nun mətbuat
şöbəsinin
müdiri
Palitra.- 2010.- 8 oktyabr.- S.10.