“İrəvan xanlığı”
kitabı təqdim olundu
Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) A.Bakıxanov adına Tarix İnstitutu və Regionların İnkişafı
İctimai Birliyinin birgə layihəsi əsasında işıq
üzü görən
"İrəvan xanlığı.
Rusiya işğalı və ermənilərin Şimali
Azərbaycan torpaqlarına
köçürülməsi" monoqrafiyasının yeni çapdan çıxmış
ingilis və rus dillərində versiyalarının təqdimatı
keçirilib.
Kitabm müəlliflərindən biri, Tarix İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, oxuculara
təqdim olunan bu kitabda XVIII əsrin ortalarında Nadir
şah imperiyasının
süqutundan sonra meydana gəlmiş, Cənubi Qafqazın tarixində mühüm rol oynamış, XIX əsrin əvvəllərində
yadelli işğalçılara
qarşı qəhrəmancasına
mübarizə aparmış
Azərbaycan dövlətlərindən
birindən - İrəvan
xanlığından (1747-1828) bəhs olunur. Müəllif deyib ki, monoqrafiyada XIX əsrin əvvəlində baş
vermiş Rusiya işğallarına qədər
İrəvan xanlığı
əhalisinin mütləq
əksəriyyətinin Azərbaycan
türklərindən ibarət
olması təkzibolunmaz
mənbələr əsasında
sübuta yetirilir və erməni müəlliflərinin xanlığın
xristian əhalisi barədə uydurma fıkirləri - əhalinin
əksəriyyətinin guya
ermənilərdən ibarət
olması ideyası ifşa olunur.
AMEA prezidenti Mahmud Kərimov
bəyan edib ki, bu qiymətli
kitabda erməni katolikosluğunun mərkəzinin
Azərbaycan Qaraqoyunlu
dövlətinin padşahı
Cahanşahın icazəsi
ilə 1441-ci ildə Kilikiyanın Sis şəhərindən
İrəvan bölgəsinə
köçürülməsinə qədər bu ərazidə ermənilərə
məxsus heç bir yaşayış məskəni və ya torpaq sahəsi
olmadığı sübut
olunur. Kitabda 1443-cü ildən XVIII əsrin ortalarına kimi erməni katalikoslarının müxtəlif
vasitələrlə Azərbaycan
türklərindən aldıqları
kəndlərin və
digər mülklərin
siyahısı erməni
mənbələri əsasında
tərtib olunan xüsusi cədvəldə
öz əksini tapıb.
Palitra.- 2010.- 8 oktyabr.- S. 11.