Milli Teatr Festivalının növbəti mərhələsi başlayır

 

Milli Teatr Festivalının növbəti, III mərhələsi oktyabrın 11-dən dekabrın 10-dək davam edəcək Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun verdiyi məlumata görə, festivalda 200 nəfərdən ibarət yaradıcı kollektivlərin iştirakı nəzərdə tutulub.

Bu müddətdə Bakı Sumqayıt şəhərlərində Qax Gürcü Dram Teatrı, "Yuğ" Teatrı, Pantomima Teatrı, Qazax Dram Teatrı, İrəvan Azərbaycan Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Kukla Teatrının, Qax Dövlət Kukla Teatn Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının çıxışları planlaşdırılıb.

Qeyd edək ki, 2010-cu il fevralın 22-də start götürmüş Milli Teatr Festivalının birinci mərhələsində 6 teatr, ikinci mərhələsində isə 11 teatr iştirak edib. Tamaşalar Bakının müxtəlif teatrlarında, Azərbaycan Teatr Xadimləri İttifaqının Sumqayıt Dövlət Musiqili Dram Teatırının səhnələrində oynanılıb. Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilib.

 

 

Palitra.- 2010.- 8 oktyabr.- S. 15.