YUNESKO-nun dəstəyi
ilə İçərişəhərə
həsr
olunan beynəlxalq seminar
keçiriləcək
17-21 oktyabr tarixində "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi YUNESKO-nun təşkilati
dəstəyi ilə "İçərişəhər
irsinin konservasiyası inkişafında "Tarixi Şəhər
Landşaftı" yanaşması tətbiqi"
mövzusunda beynəlxalq seminar keçirəcək.
İdarənin mətbuat xidmətindən
verilən xəbərə görə, seminarın
keçirilməsində əsas məqsəd YUNESKO tərəfindən
Dünya İrsi Siyahısına daxil edilən tarixi şəhərlərin
bir çoxunda konservasiya ilə inkişafının
uyğunlaşdırılmasında yaranan problemləri aradan
qaldırmaq üçün "Tarixi Şəhər
Landşaftı" konsepsiyasının hazırlanması və
bu yanaşmanın İçərişəhərə tətbiq
edilməsi üçün ekspertlər arasında müzakirələrin
keçirilməsidir.
Qeyd edək
ki, seminarda iştirak etmək üçün YUNESKO-nun əməkdaşları
və müvafiq sahələr üzrə ixtisaslaşan
ABŞ, Finlandiya, Niderland, İtaliya, İspaniya, Britaniya,
Fransa, Polşa, Avstriya və Avstraliya kimi ölkələri təmsil edən nüfuzlu beynəlxalq
ekspertlər Bakıya səfər edəcəklər. Seminarda
İçərişəhərin konservasiyası üzrə
Baş Planın müəllifləri olan italiyalı mütəxəssislərin,
həmçinin bir neçə yerli və xarici memarların
iştirakı da gözlənilir. Seminarın nəticəsi
olaraq İçərişəhərdə konservasiya və
inkişaf layihələrinin uyğunluğu üzrə YUNESKO
tərəfindən müvafiq hesabat dərc olunacaq, habelə
Şəhər İnkişaf Strategiyası hazırlanacaq.
Qeyd olunan seminar İçərişəhərin
qorunması, təbliği və inkişafına yönəlmiş
tədbirlər sırasına daxildir.
Palitra.- 2010.- 12 oktyabr.- S. 12.