"Leyli və Məcnun" operası anşlaqla baş tutub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti Mənsum
İbrahimovun 50 illik yubileyi münasibəti ilə Üzeyir Hacıbəylinin "Leyli
və Məcnun " operası nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru Hafiz
Quliyev, quruluşçu
rəssamı Rafiz İsmayılov, dirijoru Sevil Hacıyevadır. Tamaşada Xalq artisti Mənsum
İbrahimov (Məcnun),
Xalq artisti Nəzakət Teymurova (Leyli), Təyyar Bayramov (İbn Səlam), Nəzər Bəylərov (Zeyd), Sahibə Əhmədova (Leylinin anası), Afaq Ağayeva (Məcnunun anası), Elnur Zeynalov (Məcnunun atası), Əməkdar artist Nizami Bağırov (Leylinin atası), İlham Nəzərov (Nofəl) çıxış ediblər.
Tamaşanın nümayişində
Azərbaycandakı diplomatik
korpusun nümayəndələri,
dövlət rəsmiləri
iştirak ediblər.
"Leyli və
Məcnun" operasının
nümayişi anşlaqla
baş tutub.
Palitra.- 2010.- 12 oktyabr.- S. 15.