«Muzeylərə maraq yaratmaq nəinki fərdi, həm də ictimai işdir»

 

Müsahibimiz Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix elmləri namizədi, Ağsu Arxeoloji Ekspedisiyasının rəis müavini Fariz Xəlillidir. Fariz müəllimlə söhbətimizə Milli Azərbaycan Tarixi Muzeyinin keçmişibügünkü durumu barədə söhbətlə başladıq.- Milli Azərbaycan Tarixi Muzeyi 1920-ci ildən fəaliyyət göstərir. Bu il muzeyimizin 90 yaşı tamam olur. 90 ildir ki muzey işinin inkişafında Milli Azərbaycan Tarixi Muzeyinin özünəməxsus yeri var. Ədəbiyyat, İncəsənət, Təbiət, Teatr tarixi, Şəki, Gəncə, Şamaxı, tarixi diyarşünaslıq muzeyləri və başqa bir sıra muzeylər Milli Azərbaycan Tarixi Muzeyinin varisidir. Məhz ondan ayrılıb, onun eksponatları ilə yaranıblar. Muzey 1956-cı ildə ilk böyük ekspozisiyasını açaraq sistemləşdirib, fond otaqları ilə təchiz edib. 1980-ci, 2004-2008-ci illərdə daha yeni ekspozisiyaları tamaşaçıların üzünə açıb. Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi nəinki eksponatların mühafizəsi ilə məşğuldur, həm də bu eksponatların əldə olunması, aşkar olunması ilə də məşğul olur. 1920-ci illərdən başlayaraq Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanda aparılan çoxsaylı arxeoloji tədqiqatlara rəhbərlik edərək onların təşkilini təmin edib. Ümumiyyətlə, Milli Azərbaycan Tarixi Muzeyində 300 minə yaxın eksponat saxlanılır. Bu eksponatlardan 90 mini bizim elmi fondda mühafizə olunur. Bunlar Daşkəsən rayonundakı Çovdar abidəsi, Şəki şəhəri və ətrafındakı abidələr, Şamaxı, Gülüstan qalası, Mingəçevir abidəsi, Naxçıvandakı digər EneolitTunc dövrü abidələrindən aşkar olunubMilli Azərbaycan Tarixi Muzeyinin fondlarına daxil olub. Milli Azərbaycan Tarixi Muzeyinin bugünkü durumuna gəlincə isə digər muzeylərə nisbətən yaxşı vəziyyətdədir. Çünki Prezident İlham Əliyevin sərəncamına əsasən əsaslı şəkildə təmir olunub və yenidən qurulub. Əsaslı bərpa işlərindən sonra muzey yeni görkəm alaraq ekspozisiyalarını yeniləyib. Ekspozisiyada nəinki köhnə, həm də əvvəllər nümayiş etdirilməyən yeni eksponatlar nümayiş olunur.

- Hazırda mədəniyyət ocaqlarına, xüsusilə də muzeylərə qarşı maraq nə dərəcədədir?

- Hazırda mədəniyyət ocaqlarına maraq orta səviyyədədir. Belə ki, bəzi insanlar zövq aldıqları və öyrəndikləri üçün mədəniyyət ocaqlarına üz tutur, bəziləri isə qeyri-ixtiyari, yoldan ötərkən afişa və elanları görərək bura yönəlir. Kütləvi informasiya vasitələrində xəbərlər və reklam işlərinin zəif təşkil olunması, muzeylər və digər mədəniyyət ocaqlarının ictimaiyyətlə, müəssisələrlə, xüsusilə turizm agentlikləri ilə əlaqəsinin aşağı səviyyədə olması mədəniyyət ocaqlarına axının kütləviliyini minimuma endirir. Bütün bunlarla yanaşı muzeylərdə yeni sərgi və ekspozisiyalara, tədqiqata marağın genişlənməsi üçün ciddi işlər görülür.

- Uşaq və gənclərin dünyagörüşü, həyata baxış tərzi sizi qane edirmi?

- Uşaqların fikirlərini, düşüncələrini valideynləri müəllimləri formalaşdırır. Əgər onlar uşaqların dünyagörüşünü formalaşdırarkən mədəniyyət ocaqlarına yarımçıq, laqeyd münasibət bəsləyirsə və bu, onların söhbət və əməllərində görünürsə, onda keçilən dərsin əyaniliyi, verilən nəsihətin yaddaqalıcılığı da yarımçıq olur. Gənclər müstəqil düşüncəyə və fikrə sahib olmaqla daha çox zövqlərinin ardınca gedirlər. Kim bu zövqlər silsiləsinə muzey və mədəniyyət ocaqlarını daxil edərsə, onda vətənə bağlılıq, ümumi mənafe hissləri daha güclü olar. Mən uşaq və gənclərin həyata baxış tərzindən razıyam, bizdən asılı olmadan zaman özü bu baxış tərzinin istiqamətini və dəyərini müəyyən edir. Yetər ki, yaşlılar da bundan nəticə çıxarıb gəncliyi əldə edə bilsinlər.

- Siz uşaq və gəncləri muzeyinizə cəlb etmək üçün hansı tədbirlər görürsünüz?

- Muzeylərə maraq yaratmaq nəinki fərdi, həm ictimai işdir. Belə ki, akademik Nailə Vəlixanlının təşəbbüsü ilə məktəblər, kolleclər, universitetlərlə aparmaq üçün Milli Azərbaycan Tarixi Muzeyində Elmi maarif şöbəsi yaradılıb. Bu şöbə məktəblərlə müqavilə bağlayır, onların qrup halında gəlişi zamanı güzəştlərin olunmasını təmin edir, muzeydə tədbirlər, yarışlar keçirir, mühazirələr oxunur. Bu fəaliyyətlərin də təsiri ilə muzeyə gələnlərin sayı artıb.

- Muzeyinizin qonaqları əsasən hansı yaş qrupunu əhatə edir? Bunu bilmək maraqlı olardı.

- Muzeyimizin qonaqları say baxımından 10-20 yaş qruplarını əhatə edir. Amma müxtəlif tədbirlərin, sərgilərin keçirilməsi s. yaşlıların da gəlişinə təsir göstərir.

- Yəqin ki, muzeyinizə xarici qonaqlar da tez-tez baş çəkir. Onların bu haqda düşüncələrini, təəssüratlarını bilmək istərdik.

- Bizim muzeyimiz Prezident İlham Əliyevin təşəbbüsü sərəncamı ilə 2005-ci ildən əsaslı bərpaya dayanıb, 2007-ci ilin dekabrında bərpa işləri başa çatıb. Mənim hazırlanmasında yaxından iştirak etdiyim yeni muzey ekspozisiyası gələn xarici qonaqlarımızın, turistlərin çox xoşuna gəlir, məmnunluqla onun zənginliyi maraqlı dizaynı ilə bağlı təqdiredici ürək sözlərini xatirə kitabına qeyd edirlər.

- Siz həmçinin "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbərisiniz. Zəhmət olmasa, ictimai birliyiniz haqqında bir az məlumat verin.

- Azərbaycan dünyanın qədim mədəniyyət mərkəzlərindəndir. Əcdadlarımızdan bizə gəlib çatmış maddi və mənəvi irsi qorumaq hər birimizin borcudur. Əks halda bu qloballaşma prosesində kimliyimizibu torpağın haqqını itirmiş olarıq.2010-cu ilin yanvar ayında fəaliyyətini elan edən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2010-cu ilin mart ayında qeydiyyatdan keçib və rəsmən fəaliyyətə başlayıb. Avqust ayından fəaliyyəti genişlənib, Ağsu arxeoloji ekspedisiyasının təşəbbüskarı kimi çıxış edib. Qazıntı sahəsinin konservasiyasına, “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomlarının nəşrinə, "Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi" mövzusunda respublika elmi-nəzəri konfransın keçirilməsinə səy göstərən və Milli Azərbaycan Tarixi MuzeyiArxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyilə buna nail olanMiras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu sahədə ilk addımlarını atır. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:- mədəni irsin öyrənilməsi üzrə elmi-tədqiqat işlərinin aparılmasına kömək etmək;  - milli  mənəvi dəyərlərimizin öyrənilməsinə və təbliğinə kömək etmək; - tarixi abidələrin və digər obyektlərin təmiri və bərpasına yardım etmək;- yaddan çıxmış adət-ənənələrimizi öyrənmək və gənc nəslə çatdırmaq.“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yeniyetmə və gənclərin mədəni irsə münasibətinin inkişafında indiyə qədər “İRƏLİ” İctimai Birliyi və “Yeni İstedadlarUşaq və Gənclər Birliyi ilə sıx əlaqə saxlayır. “İRƏLİ” İctimai Birliyinin Tarix Mərkəzinin üzvləri Ağsu qazıntılarında olub, abidə və tapıntılarla yerindəcə tanış olub, diskussiyalar aparılıb. Yeni İstedadlarUşaq və Gənclər Birliyinin səyi ilə bu gün sonuncusu olan “Məktəblilərin gözü ilə Azərbaycan arxeologiyası” seminarları keçirilib, Bakının 91, 162, Beynəlxalq Ümumtəhsil məktəblərinin şagirdləri bu seminarlarda fəal iştirak edib, diskussiyalarda fərqlənənlər mükafatlandırılıb. Bu mövzuda yazı müsabiqəsi elan edilib, çoxsaylı yazılar toplanılıb. İlk 10 yeri tutan yazılar “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun növbəti sayında nəşr olunacaq.

- Mətbuat tərəfindən sizə qayğı göstərilirmi? Əsasən hansı mətbuat orqanları ilə əməkdaşlıq edirsiniz?

- Mətbuat bizim fəaliyyətimizi daim diqqətdə saxlayır. Televiziyaların bölgə müxbirləri qazıntı sahəsini və tədbirlərimizi mütəmadi işıqlandırıb. Sonuncu 14 sentyabr tədbirimizdə bu KİV nümayəndələrinin bəzilərini bizAğsu arxeoloji ekspedisiyasının dostuelan etdik.

- Ağsuda arxeoloji tədqiqatlar, qazıntı işləri aparırsınız. Hazırda fəaliyyətiniz nə yerdərdir?

- 2010-cu ilin mart ayından etibarənMirasMədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ağsulu ziyalıların yaxından dəstəyiləOrta əsr Ağsu şəhəriArxeoloji Turizm Kompleksi layihəsinin həyata keçirilməsinə başlanıb. Məqsəd Azərbaycanın turizm marşrutlarından kənarda qalmış Ağsu rayonunun tarixi abidələrini tədqiq etmək və nümayişə hazır vəziyyətə gətirməklə turistlərin diqqətini bu bölgəyə çəkməkdir. Ağsu şəhəri XVIII əsrdə Azərbaycanın əhalisinin sayına görə ən böyük şəhəri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə ən əhəmiyyətli iqamətgah olub. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər, Şirvan xanları bu qalada otururdular. Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının mərkəzi də olub. Bu qalaya şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, Qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə Abbas Mirzə hücum edib, mühasirədə saxlayıb, bəziləri alıb, bəziləri geri qayıdıb. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında yazıblar. Ağsuda iki dəfə taun xəstəliyi yayılıb, xeyli insan bundan vəfat edib. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf edib.Şəhərin ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla təqribən 40 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və val şəklində olan çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 632,6, şimal divarlarının uzunluğu 629,5, şərq divarlarının uzunluğu 637,3, qərb divarlarının uzunluğu isə 630 metrdir.“Orta əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksi layihəsi çərçivəsində AMEA ArxeologiyaEtnoqrafiya İnstitutuMilli Azərbaycan Tarixi Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası orta əsr Ağsu şəhərində tədqiqata başlayıb. Əvvəlcə indiyə qədər yalnız 8 kv.m. sahədə kəşfiyyat səviyyəsində öyrənilmiş şəhər yerinin nisbətən təpə və çuxurların az olduğu hissəsində qazıntı işlərinə başlanılıb. Qazıntı III (600 kv.m), IV (2200 kv.m.) və V (400 kv.m.) sahələri əhatə edirdi. İndi mövsümlə əlaqədar olaraq tədqiqatları dayandırmışıq. Yazdan yeni qazıntılara başlanılması planlaşdırılır.

- Gələcək planlarınız barədə məlumat verərdiniz.

- Bizim bəzi layihələrimiz var ki, yaxın gələcəkdə reallaşması gözlənilir:Azərbaycanda təbii boyaqçılığın tarixi, müasir vəziyyəti inkişaf perspektivləri;Sualtı arxeoloji tədqiqatlar üçün monitorinqlər aparılması; “Şirvan xəzinəsinə aparan yolturu; Məktəbli düşərgələri; “MİRAS” televiziya verilişi; GoranboydaKurqan Muzeyilayihəsi; ŞamaxıdaGülüstan qalasıarxeoloji turizm kompleksi layihəsi; “Yeddi Günbəzabidələrinin bərpasına yardım layihəsi; BərdədəNüşabə qalasıadlanan türbənin bərpasına yardım layihəsi s.“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi sizləri mədəni irslə bağlı layihələrimizin həyata keçirilməsində yaxından iştirak etməyə çağırır. 

 

 

Cəfər Mənsimi

 

Palitra.- 2010.- 19 oktyabr.- S. 12.