«Azərbaycanın turizm sektoru» adlı araşdırmanın nəticələri açıqlanıb

 

Azərbaycan Turizm İnstitutunun (ATİ) Tədqiqat və İnkişaf Mərkəzi Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə apardığı «Azərbaycanın turizm sektoru» adlı araşdırmanın nəticələrini açıqlayıb. Araşdırmalar nəticəsində  hazırlanan hesabatda ölkəmizdə turizm sahəsinin potensialı, idarə olunması, problemləri və inkişaf perspektivləri öz əksini tapıb. Sənəd yerlixarici ekspertlərin əvvəlki illərdə hazırladıqları hesabatlar, rəsmi məlumatlar və elmi mənbələr əsasında tərtib edilib. Dünya Turizm Təşkilatının, Dünya İqtisadi Forumunun statistikasının, habelə Dövlət Statistika Komitəsinin rəqəmlərinin əksini tapdığı hesabatın hazırlanması zamanı 50-dək mənbədən istifadə olunub. Hesabat müəllifləri Turizm İnstitutunun həyata keçirdiyi 10-dan çox sahə tədqiqatının nəticələrindən də faydalanıblar. ATİ-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanovun sözlərinə görə, hesabatda ilk olaraq Azərbaycanda modern turizm fəaliyyətinin tarixinin 1908-ci ildən başladığı öz əksini tapıb: “Həmin il Bakıda Krım-Qafqaz dağ klubunun filialı açılıb. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olmağa başlayıb. Sovet dövründə turizm sahəsi özünəməxsus şəkildə inkişaf edib. 1922-ci ildən Bakıda ilk ekskursiya dərnəkləri fəaliyyətə başlayıb və 1929-cu ildən Proletar TurizmEkskursiyalar Cəmiyyətinin bölməsi kimi fəaliyyət göstərib. Qurum 1935-ci ildən Azərbaycan SSRİ Mərkəzi İcraiyyə Komitəsinin nəzdində fəaliyyətini davam etdirib. Böyük Vətən müharibəsindən (1941-1945) sonra ölkədə idman, özfəaliyyət, ailəvi və uşaq turizmi vüsət almağa başlayıb. 1950-ci ilin sentyabrında Bakı turist bazası yaradılıb və bir müddətdən sonra Azərbaycan Turizm Ekskursiyalar İdarəsinə çevrilib. 1970-1987-ci illər ölkəsosial turizmin perspektiv inkişafı ilə xarakterizə olunur. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilib. Azərbaycan SSRİ Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən, ölkədə 2000-ci ilə qədərki dövr üçün turizmin inkişaf sxemi qəbul olunub. Bu plan turizm sahəsində ilk ən uzunmüddətli plan olub. 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xarici Turizm Şurası yaradılıb”. Hesabatda həmçinin son 10 ildə Azərbaycanda turizmin inkişafından geniş bəhs olunduğunu deyən E.Aslanovun sözlərinə görə, 1999-cu ildə "Turizm haqqında" qanun qəbul edilib, 2001-ci ildə Turizm Nazirliyi yaradılıb həmin ildə Dünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan bu beynəlxalq quruma üzv qəbul olunub: “Bütün bunların nəticəsində isə ölkəyə turist axını ildən-ilə güclənməyə başlayıb. 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı 2007-ci illə müqayisədə 39,4 faiz artaraq 1,4 milyon nəfər təşkil edib. 2009-cu ilin sonunda ölkədə 230 turizm şirkəti, 370 otel fəaliyyət göstərib ki, bu da 2007-ci illə müqayisədə 16,9 faiz çox olub, 2009-cu ilin birinci yarısında ölkədə 35 yeni mehmanxananın inşası davam edib”. Aparılan araşdırmaların nəticələrinə görə, 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində bu say 4 dəfə artaraq 370-ə çatıb. Həmçinin yerləşdirmə yerlərinin sayı 3 dəfə artıb. Hazırda ölkədə 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir ki, bu da 2002-ci illə müqayisədə 3 dəfə çoxdur. Hesabatda Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülən daşınmaz tarix mədəniyyət abidələrinin siyahısının da öz əksini tapdığını deyən E.Aslanov deyir ki, bu siyahıya əsasən, artıq 7000-dək qorunan obyekt var. Bir sıra tarix mədəniyyət abidəsinin qorunma sistemləri yaradılıb ki, bunlara İçərişəhər, Çıraqqala, Qobustan, Keşişdağ, Xınalıq, Nardaran qalası, Şuşa, Şəki, Lahıc, Zaqatala, Basqal, Gəncə, Qazaxın «Avey», Qəbələ, İlisu, Ordubadın «Gəmiqaya», Şərurun «Arpaçay», Ordubad, Culfanın «Gülüstan», «Şabran şəhəri», Hacıqabulun «Pir Hüseyn Xanəgahı» sair dövlət mədəniyyət, etnoqrafiya qoruqlarını misal göstərmək olar.Hesabatda həmçinin Azərbaycanın geniş əvəzolunmaz milli mətbəxinin turizm sektorundakı yerindən bəhs edildiyini deyən mərkəz rəhbəri bildirir ki, burada ölkəmizin milli mətbəxinin nümunələrinin turistlər tərəfindən yüksək qiymətləndirildiyi vurğulanır: “Mineral sular, regionlarımızda hazırlanan yerli şərablar, turşular şirniyyatlar da turistlərin diqqətini cəlb edən amillərdəndir. Azərbaycan insanının xarakterik xüsusiyyətləri arasında yer alan qonaqpərvərlik tolerantlıq turizm üçün mühüm fürsətdir”. Ümumiyyətlə, turrizm sektorunun  əhəmiyyətindən bəhs edən E.Aslanovun sözlərinə görə, turizm qeyri-neft sektorunda ən ümidverici sənaye sahəsidir ki, bu da Azərbaycanda getdikcə daha sürətli inkişaf edir: “Turizm həm gəlir gətirir, həm iqtisadiyyatda katalizator effektinə malikdir. Çünki turizm iqtisadiyyatın ən dinamik sürətlə inkişaf edən sahələrindən biridir. Dünyada ümumi daxili məhsulun 6 faizini təşkil edir. Eyni zamanda dünya investisiyalarının 7 faizi, dünya istehlakçı xərcləmələrinin 11 faizi turizmin payına düşür. Azərbaycanda turizm siyasəti, hüquqi-normativ aktların qəbul edilməsi ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması turizmin əhəmiyyət kəsb edən məsələlərindəndir. Turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, bu sahədə orta kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində işlərin görülməsi xüsusi əhəmiyyət daşıyır”. Sənəddə o da qeyd edilib ki, son illər turizm haqqında bir sıra hüquqi aktlar qəbul olunub, qorunan ərazilər abidələr haqqında qərar sərəncamlar, lisenziya fəaliyyətinin normallaşdırılması, otellərin təsnifatlaşdırılması ulduzvermə fəaliyyəti sahəsində böyük işlər görülüb. Azərbaycan hökuməti ilə Moldova, Belarus, Qətər, Yunanıstan, Qazaxıstan, Pakistan, İordaniya, Fransa, Tacikistan, Misir Litva arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanıb, 26 ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş layihələri hazırlanıb. Bundan başqa ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, ÜTT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, MDB-nin Turizm Şurası, GUAM təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı s. beynəlxalq regional təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi bu istiqamətdə görülən işlər sırasına aiddir. Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə son beş il ərzində ölkənin turizm imkanlarını əks etdirən qırxdan çox reklam-çap məhsulları hazırlanıb. Hesabatda qeyd edilir ki, ölkəmizə gələn turistlərin sayının artmasının birinci səbəbi xarici ölkələrdə təbliğat işinin mütəşəkkil geniş şəkildə qurulmasından asılıdır. Son illər bu sahədə mühüm irəliləyişlər var ki, buraya daxil olanİpək Yolu”, “Babaların tarixi zəfər şəhadət yolu”, “Şərab yolları”, “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda alman yaşayış məskənləri”, “Siemenslər Gədəbəydəbeynəlxalq turizm marşrutlarının yaradılması sair faktlar turistlərin ölkəmizə marağını artırıb. Bundan əlavə ölkədə 5 ulduzlu otellərinin artması biznes-sərgilərin dəstəklənməsi, istirahət əyləncə turizmi, turizm-rekreasiya zonaları ilə bağlı aparılan işlər, ölkədə dini turizm potensialının mövcudluğu, Şahdağ yay qış turizm kompleksinin tikintisi bu sahədə daha böyük imkanlardan xəbər verir. Turizm sahəsində orta kiçik sahibkarlığın inkişaf etdirilməsi məqsədilə 230 turizm şirkətinin, 370 otelin 123 turizm müəssisəsinin lisenziya əsasında fəaliyyət göstərdiyinin qeyd edildiyi hesabatda həmçinin nəzərə çatdırılır ki, turist cəlb olunmasında mühüm amillərdən biri keyfiyyət, münasib qiymət, təhlükəsizlikdir.

 

 

Nigar

 

Palitra.- 2010.- 27 oktyabr.- S. 11.