Qubadlının işğalından 17 il keçir
Qubadlı rayonunun
Ermənistan Silahlı
Qüvvələri tərəfindən
işğal edilməsindən
17 il ötür. Sahəsi 80250 hektar olan rayon 31 avqust 1993-cü
il tarixində erməni işğalçıları
tərəfindən zəbt
olunub. Zəngin yeraltı sərvətlərə
və əsrarəngiz
təbii gözəlliyə
malik olan, Zəngəzur dağları
ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən
Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.
Rayon ərazisində
müxtəlif növ
ağaclardan ibarət
13160 hektar dövlət
meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən
ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən
1600 metr yüksəklikdə
yerləşən və
sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət
Yasaqlığında nəsli
kəsilməkdə olan
bir çox heyvan və quş növləri mühafizə olunurdu. Qubadlı rayonunun ərazisində ehtiyatları
6247 min m3 və mişar
daşı üçün
yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min m3 olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan
Eyvazlı bəzək-əlvan
(əqiq) və Həkəri çayı
sahilində ehtiyatları
84 min m3/gün olan yeraltı
şirin su yataqları var idi. Qeyd edək
ki, erməni işğalçıları tərəfindən
rayon ərazisində geniş
sahələri əhatə
edən qiymətli ağac növlərindən
ibarət meşələr,
böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə
zəngin su mənbələri istismar
olunub, özünün
qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz
təbiət guşələri
dağıdılıb və
məhv edilib.
Qeyd edək
ki, Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər
şəhid olub. Qarabağ müharibəsində
isə Qubadlının
ümumilikdə 232 sakini
şəhid, 146-sı əlil
olub. Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni,
205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər.
İşğala qədər
33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər
təhsil müəssisəsi
fəaliyyət göstərib,
bu təlim-tərbiyə
və təhsil müəssisələrində 1280 nəfər müəllim
çalışıb. Rayonda
111 mədəni-maarif müəssisəsi,
o cümlədən 60 kitabxana,
10 mədəniyyət evi
və 28 klub, 6 avtoklub olub. Ermənilər 5 mindən
çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşünaslıq Muzeyini
də talan ediblər. IV əsrə
aid “Gavur dərəsi”ndəki
ibadətgah, 5-ci əsrə
aid “Qalalı” və “Göyqala” abidələri,
XIV əsrdə tikilmiş
“Dəmirçilər” Türbəsi,
Hacı Bədəl körpüsü, Laləzar
körpüsü, eləcə
də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı
kəndlərindəki digər
tarixi abidələr hazırda işğal altındadır.
Nigar
Kaspi. -2010. -1 sentyabr. – S.6.