Azərbaycanın bir sıra ölkələrdə səfirlikləri açılacaq

 

Ötən gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Beynəlxalq hüquqda fəxri konsul institutuadlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifləri Azərbaycan XİN-in İnsan hüquqları, demokratikləşmə humanitar problemlər idarəsinin rəisi Əlimirzamin Əsgərov XİN-in attaşesi Pərvin Məmmədovadır.

  Kitabda Azərbaycanda fəxri konsul institutunun fəaliyyətinin hüquqi tənzimlənməsinə dair məsələlər əksini tapıb. Kitab diplomatiya, beynəlxalq hüquq beynəlxalq münasibətlər üzrə ixtisaslaşan tələbələr müəllimlər üçün nəzərdə tutulub Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində çap edilib.

Təqdimatda ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və nazir müavini Vaqif Sadıqov iştirak edib. Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Vaqif Sadıqov bəyan edib ki, Azərbaycan dünyada ölkənin təbliğinin yüksəldilməsi məqsədilə milli diplomatik xidmətin 90 illiyilə bağlı tədbirlər silsiləsi keçirir: “ bu təsadüfi deyil, çünki Azərbaycanın rolu əhəmiyyəti gündən-günə artır. Biz xaricdə Azərbaycanın təbliğinə böyük diqqət yetiririk, 2009-cu ildə bir çox ölkələrdə Azərbaycan diplomatik xidmətinin 90 illiyinə həsr olunmuş 15-16 konfrans keçirilib”. V.Sadıqov həmçinin məlumat verib ki, hazırda Azərbaycanın xaricdə 65 diplomatik nümayəndəliyi konsulluğu fəaliyyət göstərir. “Parlamentin daha 10 ölkədə, o cümlədən Serbiyada, Omanda, Argentinada, Tailandda, Xorvatiyada, Liviyada, Livanda, Estoniyada səfirliklərin Batumidə baş konsulluğun açılmasına dair qərarı var” - deyə o bildirib. Bundan əlavə V.Sadıqov Azərbaycanın nüfuzunun artım göstəricisi kimi bir sıra dövlətlərin Bakıda öz səfirliklərini açmaqla bağlı niyyətlərini qeyd edib. Onların arasında cari ildə respublikada  öz səfirliyini açmağa hazırlaşan Fələstin dövləti var. Nazir müavini xatırladıb ki, hazırda Fələstinin Azərbaycanda akkreditə olunmuş səfirinin daimi iqamətgahı Daşkənddə yerləşir. Öz növbəsindəBeynəlxalq hüquqda fəxri konsul institutukitabının müəlliflərindən biri Əlimirzamin Əsgərov qeyd edib ki, Azərbaycan açıq fəxri konsul təcrübəsindən kifayət qədər istifadə etmir. Hələlik Azərbaycanın yalnız 3 ölkədə -Livanda, Slovakiyada Genuyada bu cür konsulluqları fəaliyyət göstərir.

Tədbirdə Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev həm də ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı-cinayətkar rejimə 8 milyon dollar əvəzsiz yardım ayırması məsələsinə da münasibət bildirib. O qeyd edib: “Konqresin qərarı bizim tərəfimizdən kəskin surətdə pislənib. Biz bunun təkrar olunmaması üçün çalışırıq, amma təəssüf ki, Konqres öz iddiasına davam edir. Bütün bunlar lobbiçilərin fəaliyyəti nəticəsində baş verir”. O, Azərbaycan dövlətinin mövqeyinin ABŞ-a verilən rəsmi etiraz notasında ifadə olunduğunu xatırladıb: “Biz qarşı tərəfə çatdırmışıq ki, bu qərar ən azı Azərbaycan-Amerika münasibətlərinə müsbət təsir edən addım deyil, hətta Amerikanın özünün maraqlarına ziddir. ABŞ administrasiyasında da bunu başa düşürlər”.

 

İran və Türkiyə ilə viza rejiminin ləğvi məsələsinə baxılır

 

Xarici işlər nazirinin müavini Vaqif Sadıqov həmçinin İran və Türkiyə ilə viza rejiminin ləğvi məsələsinə da toxunub va bildirib ki, “Biz bu məsələyə baxırıq. Müvafiq addımlar atılacaq. Konsulluq məsələləri xüsusi bir sahədir. Bütün məsələlər ətraflı nəzərdən keçirildikdən sonra qərar qəbul olunacaq”.

Nazir müavini V.Sadıqov deyib ki, Xarici İşlər Nazirliyi təcrübəli diplomatların iş təcrübəsindən istifadə edir. O, həmçinin jurnalistlərə məlumat verib ki,  Azərbaycanın İran İslam Respublikasındakı sabiq səfiri Abbasəli Həsənov da təcrübəli diplomat kimi Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub. V.Sadıqov xüsusi tapşırıqların qısa, orta ya uzun müddətli ola bildiyini söyləyib.

Xatırladaq ki, A.Həsənov İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən Prezident İlham Əliyevin 2009-cu il noyabrın 2-də imzaladığı sərəncamla geri çağrılıb. Hazırda Azərbaycanın İrandakı səfiri isə Cavanşir Axundovdur.

 

 

Əlimərdan

 

Palitra. -2010. – 12 yanvar. – S.5.