“Naxçıvanda təhsil:
inkişaf yolu və imkanları”
Muxtar respublikada
təhsilin inkişaf tarixinə aid ümumiləşdirici
əsər çap edilib
Təhsil hər bir millətin
gələcəyidir. Dünyanın inkişaf etmiş ölkələrinin tarixi
təcrübəsi bunu
bir daha təsdiq edir. Təhsilə böyük əhəmiyyət
verən ölkələrin
daha çox inkişaf etdiyi və irəli getdiyi dünyada hamıya məlumdur.
Vaxtilə ümummilli lider
Heydər Əliyev qeyd edirdi ki,
dövlət təhsilin
inkişafı üçün
hansı sahədə
olursa olsun vəsait tapmalıdır.
19-cu əsrin Azərbaycan maarifçiləri,
mütəfəkkirləri əhalinin savadlanmasına,
təhsilli olmalarına
xüsusi əhəmiyyət
verib, bu istiqamətdə fəaliyyət
göstəriblər.
20-ci əsrdə Azərbaycan xalqının maariflənməsində
təhsil prosesinin, bu sahənin görkəmli nümayəndələrinin
müstəsna xidmətləri
olub. Belə ziyalılar xeyriyyəçilik
fəaliyyətləri göstərir,
məktəblər açır,
gənclərin, eləcə
də bütün əhalinin savadlanması üçün bütün
vasitələrdən istifadə
edirdilər. Onlar bildirirdilər
ki, bu sahənin
inkişafı Azərbaycan
xalqının gələcək
taleyini müəyyən
edir. Görkəmli şəxsiyyətlər, maarifçilər xalqın
taleyinə biganə yanaşa bilməzdilər.
Elə bütün bunların nəticəsində 20-ci əsrdə
maarifçilik hərəkatı
ən yüksək səviyyəyə qalxdı,
elm və təhsildə
böyük uğurlar
əldə edildi.
Bu nailiyyətlər 21-ci əsrdə də davam etdirilir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da təhsilə həmişə
diqqət yetirilib, qayğı göstərilib. 19-cu əsrin sonunda Naxçıvanda yeni tipli şəhər və qəza təhsil ocaqlarının
yaradılmasına başlanıldı.
Bu tipli məktəblərin
yayılmasında Ordubadda
"Əxtər" (1892), Naxçıvanda "Tərbiyə"
(1894) adlı məktəblər
açmış Məhəmmədtağı
Sidqinin böyük xidmətləri olub.
M.Sidqi Naxçıvanda ilk dünyəvi
qız məktəbinin
də əsasını qoyub
(1896). "Məhəlli
məktəblər", "Məktəbi-xeyriyyə" və
"Rüşdiyyə" kimi tədris ocaqları da yaradılıb. Naxçıvanda maarifin inkişafında M.T.Sidqi, C.Məmmədquluzadə,
C.P.Sultanov, M.Ə.Süleymanov,
Ə.Xəlilov, M.Kəngərli,
M.Qarayev, M.C.Şürbi
və başqalarının mühüm xidmətləri
olub. 20-ci əsrdə bu ənənə Naxçıvan
ziyalıları tərəfindən
davam etdirilib.
Onu da qeyd edək
ki, təəssüf ki, indiyə qədər Naxçıvanda
təhsilin inkişaf tarixinə aid ümumiləşdirici
əsər yazılmayıb. Ayrı-ayrı dövrlərdə təhsilin
inkişafına aid namizədlik
və doktorluq dissertasiyaları müdafiə
edilsə də, əldə lazımi səviyyədə fakt və materiallar olsa da, buna
təşəbbüs göstərilməyib.
Naxçıvan Dövlət
Universitetinin
professoru, tarix elmləri doktoru Həmzə Cəfərovun
"Naxçıvanda təhsil:
inkişaf yolu və imkanları" adlı monoqrafiyası bu sahədə ilk ümumiləşdirici əsər
sayıla bilər.
Professor H.R.Cəfərovun bu mövzuya müraciət etməsi təsadüfi deyil. Həmzə Cəfərov bir
müddət təhsil
sistemində fəaliyyət
göstərib, adi kənd müəllimliyindən
muxtar respublikanın təhsil naziri vəzifəsinə qədər
yüksəlib. Onun təhsil
sistemində səmərəli
fəaliyyəti, bu sahənin problemlərinə
bələdliyi, tədqiqat
işləri aparması
belə bir fundamental əsərin ortaya çıxmasına şərait
yaradıb. İki bölmə,
yeddi fəsildən ibarət olan əsərdə Naxçıvanda
maarif sisteminin təşəkkülündən başlamış, günümüzədək
keçdiyi şərəfli
yol, inkişaf tarixi izlənilib.
Naxçıvanda təhsilin inkişafı həm sovet dövründə, həm
də müstəqillik
illərində araşdırılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində
Naxçıvanda maarifin
və təhsilin inkişafı daha çox demokratik ziyalıların adı ilə bağlı olub. Amma sovet rejiminin
bərqərar olmasından
sonra təhsil sistemi də sovet ideologiyasının tələblərinə uyğunlaşdırıldı.
Əhalinin kütləvi savadsızlığı, məktəb
binalarının
çatışmaması, müəllim kadrlarının
olmaması, maarif sisteminin yenidən qurulmasına imkan vermirdi. Tədqiqatçının fikrincə, Naxçıvan
diyarında bu çətinliklərin olmasına
baxmayaraq 45 məktəb
açmaq mümkün
olub və bununlada 2440 şagird təhsil alıb.
Monoqrafiyada keçən əsrin bütün illərinə
aid çoxsaylı fakt
və materiallar təhlilə cəlb edilib, müqayisələr
aparılıb, ümumiləşdirmələr
verilib və yekun nəticələr çıxarılıb.
Kitabda müstəqillik
dövründə Naxçıvan
Muxtar Respublikasında
təhsilin inkişafı
üç mərhələdə
nəzərdən keçirilir:
1993, 1993-2003, 2003-2010-cu illər. Hər dövrün xarakteristikası
verilib, uğur və çatışmazlıqlar
təhlil edilib. Heydər Əliyevin Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
vəzifəsinə seçilməsindən
sonra bu istiqamətdə həyata
keçirilən tədbirlərdən,
əldə edilən uğurlardan söhbət açılıb.
Son beş il ərzində muxtar respublikanın sosial-iqtisadi
yüksəlişindən və
bunun təhsilin inkişafına göstərdiyi
təsirdən geniş
bəhs edilir. Yeni məktəblərin tikintisi, onların maddi-texniki bazasının
möhkəmləndirilməsi,
təhsilin keyfiyyətinin
artırılması, yüksək
bal toplayan və ali təhsil
müəssisələrinə qəbul olan şagirdlərin sayının
artması, ali təhsil müəssisələrinin,
orta ixtisas məktəblərinin şəbəkəsinin
genişləndirilməsi kimi
məsələlər tədqiq
edilir. Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinin Sədri
Vasif Talıbovun çoxcəhətli fəaliyyəti,
onun təhsil sahəsini prioritet istiqamət elan etməsi, bu sahəyə çox böyük əhəmiyyət
verməsi muxtar respublikanın təhsil həyatının yüksəlişinə
səbəb olub.
Müəllif bunun ilk səbəblərindən
birini təhsilə ayrılan xərclərin ilbəil artırılmasında
görür.
Professor H.Cəfərovun təqdim
edilən monoqrafiyası
müraciət olunan mövzu ilə bağlı ilk ümumiləşdirici
əsər kimi mühüm əhəmiyyətə
malikdir. Bu əsər
əks etdirilən problemlərin də aktuallıq və müasirliyini əyani surətdə aşkara çıxarır.
İlkin
Palitra.- 2011.- 13 aprel.- S.
11.