Arif Həşimov: “Akademiyada
varisliyi qorumalı, eyni
zamanda elmi mütləq
gəncləşdirməliyik”
AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimovun “Azadinform”a
müsahibəsini təqdim
edirik:
- Arif
müəllim, ölkə rəhbərinin iştirakı ilə
akademiyanın illik ümumi
yığıncağı keçirildi. Burada Prezident bir sıra təkliflər irəli sürdü. Onlardan biri də AMEA-da aqrar bölmənin yaradılması oldu
- Cənab Prezident akademiyanın illik ümumi yığıncağındakı çıxışında Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması məsələsinə toxundu, gələcəkdə ərzaqla bağlı respublika qarşısında duran problemlərin həllində müvafiq tədbirlərin həyata keçirilməsi üçün aqrar bölmənin yaradılmasını qeyd etdi. Orada bunun əhəmiyyəti bir daha vurğulandı və qarşıya qoyulan məsələlər göstərildi. Prezidentin bütün tapşırıq və tövsiyələrini Azərbaycan Milli Elmlər Akademiyası öz fəaliyyətində əsas götürüb.
- Bununla
bağlı qarşıda hansı vəzifələr durur? AMEA bu işlərin reallaşmasına hazırdırmı?
- Elmlər
Akademiyasında fəaliyyət
göstərən Biologiya
Elmləri Bölməsi
əvvəllər aqrar
sahələrə aid olan
məsələləri əhatə
edirdi. İndi bu bölmə
daxilində olan elmi-tədqiqat institutları
və Kənd Təsərrüfatı Nazirliyinin
sərəncamında olan
elmi-tədqiqat institutları
tərəfindən qarşıya
qoyulan məsələlər
birlikdə həll edilməlidir. Qeyd edim ki, AMEA bu
yaxınlarda iş planını dəqiqləşdirəndə
bu sahədə qarşıya çıxan
məsələlərin həllini
də təhlil edib.
- Arif müəllim,
toplantıda o da vacib məsələ kimi qarşıya qoyuldu ki, elmi
tədqiqatların ölkədə
aparılan iqtisadi siyasətlə bağlılığı
diqqətdə saxlanılmalıdır.
- İclasda bu məsələ də bu və ya
digər formada öz həllini tapdı. Məsələn, orada akademiyanın
üzvlərinin çıxışında
Azərbaycanda neft istehsalının hansı
səviyyədə saxlanılması
məsələsinə toxunuldu.
Prezident öz yekun çıxışında
göstərdi ki, doğrudan da ölkəmizin neft istehsalı elə bir səviyyədə saxlanılmalıdır ki, bu,
bütün qarşıya
qoyulan məsələlərin
həllini təmin etmiş olsun. Yəni bugünkü hasilatın səviyyəsi,
bunun gələcəkdə
artırılıb-artırılmaması
və sair. Yəni bütün bu proseslər elm tutumlu tədqiqatlar nəticəsində
tənzimlənə bilər.
Bu, Prezidentin dediyi
kimi, təkcə akademiyanın alimlərinin
deyil, eləcə də Azərbaycan elmi ictimaiyyəti qarşısında duran vəzifələrdən biridir.
Düzdür, Prezident
nefti misal kimi dedi, ancaq
o biri sahələrdəki
məsələlər də
eyni formada həll edilməlidir. Yəni bütün bu işlərin həlli elmə söykənməlidir.
- Arif müəllim,
elm, təhsil, iqtisadiyyatın
birliyinin yaradılması
da digər bir vəzifə kimi qarşıya qoyulub. Bu proses necə qurulmalıdır?
- Prezident göstərdi ki, elm, təhsil bir sahədir. Bütün bunlar zəncir kimi bir-birilə bağlıdır. Həm təhsilin
inkişafı, həm
də elmi kadrların yetişdirilməsi
və elmi nəticələrin istehsalatda
tətbiqi bir-birilə
əlaqəlidir. Prezident göstərdi
ki, hər üç məsələ
bir yerdə həll edilməlidir.
Burada elmi kadrların hazırlanmasına da xüsusi diqqət yetirilməlidir. Kadrların hazırlanması
da təhsil prosesi ilə bağlıdır. Bu prosesdən sonra kadrların aldığı
elmi nəticələr
istehsalatda tətbiq edilməlidir. İstehsalatda tətbiq üçün
isə ən vacib məqamlardan biri innovasiya yönümlü elmi-tədqiqat
işlərinin həyata
keçirilməsidir. Yığıncağın ən
böyük nəticəsi
ondan ibarətdir ki, elmi ictimaiyyətimiz
bir daha əmin oldu ki, Azərbaycan dövləti və onun rəhbəri elmə çox böyük üstünlük
verir, gələcəkdə
də ölkənin inkişafını elmin inkişafı ilə bağlayır, elm xadimlərinin
əməyini yüksək
qiymətləndirir, onlara
böyük ümidlər
bəsləyir, eyni zamanda da onlardan
çoxlu yaradıcılıq
işi gözləyir.
- AMEA-da struktur islahatı da toplantının bir mövzusu oldu. Sizcə, bu islahatlar necə
aparılmalıdır?
- Prezident də dedi ki, Azərbaycan
Milli Elmlər Akademiyası struktur islahatları ilə bağlı təklifi özü hazırlayıb
verməlidir. Yəni hansı
strukturda hansı islahatların aparılması
təklifini birbaşa
akademiyanın özünə
tapşırdı. Biz
də işimizi elə qurmalıyıq ki, bu islahatlar
həm dövlətin,
həm də xalqın inkişafına yönəlsin.
- Bəs, islahatlarla
bağlı hansısa
planlarınız var?
- Azərbaycan Milli Elmlər Akademiyası, ümumiyyətlə, ölkə
elmi ictimaiyyəti öz işini Prezident tərəfindən
təsdiq olunmuş elmin inkişaf strategiyası üzərində
qurur və həmin strategiyaya
uyğun olaraq tədbirlərimizi həyata
keçiririk. Həm toplantıda
qarşıya qoyulan məsələlər, həm
də strategiyada əks olunanlar birgə həll edilməlidir. Digər tərəfdən
də gənclərin
elmə olan marağını artırmaq
və onların əməyini stimullaşdırmaq
lazımdır. Yeri gəlmişkən,
bu günlərdə Prezident tərəfindən
gənclərin inkişafı
ilə bağlı dövlət proqramı təsdiq olunub. Yaxşı olar ki, həmin
proqram çərçivəsində
veriləcək təkliflər
vəhdət təşkil
etsin. Odur ki, yığıncaqdakı
tapşırıqlar və
strategiyada qoyulan məsələləri bir
yerdə həll etməliyik. Bu istiqamətdə də akademiya müvafiq işlərini davam etdirəcək. Digər tərəfdən,
gələcəkdə akademiyanın
bölmələrində və
həmçinin Rəyasət
Heyətində bu kimi məsələlər
müzakirə ediləcək,
müəyyən edilən
prioritetlərə yenidən
baxılacaq. Ancaq bu prioritetlərə yenidən
baxmaqla elə başa düşülməsin
ki, onları dəyişəcəyik. O prioritetlər qoyulan məsələlərin həllinə
cavab verirsə, onlar yenidən baxılaraq daha da təkmilləşdiriləcək.
- Yer gəlmişkən,
islahatlarla bağlı
YUNESKO mütəxəssisləri ilə iş birliyiniz də var.
-
YUNESKO-nun tövsiyələrinə baxacağıq. Ümumiyyətlə, elmin inkişafına,
elmi potensialın qorunmasına, elmi potensialdan istifadənin səmərəliliyinin artırılmasına
aid hər hansı təklifə akademiyada baxılacaq və bu təkliflərin ən əhəmiyyətlisini
qəbul edərək
onlardan öz işimizdə istifadə edəcəyik.
- Yığıncaqda Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı sanballı elmi əsərlərin çoxaldılması
təklifi də var.
- Aydın
məsələdir ki,
bu əsərlərin
hamısı məqsədyönlü
aparılmalı və
çap edilməlidir.
Bu əsərlər təkcə Azərbaycan dilində deyil, eyni zamanda müxtəlif
xarici dillərə tərcümə olunaraq geniş oxucu kütləsinə çatdırılmalıdır.
Elə olmalıdır ki, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
məsələsində olan
hansısa informasiya boşluğu vaxtında doldurula bilsin. Ədalət
bizim tərəfdədir,
tarixi faktlar Azərbaycanın xeyrinədir.
Ona görə də bu faktların
düzgün, elmi əsaslarla dünyaya çatdırılması
qarşıya qoyulub. Bu, yığıncaqda da bir daha
akademiya qarşısında
yeni məsələ kimi qoyuldu. Bundan irəli gələn məsələləri
həll etmək üçün Humanitar və İctimai Elmlər Bölməsinin institutları, ilk növbədə
Tarix İnstitutu bu sahədə gördükləri işin
səmərəliliyini daha
da artırmalı və müəyyən təkliflər hazırlayıb
verməlidir.
- Arif müəllim,
təhsil sistemində
kadrların yaşlanması,
onların təqaüdə
göndərilməsi məsələsi
də son vaxtların gündəmindədir. AMEA-da da kifayət
qədər yaşlı
kadr var. Akademiya bu məsələni müzakirə edibmi?
- Biz bu
məsələyə baxırıq.
Ümumiyyətlə, həm elmdə,
həm də təhsildə yaş müəyyən çərçivə
daxilində olmalıdır.
Hər hansı bir elmi nəticələrin alınmasında yaş məsələsinin böyük
əhəmiyyəti var
və biz həmişə
çalışırıq ki, ümumi yaş həddi gəncləşsin. Ancaq biz yaşlı
nəsildən də imtina edə bilmərik və onlardan istifadə etməliyik. Gənc nəslin
yetişməsi üçün
əvvəlki nəslin
təcrübəsindən də
istifadə olunmalıdır.
Yəni elmi varisliyin qorunması məsələsi
burada öz əksini tapmalıdır.
Ona görə də biz həm akademiyada varisliyi qorumalı, həm də elmi mütləq gəncləşdirməliyik.
- Arif müəllim,
gənclərin təhsildən
ayrılaraq hərbi xidmətə göndərilməsi
də son vaxtlar aktual mövzuya çevrilib. Bu məsələyə
sizin yanaşmanız necədir?
- Dövlət maraqları imkan verərsə, istərdik ki, həm magistraturadan, həm də doktoranturadan gənclərin hərbi xidmətə çağırılmasına möhlət verilsin. Bu məsələ həll olunsa, məqsədəuyğun olardı. Ümumiyyətlə, təhsilin ardıcıllığının pozulmaması üçün bu prosesin reallaşması daha yaxşı olar. Hesab edirik ki, bu, müsbət nəticə verə bilər, çünki hərbidən qayıdanın elmə yönəlməsində müəyyən mənada problemlər var.