“Azərbaycan dünyaya mədəniyyətlərarası dialoq nümunəsi göstərdi”

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının baş müəllimi, sənətşünas Sevil Kərimovadır: 

- Bu gün müasir Azərbaycanın mədəniyyət siyasəti yeni strategiya ilə dünyada çıxış edir. Bildiyimiz kimi, dövlətin mədəniyyət siyasəti müəyyən faktorların mövcud olması şəraitində formalaşır ki, bunlardan ən vacibləri mədəni irs və dövlətçilik tarixinin zəngin və qədim ənənələrə malik olmasıdır. Bu baxımdan biz azərbaycanlılar, cox uğurlu bir yoldayıq. Dünyanın nadir ölkələri mədəni inkşaf strukturumodeli baxımdan Azərbaycana bənzəyir. Minilliklər əvvəl, ibtidai icma dövründən başlayaraq tariximiz dünyada baş verən bütün sosial, siyasi, iqtisadi, mədəni prosesləri ardıcıl yaşayaraq, sonunda demokratik cəmiyyət qurmağa nail olub. Şanlı tariximizin hər mərhələsində Azərbaycan dövlətçiliyi yaradıcı mövqelərdən çıxış edib. Şərqin hər hansı bir tarixi dövrünə müraciət etsək, qaynaqlarda azəri ustadların, alimlərin, teoloqların adlarına rast qəlmək mümkündür. Sözsüz ki, hazırda bizim bu istiqamətdə qürurla danışdığımız, araşdırdığımız həmin faktların üzə çıxmasında, təqdim və təbliğ şəraitinin formalaşmasında aparıcı rolu dövlət siyasəti oynayır. Müasir dünyada artıq öz yerini müəyyən etmiş Azərbaycanın intensiv inkşaf səbəblərindən biri də mədəni təbliğdir. Bu istiqamətdə atılan addımlardan biri 2006-cı ildə Prezident İlham Əliyevın sərəncamı ilə təsis edilən və iki mühüm strukturu birləşdirən Mədəniyyət və Turizm Nazirliyinin yaranması idi. Ölkənin enerji mənbələrindən sonra mühümperspektivli iqtisadiyyat sahəsi olan turizm, beləliklə, zəruri, mədəni təbliğ vasitəsi kimi dövlətin ümümi siyasətində mədəniyyətlə eyni mövqelərdən çıxış edir. Nəzərə alsaq ki, turistlərin əsas hissəsini, adətən orta sosial təbəqəyə mənsub insanlar təşkil edir, burada Azərbaycanın tarix və dövlətciliyinin aktiv təmsilcisi kimi yerli əhali çıxış edir. Məhz bu aspekt mədəniyyətimizin təqdim və təbliq məsələlərinin həllini ilk öncə ölkə daxilində tələb edir. Lakin bununla bərabər, bu istiqamətdə aparılan işlərin təcrübəsi qöstərir ki, dünyaya inteqrasiya prosesində ölkənin imicinin formalaşması ücün daxili mədəni savadın mövcudluğu yetərli faktor deyil. Qlobalizm dövrünün reklama daimi tələbat duymaq, daimi informasiya almaq mahiyyəti, Azərbaycanın  dövlətçilik tarixinə və onun təbliği məsələlərinə çoxaspektli yanaşma ehtiyacı doğurur. Bu baxımdan, Azərbaycanın dövlət qurumları ilə bərabər, qeyri - dövlət təşkilatlarının fəaliyyəti vacibdir. Bu yolda böyük uğurlara nail olan Heydər Əliyev Fondunun təcrübəsi nümunəvidir.

- Mədəniyyətin təbliğində həyata kecirilən tədbirlərin rolunu necə qiymətləndirirsiniz?

- Son illərdə keçirilən tədbirlər, istər Azərbaycanda, istərsə də ölkədən kənarda Azərbaycanın imicinin formalaşmasını təmin edib. Edib” kəlməsini vurğulamaq istərdim, çünki artıq müəyyən nailiyyətlər əldə etmişik. Bunu istər ictimai fikir, istər şəxsi təcrübəm və yaxud təmasda olduğum xarici ölkələrdə təcrübə keçən tələbələrimiz də qeyd edirlər. Tədbirlər haqqında danışarkən ilk növbədə cox böyük uğurla təşkil olunanEurovision - 2012” mahnı müsabiqəsini vurğulamaq istərdim. Cari ilin may ayı ərzində bu məsuliyyəti təşkilatçılarla bərabər bütün Azərbaycan, xüsüsi ilə Bakı əhalisi paylaşdı. Mən İçərişəhər sakiniyəm və bir mədəniyyət tarixçisi olaraq həmin vaxt ərzində sıravı bir azərbaycanlının nə dərəcədə qonaqpərvər, Vətəninin nailiyyətləri ilə daim qürur duyanbu qüruru başqalarına hörmət edərək, mülayim şərait yaradaraq nümayiş etdirdiyinin dəfələrlə şahidi oldum. Bu, artıq “siyasiləşdirilmiş” müsabiqə yox, sağlam mədəni identifikasiya qabiliyyətinə malik olan, düzqün formalaşmış mədəni normalarla cıxış edən, böyük mənəvi sərvətə sahib olan millət, vahid dövlətçilik mövqeyini və vətəndaş məsuliyyətini göstərdi. Qərb cəmiyyətində multikulturalizm konsepsiyasının zəiflədiyi bir məqamda Azərbaycan mədəni dialoqun nəinki mümkün olmasını, onu üçüncü minilliyin aparıcı istiqaməti kimi nümayiş etdirdi. Yeri gəlmişkən, mədəniyyətlərarası dialoq Azərbaycannın beynəlxalq mədəni əlaqələr kontekstində üstünlük təşkil edən statusdur. Bu ilin aprel ayında Bakıda keçirilən Ümümdünya Mədəniyyətlərarası dialoq Forumu ölkəmizin bu istiqamətdə praktik təcrübəsi ilə bərabər, elmi nailliyyətlərini də qöstərdi. Yuxarıda qeyd olunduğu kimi, xarici ölkələrdə keçirilən tədbirlərin əhəmiyyəti bilavasitə mədəniyyətlə bağlıdır. Azərbaycan mədəniyyət mərkəzlərinin açılması, Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, nəşrlərin təsisi, sərgi və festivallarda, elmi tədbirlərdə layiqli iştrak ölkə haqqında nüfuzlu fikir yaradır. 

-Mədəniyyətin təbliğində təhsilin rolu və mövcud problemlərlə bağlı nə deyə bilərsiz?

- Hazırda ölkənin təhsil sistemində mədəniyyətin tədrisinə və təbliğinə dair vahid proqram və yaxud layihə mövcud deyil. Bu məsələdə daha çox qeyri-dövlət təşkilatları maraqlıdılar  və onların təqdim etdiyi layihələr ölkə miqyasında qlobal nəticələr qöstərməyə malik deyil. Halbuki, mədəni təbliğ yüz illər bundan əvvəl olduğu kimi indi də əsas mənəvi və maddi təsir vasitəsi olaraq aktivdir. Əgər mədəniyyətimizin təqdim və təbliğinə dair fəaliyyətlərinin müəyyən bilik bazasına əsaslandığını qəbul ediriksə, bu məqamda bizim mühüm problemlərimizin ilki uşaq kütləsidir. Uşaqlardan fərqli olaraq gənclər, xüsusilə 2000-ci illərdə formalaşan generasiya, mədəniyyətimizin təbliğinin bilavasitə onun şəxsi marağında olduğunu hiss edirlər və boşluqları doldurmağa meyillidirlər. Bunun nəticəsi olaraq son illərdə ölkədə və diasporda Azərbaycan gənclərinin fəaliyyət nisbəti yüksəlir. Uşaq kütləsi isə mədəni və etnik xüsüsiyyətlərə, sosializasiyainkultrasiya prosesləri nəticəsində yiyələnir və bu yollar ilə cəmiyyətə inteqrasiya olunur. Müasir Azərbaycan cəmiyyətində ailə ilə bərabər göstərilən prosesləri məktəbəqədər müəssisə və məktəb təlim - tərbiyə və təhsili vasitəsi ilə yerinə yetirir. Beləliklə, uşaqlar istər - istəməz mədəniyyətin  həm tələbatçısı, daşıyıcısı və eyni zamanda yaradıcısı olurlar. Bizim məktəblərin cox hissəsində mədəniyyət fənlərinin tədrisi rəsm, musiqi və bədən tərbiyəsi ilə məhdudlaşır. Bəzi dövlət məktəblərində və özəl liseylərdə “Dünya bədii mədəniyyəti” fənni tədris edilir. Azərbaycan mədəniyyətinə dair nəinki ayrıca fənn, qısa bir kurs da yoxdur. Halbuki ölkədə hər il ən azı üç ali təhsil  ocağı sənətşünas, muzeyşünas, mədəniyyətşünas hazırlayır. Bəzi ölkələrin təhsil təcrübəsində bu problemmuzey pedaqogikası” fənninin tədrisi ilə həll olunmuş sayılır. Lakin Azərbaycanda bu istiqamət hələ ki, muzey institusiyasına bağlıdır. Ali təhsil ocaqlarına qəldikdə, Azərbaycan mədəniyyətinin tədrisi ənənəvi olaraq humanitar istiqamətlərlə bağlıdır ki, bu da onun təbliğində bir sıra mühüm məhdudiyyətlər yaradır. İqtisadiyaxud dəqiq elmlərlə əlaqədar ixtisaslar öz proqramlarında bu tip fənlərdən qaçır. Bu istiqamətdə uğurlu nəticəni Azərbaycan Turizm İnstitutu göstərir. Demək olar ki, bütün ixtisas istiqamətlərində əsas (180 s.) və yaxud seçmə fənn (60 s.) bloklarında “ mədəniyyətşünaslıq”  fənni tədris edilir ki, burada Azərbaycan mədəniyyətinin tarixi və təbliğinə dair geniş bilgilər verilir. Sözsüz ki, ATİ - nin spesifikasını nəzərə alaraq, qeyd olunan amil vacibdir. Lakin, təsəvvür edin ki, Dövlət Neft Akademiyasını və ya Tibb  Universitetini bitirən bir əlaçı tələbəmiz Soltan Məhəmmədin kim olduğunu bilmirsə, yaxud Albaniya memarlığı haqqında təsəvvürü yoxdursa bu istiqamətdə suala “Bilməyinə nə ehtiyac var?” cavabı olacaq. Ancaq ehtiyac var. Biz məktəblərimizdə, universitet və institutlarımızda  öncə Vətəndaş yetişdiririk. Sivil cəmiyyətdə və ekstremal vəziyyətdə düzgün qərarlar verə bilən və ixtisasının spesifikasıni istiqamətləndirməyə malik olan şəxsiyyətlər. Bu gün həmin əlaçı tələbə mədəniyyətini bilmədən təhsini davam etdirib, gözəl cərrah olar. Lakin uzaq bir ölkədə, möhtərəm bir tədbirdə “Arsax ermənilərindir, oradakı bütün monastırları yüzillər boyunca NersesAşot ucaldıb” deyə ona müraciət edilsə, adekvat reaksiya göstərə bilməyəcək. Kobud misal olsa da, mədəniyyətimizin ilk olaraq tarixini öyrənməyin və düzgün təbliğinin zərurətini açıqlayır. Problemin həlli kimi ali təhsil ocaqlarımızda “Azərbaycan tarixi” fənni ilə bərabər “Azərbaycan mədəniyyəti”ni də tədris etmək mümkündür.

 

Nigar Abdullayeva

Palitra.-2012.-7 avqust.-S.11.