ŞƏKİ:
UĞURLARIN PRİNSİPİAL İSTİQAMƏTİ
(əvvəli ötən
sayımızda)
Bəhs
olunan dövrdə Şəkidə əmək
haqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə
çatdırılmasında, əhalinin sosial
müdafiəsinin daha etibarlı şəkildə
təmin olunması istiqamətində bir
sıra işlər görülmüşdür.
2012-cu ilin I yarısında 1557 ailəyə
Ünvanlı Dövlət Sosial Yardımı
təyin olunmuşdur. Hal-hazırda
2538 ailə Ünvanlı Dövlət Sosial
Yardımı alır. Şəki rayonu
üzrə hər bir ailə üzvünə
təyin edilən Ünvanlı Dövlət Sosial
Yardımın orta aylıq məbləği
24 manat , hər ailəyə düşən
orta məbləğ isə 107 manat 76 qəpik təşkil etmişdir.
Dövlət Sosial Müdafiə
Fondunun Şəki Şəhər Şöbəsi 2012-ci ilin
I yarısında 25887 nəfər əmək
pensiyaçısına xidmət göstərmişdir.Həmin
pensiyaçılardan 17055 nəfəri yaşa görə
,7132 nəfəri əlilliyə ,1700 nəfəri isə ailə
başçısını itirməyə görə pensiya
alanlardır. Dövlət Sosial
Müdafiə Fondunun Şəki şəhər
şöbəsi üzrə pensiyanın orta
aylıq məbləği 139 manat, 82 qəpik
təşkil edir.
Kənd təsərrüfatının
inkişafına xüsusi diqqət
Ötən illərdə olduğu
kimi, bu ilin I yarısında da məhsul istehsalının
artırılması, kənd təsərrüfatında
özəl bölmənin daha da genişləndirilməsi diqqət
mərkəzində saxlanmış,
taxılçılığın, heyvandarlığın,
meyvəçiliyin, üzümçülüyün
inkişafı üçün bir sıra tədbirlər həyata
keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2012-ci ilin məhsulu üçün
76265 hektar sahədə payızlıq
taxıl əkini həyata keçirilmişdir.
Yetişən məhsulu tez
və itkisiz yığmaq üçün
bütün zəruri tədbirlər həyata
keçirilmişdir.Belə ki, Şəki
Şəhər İcra Hakimiyyəti başçısı
yanında Şuranın geniş
yığıncağında taxıl biçininin
tez və itkisiz başa çatdırılması müzakirə
olunmuş və konkret
qərarlar qəbul edilmişdir. Həmçinin
Şura üzvləri taxıi biçininin gedişi ilə
yerində tanış olmaq üçün Səbətli ərazisində
olmuş , fermerlərin problemləri ilə
maraqlanmış, biçinin vaxtında və
itkisiz başa
çatdırılması üçün
öz tövsiyələrini vermişdir.
Nazirlər Kabinetinin 2012-ci ilin I
yarısının yekunlarına və qarşıda duran məsələlərə
həsr olunan yığıncağında
çıxış edən cənab Prezident iri fermer təsərrüfatlarının
yaradılmasının vacib olduğunu bir daha vurğulayaraq
demişdir: "Kənd təsərrüfatının
inkişafı ilə bağlı görülən tədbirlər
öz nəticəsini verir .Kənd təsərrüfatı
10 faizdən çox artmışdır.Kənd təsərrüfatı
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi
üçün əsas sahələrdən biridir və məşğulluğun
təmin edilməsi üçün demək olar ki, əsas
sahələrdən biridir.İri fermer təsərrüfatlarının
yaradılması prosesi , nəhayət ,
başlamışdır. Artıq birinci beş min hektar hazırlanır ki, biz orada
iri fermer təsərrüfatlarının
yaradılmasına başlayacağıq. Əminəm ki, bu təcrübə uğurlu olacaqdır və biz
bundan sonra dövriyyəyə
buraxılacaq əkin sahələrinin həcmini böyük dərəcədə artırmalıyıq."
Kənd təsərrüfatının inkişafının əhəmiyyətindən
danışarkən E.Usubov demişdir:
- Rayonumuzun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanılır.
Heyvandarlığın inkişafında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, damazlıq-seleksiya işinin genişləndirilməsi sahəsində də xeyli iş görülmüşdür. İyun ayının 5-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonımuzda heyvandarlıqda damazlıq - seleksiya işlərinə dair respublika seminar müşavirəsi keçirilmişdir. Seminar müşavirədə kənd təsərrüfatı naziri İsmət Abbasov, həmçinin respublikamızın 52 rayonundan 320 nəfər iştirak etmişdir. Hesab edirəm ki, müşavirə Şəkidə heyvandarlıq məhsulları istehsalının artırılmasına öz müsbət təsirini göstərəcəkdir.
Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələlərdəndir...
Abadlıq və
quruculuq işləri davam
edir
Məlumdur ki, Şəki Şəhər
İcra Hakimiyyəti və Arxitektura Şəhərsalma Komitəsi
ilə birlikdə Şəki şəhərinin Baş
Planı hazırlanmışdır. Baş Plana
uyğun olaraq
artıq Şəki şəhərində geniş
təmir- tikinti, abadlıq və yenidənqurma
işlərinə başlanmışdır. 2012-ci ildə
ayrılmış yerli büdcə vəsaiti
hesabına bu il şəhərin
17 küçəsində abadlıq işlərinin
aparılması , 16 küçədə isə asfalt beton örtük
çəkilməklə yolların əsaslı təmir
edilməsi nəzərdə tutulmuşdur.
Cari ilin I
yarısında H.Əliyev, M.Ə.Rəsulzadə, M.F.Axundov prospektlərində, Salman
Mümtaz küçəsində müasir işıqlandırma sisteminin
qurulması işi davam
etdirilmiş, bir
sıra çoxmərtəbəli ictimai
yaşayış binalarının dam
örtükləri, fasadları əsaslı təmir edilmişdir. Bu günlərdə
Prezident İlham
Əliyevin tapşırığı əsasında "Yay teatrı" nın inşasına
başlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin " Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında " Sərəncamına uyğun olaraq M. F. Axundzadənin adını daşıyan Mədəniyyət və İstirahət parkında yenidənqurma və əsaslı təmir işləri başa çatmaq üzrədir. Yubiley tədbirləri ilə əlaqədar dahi ədibin ev muzeyinə gedən yolda , həmçinin, qala divarları qarşısındakı meydanda və onun ətrafıında müasir işıqlandırma sistemi qurulmış, yeni yaşıllıq zolağı salınmışdır. Ümumiyyətlə şəhərimizdə son günlər ərzində yeni yaşıllıqların salınması istiqamətində geniş iş aparılır. Bu məqsədlə müxtəlif ölkələrdən Şəkiyə gətirilən ağac və gül kolları yol kənarlarında, park və meydanlarda əkilir, onlara yüksək səviyyədə aqrotexniki qulluq göstərilir.
(ardı gələn
sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
maliyyə yardımı ilə
Ədalət.-2012.-10 avqust.-S.3.