“Eurovision” Azərbaycan
mədəniyyətinin, bütövlükdə ölkəmizin
təbliğatında böyük rol oynadı”
Layihə çərçivəsində müsahibimiz Şamaxı Rayon
Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Məleykə
Kamilovadır:
- Bildiyiniz kimi, Prezidentin mədəniyyət və turizm sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində son illər bu sahələrdə mühüm nailiyyətlər əldə olunub. Bu baxımdan may ayında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsini xüsusi fəxr hissi ilə göstərmək olar. Yeri gəlmişkən qeyd edim ki, Şamaxı şəhər sakinləri də Heydər Əliyev parkında quraşdırılmış iri monitor vasitəsilə “Eurovision” mahnı müsabiqəsinin gedişini diqqətlə izlədilər. Hesab edirəm ki, bu musiqi yarışması Azərbaycan mədəniyyətinin, bütövlükdə ölkəmizin təbliğatı, müsbət imic formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyırdı. Azərbaycan Avropanın bir nömrəli musiqi yarışmasını yüksək səviyyədə keçirməklə böyük bir işin öhdəsindən gələ bildi. Bu, Azərbaycan dövlətinin gücünün göstəricisi sayıla bilər. Həmin vaxt ölkəmizə minlərlə turist, xarici jurnalistlər gəlmişdi. Bu isə bizə ölkəmizi təbliğ etmək baxımından əlavə şans yaratdı. Bakını, bölgələri gəzən xarici qonaqlar, mətbuat işçiləri Azərbaycanın nə qədər qədim tarixə, mədəniyyətə malik olduğunun və bu gün müasir, inkişaf etmiş ölkəyə çevrildiyinin şahidi oldular.
- Rayonda mədəniyyət sahəsində
hansı tədbirlər həyata keçirilir?
- Ümumiyyətlə, xalqımızın əsrlər boyu yaratdığı adət və ənənələr dövlət səviyyəsində qayğı ilə əhatə olunduqca hər bir vətəndaşın mənəvi irsə, mədəni kökünə bağlılığı daha da artır. Mədəniyyət işçiləri bu qayğıdan ruhlanaraq adət-ənənələrimizin təbliği və təşviqinə diqqətlə yanaşırlar. Elə bunun nəticəsidir ki, bu ilin mart ayında İçərişəhərdə və Dənizkənarı Bulvarda Azərbaycanın qeyri-maddi mədəni irsinin ən parlaq nümunəsi olan Novruz bayramına həsr olunmuş tədbirlərdə Şamaxını təmsil edən musiqiçilər, xalq sənətkarları, kulinarlar, mətbəx ustaları yüksək səviyyədə çıxış ediblər. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şamaxı Mədəniyyət və Turizm Şöbəsinin mütəşəkkil və peşəkar işi xüsusilə qeyd olunub.Rayonumuzda da bu il Novruz şənlikləri əvvəlki illərdən fərqli olaraq yüksək səviyyədə keçirilib. Demək olar ki, rayonun bütün kənd və qəsəbələrində Novruz şənlikləri qeyd olunub. Koroğlu meydanında keçirilmiş Novruz şənliyi “Xəzər” Televiziyası tərəfindən 30 dəqiqə efirdə nümayiş etdirildi. Aprelin 25-də Uşaq İncəsənət Məktəbinin bədii kollektivləri Rəşid Behbudov adına Mahnı Teatrında tələbkar Bakı tamaşaçıları qarşısında rəngarəng proqramla çıxış edib.Böyük mütəfəkkir Mirzə Ələkbər Sabirin 150 illk yubileyi Şamaxıda böyük təntənə ilə qeyd olunub. Bu məqsədlə rayonumuzda elmi-praktik konfrans, bədii qiraət müsabiqəsi təşkil olunub, mayın 30-da isə təntənəli yubiley tədbiri keçirilib. Sabir poeziya bayramı ərəfəsində şairin adını daşıyan parkın əsaslı şəkildə təmir olunaraq yenidən qurulması bütün şamaxılıların dərin razılığına səbəb olub.İyun ayının 1-də Xaçmaz şəhərində keçirilən II Ümumrespublika Dekorativ Tətbiqi Sənət Festivalında rayonumuzun dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənib. Festivalda Kərkənc kənd Mədəniyyət Evinin direktoru Əliyeva Gülpəri və Məlhəm kənd sakini, xalça ustası Zəhra Muradəliyeva mədəniyyət və turizm naziri tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb. Prezidentin Xocalı soyqırımının 20-ci ildönümü və Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı imzaladığı müvafiq sərəncamların icrasını təmin etmək məqsədilə Heydər Əliyev Mərkəzində, Rayon Mədəniyyət Evində mədəni-kütləvi tədbirlər keçirilib, Mərkəzi Kitabxanada, muzeylərdə sərgilər təşkil olunub.
- Rayonda kitabxana işi necə həyata keçirilir?
- Kitabxana işi hər bir xalqın
ümumi mədəniyyətinin
ayrılmaz tərkib hissəsi, mədəni inkişafın əsas komponentlərindən biridir.
Kitabxanalar rayonumuzun mədəni-ictimai
həyatında əsas
yerlərdən birini tutur. Son yarımildə
Mərkəzi Kitabxanaya
900 nüsxə latın qrafikalı ədəbiyyat daxil olub, filiallara paylanıb. Mərkəzi kitabxananın binasında
əsaslı təmir
işləri aparılır.
Kitabxanalarımızda müxtəlif tədbirlər
həyata keçiririk.
Şamaxı Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında
dramaturq M.F.Axundzadənin
anadan olmasının
200 illiyi ilə əlaqədar “M.F.Axundzadənin
Azərbaycan ədəbiyyatında
rolu” mövzusunda oxucu konfransı keçirilib. Konfransda edilən çıxışlarda
ədibin həyat və yaradıcılığı
haqqında geniş məlumat verilib. Tədbirin sonunda M.F.Axundzadənin əsərlərindən və
onun haqqqında yazılan ədəbiyyatlardan
ibarət təşkil
olunmuş “M.F.Axundzadə-200” başlıqlı sərgiyə
baxış da keçirilib. Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı
ilə Mirzə Ələkbər Sabirin
150 illiyi ilə əlaqədar “Əsrlərin
ayinəsi” mövzusunda
tədbir keçirilib.
Tədbirdə Sabirin həyat
və yaradıcılığı
haqqında geniş məlumat verilib. “M.Ə. Sabir irsinin
kitabxanalarda təbliği”
mövzusunda çıxış
olub. Şəhər 5 saylı orta
məktəbin şagirdləri
M.Ə.Sabirin şeirlərini
söyləyib, kompozisiya
ilə çıxış
ediblər. Oxu zalında “M.Ə. Sabir - 150 ” başlıqlı kitab sərgisi təşkil olunub. Uşaq şöbəsinin təşkilatçılığı
ilə “Heydər Əliyev Azərbaycan dövlətinin banisidir” adlı tədbir də keçirilib. Tədbirdə ulu öndərin
şərəfli ömür
yolu haqqında geniş məlumat verilib. Şəhər 5 saylı orta
məktəbin şagirdləri
ədəbi-bədii kompozisiya
ilə çıxış
ediblər. Sonda tədbir iştirakçıları
kitabxanada təşkil
edilmiş “Həydər
Əliyev - 89” adlı
sərgi ilə tanış olublar. Keçirdiyimiz tədbirlərdə gənclərimizi də unutmuruq. Tez-tez gənclərlə görüşlər keçirilir,
onların tədbirlərimizdə
fəal iştirakına
çalışırıq. Mərkəzi Kitabxanada “Azərbaycan
gəncliyi dünən,
bu gün, sabah” mövzusunda tədbirlər təşkil
etməyi ənənə
halına salmışıq.
Tədbirlərimizdə ölkəmizdə gənclərə göstərilən
diqqət və qayğıdan, rayon gəncliyi
qarşısında duran
vəzifələrdən söz
açılır. Tədbirlərimizə dəvət olunan Şamaxı Humanitar Kollecinin və Azərbaycan Müəllimlər
İnstitutunun Şamaxı
filialının tələbələri
maraqlı fikirlərlə
çıxış edirlər.
- Şamaxı
həm də turizmin inkişafı ilə seçilir. Bu sahədə vəziyyət necədir?
- Ölkə Prezidentinin
2011-ci ili «Turizm ili» elan
etməsi, qarşıya
çox mühüm vəzifələr qoyması
bu sahənin inkişafına böyük
təkan verib. Rayonda turizmin inkişafı, turizm obyektlərinin lisenziyalaşdırılması, əhaliyə göstərilən
turizm xidmətlərinin
yüksəldilməsi ilə
əlaqədar bir sıra tədbirlər görülüb. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi
və mütəxəssisləri
lisenziyası olan turizm obyektlərində monitorinqlər keçirir,
tövsiyələr verirlər.
“Şirvan ”mehmanxanasında Avropa standartlarına uyğun təmir işləri aparılıb
və turistlərin istifadəsinə verilib. Şamaxı Rayon Mədəniyyət
və Turizm Şöbəsi qarşıya
qoyulan vəzifələrin
yerinə yetirilməsi
üçün daha da qətiyyətlə çalışır, mədəniyyətimizin
inkişafı və təbliği, əhalinin asudə vaxtının səmərəli təşkili,
turizmin inkişafı,
mədəni irsimizin qorunması üçün
ardıcıl və məqsədyönlü tədbirlər
həyata keçirməkdə
davam edir.
Anar Miriyev
Palitra.-2012.-15 avqust.-S.12.