«Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi rayonun mədəni həyatında yaxından iştirak edir»

 

Layihə çərçivəsində müsahibimiz Kürdəmir Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Vaqif Alıyevdir:

- İl ərzində rayonumuzda bir sıra yubileylər keçirilib. May  ayında Əhməd  Cavadın 120  illiyi, bəstəkar Rauf Hacıyevin 90, Mirzə Ələkbər  Sabirin anadan olmasının 150 illiyi müxtəlif anım tədbirləri ilə qeyd olunub. M.F.Axundov adına Milli Kitabxana ilə birlikdə M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans da keçirmişik.Rayon Mədəniyyət Turizm Şöbəsinin tədbirlər planına uyğun olaraqŞuşasız ötən 20 iladlı silsilə tədbirlər Laçın rayonunun işğalının 20-ci ildönümünə həsr edilən anım tədbirləri təşkil edilib. 28 May Respublika Günü ilə bağlı şöbənin tədbirlər planı hazırlanaraq mədəni-maarif müəssisələri tərəfindən silsilə tədbirlərlə həyata keçirilib. Ümumrayon səviyyəsində keçirilən yekun tədbiri yüksək şəkildə qeyd olunub, geniş konsert proqramı ilə yekunlaşdırılıb. Bir daha qeyd edim ki, Prezidentin müvafiq sərəncamına Mədəniyyət Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq şöbədə hazırlanmış tədbirlər planına əsasən rayonun bütün mədəni-maarif müəssisələrində M.Ə.Sabirin 150 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Rayonun Yenikənd kənd Mədəniyyət Evi Dəyirmanlı kənd tam orta məktəbi ilə birlikdəSabir dövrün aynası idiadlı ədəbi-bədii gecə keçirib. May ayında Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində M.F.Axundovun anadan olmasının 200 illik yubileyi ilə bağlı keçirilənDeyilən söz yadigardıradlı bədii qiraət ifaçılarının respublika müsabiqəsində  rayonumuz Qarasaqqal kənd Mədəniyyət Evinin dram dərnəynin üzvü Fuad Məmmədovla təmsil olunub.

- Başqa hansı müsabiqələrdə rayon təmsilçiləri iştirak edib?

- May ayında Şəki şəhərində keçirilən II Dekorativ-tətbiqi sənət festivalında rayonumuz layiqincə təmsil olunub, dekorativ tətbiqi sənətin ağac üzərində oyma növünə görə Kürdəmir Dövlət Rəsm Qalereyasının direktoru İlqar Muradov Mədəniyyət Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüb. İ.Muradovun əl işləri cari ilin dekabr ayında Bakı şəhərində keçiriləcək respublika festivalında nümayiş etdiriləcək. May ayının 31-də ümumtəhsil müəssisələrində keçirilən “Son zəngburaxılış tədbirlərinin bədii hissələri klub müəssisələri ilə birlikdə hazırlanıb. İyun ayı da öz əlamətdar günləri ilə zəngin olub. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rayonun klub, kitabxana, muzey, uşaq incəsənət məktəbindəUşaqları qoruyaqdevizi ilə silsilə tədbirlər təşkil olunub. Müəssisələrdə guşələr, sərgilər, müxtəlif oyun yarışlar, həmçinin konsertlər təşkil edilib. Ay ərzində Azərbaycanda Mülki Aviasiya İşçilərinin peşə bayramı, Azərbaycanın YUNESKO- ya qəbul edilməsinin 20 - ci ildönümü, Ətraf Mühitin Mühafizəsi Günü, Beynəlxalq Qan Donor Günü, Ümumdünya Qaçqınlar Günü, Azərbaycanın BMT - nin Uşaq Hüquqları Konvensiyasına qoşulmasının 20 illiyi ilə əlaqədar məlumatlar verilib, guşələr sərgilər hazırlanıb. Ümumiyyətlə, rayonun mədəni-marif müəssisələrinin fəaliyyəti ilə bağlı şöbə tərəfindən bir sıra  monitorinqlər aparılır. Nəticələr rayon mədəniyyət işçilərinin seminar-müşavirəsində müzakirə edilir müvafiq tədbirlər görülür. Mədəniyyət Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Heydər Əliyev Muzeyi bu ildən Heydər Əliyev Mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti üçün münasib şərait yaradılıb, ad göstəriciləri digər sənədlərin uyğunlaşdırılması təmin edilib.

- Mərkəzdə dərnəklər fəaliyyət göstərirmi?

- Bəli, Mərkəzdə fəaliyyət göstərən kurs dərnəklərin işi davam etdirilməklə yeni bölmələrin açılması istiqamətində işlər görülür. Mərkəzin kitabxanasında elektron kitabxana yaradılıb, internet saytı istifadəyə verilib. Heydər Əliyev Mərkəzi rayonun mədəni həyatında yaxından iştirak edir, əlamətdar tarixi günlərin, bayramların qeyd olunmasında fəallıq göstərir. Dövr ərzində mərkəzə kütləvi ekskursiyalar təşkil edilib, idarə, müəssisələrlə yanaşı məktəb yaşlı uşaqlar da Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Heydər Əliyev irsini öyrənənlər studiyası Heydər Əliyev kitabxanası mərkəzə gələnlərin maraqlarına   tələblərinə uyğun fəaliyyət göstərir.

-  Rayonun Uşaq İncəsənət Məktəbinin fəaliyyəti haqqında deyə bilərsiniz?    

- Kürdəmir Rayon Uşaq İncəsənət Məktəbində tədrisin keyfiyyəti ilə bağlı vaxtaşırı monitorinqlər keçirilir, şagirdlərin dərsə davamiyyəti yoxlanılır müvafiq tədbirlər görülür. Məktəbin rəsm şöbəsi üzvlərinin əl işləri Macarıstan və Çex respublikalarında keçirilən uşaq təsviri və tətbiqi incəsənət müsabiqələrinə göndərilib. Kürdəmir rayon Uşaq İncəsənət məktəbi rayonun mədəni həyatında yaxından iştirak etməklə, uşaq və yeniyetmələrin musiqi təhsili istiqamətində fəaliyyət göstərir.Məktəbdə əlamətdar və tarixi günlər qeyd olunur, müəllim və şagirdlərdən ibarət ansamblların gücündən istifadə edilərək uşaq bağçalarında ümumtəhsil məktəblərində, parklarda, “N” saylı hərbi hissələrdə və digər yerlərdə  konsertlər verilir. Məktəbin şagirdləri aprel ayında Bakı şəhərində keçirilən xanəndəlik ixtisası üzrə Xan Şuşunski adına Respublika muğam festivalında fəal iştirak ediblər. Məktəbin şagirdləri İbrahim Əliyev və Ramil Rəhimli fəxri fərmana layiq görülüblər. Məktəbin xor kollektivi Ağcabədi şəhərində keçirilən uşaq xor kollektivlərinin III Respublika  baxışında iştirak edib. May ayında Masallı şəhərində keçirilən Uşaq - gənclər  muğam ifaçılarının VI Respublika müsabiqəsində məktəbin II sinif şagirdi İbrahim Əliyev fəxri fərmana layiq görülüb. Məktəbin 7 nəfər şagirdinin əl işləri Polşa Respublikasının Censtoxola şəhərində “Uşaqitmövzusunda XIV Beynəlxalq Təsviri Yaradıcılıq müsabiqəsində nümayiş etdirilib. İyun ayında Şəki şəhərində gənc pianoçuların II Respublika müsabiqəsində məktəbin 2 şagirdi müvəffəqiyyətlə çıxış edib. Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyininişi qənaətbəxş olub, diyarşünaslığın təbliği istiqamətində işlər davam etdirilib. Belə ki, rayonun tarixini əks etdirən exsponatların nümayiş etdirilməsi təşkil edilibyeni muzey əşyalarının əldə edilməsi  üçün rayon əhalisi ilə vaxtaşırı görüşlər keçirilib. Rayon ərazisindən toplanmış və muzeyə bağışlanmış əşyalar muzeydə qorunur və vaxtaşırı olaraq muzeyin əməkdaşları rayonun Sığırlı və Ərəbqubalı kəndləri ərazisindəki tarixiarxeoloji abidələrə kiçik ekskursiyalar təşkil ediblər. Muzeyə tamaşaçı cəlb etmək məqsədilə təşkilati işlər görülüb bir neçə məktəbin yuxarı sinif şagirdləri tarix dərslərini qrafik üzrə muzeydə keçiriblər. Kürdəmir Dövlət Rəsm Qalereyasının işi günün tələbləri səviyyəsində qurulub. Qalereyanın əməkdaşları ümumrayon tədbirlərində yaxından iştirak etməklə müxtəlif  səpgili rəsm sərgiləri, müsabiqələr və guşələr hazırlayaraq tamaşaçılara təqdim ediblər.Kürdəmir Dövlət Rəsm Qalereyasında 15 qalereyadaxili və səyyar sərgilər təşkil edilib. Rayonun əyani vasitələrlə təmin edilməsi işi qalereyanın əməkdaşları  tərəfindən həyata keçirilib, əlamətdar günlər, bayramlar və yubileylərlə bağlı şüarlar, plakatlar, pannolars. hazırlanıb.

 

Anar Miriyev

Palitra.-2012.-28 avqust.-S.11.