“Kitabxanamız
şəhər sakinləri üçün
bir növ mədəni
mərkəz rolunu oynayır”
Layihə çərçivəsində
növbəti müsahibimiz Səbail Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Nüşabə Ələkbərovadır:
- Səbail Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi bu rayonda yerləşən
kitabxanaların bazasında yaradılıb. Bu
qurum özündə Mərkəzi Kitabxana və 6 kitabxana
filialını birləşdirir. Kitabxana
1924-cü ildə Bakı Xalq Maarif Şöbəsinin nəzdində
yaradılıb. Özünəməxsus yaranma
tarixi olan bu elm məbədi bu günə kimi uzun və çətin yol
keçib, ənənələrini qoruyub saxlaya bilib. Fəaliyyəti dövründə kitab təbliğatını
yaxşılaşdırmaq məqsədilə yeni
iş üsullarından istifadə edib. Bu gün
kitabxanada məlumatın toplanması və
oxuculara çatdırılması, yeni texnologiyalardan istifadə
və kitabxana proseslərinin
avtomatlaşdırılması istiqamətində bir sıra işlər görülməkdədir.
2009-cu ilin fevral
ayında İnformasiya Mərkəzinin
açılması kitabxananın fəaliyyətində mühüm bir hadisə oldu. İnformasiya Mərkəzi
ilə yanaşı kitabxananın saytı və elektron kataloq da istifadəçilərin ixtiyarına verilib. Hazırda kitabxanada
Oxuculara xidmət (abonement
və oxu zalı), Kitabişləmə və
komplektləşdirmə, Metodika və biblioqrafiya, Elektron-informasiya,
Kütləvi tədbirlərin təşkili şöbələri
fəaliyyət göstərir. Kitab fondumuzda 200 minə yaxın nüsxə
saxlanılır. Kitabxanamız gənc nəslin təlim-tərbiyəsi,
onların ölkəmiz üçün layiqli vətəndaş kimi
yetişməsi, xalqın mədəni səviyyəsinin
yüksəldilməsi istiqamətində fəaliyyət
göstərir, şəhər sakinləri üçün
bir növ mədəni
mərkəz rolunu oynayır. Uşaq və gənclər öz
vaxtlarının böyük bir qismini bu
kitabxanada keçirir,
dərslərə hazırlaşır, mütaliə edir və bir-biri ilə
ünsiyyətdə olurlar. Bu gün kitabxana
yaradıcı, daim yeniləşmə
prinsipindən çıxış etməklə intellekt-informasiya mərkəzinə çevrilir. Əsas oxucu kontingentimiz hazırda məktəb şagirdləri,
ali məktəb tələbələri və
digər yaş qruplarından olan insanlardır. Ancaq ən
çox gənclərdir ki,
onlar ixtisasla, peşə
seçimi ilə bağlı daha çox kitablara müraciət edirlər. Yay aylarında oxucu
kütləsi bir qədər az olur və bu da onunla
bağlıdır ki, tədris ili hələ başlamayıb. Sentyabr ayından oxucu
axını başlayır. Oxucular hətta
kitabxanaya gəlmədən də internet vasitəsilə kitabxanamızın
saytına daxil olaraq elektron kataloqa baxmaqla istədiyi kitabın burada
olub-olmaması ilə bağlı məlumat əldə edə
bilərlər. Bu yalnız bizim mərkəzi kitabxanaya
aid deyil. Yəni cari ilin yanvar
ayından Səbail rayon kitabxanaları Mərkəzləşmiş
Kitabxana sistemində birləşib və bizim saytda hər bir filial haqda
məlumat verilir. Filiallarda olan kitablar və yeni daxil olan
kitablar haqda oxuculara məlumat çatdırılır. Eləcə
də kitabların rəsmi, annatasiyaları
var. Davamlı olaraq tədbirlər keçiririk.
Kitab sərgiləri təşkil edirik. Kitab təqdimatları olur ki, bunlar
barədə də saytda oxucularımıza məlumat veririk.
- Bədii ədəbiyyata maraq varmı?
- Ümumilikdə bədii ədəbiyyata maraq var. Çünki ötən illərə baxdıqda fondumuzun əksər hissəsi təzələnib.
Müasir Azərbaycan
oxucularının dünya
ədəbiyyatına olan
mənəvi tələbatını
təmin etmək məqsədilə ölkə
Prezidenti cənab İlham Əliyevin “Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan
dilində nəşr
edilməsi haqqında”
2007-ci il 24 avqust tarixli sərəncamına
əsasən, 150 cildlik
“Dünya ədəbiyyatı”nın
nəfis şəkildə
nəşri həyata
keçirilib. 130 adda kitaba - dünya ədəbiyyatında estetik
çevrilişlərə səbəb olmuş söz sənəti ustadlarının indiyə
qədər tərcümə
edilməmiş dəyərli
nümunələrinə Azərbaycan
dilində yenidən ruh verilib. Azərbaycan
vətəndaşının dünyagörüşünün formalaşmasında bu sərəncamın xüsusi
rolu var. Gənclərin
bu kitabları oxumasında heç bir problem yoxdur. Çalışırıq oxucularımıza
yaxşı şərait
yaradaq. Məsələn,
yayda kitabxanamızı
soyuducu sistemlər, qışda istilik sistemləri ilə təmin edirik. Eyni zamanda hər
bir oxucu gəldikdə kitabxana işçilərindən də
mehriban, isti münasibət görür.
Səbail Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi də respublikamızda yerləşən digər
kitabxanalar kimi 35 adda 455 nüsxə “Dünya ədəbiyyatı”
seriyasından kitabları
hədiyyə olaraq əldə edib və hazırda oxucularının ixtiyarına
verir.
- Kitabın təbliği ilə bağlı hansı tədbirlər həyata keçirilir?
- Hər zaman olduğu kimi, kitabxanada bayramlar və yubileylərlə bağlı geniş və maraqlı kütləvi tədbirlər
- görüşlər, kitab
sərgiləri, ədəbi-bədii
gecələr, oxucu konfransları, kitab təqdimatları, mühazirələr,
söhbətlər keçirilir.
Bu tədbirlər kitabxananın
ictimaiyyətlə əlaqəsini
möhkəmləndirməyə imkan verir, gənc
nəslin daha çox nümayəndəsinin
kitaba yaxınlaşmasına
şərait yaradır.
Şəhərimizin mədəni
həyatı kitabxananın
işində daim əks olunur. Mədəniyyət və
Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin
təşkilatçılığı ilə keçirilən tədbirlərdə kitabxana
yaxından iştirak edir. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin
“Turizm ili” elan olunması, dövlət müstəqilliyimizin
bərpasının iyirminci
ildönümü və
mədəniyyət sahəsində
həyata keçirilən
yeni layihələrlə
bağlı tədbirlər
reallaşdırılmaqdadır.
Dövlət dilimiz olan Azərbaycan dili zaman-zaman inkişaf edib zənginləşən
dillərdən biridir.
Bu gün Azərbaycan
dili təkcə 9 milyonluq müstəqil Azərbaycanın deyil, planetimizin 70 ölkəsində
yaşayıb-yaradan 50 milyona
yaxın nəhəng
bir xalqın dilidir. Bununla bağlı bugünlərdə
Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası
və filiallarında müxtəlif tədbirlər
təşkil edildi. Səbail Rayon MKS-nin Mərkəzi Kitabxanasında
"Dili yaşadan onun mənsub olduğu xalqdır” adlı tədbir keçirildi. Oxucular və kitabxananın kollektivi baş metodist Ş.Babaşovanın
Ana dili haqqında məruzəsini dinlədilər.
Dilimizin saflığından,
onun zənginliyindən
danışan iştirakçılar
belə tədbirlərin
mütəmadi olmasını
arzuladılar. Oxuculara
Ana dilinin vacibliyi, qorunması haqqında tövsiyələr edildi.
Sonda “Azərbaycan Respublikasının dövlət
dili” adlı kitab sərgisinin nümayişi oldu.Bundan başqa bu yaxınlarda
Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə
“Əkinçi” qəzetinin
əsl mənada xalqa həyatı olduğu kimi göstərən, cəmiyyətdəki
nöqsan və bəlalar haqqında düşünən, məsləhət
verən bir qəzet olduğu barədə məlumat verildi. Tədbir iştirakçıları da
“Əkinçi”nin Azərbaycan
mətbuatının inkişafında
mühüm rol oynadığını, Azərbaycan
dilində ilk qəzet
olduğunu vurğuladılar.
Tədbirin sonunda “İlk Azərbaycan qəzeti - “Əkinçi””
adlı slayda baxış keçirildi.
Bu təqdimat bütün
iştirakçılar tərəfindən
maraqla qarşılandı.Həmçinin
Səbail Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında
“İçərişəhər oxucuların gözü ilə” adlı görüş keçirilib.
Bu tədbir də iştirakçılar tərəfindən
maraqla qarşılandı.
Bundan başqa kitabxanamızda 26
İyun Azərbaycan Silahlı Qüvvələri
Günü münasibətilə
hərb tariximizin tədqiqatçısı Şəmistan
Nəzirli ilə görüş keçirildi.
Tədbirə Bakı
Şəhər Mədəniyyət
və Turizm İdarəsinin əməkdaşları,
elm və sənət
adamları, Bakı Şəhər Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərinin
Direktorlar Şurasının
üzvləri və Ş.Nəzirlinin yaradıcılığını
yaxından izləyən
oxucular dəvət olunmuşdu. Görüşdə
tariximizin öyündürücü,
dəyərli səhifələrinə
işıq salan,
XIX-XX əsrlərdə yaşamış
generallarımızın ömür
və döyüş
yolunu araşdıran tədqiqatçının qələminə
məxsus əsərlərdən
söhbət açıldı,
Azərbaycan Silahlı
Qüvvələrinin yaranma
tarixi haqqında maraqlı məlumatlar verildi. Ulu öndər
Heydər Əliyevin müstəqilliyimizin əsası
olan güclü və qüdrətli ordumuzun formalaşmasında
göstərdiyi xidmətlər,
bu gün hərbi sahəyə dövlətimizin verdiyi önəm xüsusi vurğulandı. Tədbirdə
tədqiqatçının “Qoridən gələn qatar” sənədli povestinin yeni nəşri oxuculara təqdim olundu.
Nigar
Palitra.- 2011.- 5 avqust.- S.7.