“Kənd təsərrüfatı sektorunda ixrac potensiallı bir çox gəlirli sahə var

 

Kənd təsərrüfatı naziri İsmət AbasovThe Business Year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi sayında ölkənin kənd təsərrüfatına aid sualları cavablandırıb. “Azadinform” müsahibəni qısa ixtisarla təqdim edir: 

 

- Kənd Təsərrüfatı Nazirliyi hansı sahələrə daha çox xarici investisiya cəlb etməyə çalışır?

- Biz xarici investisiya qoyuluşunu əsasən ixrac yönümlü kənd təsərrüfatı sektoruna cəlb etmək istəyirik, çünki onlar inkişaf etmiş texnologiyanı birləşdirməyə və investisiyaları idarə etməyə qadirdirlər. Azərbaycanın kənd təsərrüfatı sektorunda ixrac potensiallı bir çox gəlirli sahə varbu sahələrə investisiya qoyulması kapitalın düzgün istifadəsi deməkdir. Bu mənada tütün sektorunun böyük potensialı var. Hazırda ildə 48 000 ton tütün istehsal edə bilən 6 fermentasiya zavodu var. Bakı Tütün Kombinatının ildə 10 milyard ədəd siqaret istehsal etmək imkanı var. Digər bir gəlirli sahə pivə istehsalıdır. Hazırda 20-dən çox müəssisə pivə istehsalı ilə məşğuldur və ildə 3,2 milyon litrdən çox pivə istehsal edirlər. 2011-ci ildə bu rəqəmin 4,5 milyon litrə çatacağı güman edilir. Şərab istehsalı sektoru da xarici investorlar üçün güclü potensial sərgiləyir. Xarici investorlar üçün cəlbedici hesab edilə biləcək digər sahələrə ənənəvi baramaqurdu yetişdirmə, toxum, ət və süd məhsulları istehsalı, heyvandarlıq daxildir.

- Hökumət kənd təsərrüfatı sektoruna investisiya qoymaq istəyən xarici investorları necə həvəsləndirir?

- Kənd təsərrüfatı sahəsindəki istehsalçılar 2014-cü il yanvar ayının 1-nə kimi gəlir vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və əmlak vergisindən azaddırlar. İdxal sənayesi və emal avadanlığı sektoru da vergi və ənənəvi ödənişlərdən azaddır. Bundan başqa xarici investorlar üçün bir çox sosial yardım proqramı da var. “Xəzər Aqro” beynəlxalq kənd təsərrüfatı və qida sənayesi şirkəti hər il Azərbaycanda ənənəvi olaraq yarmarka təşkil edirbiznes əlaqələrini inkişaf etdirmək yollarını, ölkədə mövcud təsərrüfat imkanlarını müzakirə etmək üçün biznes-forumlar keçirir.

- Ölkənin kənd təsərrüfatı istehsalını maksimum artırmaq, ərzaq idxalına olan ehtiyacı azaltmaq istiqamətində nə kimi tədbirlər görürsünüz?

- Kənd təsərrüfatı malları istehsalçılarını stimullaşdırmaq üçün hər hektar sahənin becərilməsi və çoxillik bitkilərin yetişdirilməsi məqsədilə dövlət büdcəsindən 2007-2010-cu illər üzrə 307.5 milyon manat dotasiya ayrılıb. Bununla yanaşı kənd təsərrüfatı nəqliyyatı vasitələri, texnoloji avadanlıqlar, mineral gübrələr, yüksək məhsuldar damazlıq heyvanlarAqrolizinq” ASC tərəfindən sahibkarlara icarəyə verilirya güzəştli qiymətlərlə satılır. Lakin buna baxmayaraq bir çox sahədə, xüsusilə ət və ət məhsulları, süd və zəruri qida məhsullarının istehsalı əhalinin tələbatını qarşılamır.

- Kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının diversifikasiyasında rolunu necə dəyərləndirirsiniz?

- İqtisadiyyatın digər sahələri ilə müqayisədə kənd təsərrüfatının bəzi üstünlükləri var. Bu üstünlüklər bir çox fərqli məhsulun əkilməsinə imkan verən təbii, coğrafi, tarixiiqtisadi faktorlarla şərtlənir. Azərbaycanın kənd təsərrüfatı potensialını üzə çıxarmaq üçün ölkə başçısı tərəfindən çoxsaylı proqram, fərman və sərəncam imzalanıb. Əgər kənd təsərrüfatının dinamik artımını gözdən keçirsək, görərik ki, bu sahə çox şey vəd edir. Bizim məqsədimiz kənd təsərrüfatı məhsulları istehsalında yalnız daxili artım əldə etmək deyil, biz, həmçinin keyfiyyəti yüksəltməyə çalışırıq. Bu səbəbdən ekoloji cəhətdən təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı haqqında qanun qəbul edilib.

 

 

Palitra.- 2011.- 5 avqust.- S.10.