ARDNŞ-in Təhlükəsizlik İdarəsinin
yeni inzibati
binasının açılışı olub
Dünən
Nobel prospektində ARDNŞ-in
Təhlükəsizlik İdarəsinin yeni
inşa edilmiş inzibati binasının
açılışı olub. Şirkətdən
qəzetimizə verilən məlumatda bildirilir
ki, tədbirdə iştirak
edən qurum prezidenti
Rövnəq Abdullayev idarənin müasir standartlara uyğun inşa edilmiş binasının otaqlarını gəzib. Ona Təhlükəsizlik
İdarəsinin Dövlət Gəmi və Liman
Nəzarəti Müfəttişliyi, Xüsusi
Texnika Hissəsi, müxtəlif departament və şöbələrin yerləşdiyi
binada ümumilikdə 200 nəfərdən
artıq işçi heyəti
çalışacağı haqqında məlumat verilib.
Üçmərtəbəli bina
müasir və yeni ofis mebeli və
texnikası ilə təchiz olunub.
Binanın birinci mərtəbəsində
isə müasir avadanlıqlarla təchiz olunmuş yeməkxana yaradılıb. Görülmüş işlərdən razı qaldığını
bildirən Rövnəq Abdullayev son illər ARDNŞ-in bütün idarə və müəssisələrində
köklü dəyişikliklərin
aparıldığını, həyata keçirilən yeni infrastruktur layihələrinin
geniş vüsət
aldığını qeyd edib.
O, neft-qaz sənayesinin
uğurlarında, şirkətin obyektlərinin mühafizəsinin
təminatında Təhlükəsizlik İdarəsinin rolunu xüsusi vurğulayaraq şirkətin tabeçiliyində
olan struktur vahidlərinin
müasir avadanlıqlarla təchiz
olunması istiqamətində görülən işlərin bundan sonra da
davam etdiriləcəyini qeyd
edib: “Bu mənada bu yeni, müasir
inzibati bina idarənin
əməkçilərinin rahat iş şəraiti ilə təmin
olunmasında mühüm rol
oynayacaq”.
Hər gün Bakıda minə
yaxın «smart kart» tipli sayğac quraşdırılır
ARDNŞ
prezidenti jurnalistlərə açıqlamasında bildirib ki,
2013-cü ilədək ölkə ərazisinin 95%-ni
qazlaşdırmaq planlaşdırır. Onun sözlərinə
görə, dövlət başçısının bununla
bağlı tapşırığına uyğun olaraq,
ölkənin bütün rayonlarında qazlaşdırma
işləri gedir: «Artıq bununla bağlı investisiya
proqramlarımız və layihələrimiz
hazırdır».Şirkət rəhbərinin sözlərinə
görə, Bakıətrafı kəndlərdə də
problemi olan hissələrin qazlaşdırılması məsələsi
həll olunur: «İndi hər gün Bakı şəhərində
minə yaxın «smart kart» tipli sayğac
quraşdırılır. Bakıda 600 minə yaxın abunəçi
olduğu üçün gələn ilə artıq «smart
kart» tipli sayğacların quraşdırılmasını
başa çatdıracağıq». R.Abdullayev bununla
yanaşı bildirib ki, paytaxta gələn bütün
magistral xətlərin bərpası üzrə işlər
aparılır: «Ötən il qaz sistemində təzyiq problemi
olmadı, bu il də bütün işləri
görürük ki, belə problem yaranmasın. Qaz təminatı
yüksək səviyyədə həyata keçiriləcək».O
qeyd edib ki, ARDNŞ Türkiyənin «Turcas Petrol/Injaz Projects»
şirkətinin səhmlərinin 24,85%-ni alıb: «Biz
Türkiyədə investisiya layihələrində
payımızın çoxalmasını istədik və buna
nail olduq». Qeyd edək ki, ARDNŞ-in «Turcas Petrol/Injaz Projects»
şirkəti ilə yaratdığı «SOCAR- Turcas» konsorsiumu
«Petkim» neft-kimya şirkətinin sahibidir. Bu alqı-satqı nəticəsində
ARDNŞ-in konsorsiumda payı 70%-ə çatıb. Türkiyədən
fərqli olaraq ARDNŞ-in Qırğızıstanda hər
hansı işlər həyata keçirmək barədə
planları yoxdur. R.Abdullayevin sözlərinə görə,
ARDNŞ qüvvələrini həmişə maksimal effekt
almaq üçün səfərbər edir:
«Qırğızıstanın ehtiyatları azdır».
«Şahdəniz»
qazının nəqli ilə bağlı növbəti
görüş avqustun sonunda keçiriləcək
Şirkət
rəhbəri açıqlamasında bildirib ki, avqustun sonunda
Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz»
perspektiv strukturunun işlənməsi layihəsinin tərəfdaşları
arasında hasil olunan qazın nəqli ilə bağlı
danışıqların növbəti mərhələsi
keçiriləcək. Onun sözlərinə görə,
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın
Bakıya səfərindən dərhal sonra Azərbaycanla
Türkiyə arasında qazın nəqli ilə bağlı
danışıqlar bərpa olunub: «Həmin həftə
ARDNŞ, Türkiyənin «BOTAŞ» şirkəti və
«Şahdəniz» layihəsinin tərəfdaşları
arasında görüş keçirilib ki, 3 gün davam edən
görüş zamanı «Şahdəniz» qazı ilə
bağlı məsələlər müzakirə olunub».
Birinci görüşün məhsuldar keçdiyini bildirən
R.Abdullayev qeyd edib ki, hələ də həllini tapacaq bir
çox məsələ açıq qalıb:
«Danışıqların növbəti mühüm mərhələsi
avqustun 26-da başlayacaq ki, bununla da danışıqların
ikinci turuna start veriləcək. Fikrimcə, həmin
görüşdə bu məsələ ilə bağlı
böyük sənədlər paketi müzakirə edə biləcəyik».
Cavidan
Palitra.- 2011.- 9 avqust.- S.2.