Kitab Klubunun direktoru Elxan Rzayev: “Yerli oxucularımız naşirlərimizə, naşirlərimiz isə oxucularımıza inanmırlar”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Kitab Klubunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Rzayevdir: 

 

- Kitab Klubu rəsmi olaraq 2003-cü ildə qeydiyyatdan keçib. Lakin real olaraq 2004-cü ildən fəaliyyətə başlamışıq. Məqsədimiz Azərbaycanda kitab bazarının inkişafına yardım göstərməkdir. Klub tərəfindən çoxlu sayda kitab təqdimatları, müəlliflərlə görüşlər, ənənəvi respublika kitab satış-sərgiləri, nəşriyyatların konfransları keçirilir. Kitab Klubunun məqsədi Azərbaycanda nəşriyyat işinin səmərəli qurulması və kitab bazarının normal qaydalar üzrə işləməsinə yardım göstərməkdir. Birinci növbədə kitab bazarının vəziyyətini öyrənərək bu barədə məlumatları naşirlərə və müəlliflərə, yeni nəşr olunmuşolunacaq kitablar haqqında məlumatı isə potensial oxuculara çatdırmaqdır. Bunu həyata keçirmək üçün seçilmiş yollara gəldikdə isə kitab bazarının öyrənilməsi üçün sorğuların keçirilməsi, yeni kitab kataloqlarının buraxılması və yayılması, kitab sərgilərinin təşkili, kitabların elektron variantlarının internet səhifəsində yerləşdirilməsi, yeni kitabların təqdimatının, müzakirəsinin, müəlliflərlə görüşlərin keçirilməsi, müəlliflərə kitabın tərtibatı və çapında yardım göstərilməsi nəzərə alınıb. Həmçinin müəlliflər haqqında məlumatların yayılması, yeni kitabların satışı üçün sifarişlərin toplanması, kitab işi üzrə mütəxəssislərin və müəlliflərin iştirakı ilə dövri görüşlərin, seminarların, konfransların keçirilməsi, digər ölkələrin kitab klubları və kitabxanaları ilə kitab mübadiləsi, kitabxanaoxu zalı xidmətinin göstərilməsi öz əksini tapıb. Bunu etmək üçün əldə olan imkanlarımıza gəldikdə isə 3000 nüsxə ilə dərc edilən, ölkəmizin bütün rayonlarına və xarici ölkələrə yayılan rəngli «Azərbaycan nəşrləri» kitab kataloqu, “www.kitabklubu.org” ünvanlı internet səhifəsi, 1000 kitablıq daimi işləyən 2 sərgi salonu, təqdimatların və görüşlərin keçirilməsi üçün 40 və 60 kvadratmetrlik zallar var.

 

- Kitab Klubu mütəmadi olaraq kitabla bağlı respondentlər arasında sorğular keçirir. Bu gün daha çox hansı təbəqə kitab oxuyur?

- Kitab Klubu Bakı şəhərində kitab bazarının öyrənilməsi ilə əlaqədar 2004-2006-cı illərdə naşirlər, kitab satıcıları və oxucular arasında sorğular keçirdi. Nəticələr dövri mətbuatda və klubun internet səhifəsində öz əksini tapdı. Üç minə yaxın respondent arasında keçirilən sorğuda birinci sualımız o oldu ki, “Son bir ildə yeni kitab oxumusunuzmu?”. Kim ki, bu suala müsbət cavab verib, qalan suallar ona verilib. İki sorğunun hər ikisində o suala müsbət cavab verənlərin sayı 10 faiz olub. Bundan belə nəticə çıxarmışıq ki, savadlı əhalimizin təqribən 10 faizi kitab oxuyur. Qalanlar kitaba biganədir. Həmin sorğunu biz təkcə oxucular arasında deyil, naşirlər kitab satıcıları arasında da aparmışıq. Maraqlı cavablardan biri o idi ki, 2004-cü ilə qədər dini kitabların oxunma səviyyəsi 6-cı yerdə idi, 2005-ci ildə 6-cı yerdən gəlib ikinci yerə çıxdı. Bundan başqa kitabların hansı keyfiyyətlərinə fikir verilməsi ilə bağlı maraqlı cavablar almışdıq. Bu gün bir qrup kitab oxuyan var ki, o, məcburən oxuyur, tutaq ki, tələbələr, yaxud da hər hansı ixtisasını artırmağa məcbur olan insanlar. Bunlar əsasən ixtisas kitablarıdır. İkinci yerdə həyata marağı olan, maraqlı informasiya əldə etmək istəyən təbəqədir. Onların oxuduğu kitabların spektri çox müxtəlifdir. Yəni bədii ədəbiyyatdan başlayıb texniki, dini ədəbiyyatda qurtarır. Onlar üçün bu informasiyanı əldə etmək maraqlıdır. Üçüncü təbəqə isə bədii ədəbiyyatdan ləzzət alan insanlardır.Bu gün informasiya almaq istəyənlərin sayı artıb, kitaba alternativ informasiya mənbələrinin yaranması isə kitab oxuyanların sayının azalmasına səbəb olub.

- Kitab bazarında əvvəlki dövrlə müqayisədə hansı fərqlər var?

- Bizim klub fəaliyyətinə yerli kitab bazarını araşdırmaqla başlayıb. Bazarı araşdıran zaman paradoksal bir vəziyyətlə rastlaşdıq. Belə məlum oldu ki, yerli oxucularımız naşirlərimizə, naşirlərimiz isə oxucularımıza inanmırlar. Naşirlər "Bazar üçün kitab nəşr edirsənmi?" sualına "Bazar var ki, nəşr edim?" cavabını verirdi. Oxucu isə oxumağa kitab olmadığını deyirdi. Halbuki hələ üç-dörd il bundan əvvəl Azərbaycanda ildə 300-400 adda yeni kitab nəşr olunurdu. Biz başa düşdük ki, oxucularla naşirlər arasında informasiya mübadiləsi yoxdur.Əvvəllər bütün mağazalar hökumətə məxsus idi. Bütün mağazaların da təminatı hökumət nəşriyyatlarından keçirdi. Nəşriyyatlar da dövlətə məxsus idi. Onların öz planları, proqramları vardı. Nəşriyyat hansı kitabları mağazalara verirdisə, mağaza da həmin kitabları satırdı. Miqdar məsələsinə gələndə isə səhv etmirəmsə, təkcə Bakıda 300-ə yaxın kitab mağazası olub. Bu gün Bakıda cəmi 10 kitab mağazası var. Mən yalnız kitablar satılan ixtisaslaşmış kitab mağazalarından danışıram.  Bundan başqa çoxsaylı mağazalar var ki, orada dəftərxana ləvazimatı digər mallarla yanaşı həm kitablar satılırdı. Bir fərqi demək istəyirəm ki, indi kitab mağazaları yalnız özəl şirkətlərə, özəl şəxslərə məxsusdur. Həmin mağazalarda satılan kitablar da özəl nəşriyyatlarda çap olunur.

- Son zamanlar kitabların qiymətinin artması kitabların dəyərinin artması, yoxsa başqa amillərlə bağlıdır?

- Əslində bizim apardığımız sorğularda kitab oxumaq istəyənlərin təqribən 20 faizi deyirdi ki, ancaq zəruri kitabları ala bilirlər, təqribən 25 faizi isə deyirdi ki, heç zəruri kitabları da ala bilmirlər. Kitabların qiymətinin artması heç onların dəyərinin artması demək deyil. Bu, bazarda olan ümumi qiymət artımı ilə bağlıdır. Kitab üçün işlədilən materialların, kağızın, dizayn işlərinin qiymətinin artması kitabın qiymətinin artmasına gətirib çıxarır. Orta qiymət 2-4 manat olmalıdır ki, oxucu kitabı ala bilsin. Lakin bu gün orta qiymət 6-8 manat arasında dəyişir. Bundan əlavə kitabın reklamına da kifayət qədər vaxt ayrılmır. Əgər kitabın təbliğatı kifayət qədər yüksək şəkildə aparılarsa, mən inanıram ki, Azərbaycanda kitab bazarını 2-3 dəfə artırmaq olar. Bütün bunlar alıcılıq qabiliyyətini aşağı salan amillərdəndir.

- Kitabxanaların hazırkı vəziyyəti sizi qane edirmi? 

- Təbii ki, kitabxanaların vəziyyəti ilə bağlı problemlər var. Kitabxanaların belə vəziyyətdə olmasının səbəbini Mədəniyyət Turizm Nazirliyində görmək düzgün deyil. Sovet hökuməti vaxtında kitabxanaların təchiz edilməsi sistemi dağıldı. Bu çox qlobal sistemdir, tam mərkəzləşmiş sistemdir. O vaxt kitabxanaların sayı sürətlə azalmağa başlamışdı. İndi yavaş-yavaş Mədəniyyət Turizm, Təhsil nazirlikləri kitabxanaların fondlarını yaradır, vəsaitlər ayrılır. Kitabxanaların bağlanma prosesi zəifləyir. Bu istiqamətdə ən böyük addım Azərbaycan dünya ədəbiyyatının latın qrafikasında çapı ilə bağlı ölkə başçısının verdiyi fərman oldu.

- Hazırda ölkəmizdə elektron kitabxanalar fəaliyyət göstərir. Bu sahədə vəziyyət necədir?

- Bizdə elektron kitabxanalar fəaliyyət göstərir. Sadəcə olaraq elektron kitabxanaların resursları çox məhduddur. Çünki elektron kitabxananı yaratmaq üçün müəllifdən icazə almaq lazımdır. Təbii ki, müəlliflərin bir hissəsi icazəni elə-belə vermirlər. Elektron kitabxanalar heç bir gəlir götürmədiyi üçün müəllifə heç bir şey ödəyə bilmir. Əgər elektron kitabxana kommersiya əsasında olsaydı, onda aktual olan kitabların icazəsini müəllifdən alıb oraya yerləşdirərək müəyyən gəlir qazanar, bir hissəsini müəllifə verərdi.

- Əcnəbi yazarların kitabları bizdə satılır, xaricdə bizim kitablar satılırmı?

- Mən Kitab Klubu haqda onu deyə bilərəm ki, bizim Almaniyadan, İtaliyadan, İsveçdən, ABŞ-dan alıcılarımız var. Bu isə kütləvi surətdə deyil. Biz əsas olaraq öz kitabımız haqqında xarici oxucuya informasiyanı çatdıra bilmirik. Birinci olaraq bizdə saytların sayı azdır, ikinci olaraq saytlar gərək çoxdilli olsun.

- Bu gün ən populyar kitablar hansılardır?

- Hazırda ən populyar olan kitablar azərbaycanlı gənc yazıçıların kitablarıdır. Bu, ən yeni ədəbiyyat seriyasından, milli kitab mükafatı seriyasından olan kitablardır. Bundan başqa bu gün daha yaxşı oxunan kitablar tərcümə kitablarıdır, yəni Azərbaycan dilinə tərcümə edilən xarici ədəbiyyatdır. Detektiv mövzusunda kitablar da kifayət qədər yüksək səviyyədə oxunur. Eləcə ixtisas ədəbiyyatına, İKT, hüquq, iqtisadiyyat Azərbaycan tarixi ilə bağlı kitablara maraq var.Onu da qeyd edim ki, dünya ədəbiyyatı kitabxanasına 150 cildlik abunə işini təşkil edən Kitab Klubunun abunəçilərinin sayı artıq min nəfərə çatıb.Mütaliə üçün kompyuteri heç zaman kitaba alternativ görmürəm. Kompyuter informasiya almaq istiqamətində əvəzsiz bir vasitə olsa da, heç kəs saatlarla onun qarşısında əyləşib kitab oxumur. İndi elektron kitabların oxunması üçün xüsusi qurğular yaradılıb. Biz artıq onun sifarişini qəbul etməyə başlamışıq. Biz onumobilib”, yənisəyyar kitabxanaadlandırmışıq. Onun içərisinə minlərlə elektron kitab yükləyib daşımaq olar. Amma kompyuterdən fərqli olaraq onu oxuyarkən insanın gözü ağrımır. Bu vasitə ancaq səfər zamanı önəmlidir evdə olarkən heç kəs normal kitabı qoyub kompyuter yaxud digər qurğudan kitab oxumur.

 

 

Nigar

 

Palitra.- 2011.- 10 avqust.- S.7.