“Azərbaycanda Kulturologiya İnstitutu, bəlkə də akademiyasının açılmasına ehtiyac var

 

Kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri, professor Fuad Məmmədov bizimlə budəfəki müsahibəsində kulturologiya mərkəzlərinin yaradılmasının vacibliyi ilə bağlı məsələlərə toxundu.   

 

- Kulturologiyanı, kulturoloji bilikləri bu mövzuda olan layihələr çərçivəsində aşılayacaq, təlimlər və seminarlar keçə biləcək mütəxəssislərimiz kifayət qədərdirmi?

- Təəssüf ki, yox. Bu cür mütəxəssislərimiz çox azdır. Bu cür təlimçiləri yetişdirmək və təkmilləşdirmək üçün onlarla işləmək lazımdır. Adi kulturoloq olan və müəyyən, dar çərçivədə mütəxəssis kimi formalaşan insanlarımız var. Orası da doğrudur ki, kulturologiya üzrə müdafiələr gedir. İlk dəfə olaraq bir 10 il bundan öncə “Simurq” Ali Attestasiya Komissiyasına müraciət edib ki, bununla bağlı şura yaradılsın. Belə bir şura yaradılıb. Amma nənə elə gəlir ki, bu sahədə hələki çox zəif işləyirik və kulturoloqlar hələ lazımi səviyyədə yetişməyiblər. Çünki Rusiyanın, ABŞ-ın kulturologiyası ilə bizim kulturologiyanı bir səviyyədə götürmək olmaz. Biz bu strateji elm sahəsini xeyli dərəcədə inkişaf etdirməliyik. Biz bu prosesə təzəcə başlayırıq. Bir daha bildirirəm ki, kulturologiya sahəsi dünyada çox aktual olmaqla bərabər bizdə də xeyli dəbə minib və buna görə də qeyri-peşəkarlar da kulturologiya sahəsində öz “xidmətlərini” təklif etməyə çalışırlar və cəmiyyətə özlərini “peşəkar kulturoloq” kimi təqdim edirlər. Hər kəs özünü kulturoloq adlandırır, amma bir az dərinə gedən kimi, soruşursan ki, “kulturologiya nədir, onun metodologiyası nə olan şeydir”, baxıb qalırlar. Bu isə çox qeyri-ciddi mühit yaradır. Bütün bunlar bir daha dəlalət edir ki, kulturologiya ilə bağlı tədbirlərə və seminarlara sahə ilə bağlı adamları və mütəxəssisləri çağırmaq, onların xidmətindən yararlanmaq və onlara istinad etmək lazımdır. Dövləti və milli maraqlardan irəli gələrək həqiqətən mütəxəssisləri bu cür önəmli tədbirlərə dəvət etsələr,  onlara tribuna versələr, çox yaxşı olar. Belə olmadığı halda həmin tədbirlər o qədər də effektli olmayacaq. Ümumiyyətlə, beynəlxalq əhəmiyyətli bu cür tədbirlərə də siyasi və dövlət xadimləri ilə yanaşı sırf kulturoloqların dəvət olunması çox məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, bizim bu sahədə xarici ölkələrdə də tanınmış mütəxəssislərimiz var. Amma arabir görürsən ki, kulturologiyaya aid tədbirlər keçirilir, bu peşəkar mütəxəssislər isə kənarda qalır.

- Bildiyiniz kimi, gələn il Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçiriləcək. Bu, həm də Azərbaycanın qlobal mədəniyyət müstəvisində bir uğurudur. Bu, Azərbaycanın əsas mədəniyyət tədbirləri mərkəzlərindən birinə çevrildiyini bariz göstərir. Eləcə də ölkədə müəyyən ictimai davranış qaydalarının təkmilləşdirilməsi, tətbiq olunan standartlara və Azərbaycanın beynəlxalq imicinə uyğun daha təkmil qaydaların, şəhər mədəniyyətini yüksəltməyə yönəlmiş tədbirlərin aktuallığı da tez-tez bildirilir. Bu barədə hansı fikirləriniz var?

- Əlbəttə, bu tədbirlər vacibdir. Təklif edərdim ki, bununla bağlı regionlarda mərkəzlər açılsın. Azərbaycanda Kulturologiya İnstitutu, bəlkə də akademiya açılmasına ehtiyac var. Beynəlxalq, Dünya Mədəniyyəti Universiteti layihəsini bu məqsədlə dövlətə təklif etmişik. Amma hələki nəticə yoxdur. Kulturoloji məsələləri sadəcə sosioloji sorğularla həll etmək olmaz. Bu, sosiologiya deyil. Bundan ötrü hökmən xüsusi qurumlar yaradılmalıdır. Bu, tədqiqat və tədris yönümlü olmalıdır. Onda sizin qaldırdığınız çox vacib məsələlər öz doğru elmipraktik həllini tapmağa doğru gedərdi. Bunlarla yanaşı kulturoloji məsələlərdə Azərbaycanın milli maraqları, dövlətin strateji kursuna uyğun olaraq dövlət strukturları ilə qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti münasibətləri formulası çərçivəsində nəinki əməkdaşlıq, partnyorluq aparılmalıdır. Bütün nailiyyətlərimiz, kulturoloji resurslarımız öz inkişafımıza həsr edilməlidir. Bu məqam lazımınca dərk edilməlidir. Dərk edə bilməyənlərə isə biz təmənnasız olaraq həmişə kulturoloji seminarlar, treninqlər keçirməyə hazırıq. Dövlət bununla bağlı bizə dəstək versə, hər zaman hazırıq ki, kulturologiyanı lazımınca dərk etməyənlərə seminarlar keçirək. Buraya məmurlardan başqa gənclər, digər sahə mütəxəssisləri daxildir.

- Kulturologiyanın ali məktəblərdə tədrisi, tələbələrə aşılanması ilə bağlı hansı fikirləriniz var? Bu sahədəki dərsliklərdən istifadə olunurmu?

- Bizim kitablarımızdan hər halda istifadə olunur. Məsələn, Bakı Dövlət Universitetində dosent Fidan Fərəcova mənim kitablarım əsasında tədris aparır. Hər haldaSimurq” tərəfindən təkcə dərslik xarakterli üç monoqrafiya yaradılıb. Bunların üçüRusiyada strateji kulturologiya kimi qiymətləndirilib. Deyilib ki, bu mövzularda Rusiyada kitablar hələ ki, yoxdur. İdarəetmə mədəniyyəti ilə bağlı kulturoloji kitab barədə isə Rusiya alimləri deyir ki, nəinki Rusiyada, dünyanın heç bir ölkəsində belə kitab yoxdur. Mən bunu özümə görə yox, milli maraqlar baxımından qeyd edirəm.

- Kulturologiyaya aid tədris və təlim proqramlarını formalaşdırmaqla bağlı nələri bildirmək olar?

- Qeyd etmək lazımdır ki, bu proqramları tarixi şəraitimizə, milli maraqlarımıza uyğun formalaşdırmalıyıq. Nəzəri kulturologiyadavarsa, hamısının surətini köçürüb, düşünmədən təhsilə və elmə tətbiq etmək kökündən yanlışdır. Kulturologiya ilk dəfə ABŞ-da yaranıb. Amma bu ad Rusiyada da olduğu kimi saxlanılıb. Qərb ölkələrinin çoxunda bu, sosial antropologiya və mədəniyyət antropologiyası adlanır. Mədəniyyət və ya kültür antropologiyası insanın həyat fəaliyyətini əhatə edir, sosial antropologiya isə cəmiyyət həyatını ehtiva edir. Biz isə Rusiya və ABŞ modeli barədə sistemli təhlil aparıb ortaya öz kulturoloji xəttimizi qoyuruq. Bizim yaratdığımız formullardan xarici ölkələrdə istifadə olunur. Deməli, biz özümüzbunlardan lazımi qədər istifadə etməliyik. Bir faktı deyim ki, kulturologiyanın nə qədər önəmli qəbul edildiyi bir daha aydın olsun. Məsələn, İngiltərənin ali məmur korpusunun 75 faizi generalistlər adlanır, 25 faizi isə ekspertlərdən ibarətdir. Generalistlər ekspertlərə onların hərəsinin sahəsinə uyğun tapşırıqlar verir, onlar ekspertiza hazırlayırlar, sonra isə generalistlər bunların hamısını təhlil edirlər. Son qərarı generalistlər qəbul edir. Generalistlər isə universal kulturoloji bilikləri olan mütəxəssislərdir. Yaxud Fransada Dövlət İdarəetmə Akademiyası barədə bir daha qeyd edim. Fransanın ən böyük məmurlarının hamısı oranın məzunlarıdır. Oraya şifahi imtahan vermədən qəbul olunmaq mümkündür. Oranı bitirəndə əgər real kulturoloji bilikləriniz yoxdursa, sizə heç diplom da vermirlər. Yaxud ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əsas işçiləri ciddi kulturoloqlardır. Onlar insanların davranış xüsusiyyətlərini, mədəni səviyyələrini 12 üsul, 3 səviyyə 8 pillə ilə öyrənirlər, diqqətlə təhlil edirlər. Belə kulturoloji məsələlər barədə dərin biliyə sahib olandan sonra istənilən çətin problemlər həll oluna bilir Bütün bunlar bir daha göstərir ki, biz dövlətçiliyimiz, milli müstəqilliyimiz mənafelərimiz naminə kulturologiyaya strateji yanaşmalı ondan ümumi inkişafda maksimum bəhrələnməliyik. Bunun üçün isə bu sahədə ciddi intensiv layihələr həyata keçirilməsinə çox ehtiyac var. Bu baxımdan bir daha sizin həyata keçirdiyiniz bu layihənin vacib aktual mövzuya həsr olunduğunu bildirirəm. 

 

 

İlkin AĞAYEV

 

Palitra.-2011.- 12 avqust.- S.6.