Masallıda bu il əlamətdar mədəniyyət tədbirləri keçirilib

 

Layihə çərçivəsində regionlarda mədəniyyət sahəsində baş verən proseslər, keçirilən mədəni-kütləvi tədbirlər və mühüm mədəniyyət ocaqlarının, tarixi-mədəni abidələrin fəaliyyəti də işıqlandırılır. Son zamanlarda bölgələrimizdə də ümumi mədəni inkişaf kontekstində bu sahəyə diqqət xeyli dərəcədə artırılıb. Bu qəbildən Masallı rayonunda həyata keçirilən mədəniyyət tədbirləri də mühüm yer tutur.  

 

Rayonun bu il baş verən mədəniyyət hadisələri barədə qəzetimizə məlumat verən C.Cabbarlı adına Masallı rayon MKS-nin direktoru Ələddin Nəzərov bildirir ki, hal-hazırda burada 15 mədəniyyət evi, 28 kənd klubu, 75 kitabxana, o cümlədən 1 rayon mərkəzi, 1 şəhər, 1 rayon uşaq, 2 qəsəbə, 74 kənd kitabxanası, Tarix-diyarşünaslıq, Heydər Əliyev müzeyləri, rəsm qalereyası, 1 mədəniyyət və istirahət parkı, 26 turist obyekti, 117 tarix və mədəniyyət abidəsi, rayon Uşaq İncəsənət Məktəbi fəaliyyət göstərir: “Rayonun klub və mədəniyyət evlərində 118 bədii-özfəaliyyət dərnəkləri fəaliyyət göstərir ki, bura 2795 nəfər həvəskar istedadlı gənc cəlb edilib. Həmin kollektivlərdən 2-si “Xalqkollektivi adını daşıyır. Bunlar rayon Mədəniyyət Evinin dram kollektivi, Mahmudavar kənd mədəniyyət evininHalay” mahnı və rəqs kollektividir”.Respublikamızın ictimai-siyasi həyatında baş verən dəyişikliklər və əlamətdar tarixi hadisələr mədəniyyət sahəsində görülən işlərin daha da canlanmasına təsir göstərib. Ə.Nəzərov bildirir ki, cari ildə rayonun mədəni-maarif müəssisələrində yeni il şənliklərinin keçirilməsi, həmçinin 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar rayon Mədəniyyət Evinin xalq teatrı “Bu meşə qanla sulanıb” tamaşasını hazırlayaraq rayon Mədəniyyət Evində, rayon Mərkəzi Kitabxanasında və Heydər Əliyev müzeyində olmaqla Mahmudavar, İskəndərli, Digah kənd məktəblərində oynadıb və 1 dəqiqəlik sükutla rayon mərkəzindəki abidələrin önündə yekunlaşdırıb. Bundan başqa rayonda 2 Fevral Gənclər Günü, 14-16 fevral tarixlərində “Çal oynaRespublika Rəqs Kollektivlərinin II Ümumrespublika Müsabiqəsinin zona turu da keçirilib. Həmin baxış müsabiqəsində rayon Mədəniyyət Evinin “Masallı” rəqs kollektivi və “Halayfolklor xalq kollektivi zona üzrə I yeri tutaraq yekun turunda Bakı şəhərində iştirak etmək hüququ qazanıb. Həmçinin Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Xocalıdan gələn səslər” tamaşası hazırlanıb və rayonda keçirilən tədbirdə tamaşa oynanılıb. Bundan başqa həmin tamaşa rayonun Həsənli, Kalinovka, Şərəfə kəndlərində və  qonşu rayonda yerləşən hərbi hissədə də nümayiş olunub. Qeyd etmək lazımdır ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayon Mədəniyyət Evində və Mərkəzi Kitabxanada “İşdə qəhrəman, evdə anasan” ədəbi-bədii gecə hazırlanaraq nümayiş etdirilib. Ə.Nəzərov onu da bildirdi ki, Azərbaycan xalqının dərin keçmişinionun folklorunu, adət və ənənələrini əks etdirən və xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramının təntənəli keçirilməsi artıq bir ənənə şəklini alıb: “Rayonumuzu təmsil edən xalq folklorunu özündə yaşadan Mahmudavar kənd mədəniyyət evininHalayfolklor mahnı və rəqs ansamblı ilə birlikdə və rayon Mədəniyyət Evinin “Təravət” instrumental ansamblı və rayon xalq sənətkarlarının əl işləri Bakı şəhərində keçirilən böyük bayram şənliklərində iştirak edərək əlamətdar uğurlar qazanıb. İstər “Halay” mahnı və rəqs kollektivi, istərsədə iştirak edən xalq sənətkarları və aparılmış əl işlərinin sərgisi tamaşaçıları valeh edib. Həmçinin Novruz şənlikləri əvvəlcə rayonun kəndlərində olmaqla sonda mart ayının 15-də açıq havada təntənə ilə yekunlaşıb. Qeyd etmək lazımdır ki, 31 mart Dünya Azərbaycanlılarının Soyqırım Günü ilə əlaqədar rayon Mədəniyyət Evinin xalq teatrı “Qanlı məkan” tamaşasını hazırlayaraq rayonun 6 kənd məktəbində və yekunu isə rayon Mədəniyyət Evində olmaqla yekunlaşıb. Bütün bunlarla birlikdə kollektivimiz tarixi və əlamətdar günlərdə gənclərmizi və Vətənin keşiyində duran əsgər və zabitlərimizi də unutmur. Rayon gənclərinin hərbi xidmətə yola salınması münasibətilə Masallıda və qonşu rayonda yerləşən hərbi hissələrdə müxtəlif konserttamaşalar göstərilir. Təkcə cari ilin mart ayında Novruz bayramı ilə əlaqədar martın 14-ü, 18-i və 19-da rayonun özfəaliyyət kollektivləri müxtəlif hərbi hissələrdə konsert proqramı ilə çixiş edibtamaşalar göstəriblər. Belə ki, may ayında rayonun bütün mədəni-maarif müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Həmin tədbirlərdən ənənəvi “Yaz” festivalı daha maraqlı və məzmunlu olub. Bu baxış müsabiqə rayon gənclərinin və yeniyetmələrin ən maraqlı və məzmunlu yarışması olub. 1200 nəfərdən çox istedadlı yeniyetmə və gəncin iştirak etdıyı “Yaz” festivalı 5 janr üzrə 3 turdan ibarət olmaqla keçirilib, I və II turun qalibləri III yekun turuna ən yaxşı və istedadlılar isə yekun turunda ulu öndərin 88-ci ildönümü günündə keçirilmiş konsertdə iştirak edib və qaliblər Rayon İcra Hakimiyyətinin Mədəniyyət və turizm şöbəsi və Rayon Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırılıb, fəxri fərman və diplomla təltif edilmişdilər. Ulu öndərin ad günü ərəfəsində mayın 6-da yeni bərpa olunmuş Nizami parkında Ümumrayon Kitab bayramı kecirilib, həmin bayramda “Masallının söz çələngi” kitabının təqdimatı da keçirilib. Ulu öndərin ad günündə - may ayının 10-da keçirilən tədbirdə rayonun bədii özfəaliyyət kollektivləri ilə yanaşı “Dan ulduzuinstrumental ansamblının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb”.Bu tədbir ilə yanaşı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, narkomaniya ilə əlaqədar “ ölüm” və s. kimi tədbirlər rayonun Mərkəzi Kitabxanasında keçirilib. Muzeylər Günü ilə əlaqədar “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir, axşam saatlarında isə bayram konserti keçirilib, mayın 17-də isə Hişkədərə kəndində Tarix-diyarşunasılıq muzeyində tədbir və konsert proqramı ilə özfəaliyyət kollektivləri çıxış ediblər: “18 mayda isə hər iki müzeydə “Açıq qapı” günü keçirilib”. O da məlum olduğu kimi, 2011-ci ili Prezident İlham Əliyev “Turizim ilielan edib. Bu baxımdan cari il gözəl turizm imkanları olan Masallı üçünxeyli əlamətdar olub. Ə.Nəzərov belə bildirir: “Bu, bizi sevindirməyə bilməz. Hal-hazırda rayonda turizm işi ilə əlaqədar xeyli işlər görülüb və görüləcək işlər isə daha çoxdur. Cari ilin aprel ayının 26-dan 30-a qədər respublikadaxili turizm ilə əlaqədar Bakı şəhərində keçirilən 10-cu turizm sərgisində rayonumuzu 5 turizm obyekti , (“İstisu”, “Dəmirağac”, “Dəştvənd”, “Zirvə”, “Baba bulağı”) təmsil edib. Həmin sərgidə rayonumuzun turizm obektləri haqqında bütün məlumatlar, həmçinin rayonumuz haqqında məlumatlar, rayon sənətkarlarının əl işləri (dulusçuluq, toxunma materialları və s.), rayonda yerləşən tarix və mədəniyyət abidələri haqqında məlumatlar, turistlərə göstərilən bütün xidmətlər və marşrutlar öz əksini tapıb”. Qeyd edilir ki, 2010-cu ilin yekununa əsasən, MKS-nin fondunda 449.500 nüsxə kitab, 601.000 kitab verilişi, 35.800 nəfər oxucu olub. 2011-ci ildə MKS-ə 4.200 nüsxə kitab daxil olub: “Bunlardan 2995 nüsxəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncamı əsasında nəşr olunmuş kitablardır. MKS-də tez-tez müxtəlif tədbirlər keçirilir. Bu ilin əvvəlindən indiyədək “Şəxsiyyət və zaman”, “Azərbaycan xalqının qüdrətli oğlu”, “Heydər Əliyev və mədəniyyət”, “Müstəqil Azərbaycan - 20”, “20 Yanvar və Xocalı faciəsi” ilə əlaqədar ədəbi-bədii kompozisiya, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Milli Mətbuat Günü, Azərbaycan Dili və Əlifbası Günüsair tədbirlər keçirilib.Bundan başqa yerli yazar Xanəli Ağayevin 70 illik yubileyi keçirilib. Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasında Kitabxana İnformasiya Sahəsinin inkişafı ilə əlaqədar Dövlət Proqramı”nın həyata keçirilməsi üçün kitabxanamızda elektron kitabxanaelektron kataloq yaradılıb. Kitabxananın öz saytı fəaliyyət göstərir. Kitabxanada 3 kompyuter və surətçıxarma aparatı var. Kitabxanamızın oxucuları vaxtaşırı internet vasitəsi ilə müxtəlif məlumatlar ala bilirlər”.

 

 

İlkin AĞAYEV

 

Palitra.- 2011.-16 avqust.- S. 7.