İnsan huquqları müdafiəçilərinin
bacarıqlarının inkişaf etdirilməsi
mövzusunda yekun konfrans
Bakıda İnsan Hüquqları üzrə Müvəkkil Aparatı (Ombudsman) və Almaniyanın İnsan Hüquqları İnstitutu arasında 2011-ci il üzrə “Tvinninq” layihəsi çərçivəsində “Ombudsman Aparatının bacarıqlarının inkişaf etdirilməsinə və ayrı-seçkilik haqqında məlumatlılıqların artırılmasına dəstək” mövzusunda yekun konfrans keçirildi. 15 ölkənin ombudsmanlarının iştirak etdiyi konfransda çıxış edən ombudsman Elmira Süleymanova rəhbərlik etdiyi qurumun fəaliyyəti və funksiyaları, fəaliyyət dövründə qəbul olunan beynəlxalq qanunlar barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Həmçinin Azərbaycan qanunlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına toxunan ombudsman Azərbaycanın insan hüquqlarının qorunması istiqamətində gördüyü işlər, atdığı addımlar haqqında da danışdı.
Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle ölkəsinin insan hüquqları sahəsində gördüyü işlərlə bağlı məlumat verdi. Azərbaycanın bir çox sahələrdə əldə etdiyi uğurlara toxunan səfir ölkəmizin insan hüquqlarına verdiyi önəmdən bəhs etdi. O qeyd etdi ki, insan hüquqlarının mexanizmlərinin inkişafı daim aparılmalıdır.Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia çıxışında bildirdi ki, insan hüquqlarının qorunması Avropa dövlətlərinin daxili və xarici siyasətində mühüm yer tutur. Avropa Şurasının üzvü olan Azərbaycan bu üzvlülüklə bağlı öz üzərinə müəyyən öhdəliklər götürüb: “İnsan hüquqları sahəsində görülməli olan işlər də bu öhdəliklərin bir qismini təşkil edir. İnsan hüquqlarına Avropa dəyərləri kimi baxılmamalıdır. Bu, insana doğuşdan verilmiş hüquqdur”. R.Kobia qeyd etdi ki, Azərbaycanın insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəliklər Azərbaycan qanunvericiliyində də öz əksini tapıb. R.Kobia Avropa Birliyinin Azərbaycanla əməkdaşlığa çox ciddi önəm verdiyini vurğuladı. “Avropa İttifaqının hər bir ölkəsi üzərinə öhdəliklər götürüb. İnsan hüquqları sahəsində və digər sahələrdə. Bütün Avropa ölkələri bu sahədə daim üzərilərində işləməlidirlər. Çünki heç bir ölkədə insan hüquqları və demokratiya mükəmməl səviyyədə deyil” - deyə o əlavə etdi. Onun sözlərinə görə, Azərbaycan insan hüquqları və demokratiya sahəsində üzərinə öhdəliklər götürdükdən sonra hüquqi baza yaradılıb: "Ən çətin mərhələ bundan sonra həmin qanunların icra olunması mərhələsidir. Biz də bu sahədə Azərbaycana kömək edəcəyik".”Tvinniq” layihəsinin Almaniya üzrə rəhbəri Frauke Seidensticker isə çıxışı zamanı bildirdi ki, Almaniya və Azərbaycanın insan hüquqları təsisatları nümayəndələri yaxından əməkdaşlıq edir və bir-bir ilə sıx əlaqə saxlayır. O, “Tvinniq” layihəsindəki tərəfdaşlar barədə məlumat verərək bu layihənin əhatə etdiyi məsələlərdən danışdı.
Roland Kobia:
“Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına dair danışıqlar prosesinin iflasa
uğradığını söyləməyə əsas yoxdur”
“Son danışıqlar sadəcə növbəti
bir mərhələ idi, proses isə
davam edir”. Bu barədə jurnalistlərə
açıqlamanı Avropa
İttifaqının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri,
səfir Roland Kobia verib. Səfirin sözlərinə görə,
siyasi baxımdan ruh düşkünlüyü
üçün ciddi
bir əsas yoxdur: “Düzdür, Kazan görüşü gözləndiyi
kimi tərəqqiyə
səbəb olmadı.
Təbii
ki, bu təəssüf
hissi doğurur, çünki Rusiya rəhbərliyi vasitəçilik
istiqamətində ciddi
səylər sərf edir”. Roland Kobia hesab edir ki,
bir görüşdə
tərəqqinin əldə
edilməməsi bütün
prosesə kölgə
salmamalıdır və
bu prosesin iflasa uğradığını
söyləmək üçün
əsas yoxdur: “Düzdür, mən razıyam ki, son təmasların yekunu məyusluq yaradıb. Amma bədbinliyə qapılmaq
düzgün olmaz.
Bildiyimiz
kimi, Kazandan sonra da səylər
səngiməyib və
avqustun 9-da müsbət
məzmunlu Medvedev-Əliyev
görüşü olub.
Yəni indi biz bu prosesi
davam etdirməli və səylərimizi əsirgəməməliyik. Beynəlxalq birlik də öz dəstəyini göstərməkdə davam
edəcək”. “Son danışıqlarda
tərəqqinin əldə
edilməməsi qoşunları
təmas xətti boyunca qanlı toqquşmalara təhrik edə bilərmi?” sualına cavab olaraq Roland Kobia bunun baş verməyəcəyinə ümid
etdiyini deyib: “Bu, baş verməməlidir. Hazırda kövrək də olsa bir atəşkəs
rejimi var və bu rejimə
riayət olunmalıdır.
Azərbaycan və Ermənistan
qoşunlarının təmas
xəttində heç
kəs ölməməlidir.
Çox
ümid edirəm ki, hər iki
tərəf atəşkəsə
sadiq qalacaq. Bununla sülhün əldə olunmasına bir imkan yaranacaq”.
“Xüsusi mandat verilən kimi Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başlayacaq”
“Yay mövsümündən
sonra biz Azərbaycanla
Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi
üzrə təmasların
aparılmasına səlahiyyət
verən xüsusi mandatın alınmasını
gözləyirik. Bu mandat alınan kimi viza rejiminə dair təmaslar start götürəcək”. Bu barədə
açıqlama verən
səfir Roland Kobianın
sözlərinə görə, onlar
mandatın qarşıdan
gələn aylar ərzində sanksiyalaşdırılacağını
ehtimal edir: “Təmasların əsas mövzusu viza rejiminin sadələşdirilməsi
olacaq. Dialoq uğurla getsə
və razılaşma
əldə olunsa, Azərbaycan əhalisinin bəzi təbəqələrinin
nümayəndələri Avropa
İttifaqı ölkələrinə
daha rahat səfərlər edə biləcəklər”.
Nigar
Palitra.-2011.- 17 avqust.- S.5.