Xalq kollektivləri mədəni irsimizi qoruyurlar

 

Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsi müxtəlif mövzuları və sahələri əhatə edən mədəni-kütləvi tədbirlərin keçirilməsi, tarixi abidələrin qorunması və təbliği, milli adət-ənənələrin təbliği, Prezidentin və Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq olunmuş dövlət proqramlarının icrası və s. bu kimi aidiyyatı tədbirlərin reallaşdırılması işləri ilə bərabər folklor və teatr sahəsi üzrə də ardıcıl işlər həyata keçirir.  

 

Rayon Mədəniyyət və Turizm Şöbəsindən “Palitra”ya verilən məlumatda bildirilir ki, bu sahə üzrə aparılan məqsədyönlü işlərin uğur qazanmasında xüsusilə xalq kollektivlərinin rolu böyükdür. Çünki xalq kollektivləri xalqın mədəni irsinin qorunub saxlanılmasında, təbliğində və gələcək nəsillərə ötürülməsində böyük rol oynayırlar. Folklor nümunələrinin müxtəlif formalarda təqdim edilməsi əslində onlara yeni həyat verilməsi deməkdir. Bu baxımdan Rayon Mədəniyyət Evində fəaliyyət göstərən C.Məmmədquluzadə adına Xalq Teatrı və Bum qəsəbə Mədəniyyət Evində fəaliyyət göstərən «Zopu-zopu» etnoqrafik folklor rəqs ansamblı istər rayon, istərsə də ümumrespublika tədbirlərində, müsabiqə və festivallarda yüksək səviyyədə çıxış edirlər.  

 

C.Məmmədquluzadə adına Xalq Teatrında istedadlı aktyor heyəti cəmləşib 

 

Qəbələ Rayon Mədəniyyət Evində fəaliyyət göstərən C.Məmmədquluzadə adına Xalq Teatrı yaranmamışdan əvvəl istedadlı rejissoraktyor Şirin Abdullayev xalq içərisindən dərnəyə topladığı həvəskar aktyor ansamblı ilə 20-dək pyesi tamaşaya qoyub. Rayonda xalq teatrının əsası da məhz Ş.Abdullayevin səyi ilə 1960-cı ildə qoyulub. 1962-ci ildə rejissor Ş.Abdullayev A.Məmmədovun «Həmyerlilər» əsərini tamaşaya qoyurtamaşa çox böyük uğur qazanır. Həmin ilin 25 iyununda Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə teatr Xalq Teatrı adını alıb və ona C.Məmmədquluzadənin adı verilib. Teatrda C.Cabbarlının «1905-ci ildə», «Yaşar», «Od gəlini», «Oqtay Eloğlu», «Solğun çiçəklər», «Aydın», «Almaz», S.Rəhmanın «Toy», H.Cavidin «İblis», V.Şeksprin «Hamlet», C.Məmmədquluzadənin «Ölülər» və s. pyeslər səhnə təcəssümünü tapıb. Səhnəyə qoyulmuş tamaşalarda Kamal Osmanlı, Sırac Gəncimov, Əhməd Bəkirov, Təmi Hacıyev, Tamara Cəfərova, Əmrah Səlimov, Eldəniz Manafov, Əsmayə Osmanova, Firuzə Mikayılova kimi istedadlı aktyor ansamblı çıxış edib. C.Məmmədquluzadə adına Xalq Teatrı bu gün də əzmlə işləyir. Rejissor F.Sərkərovun səyi ilə teatrda son dövrlərdə İ.B.Qutqaşınlının «Rəşid bəy və Səadət xanım», A.Quliyevin «Qoz əhvalatı», A.Kuprinin «Olesya», K.Nemətin «Təzə xadimə» pyesləri səhnəyə qoyulub. Teatr sonuncu dəfə 2009-cu ildə Şəkidə keçirilən Ümumrespublika Xalq Teatrlarının Baxış Festivalında çıxış edib. Hazırda teatrın 12 üzvü var. F.Mustafanın «Sənə sözüm var» pyesinin üzərində məşqlər davam etdirilir.  

 

Bumdan başlayan yol 

 

Bum qəsəbə Mədəniyyət Evində fəaliyyət göstərən «Zopu-zopu» etnoqrafik folklor rəqs ansamblı xalq oyunlarını, deyimlərini, musiqisini özündə əks etdirir. Ansambl 1980-ci ildə yaradılıb. Aparılan araşdırmalar göstərib ki, tarixi 2500 ildən çox olan Bum kəndində toylarda 10-15 nəfərin birgə oynadığı «Zopu-zopu» adlı xalq oyunu olub. Həmin xalq oyununun yenidən bərpa edilməsi və kollektivin formalaşdırılmasından sonra Bum kəndindən başlanan yol rayon mərkəzində, Göyçayda, Bakıda, Moskvada, daha sonra xarici ölkələrdə davam edib. 1989-cu ildə isə ansambla xalq kollektivi adı verilib. Ansambl yarandığı gündən bir sıra müsabiqə və festivallarda müvəffəqiyyətlə iştirak edib. 1982-ci ildə Moskvada, SSRİ-nin yaradılmasının 60 illiyi münasibətilə ümumittifaq festivalı, 1985-ci ildə Moskvada qələbənin 40 illiyi münasibətilə bədii özfəaliyyət bayramı, 1987-ci ildə II Ümumittifaq Xalq Yaradıcılığı Festivalı, 1988-ci ildə Moskva şəhərində Bəstəkarlar İttifaqının çağırışına əsasən Ümumittifaq Folklor Kollektivinin Baxış Müsabiqəsi xalq kollektivinin qatıldığı tədbirlər sırasındadır. Faşizm üzərində qələbənin 40 illiyi münasibətilə Moskvada keçirilən özfəaliyyət bayramında nümunəvi çıxışına görə rəqs ansamblı SSRİ Dövlət Akademik Xalq Rəqs Ansamblının diplomuna layiq görülüb. «Zopu-zopu» etnoqrafik folklor rəqs ansamblı 1988-ci ildə «Gülüstan» folklor teatrının tərkibində Fransanın Manquem, KonfalanLion şəhərində keçirilmiş Ümumdünya Folklor Festivalında çıxış edibbürünc medal qazanıb. Kollektiv 1989-cu ildə Volqoqrad şəhərinin 400 illik yubileyi şənliyinə dəvət alıb. 1989-cu ildə Türkiyədə keçirilmiş folklor festivalında, 1990-cı ildə isə Ufa şəhərində keçirilmiş Azərbaycan ongünlüyündə də uğurla çıxış edib. Hər bir festival müsabiqədə ansambl diplom fərmanlara layiq görülüb. Ansamblın repertuarı çox zəngindir. Hazırda 12 üzvü olan ansambl rayonda keçirilən mədəni tədbirlərdə fəal iştirak edir. Xüsusilə Novruz bayramı münasibətilə rayonda təşkil edilən bayram tədbirlərinin ən maraqla izlənilən hissəsi «Zopu-zopu» etnoqrafik folklor rəqs ansamblının ifası olur. Maraqlı geyim forması, ifa olunan rəngarəng mahnılar rəqslər izləyicilərin böyük marağına səbəb olur. Kollektivin fəaliyyəti rayon səviyyəsində keçirilən tədbirlərlə məhdudlaşmır. Belə ki, «Zopu-zopu» etnoqrafik folklor rəqs ansamblı paytaxt Bakıda keçirilən ümumrespublika Novruz bayramı tədbirində yüksək fəallıq göstərərək uğurla çıxış edir. Folklor rəqs ansamblının fəaliyyəti ilə əlaqədar müxtəlif bukletlər hazırlanıb, afişalar çap edilib, kollektivin çıxışı kinolentə alınıb. Kollektivin fəaliyyəti ilə bağlı Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində daimi olaraq sərgi açılır. Yeri gəlmişkən, rayonun mədəni həyatında özünəməxsus yeri olan Uşaq İncəsənət Məktəbini qeyd etmək lazımdır. Qəbələ Rayon Uşaq İncəsənət Məktəbi 1969-cu ildə yaranıb. Həmin vaxt məktəb Qutqaşen rayon yeddiillik uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Həmin il məktəbdə cəmi 3 müəllim işə götürülüb 56 şagird qəbul edilib. Hazırda isə məktəbdə 70 müəllim işləyir. Məktəbdə Fortepiano, Xalq çalğı alətləri Rəssamlıq şöbələri fəaliyyət göstərir. Xalq çalğı alətləri şöbəsinə tar, nağara, qarmon, kamança xanəndəlik sinifləri daxildir.Şagirdlər dörd şöbədə təhsil alırlar - fortepiano, xalq çalğı alətləri, nəzəriyyə rəssamlıq şöbəsi. Məktəbdə musiqi təhsili alan şagirdlərin sayı isə 413 nəfərdir. İncəsənət məktəbində qeyd etdiyimiz bölmələrlə yanaşı xanəndəlik təsviri incəsənət dərsləri keçilir. Fortepiano şöbəsində 236, Xalq çalğı alətləri şöbəsində 145, Rəssamlıq şöbəsində isə 32 şagird təhsil alır. İncəsənət məktəbinin nəzdində uşaqlardan ibarət muğam üçlüyü Fidanlarxalq çalğı alətləri ansamblı da fəaliyyət göstərir.

 

 

Anar Miriyev

 

Palitra.-2011.-17 avqust.- S. 6.