Turist agentlikləri öz turlarına dini ziyarətgahları da əlavə etməlidir

 

Dünyada inkişaf etmiş turizm növlərindən biridini turizmdir. Belə ki, hər il 300 milyondan çox insan dini səbəblərlə bağlı turist səyahətinə çıxır. Bu səyahətlər nəticəsində əldə edilən turizm gəliri 18 milyard dollardan çoxdur.  

 

Hər dörd insandan biri səyahətlərində din mərkəzlərinə maraq göstərir 

 

Dünya Turizm Təşkilatının məlumatına görə, qlobal böhran səbəbilə beynəlxalq turizmdə azalma müşahidə olunsa da, dini məqsədlə ziyarətlərdə bu baş vermədi. Bunun səbəbi isə insanların bu cür ziyarətləri bir istirahət olaraq deyil, vacib olaraq görməsidir. Dünya Dini Turizm Birliyinin məlumatına görə, dini turizm dünyada ən sürətlə böyüyən turizm növlərindən biridir. Hər dörd insandan biri səyahətlərində din mərkəzlərinə maraq göstərir. Turizmin inkişaf etdiyi ölkələrdən biri olan Türkiyədə 2010-cu ilin ilk altı ayında turistlərin 4,5 faizi dini turizmə üstünlük verib. Dini turizmə önəm verdiyini bildirən Türkiyə turizm naziri Ərtoğrul Günay dini turizmi inkişaf etdirmək üçün fərqli təqdimat kampaniyalarının aparılmasını vacib hesab edir. Nazir dini turizmin hədəfinin 2012-ci il üçün 3 milyon turist olduğunu bildirib. O da vurğulanıb ki, dini turizmlə bağlı gələn turistlər dəniz Günəş üçün gələn turistlərdən daha çox  vəsait xərcləyir.  Beləliklə, xaricə səfəri zamanı turist səyahət etdiyi ölkənin tarixinə, yaşayış tərzinə, dini mənsubiyyətini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir nəticədə turizm həm ölkənin mədəni irsinin, dini abidələrinin dünyaya tanıdılmasında bir vasitəyə çevrilib. Ərazisində qədim tarixi yerlərin, dini abidə məkanların olduğu Azərbaycanda son dövrlər turizmin bütün növlərinin inkişafına xüsusi önəm verilir. Bu sırada dini turizm özünəməxsus yer tutur. Bu gün ölkəmizdə turizm prioritet sahələrdən birinə çevrilib. Onu da qeyd edək ki, ölkə başçısının sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında 2011-ci ilinTurizm ilielan edilməsi ilə bağlı Tədbirlər Planında memarlıq abidələri mədəniyyət qoruqları üzrə bərpa işlərinin aparılması, müvafiq turizm infrastrukturunun yaradılması turizm marşrutlarına daxil edilməsi bölməsində Qəbələ rayonunun Nic kəndində alban kilsəsinin, Zaqatalada alban abidəsinin bərpası da nəzərdə tutulub.  

 

Azərbaycanda 500-dək ziyarətgah var 

 

Ölkə daxilində müxtəlif dini obyektlər var ki, bir çox insanlar bu yerləri ziyarət edirlər. Məsələn, Naxçıvan ərazisindəkiƏshabi-Kəhf”i nəinki ölkəmizin müxtəlif yerlərindən, qonşu İran, Türkiyə başqa ölkələrdən gəlib ziyarət edənlər var. Bakıda Bibiheybət məscidi, Nardaran piri, Mirmöhsün ağa məqbərəsi, Gəncədəİmamzadəpiri respublikada geniş tanınan ziyarət yerləridir.Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri tərəfindən dini obyektlərə turların təşkil edilməsinə gəldikdə isə ölkəmizə gələn əcnəbi turistlər dini məkanlara ekskursiya obyekti kimi gedirlər. Məsələn, turizm şirkətləri Qobustana ekskursiya təşkil edəndə mütləq Bibiheybət məscidini baxış obyekti kimi bu tura daxil edirlər. Bu zaman sözügedən məscid haqqında turistlərə məlumat verilir. Yaxud Mərdəkan qalalarına təşkil edilən ekskursiyalar zamanı Mirmöhsün ağa məqbərəsinə tur təşkil edilir turistlərə məlumat verilir. Onu da qeyd edək ki, Azərbaycandakı pirlər həm tarixi mədəniyyət abidələridir, onlar Mədəniyyət Turizm Nazirliyi tərəfindən qeydə alınıb. Turistlər bu abidələrə böyük maraq göstərirlər. Eyni zamanda dövlət tərəfindən həmin abidələrin təmir-bərpası diqqət mərkəzində saxlanılır. Bibiheybət məscidi ümummilli lider Heydər Əliyevin sərəncamı ilə bərpa olunub möhtəşəmliyi ilə gələn turistləri özünə cəlb edən dini obyektdir. Bir müddət əvvəl Şamaxıda yerləşənCümə məscidi”nin yenidən qurulub bərpa edilməsi üçün vəsait ayrıldı həmin məscid təmir edildi.   Azərbaycan tolerant bir ölkə olaraq tanınır ölkəmizdə müxtəlif dinlərə mənsub çoxsaylı tarixi abidələrə rast gəlmək mümkündür. Bu abidələrin çoxu hazırda ziyarətgah kimi dini turizmə cəlb olunub. Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun sözlərinə görə, hazırda Azərbaycanda 500 ziyarətgah var, onların təxminən 50-nə fəal şəkildə ziyarətlər təşkil edilir: “Daha çox ziyarətgaha Bakı, Gəncə Naxçıvanda, o cümlədən Bakı-Astara, Bakı-Şamaxı Bakı-Qusar marşrutları boyu rast gəlmək mümkündür. Bu yerləri daha çox yerli əhali ziyarət edir. Xüsusilə yaşlı inanclı insanlar belə yerləri ziyarət edirlər. Belə ki, hər gün Mirmöhsün ağa ziyarətgahını yüzlərlə insan ziyarət edir. Xarici turistlərə gəlincə, onlar daha çoxAtəşgah məbədi”nə maraq göstərirlər. Amma müvafiq işlər aparılarsa, dini abidələrin yanında müvafiq normalara uyğun infrastruktur qurularsa, yerli xarici turistlərin sayını artırmaq olar”. Xarici ölkələrə dini səfərlərin əsasən İran, İraq Səudiyyə Ərəbistanına edildiyini deyən E.Aslanovun sözlərinə görə, İran Səudiyyə Ərəbistanına olan səfərlərdə hələlik elə bir ciddi problem olmayıb: “Amma İraq bu gün dünyanın qeyri-stabil terror təhlükəsinin yüksək olduğu ölkələrindən biridir. Bunu həm turist şirkətləri, həm zəvvarlar nəzərə almalıdırlar”. Mütəxəssis onu da qeyd etdi ki, dini turizmi cəmiyyətdə daha da populyar etmək üçün kompleks işlər görülməlidir: “Bu yerlər haqqında KİV- daha çox məlumatlar getməli, reklam işi aparılmalıdır. Eyni zamanda turist agentlikləri öz turlarına dini ziyarətgahları da əlavə etməlidir. Ziyarətgahlarda gigiyenik normalara uyğun qurbangahlar, ət saxlama yerləri, insanların qidalanması üçün müvafiq iaşə obyektləri s. yaradılmalıdır. Bundan əlavə ziyarətgahların dini icma, hüquqi şəxs kimi fəaliyyəti, nəzir qurbanların xeyriyyə məqsədləri üçün şəffaf bölgüsünün təmin edilməsi çox vacibdir. İnsanlar öz nəzirlərinin verdikləri qurbanların dini qaydalara uyğun olaraq ehtiyacı olanlara (uşaq evlərinə, qocalar evlərinə, sığınacaqlara s.) verildiyini bildikləri təqdirdə daha böyük həvəslə bu yerlərə gələrlər”.  

 

ATİ-nin xətti ilə pirlərə marşrutların işlənib hazırlanması nəzərdə tutulur  

 

Turizm Ekskursiyalar Şurasının aparıcı təlimatçısı, Azərbaycan Turizm İnstitutunun (ATİ) müəllimi Əlixan Mürvətov isə bildirdi ki, Azərbaycanda dini turizmin inkişafı üçün böyük zəmin var. Onun sözlərinə görə, xarici ölkələrdən, xüsusilə müsəlman dövlətlərindən gələn turistlərlə müqavilə bağladıqda onlara Azərbaycan ərazisindəki pirlərə turlar təklif edirlər: “Biz dini ziyarətgahlarımızı lazımi səviyyədə təbliğ edirik. Amma xarici (o cümlədən müsəlman ölkələrindən gələn) turistlər daha çox mədəniyyət abidələri, gəzməli-görməli yerlər, təbiət abidələri ilə maraqlanırlar. Bununla yanaşı İrandan turistlər Culfadan sərhədi keçərək “Əshabi-Kəhf”i ziyarət etməyə gəlirlər. Türkiyədən, Suriyadan da bu ziyarətgaha gələnlər çoxdur. Bizdə dini turizm yerli camaat üçün daha maraqlıdır. Bunu nəzərə alaraq Abşeron pirlərinə xüsusi marşrut hazırlamışıq. Bu tur Bibiheybət məscidindən başlayıb Şüvəlanda Mirmöhsün ağa, Nardaranda “Rəhimə xanım ziyarətgahı”, Mərdəkanda “Leyla xanım ziyarətgahı”, Buzovnada “Əli-Ayağı pirini əhatə edir”.Ə.Mürvətov onu da bildirdi ki, indiyə qədər heç bir turizm firması dini məkanlarımızın təbliği ilə bağlı hər hansı reklam-çap məhsulu buraxmayıb: “Ölkəmizə gələn xarici turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son illərdə çap və CD variantda hazırlanmış informasiya materialları təqdim edilir. Bu materiallarda “Atəşgah məbədi”, Bibiheybət məscidi haqqında məlumatlar var. Yalnız dini obyektlər haqqında məlumatların yer aldığı materialların hazırlanması yaxşı bir ideyadır. Bu materiallar ölkəyə gələn turistlərin say artımına, eyni zamanda Azərbaycanın inanc yerlərinin tanıdılmasına xidmət edə bilər. Azərbaycanın bütün dini obyektlərini özündə əks etdirən xüsusi reklam nəşrinin hazırlanmasına ehtiyac var. Gələcəkdə ATİ-nin xətti ilə Abşeron pirləri, Şirvan pirləri, Naxçıvan pirləri və s. marşrutların işlənib hazırlanmasını da nəzərdə tuturuq. Dərs vəsaiti kimi isə ATİ-də ensiklopedik məlumatlardan, Sara Aşurbəylinin “Azərbaycan pirləri” adlı kitabından və tarixi faktlardan, əfsanələrdən istifadə edilir”. Ə.Mürvətov onu da qeyd etdi ki, Avropa ölkələrindən gələn turistlər əsasən xristianlıqla bağlı abidələrə getməyi xoşlayırlar: “Məsələn, Şəkinin Kiş kəndindəki alban məbədi, Qəbələnin Nic kəndindəki alban kilsəsi bu qəbildəndir”.  

 

 

Nigar

 

Palitra.-2011.- 19 avqust.- S.7.