Konkret turizm sahələrinə aid keyfiyyətli reklamların hazırlanması lazımdır”

 

Turizm ili”ndə ölkə turizminin müxtəlif sahələrinin inkişaf etdirilməsi məsələsi çox aktuallaşıb. Bu baxımdan qəzetimiz mövzuya xüsusi diqqət ayırır. Ona görə də sahə mütəxəssislərinin, turizm üzrə ekspertlərin və işçilərin fikirləri öyrənilir. Bu sıradan “Azərico”LTD turizm şirkətinin turoperatorlarının fikirlərini bilmək də maraqlıdır. Beləliklə, öncə turizmin inkişafı mövzusunda turoperator Aysel Mayılova fikirlərini bildirir: 

 

- Öncə mən gələn il Azərbaycanda keçiriləcək “Eurovisionla bağlı bildirmək istəyirəm. Məlumdur ki, bu əlamətdar mahnı müsabiqəsinin Bakıda keçirilməsi çox yaxşı haldır və buna görə ölkəyə gələn il güclü turist axını gözlənilir. Xüsusən də Avropa ölkələrindən bizə çoxlu turistlərin gələcəyi gözlənilir. Bu baxımdan daxili turizm marşrutları üzərində işləmək, onları olduqca inkişaf etdirmək lazımdır. Bakı şəhərində də bununla bağlı ciddi tədbirlər görmək lazımdır və yəqin ki, görülür.Bu baxımdan xidmətlər sahəsində xüsusilə çox güclü təkmilləşdirmə işləri aparılmalıdır. Turizmlə məşğul olan təşkilatlar və şirkətlər bu məsələni ciddi diqqətə götürməlidir, lazım gələrsə, bu sahəni daha da yaxşılaşdırmaq üçün turizm obyektlərinin fəaliyyətini şərtləndirən müəyyən kriteriyalar tətbiq edilə bilər. Ümumiyyətlə, dünya turistlərini cəlb etmək üçün xidmətlər sahəsində vəziyyəti çox yaxşılaşdırmaq və standartlar tətbiq etmək lazımdır. Həmçinin indi turistlərin daha çox diqqət yetirdikləri sahələrdən biri də müalicəvi turizmdir. Azərbaycanda bu sahə üçün kifayət qədər təbii şərait və imkanlar var. Bu baxımdan Azərbaycanı gözəl müalicəvi turizm məkanı kimi daha yaxşı və geniş miqyasda tanıtmaq üçünciddi səy göstərməliyik. Bu sahədə də standartlar tətbiq etmək lazımdır. Həmçinin çimərlik turizminiciddi inkişaf etdirmək lazımdır, bu sahə də turistlərin çox axın etdiyi sahələrdən biridir. Bizim çox gözəl dənizimiz var, çimərlik turizmini daha yaxşı təşkil etmık üçün dənizin çimərlikləri hazırlanmalı, təmizlənməli və daha yararlı hala gətirilməlidir. Su təmizlənməli, ekoloji baxımdan standartlar tətbiq edilməlidir. Həmçinin turizmlə bağlı reklam və təbliğat işidaha yaxşı səviyyədə qurulmalıdır. Bizim müalicəvi, çimərlik və ekskursiya turizminin, eləcə də digər turizm növlərinin reklamı dünyaca yaxşı təşkil edilsə, turist axını daha da artmış olar.

- Bu reklam işini təşkil etmək üçün nə etmək lazımdır?

- Bunun üçün kompleks formalaşdırmaq lazımdır, reklam çarxları və onların xarici KİV-də reklamını təşkil etmək lazımdır. Konkret turizm sahələrinə aid keyfiyyətli reklamların hazırlanması lazımdır. Qiymətlərin baha olması və sair amillər, əngəllər aradan qaldırılmalıdır ki, insanlar burada istirahət etməyi seçsinlər. Həmçinin ölkəmizdə çoxlu beşulduzlu otellər tikilir və bu, çox yaxşıdır. Amma o da nəzərə alınmalıdır ki, turistlərin çoxu, xüsusilə də yerli turistlər belə bahalı otellərdə qalmaq və dincəlmək üçün lazımi vəsaitə sahib deyillər. Ona görə də real imkanları da fikirləşmək və üçulduzlu, daha ucuz otellərin tikintisini sürətləndirmək lazımdır. Bu cür ucuz otellərin sayı nə qədər çox olsa, bir o qədər turizm gəlirlərini çoxaltmaq olar. Təbii ki, ekskursiya turizmi və Bakının gözəlliyi ilə bağlı danışmalı olsaq, Bakı həqiqətən də çox gözəl bir şəhərdir və regionda ən yaşı şəhərlərdən biridir. Bu da ekskursiya turizmi üçün əlavə gözəl imkanlar açır. Hətt illərlə Bakıda yaşayan insanlar belə şəhərin gözəlliyindən həmişə həzz almaqda davam edirlər və qeyri-adiliklər, maraqlı və gözəl şəhər görünüşü, yeniliklər onları sevindirir.

- Çimərlik turizminin ölkəmizdəki imkanlarını necə görürsünüz?

- Bu turizm sahəsini inkişaf etdirmək üçün gözəl imkanlarımız var. Biz bu sahəni hətta Türkiyədə və Misirdə olduğu kimi inkişaf etdirə bilərik. Çünki bizdə də gözəl dəniz var. Çox gözəl və ekzotik sahilyanı bölgələrimiz var ki, onları çimərlik turizmi üçün çox cazibədar hala gətirmək olar. Həmçinin bu məsələdə ekoloji durumu yaxşılaşdırmaq da əsas şərtlərdən biridir. Ekoloji təmizlik lazımdır ki, sözügedən sahədə Bakının, Azərbaycanın turizm imici daha da müsbət şəkil alsın. Həmçinin regionlarda digər bir turizm növü kimi ov turizmi və balıq ovu turizmini daha yaxşı təşkil etmək və inkişaf etdirmək olar. Həmçinin qış turizminin inkişafı üçün görülən tədbirlər də müsbət qiymətləndirilə bilər.Turoperator Günel Manafova isə belə düşünür: - Mən özüm xaricdə çox olmuşam, məsələn, bir müddət ABŞ-da yaşasam da, orada çox qala bilmədim. Turizm üzrə təhsil almışam və bu sahəni çox yaxşı bildiyimi sanıram. Qiymətlərlə bağlı onu deyə bilərəm ki, bizdə məsələn, otelin 18 otağı varsa, onun qiymətləri də baha olmalıdır. Müqayisə etsək, Türkiyədə 250 otaqlı otellərdəki qiymətlərlə bizdəki bu qiymətlər eynidir. Yəni normal götürəndə bizdəki qiymətlər də o qədər baha deyil. Sadəcə olaraq bizdə xidmət çox zəifdir. Səbəbi odur ki, bizdə otel işçiləri, turizm işçiləri müdiriyyət tərəfindən sırf işlədiyi sahə üzrə təhsil almağa göndərilməlidir. Xidmət səviyyəsi yüksək olsa, qiymətlərlə elə bir problemimiz olmaz. Amma bu sahənin içində olduğum üçün deyə bilərəm ki, bizdə xidmət də getdikcə inkişaf edir. Azərbaycan gənc bir dövlət olduğuna görə turizm sahəsi az bir zamanda çox inkişaf edib və irəli gedib. Ona görə də bu sahə ilə bağlı bəzi məsələləri çox da şişirtmək lazım deyil. Sadəcə xidmət səviyyəsini və turizm işçilərinin davranış və xidmətlərini təkmilləşdirsək, bizə gələn turistlərin sayı gertdikcə daha çox artacaq. Məsələn, Türkiyədə xidmətçilər həmişə gülərüzlə insanı qarşılayır, “ablacım” yaxudabim” deyə mehribanlıqla gündə bir neçə dəfə turistləri salamlayırlar və bu, bizə çox xoş görünür. Bizim xidmətçilərin də bu cür peşəkarlıq səviyyəsini artırmaq lazımdır. Bizdə bu cür xidmət yoxdur. Məsələn, xidmətçidən bir məsələ barədə bir dəfə soruşursan, cavab verir, ikinci dəfə daha təfərrüatı ilə soruşsan, dərhal qaşqabaqlı və əsəbi cavab eşidəcəksən. Bu cür davranışlar isə turisti qaçırmaqla nəticələnə bilər. Amma son zamanlarda bu sahədə də irəliləyiş hiss olunur.

- Turizmin inkişafına aid  hansı təklifləriniz var?

- Belə bir təklif edə bilərəm ki, turizm şirkətlərinin sayı azaldılsa, yaxşı olar. Çünki turizm şirkətlərinin sayı lüzumsuz yerə çoxaldıqca insanlarda inam, etibar azalır.

- Bu şirkətlərin sayının artmasının qarşısını hansısa yolla almaq düzgün olmazdı...

- Təbii ki, demirəm onlar sadəcə olaraq ixtisar olunsun. Sadəcə onlar müəyyən standartlar tələblərə, kriteriyalara əsasən fəaliyyət göstərsinlər lisenziya alsınlar. Belə olarsa, daha keyfiyyətli turizm xidmətləri sahəsi formalaşa bilər. Bir görürsən, turizmlə bağlı heç bir təcrübəsi olmayan, sadəcə biznes qurmaq həvəsinə düşən bir vətəndaş gedib dövlət rüsumunu ödəyir turizm şirkətini yaradır. Onun qeyri-peşəkar fəaliyyəti  bu sahədə inkişafa öztöhfəsiniverməyə başlayır. Bu, düzgün deyil. Turizm şirkəti açan insanın öncə turizm barədə ciddi anlayışları, bilikləri təcrübəsi olmalıdır. Həmçinin həmin adamlar turizm sahəsi üzrə təhsilə malik olmalıdırlar. Bunların hamısı əslində nəzərə alınmalıdır. Məhz bu cür oxşar kriteriyalar nəzərə alınmaqla hər hansı bir mütəxəssisə turizm şirkəti yaratmaq fəaliyyət göstərməyə icazə verilə bilər. Yoxsa pulu arzusu olan hər kəs bu işə girişməməlidir. Bu baxımdan bir çox turizm şirkətlərinin fəaliyyəti dayandırılsa, yaxşı olar. Onların sayı azaldılmalıdır ki, peşəkarlara yol açılsın. Məsələn, bəzən turistlər şikayətlənirlər ki, filan şirkət yaxşı məlumatlandırma aparmayıb, qaydalara uyğun davranmayıb. Bunu adi turistlərin öz dilindən eşidəndə adam peşmançılıq hissi keçirir. Bu cür halların qarşısını almaq üçün şirkətlərin fəaliyyəti lisenziyalaşdırılması ilə bağlı məhdudiyyət qoyulmalıdır.           

 

 

  İlkin AĞAYEV

 

  Palitra.- 2011.- 24 avqust.- S.6.