Füzulinin işğalından 18 il ötür

 

Azərbaycanın füsunkar guşələrindən olan Füzulinin erməni təcavüzkarları tərəfindən işğal edilməsinin 18-ci ildönümü ilə əlaqədar Horadiz şəhərindəki Şəhidlər xiyabanında anma mərasimi keçirilib. AzərTAc xəbər verir ki, rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri abidə önündə şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.  

 

Mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyinin sədri Bayram Səfərov, İctimai Birliyin İdarə Heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək ötən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıblar. Məlumat verilib ki, 1993-cü il avqustun 23-də Füzuli şəhəri, Horadiz qəsəbəsi rayonun 82 kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 80 məktəb, 13 xəstəxana, 69 mədəniyyət evi klub, 90 kitabxana, 2 muzey, 9 musiqi məktəbi, Dövlət Dram Teatrının binası dağıdılıb. Müharibə zamanı rayon sakinlərindən 470 nəfər hərbçi, 270 nəfər mülki şəxs şəhid olub, 192 nəfər girov götürülüb, 1240 nəfər sağlamlığını itirərək əlilə çevrilib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş rayon sakinlərindən 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1994-cü ilin yanvarında rayonun 21 kəndi Horadiz qəsəbəsi işğaldan azad olunub. Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri - 1 şəhər, 61 kənd işğal altındadır. Füzulinin 115 min nəfərlik əhalisinin 49 mini respublikanın 50 şəhər rayonunda, 66 mini isə rayonun işğaldan azad edilmiş ərazisində məskunlaşıb. Bildirilib ki, 1996-cı ildən etibarən rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu dövrdə məcburi köçkünlər üçün 16 qəsəbə salınmış, təhsil, səhiyyə mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik suvarma sistemləri tikilmiş bərpa olunub. Horadiz qəsəbəsinə şəhər statusu verilmiş, işğal nəticəsində dağıdılmış 4 mindən artıq ev bərpa edilib, 1500 evin bərpasına başlanılıb. Hazırda rayonda geniş tikinti-quruculuq bərpa işləri davam etdirilir. Horadiz şəhərində geniş abadlıq işləri aparılır, ulu öndərin adını daşıyan park salınır, Heydər Əliyev Mərkəzi tikilir. Yuxarı Mil kanalının Bala Bəhmənli kəndindən keçən hissəsində inşa edilmiş su elektrik stansiyasının açılışına hazırlıq görülür, Prezident İlham Əliyevin sərəncamına əsasən inşa olunan Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolunun, Birinci Mahmudlu kəndi ərazisində 5 min ton tutumlu soyuducu anbarın, Qarabağ kəndində broyler-quşçuluq fabrikinin, Kərimbəyli kəndində ailəvi istirahət mərkəzinin tikintisi davam etdirilir.  Çıxışlarda Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli mənafeyinə uyğun həll olunacağına, işğal altındakı bütün ərazilərimizin düşmən tapdağından azad ediləcəyinə inam ifadə olunub.  Kərimbəyli kəndində abidə kompleksinin açılışı olub  Yeri gəlmişkən qeyd edək ki, Füzuli rayonunun Kərimbəyli kəndində Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılmış abidə kompleksi istifadəyə verilib. Bu münasibətlə rayon ictimaiyyəti nümayəndələrinin, şəhidlərin ailə üzvlərinin döyüş yoldaşlarının, kənd sakinlərinin iştirakı ilə mərasim keçirilib. Mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid atası Fazil Həsənov başqaları çıxış edərək qəhrəman oğullarımızın respublikamızın müstəqilliyi ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışıb, abidənin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayacağını vurğulayıb.  Bildirilib ki, müharibə zamanı Kərimbəyli kəndindən 21 nəfər şəhid olub. Onlardan 8-i hərbçi, 13 nəfəri mülki şəxslərdir. Ümumilikdə müharibədə rayon sakinlərindən 733 nəfəri şəhid olub, 192 nəfər girov götürülüb, 1240 nəfər sağlamlığını itirib əlilə çevrilib. Çıxış edənlər Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasəti qətiyyətlə pisləyiblər.

 

 

Cavidan

 

Palitra.- 2011.- 23 avqust.- S.12.