Mədəniyyət, incəsənət və elmdə böyük nailiyyətlərin əldə edilməsinə əlverişli şərait yaradılıb

 

Layihə çərçivəsində mədəniyyət müstəvisində elmin aktuallığı, mədəniyyət və elmin qarşılıqlı əlaqəsi  bu sahədə həyata keçirilən tədbirlər barədə bizə fikirlərini  Azərbaycan  Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, professor Məmməd Vəliyev bildirir: 

- Qeyd etmək lazımdır ki, bu gün dünya miqyasında bütün sahələrdə əsas ağırlıq elmin, mədəniyyətin və təhsilin üzərinə düşür. Bunları nəzərə alaraq son illərdə inkişaf etmiş ölkələr bu istiqamətdə köklü dəyişikliklər aparır və onların inkişafı üçün ayrılan vəsaitlərin həcmini artırırlar.

- Ölkəmizdə bu sahədə hansı tədbirlər həyata keçirilir?

- Hazırda Azərbaycan Respublikasında da bu sahədə köklü dəyişikliklər aparılır. Elm, təhsil və mədəniyyət sahəsində islahatların aparılması, sənayenin texnikitexnoloji səviyyəsinin yüksəldilməsi, innovasiya fəallığının artırılması istehsalın səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır. Bu isə geniş miqyasda mədəniyyətin inkişafı deməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmlə bağlı imzaladığı müxtəlif sərəncamlar müasir dövrdə elmin qlobal mənada, mədəniyyət müstəvisində də inkişafının zəruri olduğunubu istiqamətdə islahatların sürətləndirilməsinin vacib olduğunu göstərir. Qeyd etmək lazımdır ki, insan kapitalının formalaşması, intellektual potensiallardan səmərəli istifadə edilməsi, elmi-tədqiqat işlərinin nəticələrinin istehsalata tətbiqi, həyat səviyyəsinin yüksəldilməsi və s. bu kimi bir sıra aktual problemlərin həlli məhz elmin, elmi biliklərin və mədəniyyətin inkişaf səviyyəsindən asılıdır.Hal-hazırda Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrin, o cümlədən elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın inkişafına ciddi stimul yaradır və daim kömək edir ki, bu kömək öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə yaranan belə bir şərait insanın mənən formalaşmasına, insan kapitalının inkişafına, azərbaycançılıq ideologiyasının bərqərar olmasına, elm, mədəniyyət və incəsənətdə böyük nailiyyətlərin əldə edilməsinə imkan verir.

- Mədəniyyətin inkişafında insan kapitalının roluna necə yanaşırsınız?

- İnsan kapitalının effektiv və səmərəli tətbiqinə şərait yaradan əsas faktorlardan biri də elmi biliklərin artırılması və  inkişafıdır  ki, bunu Azərbaycan Respublikasında da ümumi inkişafın əsas şərtlərindən hesab etmək olar. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müxtəlif tədbirlərdəki çıxışları və mətbuatdakı elmi məqalələrinin böyük əhəmiyyətini qeyd etmək olar. Elmi və mədəni elita ilə bu səpkidə keçirilən görüşlər, tədbirlər, mütəmadi müzakirələr və qarşıya qoyulan vəzifələr, tapşırıqlar bu baxımdan xüsusi önəm daşıyır.

- Təhsil sahəsində bu məqsədlə daha hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac var?

- Ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazalarının səviyyəsini yüksəltmək lazımdır ki, nəticədə nəzəriyyə ilə təcrübənin vəhdətini yaratmaqla yüksək elmi nailiyyətlər əldə edilsin. Respublikamızda elmin inkişafı eyni zamanda təhsilin və mədəniyyətin inkişafı ilə əlaqəlidir və vəhdət təşkil edir. Respublikamızda beynəlxalq konfransların, sərgilərin, simpoziumların və festivalların son vaxtlar tez-tez keçirilməsi Azərbaycan elmini, mədəniyyətini və təhsilini dünyada tanıdır və təbliğ edir. Bu sahələrə diqqət və qayğı artdıqca nailiyyətlər də  artmış olur. Ümumiyyətlə, bu gün Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı ölkəmizdə mədəniyyətə, elmə və təhsilə göstərilən qayğı mühüm əhəmiyyət kəsb edir. Bu qayğı daim  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir.Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məqalə və müsahibələrində dövlətçilik və milli ideya məsələləri ilə bağlı aktual məsələlərə toxunaraq qeyd edir: “Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyasını, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir. Qloballaşma şəraitində bu, olduqca vacib amildir”. Göründüyü kimi, qloballaşmadamilli mədəniyyətin, identikliyin qorunmasında, inkişafında bu strateji xətt çox düzgün mövqedədir.Məlumdur ki, milli mənəvi-əxlaqi keyfiyyətin qorunub saxlanması və inkişafının ən mühüm vasitəsi təhsildir. Təhsildə inteqrasiya prosesləri keçən əsrin 50-ci illərindən inkişaf etməyə başlayıb və müasir dövrdə çox geniş xarakter alıb. Hələ 70-80-ci illərdə ümummilli liderimiz Heydər Əliyev respublikamızda yüksək ixtisaslı kadr hazırlığına böyük qayğı göstərərək azərbaycanlı gəncləri SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərirdi. Onların da bir hissəsi xarici ölkələrdə qalıb müxtəlif müəssisə və təşkilatlarda müvəffəqiyyətlə işləmiş və yenə işləyirlər. Beləliklə, onlar Azərbaycan elminin, mədəniyyətinin, təhsilinin, iqtisadiyyatının xarici ölkələrdə inteqrasiyasında, Azərbaycan həqiqətlərinin xarici ölkələrə yayılmasında, xaricdə Azərbaycan diasporunun formalaşmasında və inkişafında müstəsna rol oynayırlar.Azərbaycanın elmi və mədəniyyəti zəngin tarixə malikdir. Azərbaycan elminin və mədəniyyətinin dünyaya təbliğ edilməsində gənclərin böyük rolu vardır. Gənclərlə  bağlı bu yaxınlarda  dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin,  simpoziumların, konfransların, dəyirmi masaların və sair  tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Elm nə qədər yüksək səviyyədə olsa, bir o qədər yüksək və rəqabətə davamlı texnologiyalar formalaşır, bunun nəticəsində  cəmiyyətin yüksək tərəqqisi baş verir. Həmçinin, insanların rifahı və həyat səviyyəsi artaraq yaxşılaşır. Bir qayda olaraq insan kapitalının inkişafı biliyin və peşəkarlığın yüksək səviyyədə insanlarda əksini tapması ilə əlaqəlidir. Buna görə də Azərbaycanda çox səmərəli bir şəkildə neft kapitalının insan kapitalına çevrilməsi sahəsində işlər aparılaraq elmin və mədəniyyətin inkişafı strategiyası inkişaf etdirilir.Respublikamızda neft strategiyasının müvəfəqiyyətlə həyata keçirilməsi, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, innovasiyalı istehsal sahələrinin üstün sürətlə inkişafı, insan potensialının keyfiyyətinin yüksəlməsi, elmin və təhsilin inkişafı, Avropa təhsil sisteminə inteqrasiyası istiqamətində görülmüş tədbirlər, insan azadlığının genişlənməsi, cəmiyyətin idarə olunmasında demokratiyanın güclənməsi nəticə etibarilə ölkəmizin iqtisadi, siyasi və mədəni cəhətdən dünyaya inteqrasiyasını genişləndirib və gücləndirib. Həmçınin də respublikamız irəliyə doğru inkişaf edib iqtisadi qüdrəti artdıqca bu inteqrasiya prosesləri daha da artacaq, nəticədə mənəvi-əxlaqi meşşanlığa, milli yadlaşmaya qarşı mübarizə, milli mənəvi-əxlaqi keyfiyyətlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi məsələsi daim bizim diqqətimizi cəlb edəcək. Buna görə də dövlətimiz, onun başçısı İlham Əliyev elm, təhsil və mədəniyyətimizin dünya elminə, təhsilinə, mədəniyyətinə inteqrasiyasına, insan potensialının keyfiyyətinin yüksəlməsinə böyük diqqət verməklə yanaşı, milli mədəniyyətimizin, mənəvi-əxlaqi dəyərlərimizin qorunub saxlanması və inkişafına böyük qayğı göstərir.Beləliklə, sonda qeyd etmək olar ki,  respublikamızda yaranan müasir şərait insanın mənən formalaşmasına, azərbaycançılıq ideologiyasının bərqərar olmasına, elm, təhsil, ədəbiyyat, incəsənət və mədəniyyətdə böyük naliyyətlərin əldə edilməsinə imkan verir. 

İlkin AĞAYEV

Palitra.-2011.-2 dekabr.- S. 6.