«Mədəniyyətlə bağlı dərsliklər çox zəifdir»

Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının baş müəllimi Vüsalə Məmmədovadır: 

- Son 10 ildə Azərbaycanda mədəniyyətin inkişafına ölkə başçısı tərəfindən yüksək qiymət verilir. Mədəniyyətimizin, xüsusilə folklorumuz, muğam, aşıq sənətinin     dünyada təbliği istiqamətində mühüm addımlar atılır. Eyni zamanda son dövrlərdə fəaliyyəti daha da genişlənən diasporumuz mədəniyyətimizi dünyaya tanıtdırmaq üçün əlindən gələni edir. Azərbaycan mədəniyyətinin, irsinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu danılmazdır. Hazırda teatrlarımızın inkişafına böyük önəm verilir. Bu yaxınlarda dövlət tərəfindən kino sahəsinə maliyyə yardımı ayrılıb ki, bu da çox təqdirəlayiqdir. Alman filosofu Hegelin bir sözü var: “Əgər sən hər hansı bir xalqın müdrikliyini öyrənmək istəyirsənsə, onun yeganə bir açarı var ki, o da mədəniyyətin əlindədir”. Dövlət başçımız da bu prinsipdən hərəkət edirbütün dünyaya çatdırır ki, Azərbaycanın çox böyük mədəniyyəti, zəngin tarixi var.Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə, 1969-1982-ci illərdə də mədəniyyətin inkişafına ciddi diqqət yetirilirdi. Ulu öndər tərəfindən teatr, kino sahəsində addımlar atıldı, yeni ali təhsil ocaqları fəaliyyətə başladı. Bundan başqa sovet dövründə böyük bir yenilik olaraq linqafon kabinələr açıldı. C.Naxçıvanski adına Zabitlər Məktəbi yaradıldı. Azərbaycanlılar bir çox xarici ölkələrə təhsil almağa getdi. Heydər Əliyevin  məqsədi o idi ki, azərbaycanlılar mütləq elm sahəsində öz yerini tapmalıdır. Ulu öndər bu gün üçün o vaxtdan fikirləşmişdi. 1973-cü ildə teatrın 100 illiyi qeyd edildi və Heydər Əliyev tərəfindən bir sıra teatr xadimlərinə fəxri adlar verildi. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

- Muzeyşünaslığın tədrisi ilə məşğul olursunuz və bu gün ölkədəki muzeylərin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Prezident İlham Əliyev tərəfindən 2007-ci il martın 6-da “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” sərəncam imzalanıb. Bu sərəncamda deyilir: “Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək üçün Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlansın”. Bundan başqa ölkə başçısının İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında sərəncamları dövlətin muzey işinə olan qayğısını göstərir. 2008-ci ildə İncəsənət Muzeyinin bərpası haqqında ölkə başçısı sərəncam verdi. Bu muzey doğrudan da yenidən bərpa olundu, həmçinin yeni avadanlıqla təchiz edildi. Həmçinin Tarix Muzeyi ilə bağlı qərar verildibu, həyata keçirildi. Bu yaxınlarda mən tələbələrlə Milli Tarix Muzeyinə getdimçox məmnun oldum. Artıq 10 il bundan öncəki muzey deyil, çox xoş təsir bağışladı. Muzey gözəl avadanlıqlarla təmin edilib, bəzi eksponatlar bərpa edilib. Bundan başqa ölkə başçısının sərəncamı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilə L.Kərimov adına Xalça Muzeyi yenidən tikilir. Orada Avstriya memarları çalışır və bu da dünya standartlarına uyğun, müasir avadanlıqla təchiz edilən bir muzey olacaq. Bu gün bir sıra Azərbaycan xalçaları Luvr, Ermitaj kimi muzeylərdə sərgilənir. Bir çox xalçalarımız var ki, onlar yeni muzeydə nümayiş ediləcək ki, bu da çox sevindiricidir. Qeyri-adi bir formada, bükülmüş bir xalçanı xatırladan muzey heçdünya muzeylərindən geri qalmayacaq. Muzeyin sahəsi 18 min 446 kvadratmetr, üç mərtəbəli bina olmalıdır. Orada müasir standartlara uyğun olaraq toxuma, tikmə mərkəzi, Şərq salonu, kitabxana olacaq. Bizim bəzi xatirə muzeylərinin təmirə ehtiyacı var ki, ölkə başçısı tərəfindən bu istiqamətdə də sərəncam verilib. Dövlət hesabına təmir olunmalıdır. Bundan başqa ölkədə əvvəllər kənd və qəsəbələrdə kinoteatrlar, klublar, muzeylər və digər mədəniyyət ocaqları dağılmaq üzrə idi. Amma indi görürük ki, ən ucqar yerlərdə belə bu istiqamətdə ciddi aparılır. Məsələn, Xınalıq kəndi tam təcrid olunmuş bir yer idi. Artıq orada həyətdə keçirilən tədbirlər nəticəsində bu gün Xınalıqda əhalinin televiziya izləmək imkanı var. Belə bir deyim var ki, “Mədəniyyət yoldan başlayır”. Xınalığa yol çəkilib, muzey yaradılır. Orada arxeoloji qazıntı nəticəsində aşkarlanan erkən orta əsrlərə aid olan kitablar, saxsı qablar tapılıb. Bütün bunlar onu göstərir ki, Xınalıq nə qədər uzaq olsa da, böyük və zəngin mədəniyyəti olub. Hətta orada toxuculuq, əl işləri tapılıb ki, çox qiymətli işlərdir. Artıq dövlət tərəfindən bu muzey qorunur. 

- Tələbələr mədəniyyətimizlə bağlı fənlərə maraq göstərirmi?

- Kulturologiya ilə bağlı əvvəlcə nəzəriyyəni, sonra dünya mədəniyyətini tədris edirik. Bu ali təhsil ocağında mədəniyyət ən aparıcı fənlərdən biridir. Tələbələr üçün bu çox maraqlıdır və mütləq olmalıdır. Mənim yazılarımdan biri “Mədəniyyətin inteqrasiyasında turizmin rolu” adlanır. Turizm anlayışı olan yerdə mütləq burada aparıcı yerdə mədəniyyət rol oynayır. Daha çox istəyirəm ki, tələbələrimiz əsasən Azərbaycan mədəniyyətinə yaxından bələd olsunlar. Bəzi problemlər varbu da yəqin ki orta məktəbdən gəlir, Azərbaycan mədəniyyətini o qədər də dərindən bilmirlər. Mən hazırladığım proqramda 3-cü semestrdə məhz Azərbaycan mədəniyyətinin tədrisinə üstünlük verdim. Problemlərdən biriodur ki, uşaqların intellektual səviyyəsi bizi o qədər də qane etmir. Bəlkə də bu onunla bağlıdır ki, gənclər daha çox virtual həyat tərzi yaşayırlar. Bədii kitabları çox az oxuyurlar. Sadəcə olaraq dərsliklərə üstünlük verirlər ki, yaxşı nəticə göstərsinlər.Problemlərdən biri də dərsliklərlə bağlıdır. Mədəniyyətlə bağlı dərsliklər çox zəifdir. Mədəniyyət, kulturologiya ilə bağlı rus müəlliflərinin kitablarını birbaşa tərcümə edirlər ki, burada da çoxlu yanlışlıqlar var. Uşaqlar bəzi məlumatları yanlış söyləyirlər və mən baxıram ki, həmin kitablarda belədir. Çox istərdim ki, orta məktəblərdə mədəniyyətlə bağlı dərs keçirilsin. Uşaqlar ilk gündən mədəniyyətlə bağlı məlumat əldə etsin. Bundan başqa tələbələrə ilk olaraq çatdırmağa çalışıram ki, Azərbaycanda işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsi qalıb. Ermənilər tərəfindən 22 muzey, 4 rəsm qalereyası məhv edilib. Son statistik məlumata görə, ölkədə 200-ə yaxın muzey var. Amma bununla yanaşı işğal olunmuş ərazilərdə qalan mədəniyyət ocaqlarımız da var ki, bu barədə tələbələri məlumatlandırmağa çalışıram. Azərbaycan muzeyləri fənnini tədris edirəm və bununla bağlı institut rəhbərliyinə bildirmişəm ki, dərslərimiz birbaşa muzeylərdə olmalıdır. Bunu da həyata keçirmişik. Həftədə bir dəfə muzeylərdə dərs keçirik, Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən tələbələrin muzeyə girişi pulsuzdur. Uşaqlarımız Azərbaycan mədəniyyətini dərindən bilməlidir. Ölkəsinin mədəniyyəti haqqında heç nə bilməyən insan Vətəni haqda heç nə deyə bilməz. Dövlət tərəfindən milli status almış üç muzey var ki, bunlar Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Tarix Muzeyi və İncəsənət Muzeyidir. Biz tələbələrlə bir çox muzeylərimizdə, həmçinin Səməd Vurğunun ev muzeyində olduq. Bu, tələbələr tərəfindən çox maraqla qarşılan

Nigar

Palitra.-2011.-2 dekabr.- S.7.