«Bərdədə müntəzəm şəkildə
kitab sərgiləri təşkil edirik»
Layihə çərçivəsində müsahibimiz Bərdə Rayon
Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Havva Mirzəyevadır:
- Bərdə
Rayon Mərkəzi Kitabxanası 1954-cü ildən fəaliyyət
göstərir. 1980-ci ilin noyabr ayından Bərdə Rayon
Kitabxanası mərkəzləşdirilib. Mərkəzləşdirilmiş
Kitabxana Sistemində (MKS) 1 mərkəzi,
1 uşaq, 10 şəhər
kitabxanası, 109 kənd kitabxanası fəaliyyət göstərir
və MKS-in 549874 nüsxə kitab fondu var.
Kitabxanamız 49 min nəfərdən çox oxucuya xidmət
göstərir. Bərdə Mərkəzləşdirilmiş Kitabxana Sistemində 6 şöbə fəaliyyət
göstərir ki, bunlar
oxuculara xidmət, komplektləşdirmə
və kitabişləmə, uşaqlara
xidmət, vahid fondun təşkili
və ondan istifadə, metodika
və biblioqrafiya şöbələridir.
Mərkəzi Kitabxananın xidmət
etdiyi ərazidə əhalinin sayı
142300 nəfərdir. 2002-ci ilin oktyabr ayında Mərkəzi Kitabxanada
Resurs-İnformasiya Mərkəzi
açılıb. Kitabxanada əlifba və
sistemli kataloq təşkil
edilib. Kitabxanamızın
komlektləşdirmə və kitabişləmə şöbəsi
kitabxanaya yeni daxil olmuş ədəbiyyatı
kitabxana qaydası ilə işləyib kitabxanalara göndərir. Şöbədə
mədəni-iqtisadi profil kartotekası, əlifba
kataloqu, ödənilmiş sifarişlərin
uçotu, seryalı nəşrlərin uçotu, çoxcildli nəşrlərin
ayrıca uçotu haqqında kartoteka var.
Kitabxanaın Metodika şöbəsi filial kitabxanalara metodiki rəhbərlik edir.
MKS-ə daxil olan kitabxana müəssisələrinin metodiki guşə xəritəsi tərtib olunub. Metodika şöbəsi
kitabxanaçılara kütləvi tədbirlərin
keçirilməsində, kitabxananın uçot
və hesabatlarının tərtibində, kitabxana
fondunun təmizlənməsində,
ümumiyyətlə, kitabxana işinə
metodiki köməklik edir.
Biblioqrafiya şöbəsi bütün filial kitabxanalarda məlumat-biblioqrafiya,
diyarşünaslıq-informasiya işlərinin təşkilinə
nəzarət edir. Biblioqrafiya
şöbəsi xidmət şöbəsi üçün
tövsiyə siyahıları tərtib edir,
mühüm kitab sərgilərinin
sxemini hazırlayır. Uşaqlara xidmət
şöbəsi filialın bütün
işlərinə rəhbərlik edir, hər
bir işçinin
üzərinə düşən vəzifələrin yerinə
yetirilməsinə nəzarət edir, plan üzrə tapşırıqların yerinə
yetirilməsini yoxlayır. Şöbənin fondu
130110 nüsxədən çoxdur.
- Uşaq şöbəsi məktəblilərlə
işini necə qurur?
-
Uşaqlara xidmət şöbəsi məktəbəqədər
uşaq müəssisələrində «Qoy həmişə
Günəş olsun» adlı tədbirlər keçirir,
kiçik yaşlı məktəblilər arasında “Kitab
tükənməz xəzinədir” mövzusunda söhbətlər
aparır, BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyası ilə
bağlı maarifləndirmə məqsədilə müzakirələr
təşkil edir. Bundan başqa məktəblilər üçün “İdman
gözəllikdir, idman
sağlamlıqdır”mövzusunda tədbir, ”Nağıl qəhrəmanları”
mövzusunda viktorina,
“Sağlam uşaq, sağlam ailə” mövzusunda
dəyirmi masa, “Rənglər uşaq rəsmlərində” mövzusunda
rəsm sərgisi, məktəblilərin intellektual
inkişafa yönəldilməsi üçün
oyunlar, ”Dünyamızı qoruyaq” mövzusunda dəyirmi
masalar təşkil edirik.Kitabxanamızda
“Adlarını tarixə yazanlar, adları
ilə tarix yazanlar”
başlıqlı sərgidə Qarabağ
müharibəsi, bu müharibədə qəhrəmanlıqlar
göstərmiş mərd Azərbaycan övladlarına həsr
olunmuş kitablar
öz əksini tapıb. “Heydər
babanın həyat yolu bizim
üçün bir
örnəkdir” adlı sərgidə ulu
öndər Heydər Əliyevin həyat və fəaliyyətinə,
Azərbaycan üçün gördüyü işlərə həsr edilmiş kitablar
toplanıb. “Qüvvət elmdədir,
başqa cür kəs
heç kəsə üstünlik
eyləyə bilməz” adlı sərgidə isə elmin hər bir sahəsinə
həsr edilmiş ensiklopedik
məlumat kitabları nümayiş olunur. Oktyabr
ayında A.Səhhət adına Uşaq Kitabxanasında Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin
bərpasının 20-ci ildönümü
münasibətilə “Azad, müstəqil
dövlətin övladıyıq” adı altında ədəbi-bədii
gecə keçirildi. Tədbirdə
şəhər 3 saylı, 1 saylı məktəblərin, akademik Zərifə Əliyeva adına Texniki Fənlər təmayüllü Məktəb-Liseyinin
şagirdləri və fəal oxucular iştirak etdi Şagirdlərə
respublikamızın müstəqilliyinin bərpasının
20-ci ildönümü haqqında ətraflı
məlumat verilidi. Şagirdlər vətənə,
azadlıq uğrunda həlak olanlara, Milli Qəhrəman
Mübariz İbrahimova
həsr edilmiş şeirlər söylədilər.
Məktəblilərin ifasında üçrəngli
bayrağımıza həsr edilmiş səhnəcik
də göstərildi.
- Kitabxanlarınızda başqa
hansı tədbirləri keçirirsiniz?
-
İl ərzində kitabxana sistemində ən müxtəlif
tədbirlər, kitab sərgiləri təşkil edirik. Məsələn,
son tədbirlərdən Konstitusiya
Günü ilə bağlı “Müstəqil
Respublikamızın Konstitusiyası xalqımızın
hüquqlarının qoruyucusudur” adı
altında biblioqrafik icmalı və kitab sərgisini qeyd edə
bilərəm. Mərkəzi Kitabxanada
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr edilmiş
“Müstəqilliyimiz qürur mənbəyimizdir”
adı altında dəyirmi masa keçirmişik. Tədbirdə qeyri-hökumət
təşkilatlarının nümayəndələri və fəal
oxucularımız da iştirak
edirdilər. Tədbirdə dövlət müstəqilliyimizin
bərpasından keçən 20 il ərzində
respublikamızda aqrar, sənaye, elm, təhsil, mədəniyyət və digər
sahələrdə görülən uğurlu
işlər haqqında məlumatlar verildi.
Kətəlparaq kənd kitabxanasında “ Müstəqil vətənim
- Azərbaycan” adı altında keçirilən ədəbi-bədii
gecəni qeyd edə bilərəm. Oxuculara müstəqilliyimizə
həsr edilmiş fotostend
və kitab sərgisi də təqdim edildi. Sentyabr ayında Bərdə
Rayon Mədəniyyət Evində dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr edilmiş
kitab sərgisi təşkil etmişik. Sərgidə 20 il
ərzində latın qrafikası ilə nəşr edilən
müxtəlif elm sahələrini əhatə
edən kitablar nümayiş
etdirilib. Sərgi ilə tanış olanlar bu müddət ərzində
kitabxanamıza daxil olan
kitablar haqqında öz
fikirlərini və kitabxanaya hansı ədəbiyyatların
alınması ilə bağlı rəy və təkliflərini
bildirdilər. Mərkəzi Kitabxanada
dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünə həsr
edilmiş “Müstəqil Azərbaycan”
adı altında biblioqrafik icmal da tərtib edilib. İcmalda müstəqilliyimizin bərpasından
keçən 20 il ərzində əlifbamızın
kiril qrafikasından latın qrafikasına
keçməsi ilə əlaqədar olaraq
Prezidentin sərəncamı ilə nəşr
olunan və ölkə kitabxanalarına hədiyyə
edilən kitablar haqqında oxuculara məlumat verilib.
- Kitabın təbliği istiqamətində
hansı tədbirlər həyata keçirilir?
- Mərkəzi Kitabxanada “Müasir gənclər, onların kitaba və kitabxanaya olan münasibətləri” adlı dəyirmi masa keçirilib. Tədbirdə ali və orta ixtisas məktəblərinin tələbələri və fəal oxucular iştirak edib. Tədbirdə gənclərə bildirildi ki, bütün biliklərin əsasını kitablar təşkil edir. Görkəmli klassiklərimizdən olan N.Gəncəvinin kitab haqqında söylədiyi fikir səsləndi və indiki zamanda gənclərin kitabxanaya və kitaba olan münasibətinin, onların irad və təkliflərinin kitabxana işçilərinə kitabın təbliği işində böyük köməyi olacağını xüsusi qeyd etdik. BDU-nun tələbəsi tədbirdə söylədi ki, nəşiriyyatlar daha gözəl tərtibatlı, gənclərin zövqünü oxşayan kitablar çap etməli və tərcümə ədəbiyyatı daha mükəmməl olmalıdır. Azərbaycan Dillər Universitetinin tələbəsi isə qeyd etdi ki, kitablar yaxşı formada olmalı, gənclərin hisslərinə uyğun olmalı, həyatda gənclərə istiqamət verməli, müasir dünyagörüşünün formalaşmasına xidmət etməlidir. Azərbaycan Pedaqoji Universitetinin tələbəsinin fikrincə, informasiya texnologiyaları nə qədər inkişaf etsə də, heç nə yazılı ədəbiyyatı əvəz edə bilməz. Mərkəzi Kitabxanamızda “Kitab bayramı” keçiririk. Tədbirdə “Bu il turizm ilidir”, “Nağıllar aləminə səyahət”, “Müstəqilliyimiz əbədidir”, “Qədim Bərdə”, “Prezident tərəfindən hədiyyə edilmiş kitablar” və s. başlıqlar altında kitab sərgiləri təşkil edilmiş, görkəmli şəxsiyyətlərin kitab haqqında söylədikləri kəlamlar yazılmış plakatlar da hazırlanmışdı.
Anar Miriyev
Palitra.-2011.-6 dekabr.-S.7.