Azərbaycanda hüquqi mədəniyyət həmişə yüksək səviyyədə olub

 

Layihə çərçivəsində Azərbaycanda hüquqi mədəniyyət məsələsinə toxunmağı lazım bildik. Məlum olduğu kimi, ölkəmiz bu baxımdan xüsusi və digər müsəlman ölkələrindən fərqlənən bir yol keçib. Azərbaycanda müasir hüquqi dəyərlər və dövlətçilik digər Şərq ölkələrindən daha əvvəl kök salmağaoturuşmağa başlayıb. Azərbaycan bu baxımdan Şərqlə Qərbin qovşağı və mədəniyyətlərarası körpü rolundan məharətlə yararlanıb. Ona görə də müasir dəyərlərə əsaslanan hüquqi mədəniyyət forması bizdə tarixən formalaşıb. Bu baxımdan bizimlə fikirlərini Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bölüşür.  

- Əliməmməd müəllim, müsəlman Şərqi ölkələrində Azərbaycan dünyəvi hüquq sistemini və mədəniyyətini ilk dəfə və çox uğurla mənimsəmiş nümunəvi ölkələrdən sayılır. Müasir Azərbaycan dövlətçilik mədəniyyətində bu məqamla bağlı fikirlərinizi bilmək istərdik. Bir sıra Şərq ölkələrindən bizi bu baxımdan fərqləndirən əsas cəhətlər hansılardır?

- Bir məqamı xüsusi olaraq qeyd etmək istərdim. Azərbaycanın vaxtilə Rusiyanın tərkibinə daxil edilməsi məsələsi çoxsaylı mənfiliklərlə yanaşı bəzi müsbət nəticələrə də səbəb oldu. Bu eyni zamanda Avropa mədəniyyətinə yiyələnmək imkanlarının əldə edilməsinə şərait yaratdı. Dünyəvilik imkanlarımız xeyli dərəcədə genişləndi. Bir sıra ölkələrdə ənənəvi despotizm hökm sürəndə bizdə artıq bu cür yanaşmalar geridə qalmışdı. Ona görə də biz bu baxımdan o dövrdə  ilkin olaraq dövlət idarəçiliyi və hüquqi mədəniyyət sahəsində bir sıra keyfiyyətlər qazana bildik. Eyni zamanda dünya mədəniyyətinin həm də kütləvi şəkildə istehlakçısına çevrilmək şanslarını qazanmış olduq. Əlbəttə, müstəmləkəçiliyin mənfi nüansları və cəhətləri də çox olub. Bununla yanaşı hüquqi-idarəçilik sferasına rasional yanaşmanın tətbiqi də o vaxtdan başladı. Təbii ki, rus imperiyasının tərkibinə daxil olmağımız, Roma hüquq sisteminin bu imperiya tərəfindən qəbul edilməsi sonradan bizdə bu hüquq sisteminin tətbiqinə gətirib çıxardı. Sonrakı proseslərdə isə artıq Azərbaycanda Roma hüquq institutları geniş şəkildə oturuşmağa başladı. Əlbəttə, ilk zamanlarda bu institutlar imitasiya xarakteri daşıyırdı. Amma hər halda bütövlükdə ölkəmizə dünyəvi qanunvericiliyin gətirilməsi hadisəsi baş vermişdi. Bunun istər hüquqçuluq mədəniyyətinə, istərsə də hüquqi dəyərlər sisteminə böyük təsiri olub.  Digər Şərq ölkələrindən fərqli olaraq biz bu məsələdə daha tezuğurlu yol keçə bildik. Deyə bilərlər ki, ərəblər də uzun müddət ingilislərin, ya da fransızların müstəmləkəsi altında olub.  Amma bu, həmin ölkələrdə dünyəvi hüquq sisteminin oturuşmasına gətirib çıxarmadı. İngilislər heç vaxt dini idarəetmə sisteminin həmin cəmiyyətlərdə hakim mövqe tutmasına qarşı əsaslı surətdə çalışmayıblar. Çünki bu müstəmləkəçilər başa düşürdülər ki, cəhalət və xurafatla icma idarəçiliyinin aparılması, bu cür idarəetmə forması daha sərfəlidir. Yəni bu yolla həmin ölkələri uzun illər daha asan itaətdə saxlamaq olar. Qərblilər daha asan idarə etmək üçün idarəetmədə və hüquqda müstəmləkə ölkələrini özlərinə bərabər tutmaq istəmirdilər. Buna görə də onlar əksər hallarda ənənəvi ölkələrdə dünyəvi hüquq sisteminin və mədəniyyətinin bərqərar olmasına çalışmayıblar. Burada əlbəttə ki, Türkiyə istisna təşkil edir. Belə ki, Türkiyə həmişə müstəqil imperiyadaha sonra müstəqil dövlət mövqeyini qoruyub saxlayıb. Türkiyə 19-cu əsrdən başlayaraq artıq Avropa institutlarının, hüquq sisteminin mənimsənilməsinə start verdibu baxımdan bir qədər fərqli yol keçib. Bununla bağlı böyük ənənələri var. Amma nəzərə alaq ki, Azərbaycan müsəlman Şərqində ilk parlamenti yaratmışdı. İlk dəfə biz qadınlara seçki hüququ bəxş etmişik. Parlament idarəetmə forması, respublika dövlət quruluşu 20-ci əsrin əvvəllərində Azərbaycanın sözügedən sahədə böyük nailiyyəti sayıla bilər.

 

 

- Sovet dövründə bu sahədə baş verən dəyişikliklər barədə fikirlərinizi bilmək istərdik.

 

 

- Bolşeviklər hakimiyyətə gələndən sonra da bir qədər deformasiyaya uğramaqla bu institutlar yenə də qalmaqdaoturuşmaqda davam etdi. Bu baxımdan hesab edirəm ki, bu cür fərqliliklərinə görə Azərbaycan müsəlman Şərqi ölkələrindən, ənənəvi ölkələrdən fərqli olub və həmişə diqqət çəkib. Xüsusilə də müsəlman Şərqində mövcud olan xalqlardan və cəmiyyətlərdən seçilirik. Azərbaycanda ilk vaxtlardan həmişə ziyalıların, daha doğrusu, mütəfəkkirlərin, intellektualların dünyəviliyə böyük axını olub.  Təbii ki, onlar Avropada, Qərb sistemində təhsil alıb formalaşdıqdan sonra ölkəyə də bu dəyərlərin gətirilməsinə, yayılmasına, təşviqinə səbəb olublar. Azərbaycanda kontinental hüquq sisteminin əsaslarının yaranması, möhkəmlənməsinə bu kimi amillər də öz töhfəsini verib. Daha sonrakı dövrlərdə müstəqilliyimizi bərpa edəndən dərhal sonra ən vacib olan məsələ avrointeqrasiya idi. Biz bu prosesi daha da gücləndirərək çox tezliklə Avropa institutlarına daxil olmağa və onların ölkəmizdə tətbiqinə başladıq. Eyni zamanda hüquq sistemimizin onların hüquq sisteminə inteqrasiya etməsi üçün fəaliyyətə keçdik. Avropa hüquq sisteminin elementlərinin yeni dövrdə bütöv halda Azərbaycana idxal edilməsi hərəkatı başlandı. Avropanın insan hüquq və azadlıqlarına aid Xartiyasını qəbul etdik. Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduq. Bütün bunlar ölkəmizdə hüquq sisteminin inkişaf etməsinə, qanunvericiliyin təkmilləşməsinə və oturuşmasına gətirib çıxardı. İndiyə qədər ölkəmizdə qanunvericiliyin daha sıx surətdə Avropa hüquq sisteminin harmoniyasına uyğun yaranmasını şərtəndirən çoxsaylı tədbirlər həyata keçirilib. Bu baxımdan da Azərbaycan müsəlman Şərqinin digər ölkələrindən əhəmiyyətli dərəcədə fərqlənən bir məmləkətdir. Bizdə qabaqcıl dövlətçilik və hüquqi dəyərlərə daim aparıcı bir meyil olub. Bu sahədə hələ bir sıra hədəflərə çatmasaq da , ümumbəşəri dəyərlər və Avropa dəyərlərini qəbul etmişbunu daha geniş surətdə mənimsəməyə başlayan bir xalqıq. Eyni zamanda ölkəmizdə dəyərlər baxımından Şərqlə Qərbin maraqlı bir sintezi gedir. Azərbaycanda Şərq mədəniyyətinin dövlətçilik və hüquq məsələləri ilə bağlı Qərb dəyərlərinə harmonik sintezinin şahidi olmaqdayıq. Bundan başqa ölkəmizdə həmişə müxtəlif xalqlaricmalar yaşayıb.  Bu xalqlar eyni zamanda da bir-birilərinə çox sıx inteqrasiya olunublar. Ölkəmizdə bu baxımdan həmişə tolerantlıq hökm sürüb. Bu da istər-istəməz bütövlükdə müasir dövlətçilik baxışlarının formalaşması prosesində əhəmiyyətli rol oynayıb. Eyni zamanda bu məsələdə bizim yaxın qonşularımızla nisbətimizə də baxmaq lazımdır. Qonşu ölkələrimizin əksəriyyəti də Avropa hüquq sistemini tətbiq edirlər. Bu ölkələrin bizimlə birgə müasir dünyəvi hüquq sistemini tətbiq etməsi və bu sahədə aparılan qarşılıqlı əməkdaşlıq məsələləri də bir daha bizim dünyəvi, müasir hüquq məkanında olduğumuzuAvropaya inteqrasiya etdiyimizi göstərir. Mədəniyyətlərin, institutların və hüquq sistemlərinin qarşılıqlı təsiri bu sahədə inkişafda böyük rol oynayır. Azərbaycan eyni zamanda mədəniyyətlərin qovuşmasında yerləşən aparıcı bir ölkə və mədəniyyətlər arasında “qızıl körpürolunu oynadığına görə bu, qarşılıqlı təsir sahəsində də üstün mövqedədir.

 

İlkin AĞAYEV

Palitra.-2011.-6 dekabr.-S.11.