“Mədəniyyətşünaslıq sahəsində maraqlı kitablara ehtiyac var

 

Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının baş müəllimi Vüsalə Məmmədovadır:   - Mən auditoriyaya daxil olduqda ilk olaraq onu çatdırmaq istəyirəm ki, hər bir vətəndaş öz ölkəsinin mədəniyyətini bilməlidir. Çünki ölkədən kənara çıxdıqda öz xalqının tarixi, adət-ənənələri, onun mədəniyyəti haqqında məlumat verməlisən. Azərbaycan mədəniyyəti doğrudan da çox zəngindir. Məsələn, biz Misir mədəniyyətini tədris edirik görünür ki, heç bizim mədəniyyətimiz onlardan geri qalmır. Bunları öyrənmək Azərbaycan Turizm İnstitutunda (ATİ) təhsil alan tələbələr üçün çox vacibdir. Mən tələbələrə bildirirəm ki, gələcəkdə hər hansı turizm obyektində çalışanda turistləri cəlb etməlisiniz. Bunun üçün gözəl tematik gecələr keçirməlisiniz, maraqlı muğam gecələri təşkil etməlisiniz. Onlarda folklorumuza, tarixi abidələrimizə elə maraq oyatmalısınız ki, artıq turist öz vətəninə gözəl təəssüratla qayıtsın. O da öz vətənində Azərbaycan mədəniyyətini elə gözəl təbliğ etməlidir ki, maraqlar ikiqat artmalıdır. Bu təbliğat tələbələrimizin əlindədir. Mənim fikrimcə, mədəniyyətin inteqrasiya olunmasında ATİ-nin tələbələrinin çox böyük rolu olacaq. Ona görə biz çalışırıq ki, onlara Azərbaycan mədəniyyətini dərindən yiyələndirək. Burada yalnız Azərbaycan deyil, dünya mədəniyyətini tədris edirik. Çünki tələbələrimiz dünya mədəniyyətinə dərindən yiyələnməlidir. Ümumiyyətlə, ATİ- istər dünya, istər Azərbaycan mədəniyyətinin tədrisi çox vacibdir. Çalışırıq ki, tələbələr maksimum biliklər əldə etsinlər ki, gələcəkdə savadlı bir kadr kimi yetişsinlər. Mədəniyyətimizin inkişafı istiqamətində atılan addımlardan biri ölkədə məhz bu istiqamətdə dövlət tərəfindən maliyyələşdirilən yeni kitabların nəşridir. Ancaq istərdim ki, kulturologiya, mədəniyyətşünaslıq sahəsində alimlərimiz maraqlı kitablar hazırlasınlar. Tərcümə lazımdır. Rus qruplarında dərsliklərlə bağlı problem yoxdur, amma Azərbaycan bölməsində əksinədir. Bu istiqamətdə gərək daha zəngin kitablar olsun. Məsələn, tərcümə zamanı türbə ilə məbədi dəyişik salırlar. Alimlərimiz bunun üzərində işləsələr, yaxşı olardı. - Bu gün Azərbaycan mədəniyyətinin tədris olunduğu ali təhsil  ocaqlarından biri olan ATİ- daha çox hansı fərqli amillərə üstünlük verilir?    - Bəzi amillərə görə ATİ unikal bir li təhsil ocağıdır. Burada təhsil almaq asan deyil, tələbələrə hansısa güzəştlər yoxdur. Tələbələrdən ancaq oxumaq tələb edirik. Məsələn, dünya mədəniyyətinin tədrisində slaydlardan, videogörüntülərdən istifadə edirik. Həmçinin seminarlar zamanı uşaqlara tapşırıqlar veririk tələbələr slaydlar əsasında bizə çatdırırlar. Bundan başqa bizim institutda iki diplom verilir. Avstriyanın Krems Universitetinin diplomunu alırlar. Bunun özü bir mədəniyyətdir ki, bizdə tələbələrin bir neçə xarici dildə öyrənməsinə şərait yaradılıb. Məsələn, bizdə elə tələbələr var ki, instituta daxil olduqda xarici dil olaraq ancaq ingilis dilini bilirsə, artıq ali məktəbi bitirdikdə diplom alarkən əlavə bir neçə dili mənimsəmiş olur, alman, fransız, hətta ərəb dilini öyrənən tələbələrimiz var. Onu da qeyd edim ki, Azərbaycan mədəniyyəti haqqında slaydları üç dildə hazırlayıb təqdim edirlər. Son kurslarda tələbələrimiz praktikaya gedirlər. Məsələn, diyarşünaslıq muzeyşünaslıq qrupları var. Biz onları muzeylərə göndəririk ən azı 8 həftəlik orada praktika keçirlər. Onlar oradan xoş təəssüratla qayıdırlar. Tələbələr əsasən İncəsənət, Milli Tarix, İstiqlal, C.Cabbarlı adına Teatr muzeylərində olurlar. Onlar gəldikdən sonra təqdimat zamanı həmin muzeyin mənfi müsbət cəhətlərini izah edirlər. Beləliklə, artıq onlar irad təkliflərini bildirirlər. Biz sonra bu fikirləri muzey rəhbərlərinə çatdırırıq. Bizim tələbələrin əksəriyyəti həm Yunanıstanda təhsil alırlar. Onların xarici ölkələrdə olması dünyagörüşlərinin artmasında mühüm rol oynayır. Məsələn, tələbələrimiz bu gün dünyanın Luvr, Drezden kimi məşhur muzeylərində olurlar. Onlar istəyir ki, Azərbaycanda da muzeylər bu səviyyədə olsun. Ölkə başçısı tərəfindən davamlı olaraq bu istiqamətdə addımlar atılır. ATİ- kulturologiya fənni muzeyşünaslıq, diyarşünaslıq ixtisası alan tələbələr üçün üç semestr keçilir. Birinci olaraq nəzəriyyəni keçirik ki, mütləq yaxından tanışlıq olmalıdır. Sonra isə ikinci semestrdə ibtidai icma dövründən intibah dövrünə qədər dünya mədəniyyətini tədris edirik. Üçüncü semestrdə artıq intibahdan bu yana müasir dövrə qədər olan dünya mədəniyyətini mən 10 dərs mütləq qədim dövrdən müasir dövrə qədər Azərbaycan mədəniyyətini tədris edirəm. XX əsr Azərbaycan mədəniyyəti sırf  Heydər Əliyevin birinci hakimiyyəti dövründən müasir dövrə qədər apardığı işlərdir, böyük bir yoldur. Azərbaycan mədəniyyəti ilə bağlı tələbələr maksimum biliyə yiyələnməlidirlər. Çünki Azərbaycan mədəniyyətini dərindən bilməyən tələbə xaricdən gələn turistə, xaricdə ölkəmizlə bağlı heç nəyi təbliğ edə bilməz.             - Muzeylərdən başqa əyani şəkildə abidələrə ekskursiya təşkil olunurmu?   - Bu yaxınlarda tələbələrlə birlikdə Qobustanda olduq. Tələbələr bu abidəni yaxından izləmək imkanı əldə etdilər. Mezolit dövrü ilə bağlı orada canlı olaraq tələbələrə danışdıqda onlar bunu daha da maraqla qarşılayırlar. Onlar deyir ki, heç orta məktəbdə bu mövzunun tədrisi belə təsir bağışlamamışdı. Daşlar üzərindəki yazıları izah etdikdə onlar bunu əyani şəkildə görürlər, doğrudan da Azərbaycan mədəniyyətinin çox fərqli olduğunun şahidi olurlar. Onu da qeyd edim ki, burada yaradılan şərait göz oxşayır. Qobustanda dövlət tərəfindən səliqəli, turistlər üçün əlverişli şərait təşkil olunub. Bundan başqa oktyabr ayında ölkə başçısının iştirakı iləQalaarxeoloji etnoqrafik muzey kompleksinin açılış mərasimi keçirildi. H.Əliyev Fondunun prezidenti M.Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edəcək. Qoruqda 156 hektar sahəni əhatə edən ərazidə eramızdan əvvəl III minillikdən XX əsrə qədər olan dövrə aid  kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam var. Artıq bunlar dövlətin dəstəyilə arxeoloji qazıntılar nəticəsində aşkar olundu. Hazırda bu abidələr dövlət tərəfindən qorunur xaricdən gələn turistlər üçün çox maraqla qarşılanacaq bir yerdir. ATİ- turizm otelçiliyin təşkili ixtisası var. Tələbələr gedib otellərdə olurlar, otelçilik işi ilə yaxından tanış olurlar. Bunun özü bir mədəniyyətdir ki, bu gün ölkəmizdə otelçilik inkişaf edir. Heydər Əliyevin birinci hakimiyyəti dövründə onun bir məqsədi bizim tarixi-mədəni abidələrimizi qorumaq idi. Möminəxatun Türbəsi”ndən başlayaraq bir çox məqbərələrimiz, məscidlərimiz vardı ki, ilk olaraq ulu öndər onların bərpası üçün vəsait ayırdı. İndi Heydər Əliyevin qoyduğu bu sistem davam edir. O zamanAbşeron”, “Bakı”, “Qarabağmehmanxanaları məhz ulu öndərin rəhbərliyi dövründə açılmışdı. Müasir dövrdə Prezident İlham Əliyev tərəfindən daha gözəl, Avropa standartlarına uyğun otellər açılır. Biz çox istədik ki, xariçi ölkələrdən çoxsaylı turistlər qəbul edək. Dövlətimizin mədəniyyət siyasəti var. Azərbaycanın zəngin irsi, mədəniyyətini təbliğ etmək istəyirik. Bu istiqamətdə də çox işlər görülür. 

 

Nigar

Palitra.-2011.-7 dekabr.-S.6.