“Hesab edirəm ki, kütləvi maarifləndirmənin əsas
mənbələrindən biri də məktəbdir”
Cəmiyyətin hüquqi mədəniyyətinin yüksəldilməsində,
hüquqi biliklərin əhatəli şəkildə
cəmiyyət tərəfindən mənimsənilməsində
maarifləndirmə işinin səmərəli
təşkil edilməsi mühüm rol oynayır. Layihə çərçivəsində
bu mövzuda bizə
fikirlərini bildirən Konstitusiya
Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev
də eyni cür düşünür:
-
Hüquq və azadlıqlar o zaman səmərəli tətbiq
olunur ki, bununla bağlı geniş kulturoloji maarifləndirmə
olsun. Kütləvi maarifçilik geniş səpgidə və mütəmadi
aparılmalıdır. Vətəndaşlarımız
və yaxud bu ölkədə
yaşayan hər kəs öz
hüquq və azadlıqları haqda geniş məlumatlara
malik olmalıdır. Çünki
hüquq və azadlıqların tətbiqi
prosesi bu barədə
müəyyən məlumatlara malik
olmağı zəruri edir. Azərbaycan
Konstitusiyasında çox böyük
və çeşidli şəkildə hüquq və azadlıqları nəzərdə
tutan xüsusi bölmə
əksini tapıb. Vətəndaşlarımız
həm də onu bilməlidir ki, dövlət və hakimiyyət formaları
necə fomalaşdırılır, dövlət hakimiyyəti
orqanlarında necə iştirak etmək olar, bu
iştirakçılığın səviyyəsi, mərhələləri
necə ola bilər və sair.
Bu cür məsələlərlə
bağlı məlumatlılıq mühümdür.
Məhkəmə hakimiyyəti, parlamentin
necə formalaşdığı barədə məlumatlanma da olduqca vacibdir.
Parlamentin və icra
hakimiyyətinin, eləcə də məhkəmənin səlahiyyətləri
barəsində də ciddi məlumatlanma ümumi işin xeyrinədir.
Məhkəmə və ümumilikdə qanunvericilik
sisteminin mahiyyəti, qanunvericiliyin
hansı əsaslara söykənməsi barədə ictimai-kulturoloji maarifləndirmələr çox faydalıdır. Hüququn
ədalətliliyə söykənməsi və bərabərhüquqluluğun
təmin edilıməsi mexanizmləri barədə vətəndaşlarımız
geniş məlumatlara malik
olmalıdır. Eyni zamanda
bu sahədə maarifləndirmədə konkret məqamlara da diqqət
yetirmək lazımdır. Məsələn, vətəndaş
hüquqları pozularkən və yaxud vətəndaş
həbs edilərkən onun hansı hüquqlara malik olması,
bu hüquqların necə həyata
keçirilməsi ilə bağlı maarifləndirmə barəsində
bunu bildirmək olar.
Ümumiyyətlə, hüquqi maarifçiliyin səviyyəsini qiymətləndirmək
üçün
ilk növbədə vətəndaş
hüquq və azadlıqlarının necə
qorunduğuna diqqət yönəltmək
lazımdır. Məhkəmələr tərəfindən qəbul
edilən qərarların keyfiyyətinin nədən ibarət
olması barədə də məlumatlandırma lazım gəlir.
Hüquq pozuntusu aşkar olunduqda vətəndaşlar
bu cür məqamlarla
bağlı ətraflı məlumatlı olmalıdır. Amma bir çox
hallarda vətəndaşlar bu məsələdə məlumatsızlıqdan
əziyyət çəkirlər. Hüquqi
mədəniyyətin bəzən aşağı
olmasının bir göstəricisi də
ondan ibarətdir ki, bütün hallarda vətəndaş
çalışır ki, bütün
müraciətləri Prezidentə yönəltsin. Yaxud Milli Məclisə və
digər həmin məsələ ilə
bağlılığı olmayan orqana müraciətlər edirlər. Halbuki pozulmuş hüququn bərpası ilə bağlı müvafiq orqanlara
müraciət edilməlidir. Məhkəmələrə
müraciət etməklə bağlı məsələlərdə
vətəndaşlarımız çətinlik çəkirlər.
Ona görə ki, məhkəmələrin
fəaliyyəti və hətta mahiyyəti ilə bağlı
bir çoxlarında ətraflı məlumatlar
yoxdur. Yaxud məhkəmənin
hansı qərarlar qəbul edəcəyi məsələləri
bir çoxlarına qaranlıqdır.
Bütövlükdə bu məsələlər
barədə xəbərdar olmama müxtəlif
orqanlara çoxsaylı məktubların,
müraciətlərin daxil olmasına səbəb
olur. Bu müraciətlər
isə çox hallarda
həmin orqanların səlahiyyətlərinə aid olmadığı üçün
baxılmır. Yaxud vətəndaşların
hüququ pozulanda vəkilə
müraciətlə əlaqədar çox
tərəddüdlər olur. Məsələn,
Penitensiar Xidmətdə olarkən bizə
məhbuslar müraciət edir və iddia edir ki,
onlara qarşı ədalətsiz qərar
qəbul ediblər. Amma mən ondan soruşsam ki, “istintaq sənin barəndə
araşdırma aparıb, bu zaman sənin hansısa vəkilin olub?”, o cavab
verir: “Yox, mən vəkili
neyniyirəm ki... ”. Vəkildən imtina edirlər. Sanki məhkumlarınm
çoxu üçün
vəkillik institutu mövcud
deyil. Bu o deməkdir ki, onların
vəkillik institutu ilə bağlı əslində
heç bir məlumatları
yoxdur. Belə hallarda hüquqi yardımla bağlı məsələlərdə
hər şeydən əvvəl vəkilə müraciət
etmək lazımdır. Digər bir məsələ
bununla bağlıdır ki,
bütövlükdə bu prosesi
kimlər həyata keçirməlidir. Bu
kütləvi hüquqi maariflənmə məsələsi
vacib məsələlərdən biri kimi ictimai
nəzarətə götürülməlidir. Çünki
bu, cəmiyyətin kütləvi tərbiyə
edilməsi ilə bağlı bir məsələdir.
Dövlət də bu məsələyə
diqqəti artırmalıdır. Biliklərin əldə edilməsi
ilə bağlı vərdişlərin gücləndirilməsi
çox önəmli məsələdir
və bununla bağlı mexanizmi
daha da təkmilləşdirmək
lazımdır. Bu sırada ən vacib olan komponentlərdən
biri hüquqi biliklərlə
bağlıdır. Hüquqi biliksizlik halları kütləvi maarifləndirmə
ilə aradan qaldırıla bilər.
- Təhsil prosesində bu məqama yetərincə diqqət yetirilirmi? Bu barədə hansı fikirləriniz var?
-
Orta məktəblərdə hüquqa aid fənn tədris
edilir. Amma bu fənnin
tədris edilməsi kimə tapşırılır? Bu ixtisasdan tamamilə kənar olan insanlar həmin fənni tədris edirlər. Bu fənlər
heç kütləvi
şəkildə də
keçirilmir. Ona görə
də həmin fənnin aid olduğu istiqamət barədə vətəndaşlar hələ
orta məktəb dövründən məlumatsız
qalırlar. Dövlətin hansı konstitusion əsaslarının olduğu,
hansı hüquqi institutların fəaliyyət
göstərdiyi və
sair məsələlər
orta məktəblərdə
yaxşı tədris
edilməlidir. Mən hesab
edirəm ki, kütləvi maarifləndirmənin
əsas mənbələrindən
biri də məktəbdir. Yəni yeni
nəslin yetişməsi,
onların kulturoloji, hüquqi biliklərə mükəmməl yiyələnməsi
üçün məktəb
daha səmərəli
və keyfiyyətli tədris aparmalıdır.
Daha sonra isə əlbəttə ki, ali təhsil müəssisələrinin
bu sahə ilə bağlı yeri və rolu
üzərində dayanmağa
ehtiyac var. Ali məktəblərdə
də hüquqi maarifləndirmə ilə
bağlı məsələlərə
ciddi yanaşılmalı,
bu fənlərin tədrisinə peşəkarlar
cəlb edilməlidir.
Ümumiyyətlə, kütləvi hüquqi
maarifləndirmə ilə
bağlı məsləhət
mərkəzləri fəaliyyət
göstərməlidir. Bu hüquqi məsləhət
mərkəzləri məsləhətlərində
vətəndaşlara pulsuz,
ödənişsiz hüquqi
yardımı təmin
etməlidirlər. Bu, dövlət orqanlarının
da fəaliyyətinə
aid olan məsələdir.
- Vətəndaş
cəmiyyəti institutlarının
bu prosesdə iştirakına necə yanaşırsınız?
- Əlbəttə, vətəndaş
cəmiyyəti institutları
da bu prosesdə
yaxından iştirak etməlidir. Yaxud da dövlət
orqanları bir çox hallarda hüquqi maarifləndirmə
ilə bağlı funksiyaları vətəndaş
cəmiyyəti institutlarına
həvalə etsələr,
bu daha səmərəlidir.
Bu, hüquqi maarifləndirmə
strukturlarının yerlərdə
yaradılmasına gətirib
çıxara bilər.
Bu zaman həmin
strukturların saxlanması
ilə bağlı əlavə xərclər
xeyli azalmış olacaq. Bununla isə dövlət
əlavə yükdən
azad olacaq. Eyni zamanda vətəndaş cəmiyyəti institutları
arasında təmasların
daha səmimi formada həyata keçirilməsi mümkün
olacaq. Hüquqi maarifləndirmə məsələləri ilə
bağlı daha geniş informasiya mənbələri formalaşacaq
və onlara vətəndaşların çıxışı
daha da asanlaşacaq.
Bu, eyni zamanda
sözügedən sahədə
mövcud olan problemlərin müəyyən
edilməsi və aradan qaldırılmasına
təkan vermiş olacaq.
İlkin AĞAYEV
Palitra.-2011.-7 dekabr.-S.7.