Vəzifələrini yüksək səviyyədə
həyata keçirən 28 nəzarətçi fəxri fərmanla
təltif edildi
Dünən 2011-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında öz vəzifələrini yüksək səviyyədə həyata keçirən nəzarətçi müəllimlərin təltif olunması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirdi ki, bu il qəbul imtahanlarında bütövlükdə 5042 nəfər nəzarətçi iştirak edib: “Bu prosesdə iştirak etmiş nəzarətçilərin fəaliyyəti ciddi şəkildə araşdırılıb. Bu zaman çoxsaylı meyarlar nəzərə alınıb. TQDK-nın nəzarətçilər bazasında 44 bölgədən 7500-dən artıq nəzarətçi müəllimin adı var. Bu müəllimlərin hamısı müvafiq treninqlərdən keçiblər. Onlar imtahanda ictimaiyyəti təmsil edirlər. Belə demək mümkünsə, imtahanları TQDK əməkdaşları yox, ictimaiyyətin nümayəndələri idarə edirlər”. TQDK sədri nümunəvi fəaliyyətinə görə, 636 nəzarətçiyə təşəkkül elan etdi, 28 müəllimi fəxri fərmanlarla təltif etdi: “İndiyə qədər TQDK tərəfindən qəbul imtahanlarında nümunəvi fəaliyyət göstərən 170 nəfər təltif edilib. Həmin müəllimlərin pedaqoji fəaliyyətlərinin qiymətləndirilməsində bu amilin nəzərə alınması xahişi ilə Təhsil Nazirliyinə, müvafiq təhsil şöbələrinə və orta məktəblərə məktublar ünvanlanıb”.
Qəbul imtahanlarında 1476 nəfər
600-dən yuxarı bal toplayıb
M.Abbaszadə dedi ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 103 min 185 abituriyent iştirak edib: “Onların 1476 nəfəri yüksək nəticə göstərərək, 600-dən yuxarı bal toplayıb”.O qeyd etdi ki, 600-dən yuxarı bal toplayan gənclərdən 957 nəfəri şəhər, 519 nəfəri rayon və kənd məktəblərinin məzunlarıdır: “600-dən yuxarı bal toplayanlar arasında mülki ali məktəblərlə yanaşı, xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olanlar da var. Onların sayı 15 nəfərdir. Yüksək nəticə göstərənlər I qrupda 331, II qrupda 364, III qrupda 323, IV qrupda isə 458 nəfər təşkil edib. Qəbul imtahanlarında 4 nəfər maksimal nəticə - 700 bal toplayıb. Onların hamısı 1-ci qrupun abituriyentləridir. Bu qəbul imtahanlarında ən yüksək nəticə göstərən 102 gəncə ölkə Prezidentinin sərəncamı ilə təqaüd təyin edilib”.
“Özəl ali məktəblərdə
kifayət qədər boş plan yerləri var”
TQDK
sədri bildirdi ki, bu il də, bundan sonrakı illərdə də
ali məktəblərə keçirilən qəbul
imtahanlarında əsas müsabiqə dövlət
sifarişli yerlər üzrə olacaq: “Azərbaycanda bu il
boş qalan kifayət qədər ödənişli yerlər
var. Gələn il də
həmin yerlərin boş qalacağı
gözlənilir. Özəl ali məktəblərdə
kifayət qədər plan yerləri var ki, öz
tələbələrini tapmırlar. İnsanlar
o ali məktəbdə
oxumaq istəmirlər. İnsanlar
ali məktəbin dövlət sifarişli yerlərinə qəbul
olunmayıblarsa, orta ixtisas
məktəblərində oxumağa daha çox üstünlük verirlər”.TQDK
sədri onu da bildirdi ki, orta
məktəblərdə 455 nəfərin saxta
diplomla işə götürülməsi
çox təəccüblüdür: “Çünki diplomları verən və təsdiqləyən,
bir sözlə buna cavabdeh olan təşkilat
elə Təhsil Nazirliyidir”. M.Abbaszadə
qeyd etdi ki, TQDK yalnız ali məktəblərə
qəbul aparır: “TQDK-nın nəzdindəki tələbə-məzun
bazası 2 ildir ki,
müxtəlif təşkilatlar üçün
açıqdır. Ali məktəblərə
qəbul olan və bitirən şəxslərlə
bağlı məlumatları buradan əldə
etmək olar”.O dedi ki, qəbul imtahanlarında iştirak
edən nəzarətçi müəllimlər arasında saxta diplomlular yoxdur: “Nəzarət bazasına hər bir müəllim haqqında məlumat daxil olanda, onun
sənədləri ciddi yoxlanılır.
Qəbul imtahanlarında 1990-cı illərə qədər ali məktəbi bitirən şəxslər iştirak edirlər. Çox
gənc müəllimləri nəzarətçi kimi qəbul etmirik. Belə
olan halda onlar demək olar ki, yaşıdlarının arasına
düşürlər. Bu isə pedaqoji nöqteyi-nəzərdən düzgün deyil”.
“Orta məktəblərdə
keçirilən mərkəzləşmiş imtahanlar
ümidləri doğrultmadı”
M.Abbaszadə
orta məktəblərdə mərkəzləşdirilmiş
imtahanlar barəsində də fikirlərini bildirdi: “Orta məktəblərdə
keçirilən mərkəzləşmiş imtahanlarla əlaqədar
ümidlərim puç olub”. TQDK
sədri bildirdi ki, attestat qiymətlərinə uyğun
olaraq qəbul qaydalarını dəyişmək
hələlik mümkün deyil: “Biz bunu
çox istərdik. Çox
təəssüf ki, mərkəzləşmiş
imtahanlarla əlaqədar ümidlər özünü doğrultmayıb”.M. Abbaszadə
dedi ki, bu il keçirilən qəbul
imtahanlarında məzunların imtahan
göstəriciləri ilə attestat
ballarının bir-birinə uyğunluğunu
əks etdirən “Abituriyent”
jurnalının 12-ci buraxılışı yaxın vaxtlarda hazır olacaq: “Bu il keçirilən qəbul
imtahanlarının bütün statistik göstəriciləri orada
əks olunacaq. TQDK bununla
əlaqədar xüsusi konfrans
keçirməyi də nəzərdə tutur”.
TQDK
ali məktəblərə yeni qəbul modeli ilə
bağlı təkliflər hazırlayır “Azərbaycanda 2014-cü ildən
ali məktəblərə qəbul yeni model əsasında
keçiriləcək. Lakin hələlik
bu modelin ilkin detalları açıqlanmır”. Bunu da M.Abbaszadə dedi. O bildirdi ki, hazırda yeni modellə
bağlı TQDK təkliflərini hazırlayır: ““2011-2021
illərdə Azərbaycan təhsilinin inkişafı üzrə
milli strategiya” hələlik
Prezident yanında Təhsil Komissiyası tərəfindən
müzakirə edilməyib. Biz istəyirik
ki, bu strategiya
müzakirə edilərək qəbul edilsin.
Yeni qəbul modelində nəzərdə
tutulanlar Strategiyadakı müddəalarla
uzlaşmalıdır”. TQDK sədri dedi ki, strategiya
Təhsil Komissiyası tərəfindən müzakirə ediləndə
TQDK da yeni qəbul modelini açıqlayacaq və bundan sonra ictimaiyyətə
açıqlama veriləcək.M.Abbaszadə onu
da bildirdi ki, gələn il
magistraturanın qabiliyyət tələb edən
ixitisaslarına qəbul aparılmaması Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)
asılı olan məsələ deyil: “Nazirlər Kabineti
yaxın 4 il üçün
dövlət sifarişli yerlərin planını
TQDK-ya tədim edib. Bu siyahıda qabiliyyət tələb edən ixtisaslar üzrə magistratura
yerləri yoxdur. Magistratura
yalnız elmlə məşğul olan insanlar hazırlamaq üçün
nəzərdə tutulub”. TQDK sədri dedi ki, hazırda bu qərarla əlaqədar müvafiq
işlər aparılır. Gələn ilin
əvvəlində magistraturaya
keçiriləcək qəbul imtahanları ilə əlaqədar
gözlənilən dəyişikliklər elan
olunacaq və bununla
bağlı məlumat kitabçaları dərc ediləcək:
”Biz ali məktəbi
bitirən insanların bu sahə üzrə
kifayət qədər bilik
topladığına əmin olsaydıq və onların diplomda olan qiymətlərini
əsas götürə bilsəydik, magistraturaya
imtrahanlar bir mərhələ
ilə keçirilə bilərdi. Biz
onların informatika, məntiqi təfəkkür,
xarici dili üzrə
diplomlarının qiymətlərini əsas götürüb
seçim apara bilərdik.
Təəssüflər olsun ki, magistraturaya II mərhələnin
imtahanlarını keçirməyi daha çox ali məktəblər
tələb edirlər. Onlar tələb
edirlər ki, biz II mərhələdə
uşaqların bilavasitə o ixtisasa aid olan
biliklərinin olub-olmamasını hansısa yolla
yoxlayaq”
İlkin
Palitra.-2011.-7 dekabr.-S.11.