Ticarət və iqtisadi
əməkdaşlıq üzrə Azərbaycan-İsveçrə
protokolu imzalandı
Azərbaycan hökuməti tərəfindən
iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrlik etdiyi komissiyaya Xarici İşlər,
Maliyyə, Ədliyyə, Vergilər nazirlikləri, Mərkəzi
Bank, “Meliorasiya və Su Təsərrüfatı” ASC, “Azərsu” ASC-nin, Azərbaycanın İsveçrədəki
səfirliyinin yüksək vəzifəli rəsmiləri daxil idi.
İsveçrə İqtisadi Məsələlər
üzrə Dövlət Katibliyinin (State Secretariat for Economic Affairs
- SECO) İdarə Heyətinin üzvü,
səfir Erik Martinin rəhbərlik
etdiyi komissiyada isə
müvafiq dövlət qurumlarının
nümayəndələri təmsil olunurdu.
İqtisadi inkişaf naziri Ş.Mustafayev tədbirdə Avropanın inkişaf etmiş ölkələrindən olan İsveçrə ilə Azərbaycanın əlaqələrinin uğurla inkişaf etdiyini diqqətə çatdırdı: “İki ölkə arasında ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 39 faiz artıb. Bununla belə, iki ölkə arasında ticarət dövriyyəsinin daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Bunun üçün biznes-forum, sərgilər və digər tədbirlərin keçirilməsi məqsədəuyğundur.İsveçrə şirkətləri tərəfindən 1995-2010-cu illərdə Azərbaycanın qeyri-neft sektoruna 61 mln. dollar həcmində investisiya yatırılıb. Bu sahədə İsveçrənin “Holcim” şirkətinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu şirkət Azərbaycan İnvestisiya Şirkəti ilə birgə Qaradağ Sement Zavodunda ümumi dəyəri 300 mln. avro olan yeni sobanın inşası layihəsini həyata keçirir. Sobanın 2012-ci ilin may ayında istismara verilməsi gözlənilir”.İqtisadi inkişaf naziri onu da vurğuladı ki, iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də SECO ilə əməkdaşlıqdır: “SECO regional layihələr də daxil olmaqla Azərbaycanda bu günə kimi 25 layihə həyata keçirib, 12 layihənin icrası isə davam etdirilir”.SECO İdarə Heyətinin üzvü, səfir Erik Martin İsveçrənin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu vurğuladı. O, İsveçrə iqtisadiyyatının mövcud vəziyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verdi. Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsinin həcmi 2010-cu ildə 1 mln. İsveçrə frankı (900 mln. avro) təşkil edib.E.Martin onu da diqqətə çatdırdı ki, Azərbaycandan İsveçrəyə əsasən enerji sektoru məhsulları, İsveçrədən Azərbaycana isə müxtəlif avadanlıqlar və qabaqcıl texnologiyalar göndərilib. Qonaq onu da vurğuladı ki, Azərbaycanda enerji effektivliyinin artırılması üçün Azərbaycan mütəxəssisləri İsveçrəyə səfər edərək, təcrübə mübadiləsi keçəcəklər. İsveçrənin TAP layihəsinə maraq göstərdiyini deyən E.Martin Albaniyanın da layihədə iştirak etməyə razılıq verdiyini qeyd etdi.Sonda iki ölkə arasında hökumətlərarası komissiyanın 5-ci iclasının yekunlarına dair protokol imzalandı. Sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Ş.Mustafayev və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İdarə Heyətinin üzvü, səfir E.Martin imzaladılar. Protokolda sənaye və energetika, ticarət, investisiya qoyuluşu, kənd təsərrüfatı, bank işi və maliyyə, mədəniyyət, turizm və digər sahələrdə iki ölkənin əməkdaşlığının genişləndirilməsi niyyəti əksini tapıb.
İlkin
Palitra.-2011.-9 dekabr.- S.11.