Bərdənin mədəni həyatı çox zəngindir

Layihə çərçivəsində müsahibimiz Bərdə Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Soltan Həsənovdur: 

 

- Bərdə Rayon Mədəniyyət Turizm Şöbəsinin tabeliyində 1 rayon Mədəniyyət Evi, min yerlik şəhər Mədəniyyət Sarayı, 5 şəhər klubu, 33 kənd Mədəniyyət Evi, 72 kənd klubu, mədəniyyət istirahət parkı, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, rayon Kino Birliyi, Mərkəzi Rayon Kitabxanası, Uşaq Kitabxanası, 55 kitabxana filialı, 7 uşaq musiqi, incəsənət rəssamlıq məktəbi fəaliyyət göstərir. Bərdə Rayon Mədəniyyət Turizm Şöbəsi il ərzində müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirir. Mədəniyyət Turizm Şöbəsi rayonun mədəniyyət müəssisələrində, istirahət guşələrində təmir-bərpa, quruculuq abadlıq işlərini diqqətdə saxlayır.Rayon Mədəniyyət Turizm Şöbəsi üzrə bir sıra əsaslı cari təmir işləri  aparılıb. Rayon Mədəniyyət Evində, Uşaq Kitabxanasında təmir işləri görülüb. Mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti xeyli yaxşılaşdırılıb. Rayon Mədəniyyət Evinin köhnə inventar avadanlıqları yeniləri ilə əvəz edilib. Uşaq musiqi məktəbləri, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, Rəsm Qalereyası başqa mədəniyyət müəssisələri inventar avadanlıqlarla təchiz olunub. Klub tipli mədəniyyət müəssisələrində xalq yaradıcılığı, özfəaliyyət işinin vəziyyəti xeyli yaxşılaşdırılıb. Rayon Mədəniyyət Evində 2 xalq kollektivi fəaliyyət göstərir. "Qarabağ" ansamblının 15 nəfər, xalq teatrının isə 10 nəfər üzvü var. 221 mədəniyyət özfəaliyyət kollektivi, 12 maraq klubu, 1 texniki yaradıcılıq həvəskar birliyi fəaliyyətdədir. Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş "Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması hüquqlarının qorunması haqqında" Dövlət Proqramının icrası ilə əlaqədar rayonda Mədəniyyət Turizm Şöbəsi xətti ilə bir sıra işlər görülüb. Eləcə istedadlı yeniyetmələrin gənclərin sosial, iqtisadi s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərinin inkişaf etdirilməsinə kömək edən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində mədəni-kütləvi tədbirlər hazırlanıb həyata keçirilib.

- Hansı tədbirlər həyata keçirilir?

- Mədəniyyət və Turizm Şöbəsi hər il olduğu kimi, bu il də rayonun ictimai, mədəni həyatında iz qoyan çoxsaylı tədbirlər hazırlayaraq reallaşdırıb və tədbirlərimiz davam edir. İlin əvvəlində Yeni il münasibətilə "Yeni ilə yeni arzularla" və başqa mövzularda şənliklər, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "Ömrün şəhidlik zirvəsində", "Azadlığa gedən yol" adlı ədəbi-bədii anım kompozisiyaları, "N" saylı hərbi hissədə əsgər və zabitlər qarşısında "Öncə Vətən" və "Vətən müqəddəsdir" adlı xüsusi proqramlarla çıxışlar təşkil edilib. Fevral ayında Gənclər Günü, Beynəlxalq Ana Dili Günü və Xocalı soyqırımının ildönümü münasibətilə ümumrayon tədbirləri keçirilib. Mədəniyyət işçilərimiz, klub və dərnəklərə cəlb olunan həvəskarlarımız istər 8 Mart Beynəlxalq Qadınlar, istər 10 mart Milli Teatr günlərində, xüsusilə də Novruz bayramı günlərində öz istedadlarını bir daha nümayiş etdiriblər. Həmin günlər "Qarabağ" ansamblı və xalq teatrının üzvləri daha çox fəallıq göstəriblər. 31 mart azərbaycanlıların soyqırımı günü də məruzə və söhbətlərdə, digər tədbirlərdə yad edilib. Baxımsız uşaqlarla bağlı «Uşaqlara qayğı gərək», «Baxımsız uşaqlara doğma münasibət», «Kimsəsiz uşaqlara qayğı borcumuzdur» mövzularında ədəbi-bədi kompozisiyalar təşkil etmişik. May ayında alman faşizmi üzərində qələbənin növbəti ildönümü münasibətilə təşkil olunan veteranlarla görüşdə Prezident təqaüdçüsü Pərvaz İbrahimlinin konserti, 10 mayda ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan ədəbi-bədii kompozisiya, 15 may  Beynəlxalq Ailə Günü münasibətilə keçirilən dəyirmi masa yaddaqalan tədbirlərdən olub. Zəngin tarixi keçmişə, 3000 illik yaşa malik Bərdədə Beynəlxalq Muzeylər Günü hər il maraqlı tədbirlərlə qeyd olunur. “Əsrlərin yadigarı” adlı dəyirmi masa da bu qəbildəndir. Mayın 25-də keçirilən “Kitab bayramı”nda “Qarabağ” ansamblının çıxışı, 28 may Respublika Günü münasibətilə təşkil olunan ədəbi-bədii kompozisiya, eləcə də 1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə keçirilən musiqili tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb. 15 iyun Milli Qurtuluş Günü münasibətilə “Millətinlə baş-başa, Azərbaycanım yaşa” adlı tədbirdə, 26 iyun Silahlı Qüvvələr Günü günü münasibətilə Bərdə Rayon Mədəniyyət EvininQarabağ” ansamblının iştirakı ilə “N” saylı hərbi hissədə keçirilən konsertdə, eləcə də 22 iyul Milli Mətbuat Günü ilə bağlı rayon əhalisinin mədəni istirahətinin təşkili məqsədilə keçirilən digər tədbirlərdə “Qarabağ” ansamblı maraqlı repertuarla iştirak edib. Azərbaycan dili milli varlığımızın ifadəsidir. Avqustun 1-də Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar təşkil olunanAna dilim ölən deyil” adlı ədəbi-bədii kompozisiya doğma dilimizə sevginin təcəssümü idi. 2 avqust Milli Kino Günündə “Kino milli sərvətimizdir” adlı sənədli film nümayiş olunub.Mədəni-kütləvi tədbirlər hazırlanarkən vətənin müdafiəsində ayıq-sayıq dayanan vətən oğulları da diqqətdən kənarda qalmır. Avqustun 7-də və 30-da “Qarabağ” ansamblı özünün maraqlı konsert proqramı ilə gənc əsgərlərin görüşündə olub. Rayonumuzda fəaliyyət göstərən uşaq musiqi məktəblərində çoxlu istedadlı uşaq təhsil alır. Onlar muğam müsabiqələrində və musiqi festivallarında iştirak edərək öz istedad və bacarıqlarını göstərirlər. İyunun 1-də Çexiyanın Lidise şəhərində 39-cu ənənəvi Beynəlxalq Uşaq İncəsənət Sərgisinə Azərbaycandan göndərilmiş əsərlər içərisində 21 müəllifin əl işi mükafat qazanıb. Fərəhli haldır ki, onların arasında Bərdə Şəhər 1 saylı İşaq İncəsənət Məktəbinin şagirdi Fərhad Məhərrəmov (12 yaş) qızıl medala layiq görülüb. Rayonumuzun uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin kollektivləri Mingəçevirdə keçirilmiş xor kollektivlərinin respublika müsabiqəsində uğurla çıxış ediblər.Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 126-cı ildönümü Bərdədə xüsusi şəkildə qeyd edilib. Belə ki, musiqi məktəblərində dahi bəstəkara həsr olunan musiqi gecələri, konsertlər, ədəbi-bədii gecələr təşkil edilib, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində dövlət müsəqilliyinin 20 illiyinə həsr edilmiş bir sıra maraqlı tədbirlər keçirilib. Bu tədbirlərdə müstəqilliyin əldə edilməsi, onun daha da möhkəmləndirilməsi və dönməz edilməsi üçün dövlətimizin gördüyü işlər gənclərə geniş şəkildə çatdırılıb. 4 saylı Uşaq İncəsənət Məktəbinin 5 nəfər şagirdi Bakıda keçirilmiş «Müstəqil Azərbaycan» adlı müsabiqə-sərgidə fəal iştirak edib. Həmin şagirdlərdən Baxşəliyev Rauf və Məmmədova Təhminə fəxri diploma layiq görülüblər. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləriin buraxılış sinif şagirdlərinin əksəriyyəti respublikanın müxtəlif ailorta ixtisas məktəblərinə qəbul olunublar.  2 saylı musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Pərvaz İbrahimliElnur İbrahimov Milli Konservatoriyaya daxil olublar. Sevindirici haldır ki, 1 saylı Şəhər İncəsənət Məktəbinin binasının tikilməsi üçün artıq qərar qəbul edilib. Rəsm Qalereyasında, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində bir çox mədəni-kütləvi tədbirlər həyata keçirilib. Tarix-Diyarşünslıq Muzeyində müntəzəm olaraq «açıq qapı» günləri təşkil edilirbunun nəticəsi olaraq geniş əhali kütləvi muzeylə, orada qorunan eksponatlarla yaxından tanış olur.  

 

 

Anar Miriyev 

Palitra.-2011.-13 dekabr.- S.6.