«Şamaxının Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolu olub»

 

Layihə çərçivəsində müsahibimiz Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məleykə Kamilovadır: 

- Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsi özündə Heydər Əliyev Mərkəzini, Tarix-Diyarşünaslıq Muzeyini, M.Ə.Sabirin ev muzeyini, Dövlət Rəsm Qalereyasını, Uşaq Musiqi Məktəbini, Uşaq İncəsənət Məktəbini, “Şirvan” kinoteatrını, rayon Mədəniyyət Evini, 9 kənd mədəniyyət evini, 26 kənd klubunu, Mərkəzi Kitabxananı, 1 uşaq, 3 şəhər, 47 kənd kitabxanasını, Heydər Əliyev parkını və 8 abidə mühafizini birləşdirir. Şöbəmiz əvvəlcədən tərtib edilmiş plan əsasında fəaliyyət göstərir. İşimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq. İlin əvvəlindən başlayaraq müxtəlif mədəni-kütləvi tədbirlərlə rayon əhalisinə mədəni xidmət göstərməyə çalışırıq. İlin əvvəlində Heydər Əliyev parkında, klub müəssisələrində Yeni ilin gəlişi münasibətilə silsilə mədəni-kütləvi tədbirlər keçirilib, rayonun baş yolkasının qurulduğu meydanda rayon Mədəniyyət Evinin, uşaq musiqi və incəsənət məktəblərinin bədii kollektivləri rəngarəng proqramla çıxış ediblər.Bundan sonra “Əsrin ən böyük faciəsi - 20 Yanvarmövzusunda Heydər Əliyev Mərkəzində mədəni-kütləvi tədbir keçirmişik. Eyni zamanda Mərkəzi Kitabxanada sərgi də təşkil olunub. Eləcə də 26 fevral Xocalı soyqırımı ilə əlaqədar “Əsrin faciəsi - Xocalı”, “Xocalı harayı” mövzularında mədəniyyət müəssisələrində ədəbi-bədii kompozisiyalar, ədəbi musiqili gecə keçirilib, dəyirmi masalar təşkil olunub, Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdirilib.Qeyd edim ki, bu ilin ən böyük hadisələrindən biri Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin yaxından köməkliyi ilə Azərbaycan Televiziyasında keçirilən 3-cü muğam müsabiqəsində Şamaxının yetirməsi olan Mirələm Mirələmovun qalibiyyəti olub. Bu bizim üçün çox böyük fəxr mənbəyi oldu. Ümumiyyətlə, ölkədə mədəniyyətin inkişafına çox böyük diqqət ayrılır. Dövlət bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Bu sahədə Heydər Əliyev Fondunun əməyini xüsusi qeyd etmək lazımdır. Fond mədəniyyətimizin qorunması, mədəni dəyərlərimizin təbliğ edilməsi istiqamətində böyük işlər görür. Bir-birinin ardınca Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan mədəni layihələr Azərbaycan mədəniyyətinin inkişafında müstəsna dərəcədə böyük rol oynayır. Muğam müsabiqələrinin keçirilməsi də belə layihələrdəndir. Azərbaycan mədəniyyətinin təbliğində muğamların böyük rolu var. Artıq Azərbaycan muğamı dünyada tanınır. Şamaxı yetirməsinin belə bir müsabiqədə fərqlənməsi isə bizi çox sevindirir.

- Tarixi abidələrin qorunması və bərpası işləri nə yerdədir?

- Şamaxının qədim mədəniyyətinin dirçəldilməsi istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Azərbaycanın görkəmli şairlərindən M.Ə.Sabirin “Yeddigünbəz” qəbirstanlığındakı məqbərəsi əsaslı bərpa olunub, S.Ə.Şirvaninin “Şahxəndan” qəbirstanlığındakı qəbirüstü büstü yenidən qurulub, Nəsiminin adını daşıyan park təmir edilib. Sabir qəsəbəsində böyük şairimizin adına layiq heykəl ucaldılıb, həmin yaşayış ərazisində xeyli abadlıq və yaşıllaşdırma işləri aparılıb. Şəhərin giriş hissəsində Şamaxının tarixi keçmişinə layiq xüsusi layihə əsasında hazırlanmış yeni qala divarlarının tikintisi başa çatmaq üzrədir. Həmin ərazinin yaxınlığında qədim İpək Yolunu xatırladan dəvə karvanının və Qız qalasının maketi hazırlanıb. Qədim Şamaxının abadlaşdırılması, xüsusilə bu zaman keçmiş arxitektura ənənələrindən geniş istifadə olunması bu gün şəhərimizə xüsusi yaraşıq verir. Bu baxımdan bu yaxınlarda ucaldılmış “Koroğlu” meydanını birinci növbədə qeyd etmək olar. Burada milli memarlıq üslubunda əzəmətli qala divarları tikilib, yeni meydan salınıb və orada xalqımızın qəhrəmanlıq rəmzi olan Koroğlunun abidəsi qoyulub. Bundan əlavə B.Mirzəyev küçəsi milli arxitektura ənənələri əsasında yenidən qurulub, orada tamamilə orijinal formada, kitab şəklində Şamaxının səkkiz şairinin büstü qoyulub və məşhur misraları yazılıb. Rayon İcra Hakimiyyətinin xahişi ilə AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları Şirvanşahlar dövlətinin XI-XII əsr abidəsi olanGülüstan” qalasında arxeoloji-tədqiqat işlərini davam etdirirlər.

- Mədəni dəyərlərimizin qorunması istiqamətində hansı işlər həyata keçirilir?

- Mədəni dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi diqqət ayırırıq. Əvvəla, qeyd edim ki, Şamaxının Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolu olub. Bu, əsasən Şamaxının erkən şəhər kimi formalaşması, min ilə yaxın qədim Şirvanşahlar dövlətinin paytaxtı olması, bir sıra xarici ölkələrlə ticarət və mədəniyyət əlaqələri qurması ilə bağlıdır. Bir sıra tarixi mənbələr təsdiqləyir ki, XIX əsrin 50-ci illərində Şamaxıda həvəskar teatr fəaliyyət göstərib. Belə ki, 1858-ci ilin aprelində burada həmin teatrın açılışı olub. Teatrın fəaliyyəti quberniya mərkəzi Şamaxıdan Bakıya köçənə qədər davam edib. Həmçinin Azərbaycanın ilk mətbu orqanlarından biri məhz Şamaxı şəhərində 1876-cı ildə bu torpağın yetişdirməsi olan Səid Ünsizadənin redaktorluğu ilə nəşr olunub. Ümumiyyətlə, burada anadan olmuş arxitektor Qasım bəyin, Hacıbababəyovun, Z.Əhmədbəyovun, səyyah H.Z.Şirvaninin, müğənnilərdən Əbubəkir Şirvaninin, Məbudun, M.Məhəmmədhəsənin, Y.Kələntərlinin, H.Hacıbəyovun, A.M.Şərifzadənin, Ə.Şərifzadənin, A.Gəraybəylinin, Ə.Əzimzadənin başqalarının Azərbaycan mədəniyyətinin incəsənətinin inkişafı sahəsində xüsusi xidmətləri var. Ənənə bu gün davam etdirilir. Qeyd edim ki, rayonda keçirilən müxtəlif mədəni tədbirlərdəŞirvanmilli musiqi alətləri ansamblı, “İncə telləraşıqlar ansamblı uğurla çıxış edirlər. Eyni zamanda həmin tədbirlərdə Şamaxının kulunariya mədəniyyətinə məxsus nümunələr yüksək səviyyədə nümayiş etdirilir. Bundan başqa cari ildə milli musiqi alətləri ifaçılarının 5-ci respublika müsabiqəsi keçirilib. Ucarda keçirilən həmin müsabiqədə Bağırlı kənd Mədəniyyət Evinin üzvü Mirzəyev Pərviz Mirzə oğlu müvəffəqiyyətlə çıxış edərək 3-cü mükafata laureat adına layiq görülüb. Uşaq İncəsənət Məktəbimizin yetirmələri respublika Muzey Mərkəzində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü  münasibətilə keçirilən təsviri tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə uğurla təmsil olunublar. Bu il Uşaq İncəsənət Məktəbinin kollektivi Acərbaycan Dövlət Filarmoniyasında geniş konsert proqramı ilə çıxış edib. “ŞirvanAşıqlar Birliyinin sədri aşıq Ağamurad İsrafilovun rəhbərliyi iləİncə telləraşıqlar ansamblı iyun ayında Mahaçqalada keçirilən Xəzəryanı ölkələrin xalq yaradıcılığı festivalında iştirak edib. “ŞirvanAşıqlar Birliyinin sədri aşıq Ağamurad İsrafilovƏməkdar mədəniyyət işçisi”, milli nəfəs alətlərinin mahir ifaçısı Şirzad Fətəliyev isəƏməkdar artist” fəxri adları ilə təltif ediliblər. İyun-avqust aylarında əhalinin asudə vaxtını səmərəli təşkil etmək üçün hər həftənin 6-cı bazar günləri Heydər Əliyev parkında mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivi rəngarəng proqramla çıxış edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Mərkəzi Kitabxanada, Heydər Əliyev Mərkəzində, muzeylərdə, Rayon Mədəniyyət Evində, Uşaq Musiqi İncəsənət məktəblərində, bir sıra kənd mədəni-maarif müəssisələrində silsilə mədəni-kütləvi tədbirlər keçirilib, sərgilər təşkil olunub. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü maliyyə dəstəyilə Uşaq İncəsənət Məktəbinin yeni binasının inşası davam etdirilir. 

 

Anar Miriyev

Palitra.-2011.-14 dekabr.- S.6.