Raif Kırkul: “Türk dövlətlərinin mediaları 3 dildə- türk, rusingilis dillərində yayımlanmalıdır”

 

Qəzetimizin öncəki saylarında olduğu kimi, bu dəfə də türk toplumlarından birinin media nümayəndəsi ilə müsahibəni təqdim edirik. Nəzərə alsaq ki, medianın inkişafı və onun beynəlxalq əlaqələrinin qurulmasında dövlətimiz özü maraqlıdır, o zaman bu müsahibənin maraq doğuracağını hesab etmək olar. 

Müsahibimlə “Kosovo” xəbər agentliyinin redaktoru Raif Kırkuldir.

- İstərdim öncə özünüzü tanıdasınız, kimsiniz və hansı orqanı təmsil edirsiniz?

- Mən Kosovodanam. Bu ölkəni, daha dəqiq desək, Kosovo türklərini təmsil edirəm. Ölkəmizin 2-3 milyon əhalisi var. Ölkəmizin 90 faiz əhalisi arnautlardan ibarətdir. Digər toplumlardan daha çox olanı serblər və xorvatlardır. Türklər burda 1.5-2% təşkil edirlər. Əslində bizdə rəsmi statistika hələ elan edilmədiyi üçün ölkədə olan azlıqların sayını dəqiq bilmirik. Türk toplumu çox dinamikdiröz adət-ənənələrini yaşadan bir toplumdur. Təhsilə gəldikdə isə burada təhsil türkcə keçirilir, hansı ki, o dillə mən sizinlə danışıram. Əslində bizdə başqa dilvar, amma insanlar artıq Türkiyə türkcəsində təhsil almağa üstünlük verir.İstərdim bir qədər də təmsilçisi olduğum media qurumu haqqında danışım. Mən həm də “Kosovo” xəbər agentliyinin nümayəndəsiyəm. “www.kosovahaber.net” isə bizim portalımızdır. Təxminən beş il yarımdır ki, agentliyimiz fəaliyyət göstərir. O zaman belə bir qurumun mövcud olması üçün böyük ehtiyac var idi. Biz də əlaqələri daha da genişləndirmək, xəbəri daha da yaxın etmək üçün bir qrup dost bir araya gəlib hazırkı agentliyi yaratdıq. Təxminən 2 il yarım şəxsi hesabımıza saxladımız agentliyi bu andan sonra Türkiyənin TİKA təşkilatı dəstəkləməyə başladı. Öncədən onlara da minnətdaram. Fəaliyyətimizin ilk illərində ancaq türk dilində xəbərlər yazırdıq, amma sonradan əhatəmizi də genişləndirdik. Axı orda yaşayan türklərin problemlərini başqa millətlər də bilməlidir. Bu məqsədlə ilk olaraq arnaut, daha sonra isə serb dilində məlumatlar yaymağa başladıq. İlk olaraq Kosovoya yayımlanmağa başlamışdıq. Amma ikinci mərhələ olaraq digər qonşu ölkələrə - Makedoniya, Serbiya, Bosniya, Xorvatiya, Sloveniyaya da yayımlanmağa başladıq. Digər ölkələrdən də informasiyalarımıza abunə olanlar var. Qaynaq kimi etibarlıyıq, çünki tərəfsiz qaynağıq! Biz arnaut mediasının verdiyi xəbərləri bir qədər fərqli yayımlayırıq. Hər kəs serbarnaut mediasını müxtəlif tərəflərə çəkir. Biz isə mövqe nümayiş etdirmədən hər şeyi olduğu kimi veririk. Bunun nəticəsidir ki, bizim saytımızı geniş kütlə izləməyə başladı. Hazırda günlük 20-25 min oxucumuz var. Saytımızı ay ərzində 10 milyon civarında klikləyirlər. Hazırda 3 dildə informasiya yayımı ilə məşğuluq. İlk növbədə Türkiyə, həmçinin başqa türk dövlətləri haqqında informasiya toplanıb yayımlanması işimizin bir hissəsidir.

- Medianızda bu gün hansı problemlər var?

- Medianı müzakirə mövzusu etsək, bu, Kosovoda maraqlı bir sahədir. Dövlət televiziyası var dövlət sadəcə öz televiziyasını idarə edir. Bundan əlavə müstəqil televiziyalar da var. Kosovoda 6 böyük milli televiziya, 8 böyük milli radio fəaliyyət göstərir. Bütün bunların xaricində media tamamilə təkbaşınadır, yəni heç bir KİV dövlət tərəfindən dəstəklənmir. Heç bir rəsmi qəzet yoxdur. Çox təəssüf ki, bütün qəzetlər arnaut dilində çıxıb, türkcə bir qəzet nəşr edilirdi. AdıYeni dönemolan qəzet uzun müddət türkcə nəşr edilən tək yazılı media orqanı olub. Sonra biz “Kosovo haberolaraq həftəlik qəzet şəklində nəşr edilməyə çalışdıq. Amma maddi imkanlar buna yetmir. Düşünürəm ki, həftəlik qəzetdə dinamiklik mümkün deyil, ona görə daha uyğun variant kimi interneti gördük. Məncə, ən böyük işimiz insanlara xəbər əldə etmək üçün kompyuterdən internetdən istifadəni öyrətməyi şərtləndirməyimiz oldu. Bu da gözəl bir siyasət idi.Kosovo mediası qismən azaddır. Çünki böyük partiyalar öz medialarını formalaşdırmağa çalışırlar. Burada 3-5 partiya var ki, onların öz qəzetləri var. Bütün bunlarla yanaşı Amerika Avropa tərəfindən dəstəklənən media qrupları var. Xüsusən “Soros” Fondunun dəstəklədiyi KİV-lər fəaliyyət göstərir.

- Siz Azərbaycanda olanda media ilə bağlı forumda iştirak etmisiniz. Digər türk dövlətlərinin mediasından hansı fərqli ortaq dəyərləri görmüsünüz?

- Çox yaxşı sual verdiniz. Sizin bir millət vəkilinizin dediyi məsələdir eynilə! Çox təəssüf ki, onun adını bilmirəm. Hansı ortaq nöqtələrimiz, oxşar cəhətlərimiz var? Hesab edirəm ki, fərqliliklərimizi ikinci mərhələyə saxlamalıyıq. Həmin foruma toplaşanlar ilk olaraq eyni kökdən gəlməyimizi, eyni dərdləri yaşamağımızı dərk etməlidirlər. Belə təcrübə dünyada çoxdan var. Məsələn, Amerika, Böyük Britaniya yaxud Almaniya mediasında dediyimiz şərtlər çox yaxşı şəkildə tətbiq edilir. Çox təəssüf ki, biz türklər hələ ortaq dəyərlərimizi müəyyən edə bilməmişik. Hesab edirəm ki, bir araya gəlib ortaq nöqtələrimizi tapmaq üçün bir platforma lazımdır. Ortaq dəyərlərin müəyyənləşdirilməsi ortaq problemlərin həlli ortaq hərəkət etməyimiz üçün zəmin yaradacaq. Çünki medianın hərəkətverici qüvvəsi var. Hərəkətləndikcə bir-birimizi tanıyaraq bir-birimizə dəstək ola bilərik. Qaldı fərqliliklərə, bu məsələ müzakirə olunsa, ilk olaraq demək lazımdır ki, dil problemlərimiz var. Bu dil problemlərini tez bir zamanda aşmağımız lazımdır. Millət vəkilinizin təklifi çox gözəldir: “Heç olmasa türk dövlətlərində türkcəni öyrətmək lazımdır”. Hesab edirəm ki, türk dövlətlərinin mediaları 3 dildə - türk, rus ingilis dillərində yayımlanmalıdırlar. Nəzərə almaq lazımdır ki, türk dövlətlərinin bir çoxunda rus dili hələ əsas ünsiyyət vasitəsi kimi qalıb. Türk rus dilindəki yayım bizim bir-birimizi anlamağımız üçün, ingilis dili isə başqalarının bizi anlaması üçün lazımdır. İlk mərhələdə bunu etsək, sonrakı mərhələlərdə yerli türk dillərində yayımlanmaq olar.

- Türk dövlətlərinin ortaq dəyərlərinin formalaşması üçün bəzi addımlar atılıb. Məsələn, ortaq türk dili məsələsi...

- Bilirsiniz, o bir az çətin məsələdir, yəni qısa zamanda böyük işlər görmək mümkün deyil. Düzdür, Azərbaycan müstəqillik qazandıqdan sonra əlifbasını dəyişdi, kirildən latına keçdi. Amma ortaq türk dilinin olması üçün ortaq əlifba da olmalıdı.

- Əslində sualım başqa istiqamətdə idi. Türk xalqlarının yaxınlaşması üçün “TRT Avazteleviziyası da fəaliyyətə başladı. Necə düşünürsünüz, bütün bunlar türklərin bir-birinə yaxınlaşması üçün qədər şərait yaradır?

- Başqa formada yaxınlaşma olmur. Bir neçə dəfə forumlarda, konfranslarda iştirak etmişik. Həmin tədbirlərə gəlib toplanırıq, bir-birimizə özümüzü tanıdırıq. Hər kəs öz ölkəsinə getdikdən sonra isə qısa zamanda unuduluruq. Hesab edirəm ki, ortaq nöqtələrin saxlanmasında “TRT Avaz”ın gözəl çalışmaları var. Bu televiziyanın ortaq xəbər agentliyi qurulmalıdır. Fikir verin, Avropada “Deutsche Welle”, “Azad Avroparadiosu var. Dünyada məşhurdur. Onun bir neçə dildə yayımlanan xəbər saytı da var. Bəs bizim niyə yoxdur?! Buna əngəl olan nədir? Onlar istədikləri şəkildə bizi yönləndirirlər. Özümüzü göstərməyin vaxtıdır. Onlara özümüzü anlatmalıyıq.

- İzlədiyim qədərilə sadaladığınız radiolar bütün mövzularda xəbər yayımlanması ilə məşğul olurlar. “TRT Avazisə yalnız mədəniyyət sahəsində informasiya yayımını həyata keçirir. Siz digər sahələrdə yayım üçün hansı alternativ variant təklif edirsiniz?

- Məncə, “TRT Avaz”ın fəaliyyəti təqdirəlayiqdir. Amma açıq danışsaq, düşünürəm ki, burada onların çəkindikləri hansısa qüvvə var. Bəlkə geniş yayıma davam etməkdə Türkiyənin hansısa ehtiyat etdiyi məsələlər var.

- Türkiyə Kosova - hər ikisi türk toplumudur. Amma insanlar daha çox Türkiyə haqqında məlumatlıdırlar. Medianı bu məsələdə maraqlandırmaq üçün nə etmək lazımdır?

- Haqlı tənqidlərdir. Media bir siyasətdir. O, hər zaman siyasətin içində olub. Mən bu deyəcəklərimi daha əvvəllər Türkiyədəki həmkarlarıma anlatmağa çalışmışdım. Baxın, Kosovoda xəbər qaynaqlarımız BBC, CNN, “Reuters”dir. Biz Türkiyə haqqında informasiyaları bu KİV-lərdən alırıq. Əlbəttə, onlar da istədikləri şəkildə bu xəbərləri yaza bilirlər. Mən türkiyəli həmkarlarıma dedim ki, gəlin razılaşaq biz Türkiyə ilə bağlı xəbərləri serb, arnaut dillərinə tərcümə edib verək. Hamımız bilirik ki, istədiyin xəbəri önə çıxarıb kütləni yönəldə bilərsən. Mən istəyirəm ki, öz xəbərimizi özümüz yazaq.

- İstərdim bir qədər bu problemlərdən ayrılıb ölkənizin xarici əlaqələri ilə bağlı söhbətləşək. Səhv eləmirəmsə, Yunanıstan Azərbaycan Kosovonun müstəqilliyini tanımır.

- Hər bir ölkənin öz siyasi xətti var. Azərbaycanın öz problemi olduğu kimi, Kosovonın da öz problemləri var. Bunu açıq demək lazımdır. 80-ə yaxın ölkə, daha dəqiq desək, 76 ölkə bizim müstəqilliyimizi tanıdı, amma Azərbaycan tanımadı. Biz buna hörmətlə yanaşırıq. Bu sizin ölkənizin siyasətidir. Həmin məsələnin ortaq türk problemi olduğunu hesab etmirəm. Tanımırsa, tanımasın, qərar özünündür. Bilirsiniz ki, Avropa Birliyi ölkələri içərisində 5 dövlət bizim müstəqilliyimizi tanımır. Onlardan biri də Yunanıstandır. Amma bu o demək deyil ki, biz həmin ölkələrə gedə bilmirik. Mən Yunanıstanda da olmuşam, Azərbaycanda da. Öz ölkəmdə olduğum zaman ətrafımda olan dostlar, xüsusən də siyasətçilər mənə dedilər ki, “getmə, səni geri qaytaracaqlar!” Amma mən buna razı olmadım. Cavab verdim ki, “gedirəm, qoy onlar məni geri qaytarsın! Ən azından bir maraqlı reportaj hazırlayacam”. Azərbaycana gedəcəyimi bilən bütün dostlarımız bildirdilər ki, biz onlarla hər mövzuda danışmağa və ortaq nöqtəyə gəlməyə hazırı

Tural QABİLOĞLU

Palitra.-2011.-14 dekabr.- S.12.