«Muzeyimizdə Şamaxıya aid dəyərli eksponatlar qorunur»

 

Layihə çərçivəsində müsahibimiz Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Firqiyyə Zamanovadır. O, müsahibəyə muzey haqqında məlumat verməklə başladı:  

- S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi 1945-ci ildə Şamaxı Ölkəşünaslıq Muzeyi adı ilə təşkil edilib. Muzeyin ilk rəhbəri filoloq-alim Bilal İbrahimov olub. Həmin vaxt muzeyə xeyli sayda eksponatlar toplanılıb, 1948-ci ildə ekspozisiya tərtib edilib. Sonralar muzeyə eksponatların cəlb edilməsində bütün Şamaxı ziyalıları yaxından iştirak edib. 1950-2000-ci illərdə Şamaxıda arxeoloji tədqiqatlar aparan arxeoloqlar Cabbar Xəlilov, Hüseyn Ciddi, Aləm Nuriyev, Şirzad Əhmədov xeyli arxeoloji materiallar veriblər. Muzeyin foyesində Şamaxı kəndləri onun tanınmış insanları haqqında məlumat bazası yaradılıb. Zəngin flora-fauna, Astrofizika Rəsədxanası, palçıq vulkanları haqqında məlumat eksponatlar muzeyinDiyarşünaslıqzalında nümayiş etdirilir. Orta əsr Şamaxı şəhərinin avropalı səyyah-rəssamlar tərəfindən çəkilmiş rəsmlərinin reproduksiyası ekspozisiyanın ən maraqlı yerlərindədir. MuzeyinŞamaxı qədim dövrdə”, “Şamaxı Şirvanşahlar dövlətinin mərkəzi”, “Şirvan çar Rusiyası dövründə”, “Şirvan Xalq Cümhuriyyəti dövründə”, “Şamaxı sovet dövründə”, “Şamaxı müstəqillik dövründəadlı bölmələrində zəngin eksponatlar yerləşdirilib. Muzey 2009-cu ilin noyabr ayında əsaslı təmir edilib. İkimərtəbəli muzeyin ümumi sahəsi 1097 kvadratmetr, ekspozisiya zalının sahəsi isə 325 kvadratmetrdir. Burada yaradılmış 7 bölmədə Şamaxının qədim müasir dövrlərinə aid 1061 eksponat nümayiş etdirilir. Ümumiyyətlə, Tarix-Diyarşünaslıq Muzeyində 9 minə yaxın əsas, 600 yardımçı eksponat var. Muzeydə XVIII əsrdə alman səyyahları tərəfindən çəkilən şəkillər əsasında hazırlanmış Şamaxı şəhərinin maketi, rayonun fauna florasını əks etdirən təbiət guşəsi yaradılıb. Burada erməni vəhşilikləri barədə toplanan istintaq materiallarına xüsusi yer ayrılıb. Mədəniyyət ocağının həyətində Şamaxının tanınmış 12 şəxsiyyətinin büstü qoyulub. Muzeyimizdə eksponatlar müxtəlif guşələrdə sərgilənir. Birinci istiqamət «Diyarşünaslıq» üzrədir. «Şamaxı qədim dövrdə» istiqamətində ən qədim dövrdən VI əsrə qədər dövrü əhatə edən eksponatlar sərgilənir. «Şamaxı Şirvanşahlar dövlətinin mərkəzi» bölməsində isə VI əsr - 1538-ci illəri əhatə edən tarixi əsərlər nümayiş olunur. «Şamaxı Səfəvilər dövləti Şirvan xanlığı dövründə» istiqaməti üzrə zəngin eksponatlar sərgilənir. «Şamaxı çar Rusiyası dövründə» «Şamaxı Azərbaycan Xalq Cümhuriyyəti dövründə» bölmələrində müvafiq olaraq həmin dövrə aid eksponatlarımız nümayiş olunur. «Şamaxı Sovet İttifaqı dövründə» «Şamaxı müstəqillik illərində» istiqamətlərində isə müasir dövrə aid dəyərli əsərlər nümayiş edilir. Muzeyimizdə Şamaxıya aid dəyərli eksponatlar qorunur. MuzeyinDiyarşünaslıqzalında zəngin flora (burada 25-35 milyon il əvvələ aid daşlaşmış ağac tapılıb), fauna (Şamaxı cüyürü ilə məşhurdur), Astrofizika Rəsədxanası (Şamaxı səması dünyada ən açıq səmalardandır) haqqında məlumat eksponatlar qorunur. Burada Şirvanda yaşayan müxtəlif heyvanların quşların müqəvvaları, Şirvanda əkilib-becərilən bitkilərin herbariləri, müxtəlif minerallar Şirvana məxsus süxurlar xüsusi vitrinlərdə qoyulub. Orta əsr Şamaxı şəhərinin avropalı səyyah-rəssamlar Adam Oleari, Konreli de Breyn başqaları tərəfindən çəkilmiş rəsmlərinin reproduksiyası ən maraqlı guşələrdən sayılır. Muzeyimizdə il ərzində müxtəlif tədbirlər keçiririk. Xüsusilə məktəblilərin, yeniyetmələrin muzeyimizə ekskursiyalarının təşkil edilməsi daim diqqət mərkəzində saxlanılır. Müxtəlif dərslərin əyani vəsaitlərlə birlikdə keçirilməsi şagirdlərin daha dərin bilik almasına yardım edir. Çalışırıq ki, muzeyə gələn şagirdlərə, yeniyetmələrə ölkəmizin, Şamaxının qədim tarixi ilə bağlı ətraflı məlumat verək, onları qədim eksponatlarla tanış edək. İstər rayon əhalisinin, istərsə rayonumuza gələn çoxsaylı yerli xarici turistlərin muzeyimizə marağı həmişə böyük olur. Şamaxı turizm bölgəsi olduğu üçün müxtəlif ölkələrdən rayonumuza tez-tez qonaqlar gəlir. Onlara yüksək səviyyədə xidmət göstərərək tariximizi təbliğ etməyə çalışırıq.

 

- Şamaxıda başqa hansı tarixi abidələri qeyd edə bilərsiniz?

 

- Dahi şairimiz Sabirin ev-muzeyini qeyd edə bilərəm. Şamaxı şəhərində yerləşən Sabirin ev-muzeyi 1962-ci ildə şairin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunub. Muzeyin yaradılmasında və fəaliyyətində Şamaxı ziyalılarından Ə.Səfərovanın, A.Alcanovun, M.Namazovun, M.Məmmədovun, İ.Quliyevanın, R.Xəlilovanın və başqalarının əməyi çox olub. Muzeyin yerləşdiyi hazırkı ikimərtəbəli bina 1979-cu ildə tikilib istifadəyə verilib. Muzeyin 6 sərgi salonu var. Birinci sərgi salonunda M.Ə.Sabirin uşaqlıq, təhsil illərinə, səhayətlərinə aid eksponatlarşairin sabun bişirdiyi qazanın maketi nümayiş olunur. Digər salonlarda XIX-XX əsrlərə aid məişət əşyaları, muzeyə verilən hədiyyələr, Sabirin müasirlərinin şəkilləri, tədqiqatçılarının əsərləri, “Molla Nəsrəddin” jurnalının nümunələri və s. eksponatlar tamaşaçılara təqdim edilir. Ən mühüm tarixi abidələrimizdən biri kimi Cümə məscidini mütləq qeyd etməliyəm. Hazırda məsciddə bərpa və yenidənqurma işləri aparılır. Bu məscid Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biridir. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlər Cümə məscidinə ciddi ziyan vursa da, sonralar məscid Zivər bəy Əhmədbəyovun və polşalı mühəndis İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa olunub. 1918-ci ilin martında ermənilər tərəfindən Şamaxıda törədilən soyqırımı zamanı ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların məscidə sığınmasından istifadə edən ermənilər burada yanğın törədərək təxminən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşsə də, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə abidə qorunub və 1980-ci ildə  təmir olunub. Dövlət başçımızın imzaladığı sərəncam əsasında Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verilir. Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilir. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası isə mühüm elmi mərkəzdir. Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb, 1960-cı ildən fəaliyyətə başlayıb. Rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşməklə dünyanın bir sıra rəsədxanalarını qabaqlayır. Rəsədxana çətin müşahidə edilən Cənub səmasının öyrənilməsində üstünlüklərə malikdir. Belə ki, burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır. Rəsədxananın muzeyivar. Muzeydə müxtəlif dövrlərdə həyata keçirilən elmi tədqiqatların nəticələri əks olunub. Muzeyin ən qiymətli eksponatı 1959-cu il noyabrın 27-də Yardımlı rayonu ərazisinə düşən, tərkibi 92 faiz dəmirdən olan 127 kiloqramlıq meteoritdir.

 

Anar Miriyev

 

Palitra.- 2011.- 21 dekabr.- S. 6.