Azərbaycan
Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu
Hər bir ölkənin
iqtisadi inkişafı
onun ümumdaxili məhsulunun dövriyyəsi
ilə ölçülür. Bu prinsipdən
çıxış etsək Azərbaycan son illər həmin
sahədə çox ciddi addımlar atıb. Belə ki, müstəqillik qazandıqdan sonra ölkəmizdə
iqtisadi inkişafı özündə əks etdirən bir
çox addımlar atılıb. Ekspertlərin
fikrincə, ümumilikdə iqtisadi siyasətin
yürüdülməsində bir çox qurumlarla
yanaşı Mərkəzi Bankın da rolu danılmazdır.
Respublikada gedən uğurlu iqtisadi siyasətə
bir nümunə olaraq onu göstərmək olar ki, bir sıra
ölkələr maliyyə böhranı ilə mübarizə
apardığı bir vaxtda Azərbaycanda iqtisadi inkişaf
müşahidə olunub.
Azərbaycan Mərkəzi
Bankı - keçmişdən gələcəyə
Azərbaycan
Prezidentinin 1992-ci il 11 fevral tarixli “Milli
Bankın yaradılması haqqında” fərmanı ilə
Milli Bank yaradılıb. Bir gün sonra, yəni
fevralın 12-də qüvvəyə minən bu fərmanla
Milli Bank da təsis edilib. 1992-ci il 7 avqust tarixdə “Azərbaycan
Respublikasında banklar və bank fəaliyyəti haqqında” və
“Azərbaycan Respublikasının Milli Bankı haqqında”
qanunlar da Milli Məclisdə qəbul olunub. Bu hadisədən sonra, yəni 10 iyun 1996-cı ildə
“Azərbaycan Respublikasının Milli Bankı haqqında” və
14 iyun tarixində isə “Azərbaycan Respublikasında banklar və
bank fəaliyyəti haqqında” qanun, yeni redaksiyada qəbul
edilib. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
və dəyişikliklər edilməsi haqqında” 18 mart
2009-cu il tarixli Azərbaycan
Respublikasının Referendum Aktının qüvvəyə
minməsi ilə əlaqədar olaraq “Azərbaycan
Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının
Mərkəzi Bankı” adlandırılıb.
Mərkəzi
Bankın vəzifəsi - konsolidasiya strategiyası
Hər
bir ölkə kimi Azərbaycan da inkişaf etdikcə biznes
strukturlarının tələbləri genişlənir. Məhz bunun
qarşılığında ölkədə fəaliyyət
göstərən banklar müəyyən fəaliyyət həyata
keçirməlidir. Əlbəttə ki, həmin
banklara fəaliyyət stimulunu da Mərkəzi Bank verməlidir.
Ölkənin birinci bankının
yürütdüyü bu strategiya isə konsolidasiya
adlanır. Bir müddət öncə Mərkəzi
Bankın sədri Elman Rüstəmovun kütləvi informasiya
vasitələrinə verdiyi müsahibədə də bu məsələyə
toxunulub. Belə ki, E.Rüstəmov konsolidasiyanın bank
sektorunun inkişafı strategiyası çərçivəsində
reallaşdırılan uzunmüddətli vəzifə
olduğunu qeyd edib: “İnkişaf gedir, real sektorun tələbləri
artır və banklar biznesin artan tələblərini təmin
etməlidirlər. Biz bank sektorunda konsolidasiya
prosesinə maliyyə və kapital bazasının genişləndirilməsi,
investisiya potensialının yüksəldilməsi, həmçinin
korporativ idarəetmə keyfiyyətinin artırılması
kontekstində baxırıq. Bank sektorunun
konsolidasiyası müasir cəmiyyətimizin tələblərinə
cavab verməli olan uzunmüddətli, eyni zamanda yüksək
diqqət tələb edən prosesdir.” Qeyd
edək ki, əslində bu strategiya ilə bağlı
müxtəlif ölkələrin fərqli təcrübəsi
var.
Beynəlxalq maliyyə
böhranı və Azərbaycanın atdığı
addımlar
Ekspertlər
hesab edir ki, artıq bitməkdə olan iqtisadi böhrandan Azərbaycan
çox ustalıqla yayınmağa başlayıb. Məhz Mərkəzi Bank və digər
aidiyyəti dövlət və hökumət
strukturlarının apardığı işlər nəticəsində
bu böhranın ağır nəticələri ölkəmizdə
hiss edilməyib. İqtisadi Tədqiqatlar Mərkəzinin sədri
Qubad İbadoğlunun böhrandan sonra mediaya
açıqladığı hesabatda göstərilir ki,
dünya iqtisadi böhranı Azərbaycana o qədər də
təsir etməyib: “Qlobal böhran dünya iqtisadiyyatına
sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatı
üçün də əhəmiyyətli risklər yaratsa
da qonşu Cənubi Qafqaz ölkələri ilə müqayisədə
Azərbaycan ötən illəri
müsbət yekunla başa vurub. Çünki Azərbaycan
iqtisadiyyatı qlobal böhranını neft ixracatından gələn
gəlirlər hesabına akkumilyasiya olunmuş kifayət qədər
sərbəst maliyyə resursları ilə qarşılayıb. Bu, böhrandan öncəki dövrdə neft
hasilatının və ixracatının artımı
hesabına yaradılmış valyuta ehtiyatları sayəsində
mümkün olub.
Bütün bunlar nəticəsində Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik
yastığı” rolunu oynayan valyuta ehtiyatları böhran dövrü
üçün makroiqtisadi və maliyyə sabitliyinin təminatına
çevrilib. Azərbaycan iqtisadiyyatı qlobal böhrana
yüksək dayanıqlılıq nümayiş etdirərək
öz müvazinətini itirməməsinin, ÜDM-in
yüksık artım dinamikasını qoruya bilməsinin digər
səbəbi də
Azərbaycan Mərkəzi Bankının həyata
keçirdiyi antiböhran siyasəti olub. Belə ki, daxili və xarici maliyyə
mənbələrinin azalması şəraitində Mərkəzi
Bank pul siyasətini ciddi şəkildə yumşaltmalı
olub, uçot dərəcəsi 15%-dən 2%-dək
azaldılıb. 2009-cu il ərzində qanunvericilikdə bir
sıra əlavə tədbirlər
görülüb:
sığortalanan əmanətlərin
məbləği 5 dəfə artırılaraq 6 min manatdan 30
min manata çatdırılıb; bankların xarici
borclarının qaytarılmasını təmin etmək
üçün onlara zəruri yardım göstərilib;
qanunvericiliklə banklara və sığorta təşkilatlarına
kapitallaşdırma məqsədi ilə vergi güzəştləri
tətbiq olunub (Nizamnamə kapitalına yönəldilən mənfəət
vergidən azad edilib), mümkün itkilər üzrə
banklardan maliyyə ehtiyatlanması daha da artırılıb. Bütün bu tədbirlər 2009-cu ilin birinci
rübündə bank sektorunda müşahidə edilən gərginliyi
aradan qaldırılmasına və onlarin likvidliyinin sabitləşdirilməsinə
xidmət edirdi.”
Gənclərin
gözləntiləri - ipoteka siyasəti
Hazırda
bütün dünyada olduğu kimi ölkəmizdə də
ipoteka siyasəti həyata keçirilir. Belə ki, məhz Prezident
İlham Əliyevin sərəncamı ilə Azərbaycanda fəaliyyət
göstərən banklar gənc ailələrə
aşağı faizli kreditlərin verilməsi prosesini həyata
keçirir. Təbii ki, bütün bu
proseslərə nəzarət edən qurum var ki, o da Mərkəzi
Bankdır. Dövlət Statistika Komitəsindən
alınan məlumata görə, banklar tərəfindən əhaliyə
indiyə qədər 324,3 milyon manat ipoteka
krediti verilib. 2011-ci ilin yanvar-oktyabr ayları ərzində
banklar tərəfindən əhaliyə verilən ipoteka
kreditləri 74,4 milyon manat təşkil
edib. Bu müddətdə 59,9 milyon manat məbləğində
ipoteka krediti yenidən maliyyələşdirilib. Dövlət
büdcəsindən Azərbaycan İpoteka Fonduna 16,7 milyon manat verilib. Qeyd edək ki, banklar tərəfindən
əhaliyə 2006-ci ildə 5,6 milyon, 2007-ci ildə 70.2 milyon,
2009-cu ildə 77.2 milyon, 2010-cu ildə 96.9 milyon manat ipoteka
krediti verilib.Ölkə əhalisinin gəlirlərini və
bir çox başqa iqtisadi göstəriciləri nəzərə
almaqla ölkə Prezidenti ipoteka kredilərinin verilməsi məsələsinə
yenidən baxılmasına göstəriş verib. Belə ki, hazırda ipoteka kredirtləri
üçün Mərkəzi Bankın ölkə
bankları üçün təklif etdiyi faiz 8-12 arasında
dəyişir. Banklar isə kredit verərkən
tələb olunan ən yüksək göstərici yəni
12%-ə əsasən hesablamalar aparır. Bu il ölkə başçısı ilə
görüşən gənclər həmin tədbirdən
sonra bir çox məsələlərdə olduğu kimi gənclərə
ipoteka kreditlərinin verilməsində faiz dərəcələrinin
aşağı salınması ilə bağlı
ideyasındakı nikbinliklərini gizlətmirdilər. Müəyyən fikir mübadiləsi
apardığımız gənclərin bir çoxu ipoteka
kreditlərində faiz dərəcəsinin bir qədər də
aşağı salınmasını və mənzillərin əldə
edilməsi zamanı ilkin ödəniş kimi əmlakın
15%- dəyərində məbləğin istənilməməsini
təklif edirlər. Onların fikrincə,
məhz bu ilkin ödəniş məsələsi gənclərin
işini çətinləşdirən, bəzən də
yolunu bağlayan əsas məsələdir.Mərkəzi
Bankdan verilən məlumata görə, ipoteka verilişini
asanlaşdırmaq üçün əmanət fondu
yaradılacaq. Beləliklə də ilkin
ödənişi olmayan insanlar da ipoteka kreditdən yararlana biləcəklər.
Xatırladaq ki, Azərbaycan İpoteka Fondu Azərbaycan
Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il
tarixli fərmanı ilə Azərbaycan Respublikasının
Milli Bankı nəzdində yaradılıb.
Son 20 ilin göstəriciləri
- Azərbaycan Mərkəzi Bankı rəqəmlərdə
Beynəlxalq
Valyuta Fondunun hesablamalarına görə, 2011-ci ildə
ölkəmizdə 91 milyard dollarlıq Ümum Daxili Məhsul
(ÜDM) istehsal olunub. Bu isə əlbəttə BVF-nin siyahısında
71-ci yerə yüksəlmək deməkdir. Müqayisə üçün başqa bir faktı
da demək yaxşı olardı. Belə
ki, təqdim edilən hesabatlarda göstərilir ki, hazırda
respublikamız Latviya, Litva və Estoniyanın birlikdə istehsal
etdiyi ÜDM-lə müqayisə olunan həddə əlavə
dəyər yaradır. Azərbaycanda təkcə
2004-2010-cu illərdə ÜDM-də 7 dəfə artım
müşahidə olunub. Konkret qeyri-neft sektorunu misal
çəksək, buradakı həcm 2 dəfə,
adambaşına düşən ümumdaxili məhsulun
miqdarı isə 2.7 dəfə artıb.Dünya Bankı və
Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan “Doing Business-2012” reytinq siyahısında biznes
mühitinin formalaşdırılması prinsipləri çərçivəsində
dünya dövlətləri arasında 66-cı yeri tutub. Bu isə əlbəttə çox böyük
uğurdan xəbər verir. Xatırladaq ki, həmin
reytiqn siyahısında 183 dövlət yer alıb.Göstərilən
bu rəqəmlər təkcə beynəlxalq qurumlar tərəfindən
deyil, həmçinin yerli biznes qurumlarının nəşr
etdirdikləri hesabatlarda da öz təsdiqini tapır. Təkcə bankların və digər kredit təşkilatlarının
(bank olmayan kredit təşkilatları) illik gəliri 2011-ci ildə
bir neçə dəfə artıb. Bu
göstəriciləri konkret rəqəmlə ifadə etsək
bu ilin ilk doqquz ayında bankların xalis gəliri 119 milyon
manat civarında olub. Bank olmayan kredit təşkilatlarında
isə həmin rəqəm 300 milyon manatdan artıq göstərilir.
Bu isə əvvəkli illərə nisbətən
aktivlərin 19.4% artması deməkdir.
Tural QABİLOĞLU
Palitra.- 2011.- 23 dekabr.- S. 10.