“Dərslik həddən artıq
tapşırıqlarla doludur”
Hər bir ölkənin
gələcəyi həmin ölkədə təhsilin səviyyəsi
ilə ölçülür. Təhsilin inkişafı
hər bir ölkədə
inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.
Azərbaycan da bu ölkələr sırasındadır.
Ölkə başçısı da bildirib ki, təhsilin
keyfiyyətinin artırılması çox
vacib məsələdir: “Uşaqlar
bizim gələcəyimizdir. Onlar gərək bilikli,
savadlı olsunlar, yaxşı
oxusunlar ki, gələcəkdə həm
özləri üçün həyatda layiqli yer tuta bilsinlər, eyni zamanda ölkəmizin
inkişafı üçün də fəal
çalışsınlar. Çünki ölkəmiz çox
sürətlə inkişaf edir və peşəkar
kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir”. Təhsilin inkişafı istiqamətində
reallaşdırılan tədbirlər sırasında bir çox yeni ümumtəhsil məktəbi tikilib, bir qismi
bərpa olunub, məktəblərdə
kompyuterləşmə prosesi
həyata keçirilir.
Layihə çərçivəsində növbəti müsahibimiz Maştağa qəsəbəsi, 187 saylı məktəbin ibtidai sinif müəlliməsi Nigar Xəlilovadır:
- Təhsil hər bir dövlətin,
cəmiyyətin həyatının,
fəaliyyətinin mühüm
bir sahəsidir. Bizim təhsilimiz yaxşı istiqamətdə addımlayır,
inteqrasiya edir. Mən
38 ildir ki, ibtidai sinif müəlliməsiyəm.
Əvvəlki illərlə müqayisədə
yaxşılığa doğru böyük bir fərq var. Təhsilimiz uşaqların, gənclərin inkişafı üçün istiqamətlənib.
Ümumiyyətlə, əvvəlki illərlə müqayisədə
usaqların bilik səviyyəsində
böyük bir fərq var. İndi uşaqların biliyi də artıb, dünyagörüşü
də genişlənib, müstəqil fikir yürütməyi
bacarırlar. Məsələn, bir mövzu verdikdə onlar artıq müstəqil şəkildə təqdim etməyi
bacarırlar.Bugünlərdə təşkil olunan
“Təhsildə İKT-nin
tətbiqi - bilik, təcrübə, texnologiya” sərgisində bizim
məktəb də təmsil
olundu. Həmin sərgi-konfransda məktəbimiz layihələrlə,
elektron dərslərlə
çıxış etdi.
Orada ibtidai siniflər
üzrə məktəbin 18 layihəsi təqdim olundu. Müasir dövrdə məktəbi elektron dərslərsiz, texnologiyasız təsəvvür
etmək olmaz. İlk olaraq bu gün
inkişafdayıq və adıçəkilən
sərgi bir daha bu inkişafı göstərir. İbtidai siniflərdə
bütün işlər mərhələlərlə
elektronlaşmağa doğru gedir. Yəni elektron dərslərin sayı getdikcə artır. Məsələn,
I siniflərdə kompyuterdə fiqurlar əyani olaraq ekranda canlanır və uşaqların daha yaxşı mənimsəməsinə
xidmət edir. Burada tədqiqat sualı qoyulur və bu sual
uşaqları düşünməyə
məcbur edir ki, nəticədə
onlar özləri müstəqil olaraq sualın cavabını
tapırlar. Azərbaycan qısa müddət ərzində informasiya-kommunikasiya texnologiyaları
sahəsində inqilab
edə bilib. Bu o deməkdir
ki, təhsildə İKT-nin tətbiqi, bilik,
təcrübə, texnologiya getdikcə inkişaf edir.
- Bu gün orta məktəb dərsliklərinin çox yüklənməsi ilə bağlı sizin fikriniz necədir?
- Hazırda həqiqətən də bəzi fənlərdə,
riyaziyyat dərsliklərində
yükləmələr var. Əslində şagirdləri
bu cür həddindən artıq tapşırıqla
yükləmək düzgün deyil və onları azaltmaq, yüngül mövzular daxil etmək lazımdır. Dərslik həddən
artıq tapşırıqlarla doludur. Yəni bu, şagirdin
evdə də problemlə
üzləşməsinə gətirib çıxarır. Hər
uşağın ailəsində də ona
müstəqil kömək
edə bilmirlər, bütün bu yardımlar müəllimlərin
üzərinə düşür. Sinifdə 45 dəqiqə ərzində
hamısını həll etmək mümkün
olmur. Buna görə
də dərs yükünün azaldılması məqsədəuyğundur.
- Bəzən valideynlər ibtidai sinif şagirdlərinin daha yaxşı öyrənməsi üçün
repetitorlardan istifadə
edirlər. Sizcə buna ehtiyac varmı?
- Mən bununla heç vaxt razılaşmıram.
Əgər müəllim sinifdə hamıya eyni münasibət bəsləyirsə, eyni dərsi hamı dinləyirsə, o
şagirdin əlavə
müəllim yanına getməyə ehtiyac
yoxdur. Mən dediyimi həmin uşaq necə
qavrayırsa, başqa müəllim
yanında da o cür qavrayır. Ondan artıq mümkün deyil. Yəni şagirdin bilik səviyyəsi nə dərəcədədirsə, o qədər qəbul edəcək. Başqa
müəllim onunla fərdi
şəkildə məşğul olsa da, keyfiyyətli nəticə əldə edə
bilməyəcək. Əsas sinifdə verilən dərsdir ki, hamının diqqəti birlikdə yeni mövzuya yönəlir, onun
üzərində işləyirlər.
- Eyni zamanda
bəzən valideynlər
“Həyat Bilgisi”nin o qədər də önəmli olmadığını, şagirdlər
üçün əlavə
vəsait olduğunu bildirirlər. Sizin buna münasibətiniz
necədir?
- Əksinə, “Həyat bilgisi” şagirdlərin dünyagörüşünün
inkişafında çox
böyük rol oynayır. Orada həddindən
artıq gözəl mövzular
verilir. Məsələn, Vətəni,
bayrağımızı sevmək, milli bayramlarımız və
digər mövzular geniş
şəkildə öz
əksini tapır. Bunlar
da şagirdlərə
çox gözəl təsir edir və onları
yaxşı qavrayırlar.
- Bir vaxtlar
xarici dilin tədrisinə yuxarı siniflərdə başlanılırdı.
Bu gün artıq ibtidai siniflərdə xarici dil tədris olunur. Bir pedaqoq
kimi sizcə, bu, kiçik yaşlı uşaqlar üçün
çətinliklər yaratmırmı?
- Bu gün atıq xarici dil I sinifdən tədris olunur. Şagirdlər bu fənni qavramaqda çətinlik çəkmirlər. Hətta
10 il bundan
öncəki şagirdlərlə
müqayisədə böyük
bir fərq var. Sovet dövründəki təhsillə indi fərq çoxdur. İndi şagirdlər öyrəndikləri
fənlə yanaşı
əlavə fənlərlə
də maraqlanır.
Bu gün şagirdlər
informatikaya diqqət yetirirlər. Məktəbimizdə üç informatika kabineti var və
hərəsi 20 notbukla
təmin edilib. Şagirdlər kompyuterlərdə yaxşı işləməyi
bacarırlar. Ümumiyyətlə, indi uşaqların bilik səviyyəsi keçmişə baxanda qaneedicidir. İnkişaf çoxdur, irəliləyişlər
davam edir. Elektron dərslərdə şagirdlər
müstəqil işləməyi
bacarırlar, müstəqil
fikir yürütməyə
cəhd edirlər.
- Məktəblərdə
uniformanın tətbiqinin
o qədər də önəmli olmadığı
fikrində olanlar da var. Sizin
buna münasibətiniz
necədir?
- Ümumiyyətlə,
məktəbdə uniformanın
tətbiqi vacibdir. Mən həm müəllim, həm də valideyin kimi bu fikirdəyəm. Bunun tətbiqini çox gözəl qəbul edirəm. Bizim məktəbdə ibtidai siniflərdə şagirdlər hamısı
məktəbli formasında
gəlirlər və çox gözəl görünür. Məktəbə hər şagirdin bir formada gəlməsi
heç də yaxşı təsir bağışlamır, onlar
heç məktəbliyə
bənzəmirlər. Uniforma olduqda isə şagirdlərin fikri yayınmır, hamı eyni geyimdə olur. Başqa heç nədən
istifadəyə ehtiyac
qalmır, hətta məktəbimizdə qızların
sırğa taxmasına
da icazə verilmir. Müəllim də sinfə
daxil olarkən şagirdləri eyni formada görməsi çox gözəl ab-hava yaradır. Həmçinin məktəbimizdə mobil telefondan istifadə qəti qadağan olunub. Şagirdlərin hamısı
məktəbli geyimindədir,
qızların saçlarında
lent var. Onlara məsləhət
görürük ki, təhsili başa vurduqdan, məzun olduqdan sonra məktəb illərini xatırlayıb bu günlərin həsrətini
çəkəcəksiniz, ona görə də məktəbə adi geyimdə deyil, sırf məktəbli formasında
gəlməyin öz gözəlliyi var.
- Hazırda məktəbinizdə Valideyn-Müəllim
Assosiasiyasının fəaliyyəti
necə qurulub?
- Valideyn-Müəllim
Assosiasiyasının fəaliyyəti
də məktəbimizdə
çox yaxşı qurulub. Biz valideynlərlə
iş aparırıq,
məktəbimizə yaxından
kömək edirlər.
Assosiasiyanın birgə fəaliyyəti
müsbət nəticələr
verir. Məktəbdə kimsəsiz, imkansız
uşaqlar var ki, onları daim nəzarətdə saxlayırıq. Ümumiyyətlə, müəllimlə şagird
münasibətinə gəldikdə
isə bu münasibət qorxu üzərində qurulmamalı,
müəllimlə şagird
arasında pərdə
olmalıdır. Şagirdin üzərinə
qışqırmaq, ona
müxtəlif cəza
tətbiq etməklə
münasibət qurmaq olmaz. Şagird müəllimə hörmətlə yanaşmalıdır,
bunu biz tərbiyə etdiyimiz kimi onlardan da tələb
edirik. Əgər əvvəldən bu tərbiyə düzgün qurulubsa, belə də davam edəcək. Bu gün müəllim
məktəbə gəldikdə
şagirdlər kənara
çəkilir ki, bu bizim məktəbdə
indi də var. Bu gün təhsil işçilərinin hər
biri öz işinin öhdəsindən
layiqincə gəlsə,
təhsilimiz daha da inkişaf edər, bütün problemlər öz həllini tapar. Azərbaycanın gələcəyi olan şagirdlərimizi daim irəli aparmağa çalışmalıyıq.
Bizim uşaqlar, gənclər digər ölkələrdən
daha irəlidə olmalıdırlar. Bunun üçün
əlimizdən gələni
əsirgəməməliyik.
- Bəzən abituriyentlər ibtidai təhsilin pedaqogika və metodikası ixtisasını daha asan hesab edirlər.
Məktəbinizdə gənc kadrlar
çalışırmı?
- Əksinə, ən çətin məhz ibtidai təhsildir. Burada təhsilin
bünövrəsi qoyulur,
burada şagirdi hansı istiqamətə yönəltsən, o səmtə
də gedəcək.
Bizim məktəbdə daim şagirdlərin sayı çox olur. Məktəbimizdə tələbkarlıq çox olduğuna görə şagird sayında problemimiz olmur. Eyni zamanda yeni gənc müəllimlər
gəlir, onlarla təcrübə mübadiləsi
aparılır. Onlar dərslərdə
iştirak edir, kurslara gedirlər. Onlarla iş aparırıq, məktəbimizdə
yaşlı müəllimlərlə
yanaşı gənclər
də çalışırlar.
Baxmayaraq
ki, bizim məktəb kənd məktəbidir, heç də şəhər məktəblərindən geri
qalmır. İşimizin öhdəsindən
layiqincə gəlirik.
Nigar
Palitra.- 2011.- 2
fevral.- S. 10.