NDU-nun kitabxanasında 165 min kitab var

 

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 2010-cu ildəki fəaliyyətə həsr olunmuş iclası keçirildi.  Elmi Şuranın sədri, akademik İsa Həbibbəyli Azərbaycanda elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından, universitetin ötən ilki elmi uğurlarından, tədrisin keyfiyyət kəmiyyət göstəricilərindən söz açdı.  

 

Rektor «Naxçıvan Muxtar Respublikasında gənclərlə , idman sahəsində keçirilən tədbirlər qarşıda duran vəzifələr haqqında Naxçıvan MR Ali Məclisində 11 yanvar 2011-ci i tarixdə keçirilmiş müşavirə Naxçıvan Dövlət Universitetinin vəzifələri» barədə ətrafı məruzə etdi. Məruzədə universitetin idmanın ən müxtəlif sahələri üzrə qazandığı möhtəşəm nailiyyətlərdən bəhs olundu. Qeyd olundu ki, ötən il NDU-nun futbol komandası Azərbaycan ali məktəb tələbələrinin III çempionatının qalibi olmuş, Polşada tələbələrin VIII Avropa çempionatında iştirak etmiş, voleybolçular isə Türkiyə Cümhuriyyətinin Qars şəhərində keçirilən beynəlxalq yarışdan çempion kimi dönmüşlər. Universitetin badminton komandası İran İslam Respublikasının Urmiya şəhərində, Türkiyənin Qars şəhərində keçirilən çempionatlarda qalib gəlmiş, cüdo, sərbəst güləş üzrə idmançılarımız isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi yarışlarda ölkənin ali məktəblərinin 25 komandası arasında III yer qazanmışdır. Muxtar respublika tarixində ilk ağırlıqqaldırma yarışları da məhz bu ali məktəbdə keçirilmişdir. Sonra Naxçıvan MR Ali Məclisində keçirilən müşavirədə muxtar respublika rəhbərliyinn idmanın, xüsusilə gimnastika, stolüstü tennis, şahmat digər növlərinin inkişafı ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələr müəyyənləşdirildi.Universitetin tərbiyə işləri üzrə prorektoru, Əməkdar müəllim, fəlsəfə elmləri doktoru Məmməd Rzayev hesabatında ötən il gənc nəslin vətənpərvərlik dövlətçilik ruhunda tərbiyəsi, onların asudə vaxtlarının düzgün təşkili istiqamətində görülən çoxsaylı işlərdən danışdı. Məruzədə Heydər Əliyev Universitetinin məşğələlərindən, dövri mətbuata abunə yazılışından, əlamətdar tarixi günlərə, milli bayramlara həsr olunmuş kütləvi tədbirlərdən, İncəsənət fakültəsinin kafedralarının hesabat konsertlərindən, mədəniyyət kollektivlərinin, Tələbə Teatr Studiyasının uğurlu qastrollarından, beynəlxalq idman yarışlarında, müxtəlif festival müsabiqələrdə əldə edilən uğurlardan, universitet televiziyasının məhsuldar fəaliyyətindən söz açıldı. NDU-nun Elmi kitabxanasının direktoru, filologiya elmləri namizədi Aypara Behbudova məruzəsində bildirdi ki, 165000 kitab fonduna malik kitabxanaya hesabat ilində 2431 nüsxə kitab daxil olmuş. 2290 nəfər oxucuya xidmət göstərilmişdir. Kitabxana 35 adda dövri mətbuata abunə yazılmış, 120 adda müxtəlif dillərdə jurnal isə hədiyyə olunmuşdur. Kitabxananın www. ndu.edu.az/kitab saytı, elektron kataloq kartoteka sistemi təkmilləşdirilmiş, rəngarəng elmi-kütləvi tədbirlər keçirilmişdir. Məruzədə fondun komplektləşdirilməsi, Heydər Əliyev Universitetində keçirilən məşğələlərin materiallarının, universitet əməkdaşlarının biblioqrafiyalarını çap etdirmək, diyarşünaslıq kartotekası yaratmaq digər qarşıda duran vəzifələrdən danışıldı. «Qeyrət» nəşriyyatının direktoru, tarix elmləri namizədi, dosent Vaqif Məmmədov nəşriyyatın fəaliyyəti vəzifələri barədə məruzəsində burada il ərzində 316 sifariş yerinə yetirildiyini, tədris vəsaitlərinin, kargüzarlıq sənədlərinin, universitetin «Elmi əsərlər»inin 6 nömrəsinin, «Fikir» informasiya bülleteninin yeni poliqrafik tərtibatda çapa hazırlanması, digər nəşrlər barədə danışdı. Vurğulandı ki, universitetdə müasir tələblərə cavab verən nəşriyyat qurulması üçün 5 min manata yaxın dəyəri olan «OKİ C 9650» markalı, «A-3» formatlı, rəngli lazer çap qurğusu, yeni kompyüter dəstləri, «Rizoqraf» çap avadanlığı, kağız kəsən qurğu, laminator digər avadanlıqlar alınmış, mətbəənin çap  sexində əsaslı təmir yenidənqurma işləri aparılmışdır ki, bu da ən müasir poliqrafiya standartlarına uyğun məhsullar çap etməyə imkan verir.  Elmi Şurada ənənəvi olaraq il ərzində məhsuldar elmi yaradıcılığı, nailiyyətləri ilə fərqlənən 6 nəfər «İlin alimi» adı ilə təltif olundu. Qeyd edək ki, «İctimai humanitar elmlər» «Təbiətşünaslıq dəqiq elmlər» nominasiyaları üzrə müəyyən edilən bu mükafata Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Əsgər Qədimov, Memarlıq kafedrasının müdiri, memarlıq namizədi Qadir Əliyev, İqtisad fakültəsinin dekan müavini, iqtisad elmləri namizədi, dosent Müslüm Cabbarzadə, Malikəjdər İbrahimov, iqtisad elmləri doktoru, professor, Ağarza Rüstəmov, Rabitə informasiya texnologiyaları kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Cavanşir Zeynalov layiq görülmüşdür. Qaliblərə diplomlar pul mükafatları təqdim olundu.

 

 

Mehriban Sultan,

NDU-nun Mətbuat şöbəsinin müdiri

 

Palitra.- 2011.- 2 fevral.- S. 11.