“Çoxları magistraturanı tam ali təhsili tamamlamaq kimi anlayaraq qəbul olunurlar

 

Azərbaycanda təhsil məsələlərinə davamlı olaraq diqqət göstərilir. Dövlət siyasətində təhsil məsələləri demək olar ki, prioritet məsələlərdir və bu istiqamətdə ayrılan büdcə xərcləri ildən-ilə artmaqdadır. Həm orta məktəblər üçün binalar, həm ali məktəblərdə yeni korpuslar tikilir. Ölkə başçısı da bildirib ki, Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı üçün mütləq bütün sahələrdə çox güclü peşəkar mütəxəssislər olmalıdır: “Elə mütəxəssislər ki, onlar müasir şəraitə uyğun şəkildə fəaliyyət göstərəcəklər. İndi dünya dəyişir, qloballaşma prosesləri gedir. Azərbaycan bu işlərdə geridə qalmamalıdır. Biz bütün mütərəqqi, qabaqcıl təcrübəni Azərbaycanda tətbiq etməliyik. Bizə sərf edən təcrübəni Azərbaycanda tətbiq etməliyik. Ona görə həm müəllimlər öz peşəkarlıq səviyyəsini qaldırmalıdırlar, təhsilin keyfiyyətində yeni mərhələ başlanmalıdır. Eyni zamanda tələbələr də bilməlidirlər ki, həyatları, gələcəyi üçün, ilk növbədə onların bilik səviyyəsi rol oynayacaq”. 

İndi Azərbaycanda, ümumiyyətlə, cəmiyyətdə təhsilə çox böyük diqqət var artıq hər kəs başa düşür ki, ölkəmizin uzunmüddətli inkişafını bilik səviyyəsini müəyyən edəcəkdeyən ölkə başçısının sözlərinə görə, bu gün əgər dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə baxsaq, görərik ki, onlarda inkişaf tərəqqi texnologiyalar deyil, məhz təhsil sahəsində mümkün olub. Bu gün ölkədə təhsildə mövcud problemlər, onların inkişafı istiqamətində həyata keçirilən tədbirlər, islahatlarla bağlı təhsil işçiləri müxtəlif təkliflərlə çıxış edirlər.  Layihə çərçivəsində növbəti müsahibimiz Bakı Dövlət Universitetinin İqtisadi sosial coğrafiya kafedrasının müəllimi, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılovdur:   - İqtisadi-sosial siyasi coğrafiya ixtisası üzrə təhsil aldıqdan sonra 1983-cü ildə namizədlik, 2004-cü ildə isə “Xəzərsahili regionda neftqazkimya kompleksinin ərazi təşkilinin problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişəm. 1981-ci ildən bu günə kimi Bakı Dövlət Universitetinin İqtisadi sosial coğrafiya kafedrasında işləyirəm. 1997-ci ildən BDU-nun nəzdində olan “Xəzər” Elmi Araşdırmalar İnformasiya Mərkəzinin sədriyəm. Eyni zamanda 2001-ci ildən Qazaxıstanın Neft Qaz İnstitutunun professoruyam. 8 kitabın 145 elmi məqalənin müəllifi kimi bir çox məqalələrim ABŞ, Almaniya, Fransa, Küveyt, Norveç, Rusiya, İsveçrə, İran digər ölkələrdə nəşr olunub. 2000-2005-cü illər ərzində İslam İnkişaf Bankının İslam Elmi İnstitutu ilə birlikdə Bakı Dövlət Universitetində keçirilən dörd beynəlxalq təlim kursunun koordinatoru olmuşam. Avropa Planlaşdırma Məktəbi Assosiasiyasında (ASEOP) Nümayəndələr Şurasının Milli Coğrafiya Cəmiyyətinin (ABŞ) üzvü, həmçinin Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının koordinatoruyam.

- Son illər ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri Təhsil haqqındaqanunun qəbuludur. Bununla bağlı fikirlərinizi bilmək istərdik.    

- Bildiyiniz kimi, qəbul olunmuşTəhsil haqqındaqanunda bir çox yeniliklər var. Təbii ki, bu yeniliklərin əksini tapmasında inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınıb. Bununla yanaşı nəzərə almaq lazımdır ki, təhsil sistemində islahatların aparılması uzunmüddətli prosesdir onun nəticələri yalnız müəyyən vaxtdan sonra özünü büruzə verəcək. Buna görə indiki mərhələdə aparılan islahatların bütövlükdə dərəcədə uğurlu olması haqqında danışmaq hələ çətindir.

- Bakı Dövlət Universitetinin İqtisadi sosial coğrafiya kafedrasının tədris ixtisaslı kadr hazırlığı ilə bağlı fəaliyyəti barədə deyərdiniz?

- İqtisadi sosial coğrafiya kafedrasında ixtisaslı kadr hazırlığı baxımından tədris prosesində hansısa bir çətinlik yoxdur. Ancaq eyni zamanda tələbələrin müstəqil fəaliyyətə maraqlarının azalması müşahidə olunur. Bunun bir çox səbəbləri var. Buraya tələbələrdə hansısa bir stimulun olmaması, bu sahədə əsasən məktəb müəllimlərinə tələbatın olması diğər sahələrdə onların biliklərindən tam istifadə olunmaması başqalarını aid etmək olar.

- Sizcə, abituriyentlər bu sahəni maraq baxımından, yoxsa sadəcə ali təhsil məqsədilə seçirlər? Təhsili başa vurduqdan sonra necə, onlar yerlərdə kadr kimi fəaliyyətlərini lazımınca davam etdirə bilirlərmi? 

- Abituriyentlər bu sahəni əsasən ali təhsil məqsədilə seçirlər, bunun səbəblərinə gəldikdə isə hazırda orta məktəb səviyyəsində bu sahə haqqında lazımi biliklər verilmir. Onu da qeyd edim ki, təhsil başa çatdıqdan sonra tələbələrin çox az hissəsi təhsillərini magistraturada davam etdirirlər. Lakin çoxları magistraturanı tam ali təhsili tamamlamaq kimi anlayaraq qəbul olunurlar. Əksəriyyəti başa düşmür ki, magistratura pilləsi tam ali təhsil yox, yalnız elmi dərəcə almaq üçün yaradılıb. Digərlərinin isə böyük əksəriyyəti ixtisas üzrə işləmirlər.

- Bu gün bir sıra sahələrdə tədris vəsaitləri ilə bağlı problemlər yaranır. Sizin çalışdığınız sahədə bu istiqamətdə vəziyyət sizi qane edirmi?

- Tədris vəsaitləri ilə bağlı problemlər tədricən həll olunmaqdadır. İndi artıq tədris olunan fənlərin məruzələrinin mütləq şəkildə universitetin veb səhifəsinə qoyulması tələb olunur buna görə tələbələr lazımi məlumatları internet vasitəsilə universitetin veb səhifəsindən əldə edə bilər.

- Bu gün təhsil sistemində mövcud problemlər onların həlli istiqamətində təkliflərinizi bilmək istərdik.

- Təhsildə olan mövcud problemlərdən ən vacibi bu gün dünyanın aparıcı təhsil ocaqlarında toplanmış təcrübədən bəhrələnməkdir. Hələki bizim birgə beynəlxalq əməkdaşlıq layihələrimiz kifayət qədər deyil. Ali təhsil sistemində hazırlanan layihələr lazımi səviyyədə dəyərləndirilmir. Məsələn, respublikamızda yeni yaradılmış Elm Fondu tərəfindən keçirilən müsabiqəyə BDU-dan 25 layihə təqdim olunmuşdu ki, onlardan yalniz birinə kiçik qrant ayrılıb. Bütövlükdə isə ali təhsil ocaqlarına cəmi 4 qrant ayrılıb. Təhsillə bağlı digər problem tədrisə yeni cavan istedadlı gənclərin cəlb edilməsinin vacibliyidir. Açıq etiraf etməliyik ki, tədrisdə xüsusən rəhbər vəzifələrdə (dekan kafedra müdirləri) əsasən yaşlı müəllimlər (əsasən 65-70 yaşlarından yuxarı) çoxluq təşkil edir. Təbii ki, onların bir hissəsi tədrisin müasir tələblərindən uzaqdırlar. Onların hörmətini saxlayaraq cavanlara özlərini realizə etməyə imkan yaratmaq vacibdir burada vəziyyət o dərəcəyə çatıb ki, orta yaş təbəqəsinin (50-60 yaş arası) əksər hissəsi artıq hansısa fəal görmək marağını itirir. Yaxın illərdə elə bir problem yarana bilər ki, ali təhsili tədris etdirəcək bacarıqlı gəncləri artıq cəlb etmək mümkün olmayacaq. Artıq hazırda bu məsələ aktualdır, çünki bacarıqlı mütəxəssisə hansısa firmada verilən məvacib universitetdəki məvacibdən 5-6 dəfə çoxdur. Bu baxımdan müəllimlərin bilik səviyyəsindən, tədris etdiyi kurslara tələbələrin marağından, elmi fəaliyyətindən sair asılı olaraq məvacibdə fərqlər qoyulmalıdır. Ola bilər ki, gənc bacarıqlı müəllimin dediyi mühazirələrin səviyyəsi 30-40 il eyni mühazirəni deyən hansısa professorun mühazirəsindən daha yaxşı olsun. Əlbəttə ki, hər bir işçinin əməyinin ödənilməsində onun gördüyü işin səmərəsi nəzərə alınmalıdır. Bu kimi rəqabət stimulların olması tədrisdə köklü dəyişikliyə imkan verər. 

 

 

Nigar

 

Palitra.- 2011.- 1 fevral.- S. 6.